Toy olmayacaq .....                     Çindəki böhran Azərbaycanı da "vurdu"? .....                     Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil .....                     Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” .....                     Bakı və İrəvan arasında müharibə “mesajı”? .....                     Azərbaycanda bu iki şirkət birləşir .....                     Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi .....                     Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var .....                     Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü .....                     Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi .....                     Ermənistan hərbi büdcəsini artırır: .....                     Kremllə İrəvan arasında QIRĞIN: .....                     Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” .....                     Peşə Təhsili Agentliyində mükafat qalmaqalı .....                     Armen Qriqoryanın yeni iş yeri məlum oldu .....                     Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": .....                     “FINCA Azərbaycan”da yeni təyinat .....                     Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər .....                     DOST Agentliyinin binalarının təmirinə başlanılır .....                     Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb .....                     İmişlidə iti asıb öldürən HƏBS OLUNDU .....                     Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR .....                     Mehriban Xanlarovadan Elgizə cavab .....                     DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün .....                     Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz .....                     Cənubi Qafqazda dönüş: .....                     Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb .....                     “Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” .....                     Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib .....                     Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? .....                     19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU .....                     Qaziyə saxta sənədlə torpaq satanlar .....                     “Hər əkilən ağac havanı çirklənmədən qoruyur” .....                     Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir .....                     "O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." .....                     Deputatın qardaşına HÖKM OXUNDU .....                     Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik .....                     İrəvanın “Metsamor” höcəti .....                     Ermənistana arpa və buğda göndəriləcək .....                     İçkiyə pulu olmadı, qonşusunun evini soydu .....                 

"Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" - TƏFƏRRÜAT
Tarix: Dünən, 13:01 | Çap et

Şirvan şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs dələduzluqla üzləşib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, “Aysun” gözəllik salonunun sahibi Namiq birmərtəbəli tikilini ikimərtəbəli kimi layihələndirməklə adına sənədləşdirmək istəyib və niyyətini tanışı Xanoğlana deyib.

Xanoğlan bu işi görəcəyi adıyla ona yalan vəd verib və 5 min manatını alıb.

Daha sonra o, Şirvan şəhərində “Köhnə şəhər” adlanan ərazidə 380 kvadrat metrlik obyekti Namiqin adına sənədləşdirəcəyinə dair yalan vəd verməklə 20 min, şəhərdəki nazirliklərdən birinə məxsus torpağı və həmin torpağın içində olan tikililəri onun adına rəsmiləşdirəcəyinə dair yalan vəd verməklə 53 min manatını alıb.

Xanoğlanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Xanoğlan özünü qismən təqsirli bilib, bildirib ki, bizneslə məşğul olub, sahibkarlıq fəaliyyəti var, şirkət direktorudur:

“Namiqi 2018-ci ildən tanıyıram. Onun Şirvan şəhərində “Aysun” adlı birmərtəbəli obyekti var. Namiq obyektini iki mərtəbə etdirmək istədiyini bildirdi. Ona bununla bağlı layihə hazırlaya billəcəyimi, sənədləşmə işlərini Vilayət adlı tanışımın aparacağını söylədim. Bir həftəyə layihəni hazırladım. Namiqə dedim ki, 5000 manat lazımdır, həmin pulu Vilayətə verəcəm ki, layihə rəsmiləşsin”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2018-ci ilin sentyabr ayında Namiqdən Şirvan şəhərində yerləşən “Tural” şadlıq sarayının qarşısında 5000 manat alıb: “Vilayət obyekt layihəsini qeydiyyatdan keçirə bilmədi, pulu da geri qaytarmadı”.

Xanoğlan bildirib ki, 2021-ci il tarixdə Namiq “Köhnə şəhər” deyilən ərazidə yerləşən obyekti adına özəlləşdirmək üçün ona müraciət edib: “Namiqə özəlləşdirmə üçün 20 min manat lazım olduğunu bildirdim. 2021-ci ilin avqust ayında 15000 manat, bir neçə gün sonra 5000 manat olmaqla, ümumilikdə 20000 manatı “Ay İşığı” restoranında Namiqdən aldım. Pulu Bakı şəhəri, Nizami rayonunda Vilayətə verdim və birlikdə Əmlak Komitəsinə getdik. Vilayət işin qısa müddətdə həll olacağını bildirdi”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra Namiq ona Şirvan şəhərində yerləşən torpaq sahəsi və həmin ərazidə olan tikilini adına özəlləşdirmək istədiyini bildirib: “Namiqə Yusif adlı şəxsin ərazini və onun daxilindəki tikilini adına özəlləşdirə biləcəyimi bildirdim. İş 53000 manata başa gələcəkdi”.

Zərərçəkmiş Namiqin sözlərinə görə, “Aysun” gözəllik salonu ona məxsusdur: “Tikili 1 mərtəbədən ibarət olub, gözəllik salonunun 2 mərtəbə etmək istəmişəm. 2018-ci il sentyabr ayında Xanoğlanla obyektinin qarşısında görüşdük. Ona 5000 manat verdim. Salonun sənədləşdirilməsi uzun müddət yubandı”.

Zərərçəkmiş ifadəsində digər sənədləşmə işlərinin görülməsi üçün sonrakı illərdə Xanoğlana müxtəlif məbləğlərdə pul verdiyini deyib.

Təqsirləndirilən şəxs bildirib ki, ümumilikdə Xanoğlana 78.000 manat verib: “O, müxtəlif bəhanələr gətirərək dedi ki, narahat olmayım, bütün işləri qaydasına qoyacaq. Xanoğlanın məni aldatdığını, dələduzluq etdiyini başa düşüb, 2024-cü ili aprel ayında polis şöbəsinə müraciət etdim. Hazırda məndən alınmış 78.000 manat puldan 39.000 min manatı qaytarılıb”.

İş üzrə şahid qismində ifadə verən İlqar Abbasov bildirib ki, inşaatla bağlı layihələrin sənədləşdirilməsi ilə məşğuldur: “Bakı Baş Tikinti İdarəsində müxtəlif vəzifələrdə işləmişəm. Xanoğlanla məni sinif yoldaşım tanış edib. 2021-ci ildə onunla “Şərq Bazarı”nın yanında görüşdük. O, Vilayətlə yanıma gəlmişdi, məndən layihə sənədləşdirilməsi ilə bağlı kömək istədi, obyekt və ərazisini özəlləşdirmək istədiyini bildirdi. Bu məsələni həll edə bilməyəcəyimi söylədim, Yusifi ona nişan verdim. Bundan sonra Xanoğlanı görmədim”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökm ilə Xanoğlan 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Həmçinin zərərçəkmiş şəxsin mülki iddiası baxılmamış saxlanılıb. Ona izah edilib ki, təqsirləndirilən şəxsə mülki qaydada məhkəməyə müraciət etmək hüququ var.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Toy olmayacaq - "Bir oyun idi, bitdi"
Dünən, 18:02
Çindəki böhran Azərbaycanı da "vurdu"? - AKTUAL
Dünən, 18:00
Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil - ONA GÖRƏ DƏ...
Dünən, 17:57
Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” - “Hraparak”
Dünən, 17:54
Bakı və İrəvan arasında müharibə “mesajı”? – Bu görüntü təəccüb doğurdu
Dünən, 17:50
Azərbaycanda bu iki şirkət birləşir - DETALLAR
Dünən, 17:47
Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi – Unudurlar ki, istənilən muzdlu təlxək gec-tez israfçı materiala çevrilir
Dünən, 17:46
Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
Dünən, 17:44
Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü - DETALLAR
Dünən, 17:38
Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi - TASS
Dünən, 17:32
Ermənistan hərbi büdcəsini artırır: - Yenə köhnə havalarına oynayacaqlar?
Dünən, 17:16
Kremllə İrəvan arasında QIRĞIN: - Paşinyana “qorxaq” dedi
Dünən, 17:11
Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Dünən, 17:04
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Dünən, 17:00
Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Dünən, 16:55
Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Dünən, 16:50
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:48
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Dünən, 16:43
DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Dünən, 16:41
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Dünən, 16:40
İmişlidə iti asıb öldürən HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 16:35
Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR – Paşinyan üçün gerisayım başladı
Dünən, 16:30
Mehriban Xanlarovadan Elgizə cavab
Dünən, 16:27
DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün 3 milyon manat ödəyəcək
Dünən, 16:14
Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz - Tanınmış vəkildən XƏBƏRDARLIQ
Dünən, 16:10
Cənubi Qafqazda dönüş: - Əliyevlə Putin arasındakı söhbətin arxasında nə dayanır?
Dünən, 16:08
Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb
Dünən, 16:03
“Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” - İTTİHAM VAR...
Dünən, 15:54
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
Dünən, 15:50
Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? - İLGİNC İDDİALAR
Dünən, 15:47
19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU - BUNA GÖRƏ...
Dünən, 15:40
Qaziyə saxta sənədlə torpaq satanlar HAKİM QARŞISINDA
Dünən, 15:38
“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” - FOTO
Dünən, 15:29
Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir - Şəki faciəsi
Dünən, 15:26
"O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." – Brilyant
Dünən, 15:13
Deputatın qardaşına HÖKM OXUNDU - TƏFƏRRÜAT
Dünən, 15:12
Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik - Xandanyan
Dünən, 15:07
İrəvanın “Metsamor” höcəti - Bakıdan SƏRT xəbərdarlıq
Dünən, 15:05
Ermənistana arpa və buğda göndəriləcək
Dünən, 15:02
İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
Dünən, 13:14
Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? – Ekspertdən AÇIQLAMA
Dünən, 13:11
Ölkədə orta maaş 1176,7 manatdır – Rəsmi
Dünən, 13:09
"Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" - TƏFƏRRÜAT
Dünən, 13:01
Xumar Qədimovanın adından yalan elan yayıldı - XƏBƏRDARLIQ
Dünən, 12:59
Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı
Dünən, 12:57
Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır
Dünən, 12:53
100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır - HESABAT
Dünən, 12:41
"PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi - ƏMR
Dünən, 12:40
Pulsuzluq, vaxt azlığı, yoxsa... - Kinomuzun əsas bəlası nədir?
Dünən, 12:33
"Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" - Əməkdar artist
Dünən, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru