"Səni deyirlər, ay İlqar müəllim..." .....                     Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır? .....                     "YAXIN 2–3 AYDA VƏZİYYƏT ÇOX GƏRGİN VƏ FACİƏVİ OLACAQ" .....                     Sabiq deputat, YAP İdarə Heyətinin üzvü işsiz qalıb .....                     Fuad Nağıyev bacarmadı: BƏLKƏ... .....                     Bu da AAYDA-nın MƏRİFƏTİ .....                     Tramp Netanyahunu əvvəlki səfərlərlə müqayisədə daha soyuq qarşılayıb .....                     Şəmsi Səmədzadə buna görə həbs olunubmuş... .....                     Qarabağ müharibəsindən sonra ermənilərdən qiymətləndirmə .....                     Krım körpüsü tezliklə dağıdılacaq .....                     Oman Hörmüz boğazı ilə bağlı İrana yeni plan təqdim edib .....                     SEPAH Hörmüz boğazında üç neft tankerinin hədəf alındığını açıqlayıb .....                     Dambrauskas müəllim Azərbaycan futbolu adına NİYƏ DANIŞIR Kİ? .....                     Putin Bakıya niyə zəng etmişdi.... .....                     "Çevikin həbsi vəziyyətin heç də ürəkaçan məcrada getmədiyini göstərir" .....                     Nə başıörtülü qadın təhqir olunmalıdır, nə də başıaçıq qadın! .....                     Zelenski Trampla görüşdən məmnun ayrılıb .....                     "Sənin mənim prezidentim olmağını istəmirəm" .....                     Natiq Cəfərli hakim partiyaya MEYDAN OXUDU .....                     Rövşən Nəcəf cənabları da büdcə pullarını BELƏ MƏNİMSƏYİR .....                     Merilin Monronun görünməyən tərəfi ekrana gəlir .....                     Dövlətə borcu olan "Avto Qarant" MMC "qapılarını bağladı" .....                     Rusiya Xarici Kəşfiyyatı Ermənistana qarşı rəsmən hərəkətə keçdi .....                     Yaşlı qadını xüsusi amansızlıqla öldürən şəxsdən xəbər var .....                     "Effekt-İnşaat" MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR .....                     "Guya oğullarını öldürüb qurban kəsmişik" .....                     YAP Nizami Rayon Təşkilatının Yay Məktəbi iştirakçıları Veysəloğlu Şirkətlər Qrupunda maarifləndirici infoturda iştirak ediblər .....                     Bu təhsil mərkəzinə direktor təyin edildi .....                     Taksidə yeni NARAZILIQ: Ödənişdən sonra sərnişinlərdən bəxşiş İSTƏNİLİR .....                     Tapdığı barıtı “laqonda” ilə kəsib .....                     Azərbaycanda yüzlərlə kitabxanaçı işdən çıxarıldı: Etirazlar başladı .....                     “Konstitusiya hər kəsə dini əqidəsini ifadə və yaymaq hüququ verir” .....                     Gəncədə oğlunun ölümünə görə yaranan münaqişə qanlı hadisə ilə nəticələndi .....                     Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı .....                     Xəstəxanalar boşdur: Həkimlər işə necə götürülür? .....                     "Radikal ideologiyanın təsirindən çıxmaq illər çəkə bilər" .....                     Sərkisyan Azərbaycanı təriflədi .....                     “Facebook”da ən çox “bəyənilən” mətbuat katibləri .....                     Xalq Bankda yeni müşavirlər təyin edildi .....                     Məni təhdid edirlər .....                 

"YAXIN 2–3 AYDA VƏZİYYƏT ÇOX GƏRGİN VƏ FACİƏVİ OLACAQ" – "İrana qarşı quru əməliyyatı keçirmək risk deyil, ağılsızlıqdır!"
Tarix: Bu gün, 08:00 | Çap et

Ukrayna cəbhəsində və Yaxın Şərqdə hərbi-siyasi gərginlik görünməmiş həddə çatıb. Kiyevin Rusiyanın dərinliklərindəki strateji infrastrukturlara və logistika mərkəzlərinə endirdiyi dalbadal zərbələr Moskvada ciddi təşviş yaradıb. Digər tərəfdən, Yaxın Şərqdə alovlanan müharibə ocaqları qlobal gücləri qarşı-qarşıya gətirib.

Bəs hazırda cəbhədə real vəziyyət necədir? Eskalasiya hansı həddə çatacaq? Kremldə və Ağ Evdə hansı hesablar aparılır?

Mövzu ilə bağlı hərbi-siyasi ekspert Azad İsazadə "AzPolitika"nın suallarını cavablandırıb.

– Azad bəy, Rusiyaya qarşı son intensiv zərbələr fonunda ölkə daxilində gedən prosesləri izləyirsiniz. Ukraynanın, xüsusilə son dövrlərdə artan bu hücumları Rusiyada – həm cəmiyyətdə, həm siyasi elitada, həm də orduda hansı situasiyanı yaradıb?

– Müharibənin ilk illərində Rusiya bu cür kütləvi zərbələri periodik olaraq – həftədə bir, ya iki dəfə Ukrayna şəhərlərinə vururdu. İndi isə Ukraynanın "vuran əli" uzanıb və qarşı tərəfə dəqiq, nöqtə zərbələri endirməyə başlayıb. Əvvəllər Ukrayna mülki obyektlərdən kənar durmağa çalışırdı. Amma Kiyevə və digər şəhərlərə mülki zərbələr çoxaldıqca, Ukrayna da adekvat addımlar atacağını nümayiş etdirdi.

Məsələn, əvvəllər neftayırma zavodları və terminallar hədəf alınırdısa, indi birbaşa logistika anbarları, "Wildberries" kimi böyük mərkəzlər vurulur. Bu, birbaşa müharibənin Rusiya cəmiyyətinə və kiçik-orta biznesinə çatması deməkdir. Bu mənzərə mənə İraq–İran müharibəsindəki o məşhur "şəhərlərin müharibəsi" terminini xatırladır. Cəbhədə irəliləyiş olmayanda şəhərləri vururdular. Fərq ondadır ki, Ukrayna indi Rusiyaya təklif edir: "Cəbhədə atəşkəs istəmirsinizsə, heç olmasa hava atəşkəsi elan edək, infrastrukturu vurmayaq". Rusiya buna getmir. Deməli, Ukrayna öz imkanlarının daha geniş olduğunu göstərməkdə davam edəcək.

– Ukrayna rəhbərliyi Rusiyanın Kiyevə və iri şəhərlərə yeni kütləvi hücum dalğası hazırladığını bildirir. Bu eskalasiya fonunda Ukraynadakı parlament, Nazirlər Kabineti və Prezident Ofisi kimi əsas hökumət binalarının vurulma ehtimalı varmı?

– Bəli, bu risk var, çünki eskalasiya gözümüzün qabağında böyüyür. Ukraynanın vurduğu zərər çox böyükdür – vurulan logistik anbarların Rusiya ÜDM-indəki payı 8 faizə yaxındır. Rusiya cavab verməyə çalışacaq. Amma məsələ burasındadır ki, Kiyevdə müharibəni idarə edən struktur çoxdan yerin altına keçib. Baş Qərargah, Müdafiə Nazirliyi, Administrasiya binaları üzdə boşdur. Yəni Bankovada Prezident Ofisinin binasını dağıtsalar da, bu, idarəetməni iflic etməyəcək.

– Bəs Moskva üçün hansı risklər yaranır? Zərbələr eyni intensivliklə Rusiya paytaxtına və ya strateji mərkəzlərə çata bilərmi?

– Əlbəttə, Rusiya anlamalıdır ki, bu zərbələr gec-tez Moskvaya da dəyəcək. Bu günlərdə Rusiya prezidentinin Valdaydakı rezidensiyasının cəmi 15 kilometrliyində Rusiyanın ən müasir "Su-57" qırıcı təyyarəsi qəzaya uğradı. Onun Ukrayna tərəfindən vurulduğu, yaxud Rusiyanın öz HHM sisteminin onu səhvən vurduğu müzakirə olunur. Hətta fantastik görünən belə bir versiya da var ki, Ukrayna Rusiya HHM sisteminin kodlarını ələ keçirib. Fakt odur ki, təyyarə Putinin rezidensiyasının düz böyründə düşüb. Bu, müharibənin artıq Kremlin qapısına dayandığını nümayiş etdirir. Önümüzdəki 2–3 ay ərzində vəziyyət çox gərgin və faciəvi olacaq.

– Bəs Krım və cəbhə xəttindəki son durum nə yerdədir? "Boz zona"da vəziyyət hansı tərəfin xeyrinə dəyişir?

– Krımda vəziyyət kritikdir: işıq, su, benzin, ərzaq qıtlığı var, yolların 70 faizi Ukraynanın atəş nəzarətindədir. PUA komandanı "Macar"ın (Brovdi) da dediyi kimi, Kerç körpüsünü bilərəkdən tam dağıtmırlar ki, mülki əhali Krımı tərk edə bilsin. Cəbhədə isə hələlik iri quru əməliyyatları yoxdur. Vəziyyət ağır, amma sabitdir. 10–20 kilometrlik elə "boz zonalar" var ki, orada şahmat taxtası kimi Ukrayna və Rusiya mövqeləri bir-birinin arxasına keçib, cəbhə xəttini dəqiq təyin etmək olmur.

– Ukrayna ordusundakı son kadr dəyişikliklərinə – Baş komandan və Müdafiə Nazirliyindəki təyinatlara toxunaq. Drapati və yeni komanda müharibənin gedişatını dəyişə biləcəkmi?

– Sırski təcrübəli, XX əsrin klassik generalı idi – tank, top və artilleriya müharibəsini yaxşı bilirdi. Amma bu gün müharibəni dronlar, PUA-lar və kiçik diversiya qrupları həll edir. Drapati isə 43 yaşlı, 2014-cü ildən döyüşün içində olan gənc kadrdır. Öz səhvinə görə vaxtilə istefa verməyi bacarmış, məsuliyyətli hərbçidir. Müdafiə Nazirliyində xüsusi təyinatlıların və dron əməliyyatlarının ("Pautina" əməliyyatı kimi) müəllifləri ön plana keçib. Bu tandem orduda yeni texnoloji fəlsəfə yarada bilər.

– Bəs diplomatiya cəbhəsində nə baş verir? Marko Rubio ilə Sergey Lavrovun qısa görüşü və Zelenskinin Vaşinqtonda bu gün Prezident Trampla keçirəcəyi görüşdən nə gözləyirsiniz?

– Rubio ilə Lavrovun Maniladakı yarım saatlıq ayaqüstü görüşü heç bir nəticə vermədi. Rubio Rusiyanın "Ankoric ruhu" nağıllarını darmadağın etdi və bildirdi ki, Ukraynanın razılığı olmadan Rusiya ilə heç bir pazarlıq ola bilməz. Zelenskinin Trampla görüşünə gəlincə, ABŞ artıq "Patriot" raketlərinin istehsal lisenziyasını Ukraynaya verməyə razılaşıb. İndi əsas məsələ Trampın necə yola gətirilməsidir. Tramp özünü tərifləyən liderləri sevir. Zelenski onun dilini tapa bilsə, yeni hərbi paketlər və "Tomahawk" lisenziyaları masada ola bilər.

– Bəs Yaxın Şərq cəbhəsi? Husilərin Səudiyyə Ərəbistanına zərbələri, Küveyt və Bəhreynin adı hallanan raket insidentləri regionu haraya aparır? İsrail nə vaxt prosesə açıq qoşulacaq? Mövcud atəşkəs qalıcı ola bilərmi?

– İsrail dünəndən hazırdır, sadəcə Tramp icazə vermir, eskalasiyanı saxlayır. Burada hər iki tərəf cığallıq edir. Hörmüz boğazında sanki "qeyri-rəsmi parkinq idarəçiləri" kimi kimsə ABŞ-a, kimsə İrana pul ödəyib gəmi keçirir. ABŞ-ın insan itkiləri artır, amma İran da altdan-altdan ABŞ aviadaşıyıcısına zərbə vurmağa çalışacaq ki, Vaşinqtonun hegemonluq imicinə zərbə vursun.

– Qərb mediasında Pentaqonun İrana qarşı quru əməliyyatına hazırlaşdığı iddia edilir. Tramp administrasiyası seçki qabağı belə bir riskə gedərmi?

– Nəinki seçki ili, ümumiyyətlə, hərbi baxımdan İrana quru əməliyyatı keçirmək risk deyil, birbaşa ağılsızlıqdır! İran Əfqanıstan və ya Vyetnam deyil. Dağlıq, meşəlik və nəhəng ərazidən söhbət gedir. Quru əməliyyatı üçün ən azı 1 milyonluq ordu və Türkiyə ilə Pakistanın öz sərhədlərini açması lazımdır. Nə Türkiyə, nə də Pakistan buna razı olar. Ona görə də ABŞ tərəfindən quru əməliyyatı gözlənilmir – sadəcə raketlərlə "şilləvurmaca" oyunu davam edəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Səni deyirlər, ay İlqar müəllim..." - ETİRAZ VAR!
Bu gün, 08:12
Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:01
"YAXIN 2–3 AYDA VƏZİYYƏT ÇOX GƏRGİN VƏ FACİƏVİ OLACAQ" – "İrana qarşı quru əməliyyatı keçirmək risk deyil, ağılsızlıqdır!"
Bu gün, 08:00
Sabiq deputat, YAP İdarə Heyətinin üzvü işsiz qalıb - İLGİNC
Bu gün, 07:57
Fuad Nağıyev bacarmadı: BƏLKƏ... - Görünəni odur ki...
Bu gün, 07:46
Bu da AAYDA-nın MƏRİFƏTİ - GİLEY
Bu gün, 07:42
Tramp Netanyahunu əvvəlki səfərlərlə müqayisədə daha soyuq qarşılayıb - WSJ
Bu gün, 07:34
Şəmsi Səmədzadə buna görə həbs olunubmuş... - FOTO
Bu gün, 07:31
Qarabağ müharibəsindən sonra ermənilərdən qiymətləndirmə – Ermənistan ordusu güclənir?
Bu gün, 07:04
Krım körpüsü tezliklə dağıdılacaq - Ekstrasens
Bu gün, 07:02
Oman Hörmüz boğazı ilə bağlı İrana yeni plan təqdim edib - TƏFƏRRÜAT
Bu gün, 07:01
SEPAH Hörmüz boğazında üç neft tankerinin hədəf alındığını açıqlayıb - "Tasnim"
Bu gün, 06:58
Dambrauskas müəllim Azərbaycan futbolu adına NİYƏ DANIŞIR Kİ? - dünən meydanda azərbaycanlı var idi?
Bu gün, 06:24
Putin Bakıya niyə zəng etmişdi.... - AKTUAL
Bu gün, 06:13
"Çevikin həbsi vəziyyətin heç də ürəkaçan məcrada getmədiyini göstərir" - REAKSİYA
Bu gün, 06:07
Nə başıörtülü qadın təhqir olunmalıdır, nə də başıaçıq qadın! - ÇAĞIRIŞ
Bu gün, 06:01
Zelenski Trampla görüşdən məmnun ayrılıb - KİV
Bu gün, 05:47
"Sənin mənim prezidentim olmağını istəmirəm" - Gənc rus aktyor Putinə OD PÜSKÜRDÜ
Bu gün, 05:41
Natiq Cəfərli hakim partiyaya MEYDAN OXUDU - "...sən DEyəsən, onlar BATa!"
Bu gün, 05:29
Rövşən Nəcəf cənabları da büdcə pullarını BELƏ MƏNİMSƏYİR - Rəşad Əsgərovun ƏLİ İLƏ...
Bu gün, 05:23
Merilin Monronun görünməyən tərəfi ekrana gəlir
Bu gün, 04:57
Dövlətə borcu olan "Avto Qarant" MMC "qapılarını bağladı" - FOTO
Bu gün, 00:18
Rusiya Xarici Kəşfiyyatı Ermənistana qarşı rəsmən hərəkətə keçdi – səssiz savaş başlayır
Bu gün, 00:16
Yaşlı qadını xüsusi amansızlıqla öldürən şəxsdən xəbər var
Dünən, 17:58
"Effekt-İnşaat" MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR - FOTO
Dünən, 17:54
"Guya oğullarını öldürüb qurban kəsmişik" - Qonşularını öldürən ər-arvadın İŞİ
Dünən, 17:36
YAP Nizami Rayon Təşkilatının Yay Məktəbi iştirakçıları Veysəloğlu Şirkətlər Qrupunda maarifləndirici infoturda iştirak ediblər - FOTO
Dünən, 17:29
Bu təhsil mərkəzinə direktor təyin edildi - ƏMR
Dünən, 17:26
Taksidə yeni NARAZILIQ: Ödənişdən sonra sərnişinlərdən bəxşiş İSTƏNİLİR – FOTOFAKT
Dünən, 17:23
Tapdığı barıtı “laqonda” ilə kəsib - Xankəndidəki faciənin təfərrüatı
Dünən, 17:20
Azərbaycanda yüzlərlə kitabxanaçı işdən çıxarıldı: Etirazlar başladı - BELƏ HARA GEDİRİK?
Dünən, 17:11
“Konstitusiya hər kəsə dini əqidəsini ifadə və yaymaq hüququ verir” - Müğənni
Dünən, 17:09
Gəncədə oğlunun ölümünə görə yaranan münaqişə qanlı hadisə ilə nəticələndi – İstixana qarşısında mühafizəçi bıçaqlandı
Dünən, 17:06
Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - BUNA GÖRƏ...
Dünən, 16:59
Xəstəxanalar boşdur: Həkimlər işə necə götürülür? - AÇIQLAMA
Dünən, 16:49
"Radikal ideologiyanın təsirindən çıxmaq illər çəkə bilər" - Mehriban Zeynalova
Dünən, 16:44
Sərkisyan Azərbaycanı təriflədi - “Biz də elə etməliyik”
Dünən, 16:42
“Facebook”da ən çox “bəyənilən” mətbuat katibləri - SİYAHI
Dünən, 16:38
Xalq Bankda yeni müşavirlər təyin edildi - BUNDAN SONRA...
Dünən, 16:35
Məni təhdid edirlər - Paşinyanın arvadı
Dünən, 16:27
Bakıda kişi özünə yeni telefon alan arvadını döydü: Hər mesaja bir SİLLƏ - TƏFƏRRÜAT
Dünən, 16:23
Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
Dünən, 16:22
Kreml İrəvanı “iqtisadi kollaps” ilə hədələyir: - Rusiya Ermənistanın “qələmini qırır”, ultimatum verildi
Dünən, 16:14
Kəşfiyyat Nazirliyi də anlamırsa... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:12
Qusar yollarında 10 manatlıq "Biznes Klas": 839 min manatlıq tenderin sirli qalibi - BU NƏDİ BELƏ?
Dünən, 16:08
İranın KƏŞFİYYATI BUDURSA... - AKTUAL
Dünən, 15:50
Minlərlə azərbaycanlını narahat edən QƏRAR - Rusiyadan ölkəmizə pul göndərmək çətinləşəcək?
Dünən, 15:42
Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 15:38
Nanə yeni mövsümdə qayıdır
Dünən, 15:30
İran müharibəyə məcbur edilsə, çox yaxşı müdafiə olunacaq - Pezeşkianın müavini
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru