“Uğur” yaşayış kompleksinin sakininin uğursuz aqibəti – Təzminat ala bilməyən vətəndaş prezidentə müraciət etdi – ŞİKAYƏT VAR
Tarix: 19-11-2014, 15:56 | Çap et
 DİA.AZ: - Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küç.,”Uğur” yaşayış kompleksi, Bina 3, ev 109-da yaşayan Nizami Niyazi oğlu Salmanov tərəfindən prezidentə və bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət məktubu ünvanlanıb. Bur nüsxəsi də DİA.AZ-a daxil olan məktubda deyilir:
“Çox hörmətli Prezident! Mən, Nizami Salmanov AKKORD Sənaye – tikinti İnvestisiya Korporasiyasından aldığım Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küç.,”Uğur” yaşayış kompleksi, Bina 3, ev 109-da yaşayıram. Həmişə olduğu kimi mənə məxsus olan 10 SP 773 Dövlət nömrə nişanlı, NİSSAN SUNNY markalı minik avtomobilimi yaşadığım binanın avtodayanacaq üçün nəzərdə tutulan hissəsində park etmişdim.
Oktyabrın 19-dan 20-nə keçən gecə baş vermiş güclü külək nəticəsində dayanacağın yanındakı binanın yan hissəsinə quraşdırılmış yardımçı lift küləyin təsirindən aşaraq 3-4 avtomobilin üzərinə düşmüş və ciddi ziyan vurmuşdur. Biz sakinlər əvvəlcə AKKORD-da məxsus binaların rəhbəri hesab edilən Ramin adlı şəxsə hadisə ilə bağlı müraciət etdik. O qeyd etdi ki, AKKORD-un Ağa Nemətulla küçəsində yerləşən baş ofisinə ərizə ilə müraciət edək. Ərizəmiz qəbul olundu.Və bizə bir ay ərzində dəymiş ziyanla bağlı cavab veriləcəyi bildirildi. Ertəsi gün Vüqar adlı nümayəndəsini hadisə yerinə göndərdilər. Vüqar zədələnmiş avtomobillərin şəkillərini çəkdi, hadisə şahidlərini dinlədi. Mən, avtomobilimin təmiri üçün Xətai rayonu, Qafqaz küçəsində yerləşən “Avtoservis 333” texniki xidmətinə müraciət etdim.
Oktyabrın 24-də avtomobilimə texniki baxış keçirilərək 16- saylı Qüsur akt tərtib edildi. Ehtiyat hissələri maqazinindən 300 AZN məbləğində lazımi hissələr alıb servisə verdim.( qəbz təqdim edilir) iki həftə ərzində avtomobilimi təmir edib verdilər. Budur, bu gün 19 noyabrda mənə AKKORD-dan zəng edib bildirdilər ki, dəymiş ziyana görə cəmi 200 AZN ödəməyə imkanımız vardır. Vəssalam. Cavabı eşidib şok keçirirəm. Görün bu məsuliyyətsiz məmurlarda nə dərəcədə aşınmalar baş verib ki, çəkdiyim xərcin heç olmasa 50%-ni də yox, az bir hissəsini ödəməyi vəsaitlərinin olmaması ilə əsaslandırırlar. Amma paytaxtımızda çox adam bilir ki, çoxsaylı yaşayış binaları tikən, Ukrayna, Gürcüstan, Qazaxıstan, Rusiyada iri layihələri həyata keçirən, respublikamızda magistral yolların və tunellərin çəkilməsi üçün bütün tenderlərin qalibi olmuş, iri sement və mərmər zavodlarına sahiblik edən bu korporasiyanın fondunda ən azı 4-5 milyard vəsait olmamış deyil. Bəs nə baş verir?
O baş verir ki, mənim kimi sadə Azərbaycan vətəndaşına qarşı sadəcə etinasızlıq, daha doğrusu şirkətin aidiyyatı məmurlarında insani hisslərin çatışmamazlığı prosesi baş verir. Bu məmurlar şirkətin və özlərinin nüfuzuna arxalanaraq güman edirlər ki, mən uzaqbaşı məhkəməyə müraciət edəcəyəm, onlar da prosesləri 3-4 il uzatmaqla məni bezdirəcəklərini düşünürlər. Amma səhv edirlər. Əslində onların düşündüyü praktika bu yaxın zamanlarda baş vermişdir.
Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Muxtarov Coşqun Fərmayıl oğlu 2008-ci il noyabr ayında Siyəzən rayonu yaxınlığında özünə məxsus MERCEDES E-240 markalı avtomobilini şossenin kənarında müvəqqəti park edərkən “Akkord”da məxsus QAZel markalı yük avtomobili ehtiyatsızlıq edərək sürücünü və avtomobili əzmişdir. Nəticədə Coşqunun sol ayağı dizdən amputasiya edilmiş, vətəndaş əlil qalmışdır. “Akkord”un məmurları zərərçəkmişə şikayət etməməsi üçün əvvəlcə çoxsaylı vədlər vermiş, sonra vədlərinə xilaf çıxmışlar. Coşqun isə müalicəsi üçün “Akkorda arxayın olub borc aldığını iş qabiliyyəti olmadığından qaytara bilmədiyinə görə həbsə atılmışdır

.Zərəçəkmiş hazırda da həbs həyatını davam etdirir. Anası Şəfiqə xanım oğluna dəymiş maddi və mənəvi ziyanla bağlı məhkəmələrə müraciət etsə də bir neçə ilin süründürməçiliyndən sonra Ali Məhkəmə dəymiş ziyanın 4000AZN miqdarında ödənilməsi barədə çıxarılmış məhkəmə qətnaməsini qüvvədə saxlamışdır. Budur, hadisədən 6 il keçdikdən sonra 2014-cü ilin aprelində məhkəmə qətnaməsi icraata verilmiş, “Akkord” 4000AZN pulu nəhayət ödəmişdir.Bu da bir insan həyatının qiyməti.
Cənab Prezident mən ona görə “Akkord”un sadə azərbaycanlı vətəndaşının başına gətirdiyi müsibəti xatırladıram ki, mən də öz növbəmdə məhkəmə yollarında sürünmək istəmirəm. Təbbi ki, Coşqunun aqibəti məni də gözləyir. Ona görə Dövlətimizin başçısı kimi Sizə müraciət edərək çox xahiş edirəm ki, “Akkord” tərəfindən mənə dəymiş maddi ziyanın ödənilməsində köməklik göstərəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm”.
DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Toy olmayacaq - "Bir oyun idi, bitdi"
Dünən, 18:02 |
|
|
|
| • Çindəki böhran Azərbaycanı da "vurdu"? - AKTUAL
Dünən, 18:00 |
|
|
|
| • Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil - ONA GÖRƏ DƏ...
Dünən, 17:57 |
|
|
|
| • Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” - “Hraparak”
Dünən, 17:54 |
|
|
|
| • Bakı və İrəvan arasında müharibə “mesajı”? – Bu görüntü təəccüb doğurdu
Dünən, 17:50 |
|
|
|
| • Azərbaycanda bu iki şirkət birləşir - DETALLAR
Dünən, 17:47 |
|
|
|
| • Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi – Unudurlar ki, istənilən muzdlu təlxək gec-tez israfçı materiala çevrilir
Dünən, 17:46 |
|
|
|
| • Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
Dünən, 17:44 |
|
|
|
| • Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü - DETALLAR
Dünən, 17:38 |
|
|
|
| • Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi - TASS
Dünən, 17:32 |
|
|
|
| • Ermənistan hərbi büdcəsini artırır: - Yenə köhnə havalarına oynayacaqlar?
Dünən, 17:16 |
|
|
|
| • Kremllə İrəvan arasında QIRĞIN: - Paşinyana “qorxaq” dedi
Dünən, 17:11 |
|
|
|
| • Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Dünən, 17:04 |
|
|
|
| • Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Dünən, 17:00 |
|
|
|
| • Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Dünən, 16:55 |
|
|
|
| • Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Dünən, 16:50 |
|
|
|
| • “FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:48 |
|
|
|
| • Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Dünən, 16:43 |
|
|
|
| • DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Dünən, 16:41 |
|
|
|
| • Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Dünən, 16:40 |
|
|
|
| • İmişlidə iti asıb öldürən HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 16:35 |
|
|
|
| • Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR – Paşinyan üçün gerisayım başladı
Dünən, 16:30 |
|
|
|
| • Mehriban Xanlarovadan Elgizə cavab
Dünən, 16:27 |
|
|
|
| • DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün 3 milyon manat ödəyəcək
Dünən, 16:14 |
|
|
|
| • Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz - Tanınmış vəkildən XƏBƏRDARLIQ
Dünən, 16:10 |
|
|
|
| • Cənubi Qafqazda dönüş: - Əliyevlə Putin arasındakı söhbətin arxasında nə dayanır?
Dünən, 16:08 |
|
|
|
| • Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb
Dünən, 16:03 |
|
|
|
| • “Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” - İTTİHAM VAR...
Dünən, 15:54 |
|
|
|
| • Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
Dünən, 15:50 |
|
|
|
| • Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? - İLGİNC İDDİALAR
Dünən, 15:47 |
|
|
|
| • 19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU - BUNA GÖRƏ...
Dünən, 15:40 |
|
|
|
| • Qaziyə saxta sənədlə torpaq satanlar HAKİM QARŞISINDA
Dünən, 15:38 |
|
|
|
| • “Hər əkilən ağac havanı çirklənmədən qoruyur” - FOTO
Dünən, 15:29 |
|
|
|
| • Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir - Şəki faciəsi
Dünən, 15:26 |
|
|
|
| • "O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." – Brilyant
Dünən, 15:13 |
|
|
|
| • Deputatın qardaşına HÖKM OXUNDU - TƏFƏRRÜAT
Dünən, 15:12 |
|
|
|
| • Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik - Xandanyan
Dünən, 15:07 |
|
|
|
| • İrəvanın “Metsamor” höcəti - Bakıdan SƏRT xəbərdarlıq
Dünən, 15:05 |
|
|
|
| • Ermənistana arpa və buğda göndəriləcək
Dünən, 15:02 |
|
|
|
| • İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
Dünən, 13:14 |
|
|
|
| • Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? – Ekspertdən AÇIQLAMA
Dünən, 13:11 |
|
|
|
| • Ölkədə orta maaş 1176,7 manatdır – Rəsmi
Dünən, 13:09 |
|
|
|
| • "Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" - TƏFƏRRÜAT
Dünən, 13:01 |
|
|
|
| • Xumar Qədimovanın adından yalan elan yayıldı - XƏBƏRDARLIQ
Dünən, 12:59 |
|
|
|
| • Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı
Dünən, 12:57 |
|
|
|
| • Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır
Dünən, 12:53 |
|
|
|
| • 100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır - HESABAT
Dünən, 12:41 |
|
|
|
| • "PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi - ƏMR
Dünən, 12:40 |
|
|
|
| • Pulsuzluq, vaxt azlığı, yoxsa... - Kinomuzun əsas bəlası nədir?
Dünən, 12:33 |
|
|
|
| • "Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" - Əməkdar artist
Dünən, 12:23 |
|
|
|
|