Toy olmayacaq .....                     Çindəki böhran Azərbaycanı da "vurdu"? .....                     Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil .....                     Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” .....                     Bakı və İrəvan arasında müharibə “mesajı”? .....                     Azərbaycanda bu iki şirkət birləşir .....                     Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi .....                     Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var .....                     Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü .....                     Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi .....                     Ermənistan hərbi büdcəsini artırır: .....                     Kremllə İrəvan arasında QIRĞIN: .....                     Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” .....                     Peşə Təhsili Agentliyində mükafat qalmaqalı .....                     Armen Qriqoryanın yeni iş yeri məlum oldu .....                     Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": .....                     “FINCA Azərbaycan”da yeni təyinat .....                     Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər .....                     DOST Agentliyinin binalarının təmirinə başlanılır .....                     Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb .....                     İmişlidə iti asıb öldürən HƏBS OLUNDU .....                     Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR .....                     Mehriban Xanlarovadan Elgizə cavab .....                     DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün .....                     Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz .....                     Cənubi Qafqazda dönüş: .....                     Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb .....                     “Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” .....                     Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib .....                     Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? .....                     19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU .....                     Qaziyə saxta sənədlə torpaq satanlar .....                     “Hər əkilən ağac havanı çirklənmədən qoruyur” .....                     Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir .....                     "O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." .....                     Deputatın qardaşına HÖKM OXUNDU .....                     Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik .....                     İrəvanın “Metsamor” höcəti .....                     Ermənistana arpa və buğda göndəriləcək .....                     İçkiyə pulu olmadı, qonşusunun evini soydu .....                 

İrəvanın “Metsamor” höcəti - Bakıdan SƏRT xəbərdarlıq
Tarix: Dünən, 15:05 | Çap et

“Ermənistan AES” QSC-nin baş direktoru Eduard Martirosyan sentyabrın 9-da “Nüvə sahəsində kritik biliklərin qorunub saxlanılması və ötürülməsi problemi: mentorluq bu problemin qismən həlli vasitələrindən biri kimi” mövzusunda keçirilən seminarda bəyan edib: “Biz Ermənistan AES-in istismar müddətinin 2036-cı ilə qədər, gələcəkdə isə 2041-ci ilə qədər uzadılması üzrə işləri davam etdirməyi planlaşdırırıq”.

O bildirib ki, hazırda stansiyanın istismar müddətinin 2041-ci ilə qədər uzadılması üçün artıq müəyyən işlər aparılır. Martirosyan xatırladıb ki, Ermənistan AES-in enerji bloku bütün Ermənistan üzrə elektrik enerjisinin 30-40%-ni istehsal edir. “Bu, bizim üçün yalnız energetika sahəsində təhlükəsizlik baxımından dəyil, həm də sosial baxımdan əhəmiyyətlidir, çünki o, son istehlakçı üçün ucuz elektrik enerjisi istehsal edir”, - deyə nazi qeyd edib.

“Azərbaycan Ermənistan AES-in vəziyyəti ilə bağlı Ermənistanın özündən daha çox narahat olmamalıdır”, Eduard Martirosyan daha sonra bildirib. “Stansiyanın vəziyyətinə görə birinci məsuliyyət daşıyanlar Ermənistan hökuməti və rəhbər kimi mənəm. Qoy kimsə 153 gün ərzində modernləşdirmə üzrə 20 böyük tədbirin həyata keçirildiyi başqa bir stansiya göstərsin”, - deyə Martirosyan iddialı danışıb.

O, qeyd edib ki, bu yaxınlarda Avropa ölkələrindən birində AES-ə baş çəkib və orada ona oxşar həcmdə işlərin yerinə yetirilməsi üçün təxminən altı il vaxt tələb olunacağını bildiriblər. Martirosyan həmçinin əminliyini ifadə edib ki, Ermənistan AES-də həyata keçirilən modernləşdirmə AEBA (ATET) nümayəndələrinin müntəzəm səfərləri zamanı yüksək qiymətləndiriləcək.

Erməni mediası bildirib ki, AES rəhbərinin bəyanatı Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları fonunda səslənib. Xatırladılır ki, avqustun 12-də Azərbaycan Dövlət Televiziyasına müsahibəsində Azərbaycan Prezidenti atom stansiyası bağlandıqdan sonra Ermənistanda energetika böhranı riski olduğunu bildirib. İ.Əliyevin sözlərinə görə, Bakı belə bir ssenarinin qarşısını almaq üçün Ermənistana “əlavə elektrik enerjisi mənbəyi” təqdim etməyə hazırdır. Bu bəyanatları şərh edən Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl qeyd etmişdi ki, Ermənistan AES-in istismar müddəti beynəlxalq səviyyədə təsbit olunub.

Ermənistan AES ölkədə elektrik enerjisi istehsalının təxminən üçdə birini təmin edir. Stansiyanın birinci enerji bloku 1976-cı ilin dekabrında, ikincisi isə 1980-ci ilin yanvarında istismara verilib. Spitak zəlzələsindən sonra stansiya 1989-cu ilin martında saxlanılsa da, 1995-ci ilin noyabrında ikinci enerji bloku yenidən işə salınıb. 2023-cü ilin dekabrında “Rosatom Servis” və “Ermənistan Atom Stansiyası” QSC enerji blokunun istismar müddətinin 2036-cı ilə qədər uzadılması üzrə işlər kompleksinin həyata keçirilməsinə dair çərçivə müqaviləsi bağlayıblar. Bu il bu işlərin ikinci mərhələsi başlayıb. Xüsusilə, stansiyada məsul istehlakçıların soyutma sisteminin dəyişdirilməsi nəzərdə tutulur. Layihənin reallaşdırılması üçün Rusiyanın “Rosatom” dövlət korporasiyası ilə çərçivə sazişi əldə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev avqust ayında Naxçıvan Muxtar Respublikasına səfəri AzTV-yə müsahibəsində “Metsamor” AES təhlükəsindən də bəhs etmişdi. “Ermənistan ərazisində bizim mütəxəssislər tərəfindən aparılan təhlil nəticəsində hətta yerlər də müəyyən edildi - harada elektrik dirəkləri quraşdırılmalıdır. Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu, birinci onların özlərinə lazım ola bilər. Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər”, - Prezident bildirib.

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bu günlərdə bildirib ki, “Metsamor” Atom Elektrik Stansiyası (AES) təmir işləri başa çatdıqdan sonra Ermənistanın enerji sisteminə qoşulub. “2026-cı il üçün planlı təmir işləri uğurla başa çatdıqdan sonra sentyabrın 1-də AES-nin ikinci enerji bloku yenidən işə salınaraq Ermənistanın vahid enerji sisteminə qoşulub. Enerji blokunun etibarlılığının, təhlükəsizliyinin və iş səmərəliliyinin artırılmasına yönəlmiş 20-yə yaxın mühüm tədbir həyata keçirilib”, - o, sosial şəbəkə hesabında yazıb. Nazirin sözlərinə görə, təmir işləri qrafikə uyğun olaraq 153 gün davam edib. “Enerji bloku ştat rejimində işləyir, gücün tədricən artırılması müəyyən edilmiş texnoloji tələblərə uyğun olaraq həyata keçirilir”, - nazir qeyd edib.

Qeyd edək ki, cari ilin aprel ayında “Rosatom”la əldə edilmiş istismar müddətinin uzadılması proqramı çərçivəsində “Metsamor” AES beş ay müddətinə enerji sistemindən ayrılmışdı. Bu stansiya Ermənistanda elektrik enerjisinin əsas mənbələrindən biridir.

Siyasi şərhçi Xəyal Bəşirov Musavat.com-a bildirdi ki “Metsamor” Atom Elektrik Stansiyası bu günün məsələsi deyil: “Azərbaycan bununla bağlı narahatlığını müxtəlif səviyyələrdə dəfələrlə bildirib və Ermənistan də çox gözəl anlayır ki, Nikol Paşinyan, həm onun komandasından olan şəxslər, eyni zamanda elə o stansiyaya rəhbərlik edən şəxs çox gözəl anlayır ki, Azərbaycan belə məsələlərdə nə dərəcədə prinsipialdır”.

Rəsmi İrəvanın cığallığına gəldikdə, X.Bəşirov vurğuladı ki, bəli, Ermənistan bununla bağlı yenə də oyun oynamağa çalışır, sanki baş aldatmaq niyyətindədir: “Bir tərəfdən Azərbaycan vasitəsilə özünün enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı addımlar atır. Yəni Azərbaycan Ermənistana enerji məhsullarının göndərilməsi - burada təkcə ənənəvi enerji məhsullarından söhbət getmir, həm neft, həm benzin, dizel, eyni zamanda elektrik enerjisinin daşınması ilə bağlı addımlar atılır. Bununla bağlı hətta bu yaxınlarda Azərbaycan ərazisində iki ölkənin nümayəndələri arasında müzakirələr də aparıldı. Bu, bir tərəfdən Azərbaycandan bu istiqamətdə istifadə etməyə yönəlmiş mövqedir, digər tərəfdən də İrəvan özünün cığallığını davam etdirməyə cəhd göstərir. Əslində çox gözəl anlayırlar ki, Azərbaycanın atdığı bu addımlar istənilən an Ermənistanın səhvləri, atdığı o təxribat xarakterli addımlar ucbatından dayandırıla bilər. Yəni biz Ermənistanla dayanıqlı sülh deyəndə, sənəd üzərində deyil, hansısa ağız üzərində deyil, əbədi və real, səmimi sülh deyəndə bütün bu komponentləri, bütün bu məsələləri nəzərə alırıq”.

Ekspert ardınca bunları vurğuladı: “Ermənistan bir tərəfdən Azərbaycanla sülh üçün görüşlər keçirir və yaxud konstitusiyada dəyişikliklər edilməsi ilə bağlı referendumun keçiriləcəyi ilə bağlı fikirlər səsləndirir, amma belə həssas bir dönəmdə, kövrək bir zamanda atom elektrik stansiyası ilə bağlı Azərbaycanın narahatlığını - söhbət ciddi narahatlıqlardan gedir - narahatlığını nəzərə almayıb addımlar atırsa, təbii ki, Azərbaycanın adekvat yanaşmasını və yaxud da cavabını gözləməlidir. Və o atom elektrik stansiyasının Rusiya tərəfindən tikilməsi və bu gün Rusiya ilə bütün münasibətlərində narahatçılığını bildirən Ermənistan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, Avrasiya İqtisadi İttifaqından, digər platformalarda Rusiya ilə əməkdaşlıqdan imtina etmək niyyətini ortaya qoyan Ermənistan nədənsə atom elektrik stansiyası ilə bağlı əməkdaşlığını davam etdirmək və yaxud da ki, təkçə Azərbaycan vətəndaşları üçün deyil, eyni zamanda ümumilikdə bütün regionun, o cümlədən elə Ermənistanın özünün vətəndaşları üçün ciddi təhlükə yaradan o elektrik stansiyası ilə bağlı narahatlığı gözardı edirsə, təbii ki, bu, Ermənistan hakimiyyətinin növbəti qeyri-səmimiliyindən - ən yumşaq şəkildə desək, qeyri-səmimiliyindən xəbər verir”.

X.Bəşirov vurğuladı ki, buna qarşı mövqeyimiz onsuz da rəsmi şəkildə bəllidir: “Və gələcəkdə o elektrik enerjisi ilə bağlı məsələlərin müzakirəsini, sülh prosesinin digər komponentlərinin müzakirəsini, eyni zamanda əməkdaşlığın müxtəlif istiqamətlərdə müzakirəsini - Azərbaycan üzərindən tranzit ölkə kimi digər dövlətlərdən, Rusiyadan, Qazaxıstandan, gələcəkdə digər dövlətlərdən ərzaq və digər məhsulların Ermənistana tədarük edilməsi ilə bağlı Ermənistanın bu istiqamətlərdə təhlükəsizliyini təmin etməklə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindədirlərsə, düşünürəm ki, Azərbaycanın bu prinsipial mövqeyini qəbul etmək məcburiyyətindədirlər. Ona görə düşünürəm Ermənistan bu məsələdə ciddi olmalıdır və Azərbaycanın narahatlığını ciddi qəbul etməlidir, o istiqamətdə addımlar atmalıdırlar”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Toy olmayacaq - "Bir oyun idi, bitdi"
Dünən, 18:02
Çindəki böhran Azərbaycanı da "vurdu"? - AKTUAL
Dünən, 18:00
Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil - ONA GÖRƏ DƏ...
Dünən, 17:57
Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” - “Hraparak”
Dünən, 17:54
Bakı və İrəvan arasında müharibə “mesajı”? – Bu görüntü təəccüb doğurdu
Dünən, 17:50
Azərbaycanda bu iki şirkət birləşir - DETALLAR
Dünən, 17:47
Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi – Unudurlar ki, istənilən muzdlu təlxək gec-tez israfçı materiala çevrilir
Dünən, 17:46
Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
Dünən, 17:44
Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü - DETALLAR
Dünən, 17:38
Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi - TASS
Dünən, 17:32
Ermənistan hərbi büdcəsini artırır: - Yenə köhnə havalarına oynayacaqlar?
Dünən, 17:16
Kremllə İrəvan arasında QIRĞIN: - Paşinyana “qorxaq” dedi
Dünən, 17:11
Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Dünən, 17:04
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Dünən, 17:00
Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Dünən, 16:55
Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Dünən, 16:50
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:48
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Dünən, 16:43
DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Dünən, 16:41
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Dünən, 16:40
İmişlidə iti asıb öldürən HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 16:35
Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR – Paşinyan üçün gerisayım başladı
Dünən, 16:30
Mehriban Xanlarovadan Elgizə cavab
Dünən, 16:27
DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün 3 milyon manat ödəyəcək
Dünən, 16:14
Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz - Tanınmış vəkildən XƏBƏRDARLIQ
Dünən, 16:10
Cənubi Qafqazda dönüş: - Əliyevlə Putin arasındakı söhbətin arxasında nə dayanır?
Dünən, 16:08
Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb
Dünən, 16:03
“Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” - İTTİHAM VAR...
Dünən, 15:54
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
Dünən, 15:50
Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? - İLGİNC İDDİALAR
Dünən, 15:47
19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU - BUNA GÖRƏ...
Dünən, 15:40
Qaziyə saxta sənədlə torpaq satanlar HAKİM QARŞISINDA
Dünən, 15:38
“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” - FOTO
Dünən, 15:29
Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir - Şəki faciəsi
Dünən, 15:26
"O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." – Brilyant
Dünən, 15:13
Deputatın qardaşına HÖKM OXUNDU - TƏFƏRRÜAT
Dünən, 15:12
Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik - Xandanyan
Dünən, 15:07
İrəvanın “Metsamor” höcəti - Bakıdan SƏRT xəbərdarlıq
Dünən, 15:05
Ermənistana arpa və buğda göndəriləcək
Dünən, 15:02
İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
Dünən, 13:14
Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? – Ekspertdən AÇIQLAMA
Dünən, 13:11
Ölkədə orta maaş 1176,7 manatdır – Rəsmi
Dünən, 13:09
"Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" - TƏFƏRRÜAT
Dünən, 13:01
Xumar Qədimovanın adından yalan elan yayıldı - XƏBƏRDARLIQ
Dünən, 12:59
Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı
Dünən, 12:57
Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır
Dünən, 12:53
100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır - HESABAT
Dünən, 12:41
"PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi - ƏMR
Dünən, 12:40
Pulsuzluq, vaxt azlığı, yoxsa... - Kinomuzun əsas bəlası nədir?
Dünən, 12:33
"Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" - Əməkdar artist
Dünən, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru