Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı .....                     Xəstəxanalar boşdur: Həkimlər işə necə götürülür? .....                     "Radikal ideologiyanın təsirindən çıxmaq illər çəkə bilər" .....                     Sərkisyan Azərbaycanı təriflədi .....                     “Facebook”da ən çox “bəyənilən” mətbuat katibləri .....                     Xalq Bankda yeni müşavirlər təyin edildi .....                     Məni təhdid edirlər .....                     Bakıda kişi özünə yeni telefon alan arvadını döydü: Hər mesaja bir SİLLƏ .....                     Rəqsanə həbsdən sonra tanınmaz halda .....                     Kreml İrəvanı “iqtisadi kollaps” ilə hədələyir: .....                     Kəşfiyyat Nazirliyi də anlamırsa... .....                     Qusar yollarında 10 manatlıq "Biznes Klas": 839 min manatlıq tenderin sirli qalibi .....                     İranın KƏŞFİYYATI BUDURSA... .....                     Minlərlə azərbaycanlını narahat edən QƏRAR .....                     Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi .....                     Nanə yeni mövsümdə qayıdır .....                     İran müharibəyə məcbur edilsə, çox yaxşı müdafiə olunacaq .....                     Sazonovun avtomobili partladıldı .....                     Tehranın türk qorxusu: .....                     264 keçmiş millət vəkili CHP-dən istefa verdi .....                     Məmura oğru deyən vətəndaş 1200 manat CƏRİMƏLƏNDİ .....                     “Facebook”da sosial və siyasi məzmunlu paylaşımlara ən çox kim pul xərcləyib? .....                     Fuad İsmayılov işdən çıxarıldı .....                     “Qolum işləmir, stresdən yata bilmirəm” .....                     Anar Bayramov daha bir xəstəxana direktorunu yola salır .....                     Yunan Allahlarını inkar edənləri də cəzalandırmaq lazımdır... .....                     İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır .....                     Abşeronneft NQÇİ-nin vəzifəli şəxsi SOCAR-ın İŞLƏK NEFT BORULARINI KƏSİB SATIR .....                     Zaxarovanın ikibaşlı Qarabağ açıqlaması .....                     "Aqroservis" auditor seçib .....                     Neftin bahalaşması Azərbaycan büdcəsinə necə təsir edib? .....                     Vladimir Putin Prezident İlham Əliyevə zəng edib .....                     Malları əlində qalan ermənilər... .....                     “Boskalis” şirkəti Azərbaycandakı törəmə şirkəti və filialını bağlamaq .....                     Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? .....                     Dövlət Reklam Agentliyi auditor seçir .....                     100-ə yaxın hərbçi Nazirlər Kabinetindən şikayətçidir .....                     Yağışdan sonra çoxalan göbələklər: Rusiyada axmaqların sayı artır .....                     Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir .....                     İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə .....                 

Kreml İrəvanı “iqtisadi kollaps” ilə hədələyir: - Rusiya Ermənistanın “qələmini qırır”, ultimatum verildi
Tarix: Bu gün, 16:14 | Çap et

Rusiya və Ermənistan arasındakı ənənəvi hərbi-siyasi bağlar artıq tədricən qopmaq üzrədir... Kreml rəsmi İrəvanı getdikcə daha çox küncə sıxışdırır və istədiyini almayana qədər də əl çəkmək niyyətində də deyil...

Rusiya-Ermənistan qarşıdurması gərginləşmə istiqamətində inkişaf edir. Son müşahidələr onu göstərir ki, Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar müəyyən qədər effektiv olmağa başlayıb. Əslində, Ermənistanın Rusiya ilə 11 milyard dollarlıq ticarət dövriyyəsinin təxminən 7 milyardlıq hissəsinin məhz kənd təsərrüfatı məhsullarının payına düşdüyünü nəzərə aldıqda, bu, o qədər də gözlənilməz deyil. Və bu baxımdan, Ermənistanın olduqca ciddi iqtisadi-ticari kollaps altına düşdüyü qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvanın üzləşdiyi situasiyada Avropa Birliyinin də birbaşa rolu mövcuddur. Belə ki, Rusiyanın Ermənistana qarşı iqtisadi-ticari embarqoları məhz rəsmi İrəvanın Avropa Birliyinə üzvlük qərarı ilə bağlıdır. Halbuki, Brüsseldən müxtəlif səviyyələrdə Ermənistanın iqtisadi-ticari itkilərinin kompensasiya ediləcəyi vəd olunmuşdu. Hətta Rusiya bazarlarını itirməkdə olan Ermənistanın üzünə Avropa bazarlarının açılacağı bildirmişdi. Və indi aydınlaşır ki, Avropa Birliyi bu istiqamətdə müəyyən addımlar atmış olsa da, Ermənistana verilən vədlərin hamısı yerinə yetirilməyib.

Bütün bunları nəzərə aldıqda, rəsmi İrəvanın indi Rusiya qarşısında daha da aciz duruma düşməsinin səbəblərini anlamaq o qədər də ciddi çətinlik törətmir. Çünki məhz Rusiya bazarlarının qapadılmasından sonra Ermənistanın kənd təsərrüfatı məhsulları icracında üzləşdiyi böhranlı situasiya baş nazir Nikol Paşinyanı yenidən prezident Vladimir Putinə zəng edib, minnətçi düşmək məcburiyyətində buraxıb. Böyük ehtimalla Kremldə erməni baş nazirin əvvəl-axır Rusiya liderindən xahişə məcbur qalacağına əminlik olub. Və bu səbəbdən də, telefon danışığında erməni baş nazirə yönəlik tələb-şərtlərin konkret məzmun daşıdığı bildirilir.

Məsələ ondadır ki, Kreml təmsilçisi Dmitri Peskov telefon danışığında "erməni xalqının tutmaq istədiyi istiqaməti müəyyən etmək üçün Ermənistanda mümkün qədər tez bir zamanda referendumun keçirilməsinin zəruriliyinin vurğulandığı"nı bildirib. Yəni, Kreml rəsmi İrəvandan Ermənistanın Avropa Birliyinə üzvlük mövzusunda ümumxalq referendumunun keçirilməsini tələb edir. Əks halda, rəsmi İrəvanı daha ağır təzyiq təhlükəsi ilə hədələyir. Və rəsmi İrəvanın artıq Kremlin bu təzyiqləri qarşısında duruş gətirməkdə açıq-aşkar çətinlik çəkdiyi də müşahidə edilir.

Maraqlıdır ki, Kreml təmsilçisi Dmitri Peskovun sözlərinə görə, prezident Vladimir Putin baş nazir Nikol Paşinyana Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya liderlərinin Avrasiya İqtisadi İttifaqının sammitində Ermənistanla bağlı qəbul etdikləri ortaq qərara sadiqliyini açıq mətnlə təsdiqləyib. Bu isə o deməkdir ki, Rusiya lideri erməni baş baş naziri məhz Ermənistanın bu ilin sonunda Avrasiya İqtisadi İttifaqından qovula biləcəyi ilə təhdid edir. Və bu, baş verərsə, indiki situasiyada Ermənistan iqtisadiyyatına sarsıdıcı zərbələr vura biləcəyi isə qətiyyən şübhə doğurmur.

Belə anlaşılır ki, Kreml rəsmi İrəvanı Rusiyanın iqtisadi-ticari sanksiyalarının dayandırılması üçün ilk növbədə Ermənistanın Avropa Birliyinə yönəlməklə, Avrasiya İqtisadi İttifaqında qalması arasında referendum yolu ilə prinsipial seçimə mıəcbur etmək istəyir. Üstəlik, erməni nəşrlərinin iddiasına görə, rəsmi İrəvan Kremlin təzyiqləri qarşısında artıq tədricən geri çəkilməyə başlayıb. Belə ki, həmin iddialarda o da vurğulanır ki, baş nazir Nikol Paşinyan prezident Putinə Ermənistanın Avropa Birliyinə üzvlük məsələsini ilə bağlı referendumun keçirilə biləcəyini vəd edib.

Digər tərəfdən, o da məlum olub ki, erməni baş nazir Ermənistan mənşəli malların Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlərin iki ölkə arasındakı hüquqi bazaya, eləcə də, Avrasiya İqtisadi İttifaqının prinsiplərinə zidd olduğunu vurğulayıb və prezident Vladimir Putindən mövcud problemlərin həllini də xahiş edib. Ancaq belə ehtimallar da mövcuddur ki, Kreml rəsmi İrəvandan istədiyini tam şəkildə almadan, Rusiya bazarlarını Ermənistanın üzünə açmaq niyyətində deyil. Və bu isə o deməkdir ki, Avropa Birliyinin verdiyi vədləri icra etmədiyi təqdirdə, rəsmi İrəvan Rusiyanın tələblərini yerinə yetirmək məcburiyyətində qala bilər.

Ancaq Ermənistanın Rusiya ilə kəskin ziddiyyətlərdən qaynaqlanan böhranlı problemləri yalnız bunlarla məhdudlaşmır. Belə ki, Kreml rəsmi İrəvandan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyü ilə bağlı da prinsipial qərar verilməsini tələb edir. Belə ki, Kreml rəsmi İrəvana “Ermənistan ya KTMT-dan çıxmalıdır, ya da bu hərbi-siyasi alyansda fəaliyyətini tam şəkildə bərpa etməlidir” mesajını verib. Və bu baxımdan, Ermənistanın “fəaliyyətini dondurmuş KTMT üzvü” statusunu uzun müddət qoruya biləcəyi artıq qətiyyən inandırıcı görünmür.

Məsələ ondadır ki, Rusiya XİN-in rəsmisi Mariya Zaxarova növbəti dəfə “KTMT böhranı” ilə bağlı Paşinyan hakimiyyətini sərt şəkildə qınayıb. Onun fikrincə, rəsmi İrəvanın, vaxtilə “Gəlin, KTMT mexanizmini işə salaq” mesajlarının reallaşmamasını hələ də bu quruma qarşı ittiham bəhanəsi kimi istifadə etməsi tamamilə absurddur. Mariya Zaxarova vurğulayıb ki, rəsmi İrəvan “Dağlıq Qarabağ”ı nə Ermənistan ərazisi, nə də “müstəqil dövlət” kimi tanımamaışdı. Və ona görə də, belə şəraitdə Ermənistana hərbi dəstək üçün KTMT mexanizmini işə salmaq qətiyyən mümkün deyildi.

Göründüyü kimi, Rusiya və Ermənistan arasındakı ənənəvi hərbi-siyasi bağlar artıq tədricən qopmaq üzrədir. Kreml rəsmi İrəvanı getdikcə daha çox küncə sıxışdırır və istədiyini almayana qədər də əl çəkmək niyyətində deyil. Rusiya açıq şəkildə anlatmağa çalışır ki, rəsmi İrəvan Qərbə yaxınlaşma siyasi kursuna davam edərsə, bu, Ermənistana çox baha başa gələcək. Yəni, Kreml Ermənistana qarşı daha sərt addımlar atmaq üçün rəsmi İrəvanın bundan sonra verəcəyi siyasi qərarları gözləyir. Və bu, o deməkdir ki, Avropa Birliyinin öz vədlərindən yayındığı bir şəraitdə Ermənistan üçün daha ağır mərhələ hələ irəlidədir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - BUNA GÖRƏ...
Bu gün, 16:59
Xəstəxanalar boşdur: Həkimlər işə necə götürülür? - AÇIQLAMA
Bu gün, 16:49
"Radikal ideologiyanın təsirindən çıxmaq illər çəkə bilər" - Mehriban Zeynalova
Bu gün, 16:44
Sərkisyan Azərbaycanı təriflədi - “Biz də elə etməliyik”
Bu gün, 16:42
“Facebook”da ən çox “bəyənilən” mətbuat katibləri - SİYAHI
Bu gün, 16:38
Xalq Bankda yeni müşavirlər təyin edildi - BUNDAN SONRA...
Bu gün, 16:35
Məni təhdid edirlər - Paşinyanın arvadı
Bu gün, 16:27
Bakıda kişi özünə yeni telefon alan arvadını döydü: Hər mesaja bir SİLLƏ - TƏFƏRRÜAT
Bu gün, 16:23
Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
Bu gün, 16:22
Kreml İrəvanı “iqtisadi kollaps” ilə hədələyir: - Rusiya Ermənistanın “qələmini qırır”, ultimatum verildi
Bu gün, 16:14
Kəşfiyyat Nazirliyi də anlamırsa... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:12
Qusar yollarında 10 manatlıq "Biznes Klas": 839 min manatlıq tenderin sirli qalibi - BU NƏDİ BELƏ?
Bu gün, 16:08
İranın KƏŞFİYYATI BUDURSA... - AKTUAL
Bu gün, 15:50
Minlərlə azərbaycanlını narahat edən QƏRAR - Rusiyadan ölkəmizə pul göndərmək çətinləşəcək?
Bu gün, 15:42
Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 15:38
Nanə yeni mövsümdə qayıdır
Bu gün, 15:30
İran müharibəyə məcbur edilsə, çox yaxşı müdafiə olunacaq - Pezeşkianın müavini
Bu gün, 15:09
Sazonovun avtomobili partladıldı – Rus müxbir sevinir
Bu gün, 15:08
Tehranın türk qorxusu: - “Türkçülük ideyası İranda ön plana keçib”
Bu gün, 15:05
264 keçmiş millət vəkili CHP-dən istefa verdi - “Euronews”
Bu gün, 15:00
Məmura oğru deyən vətəndaş 1200 manat CƏRİMƏLƏNDİ - Göyçayda...
Bu gün, 14:52
“Facebook”da sosial və siyasi məzmunlu paylaşımlara ən çox kim pul xərcləyib? - SİYAHI
Bu gün, 14:45
Fuad İsmayılov işdən çıxarıldı - ƏMR
Bu gün, 14:42
“Qolum işləmir, stresdən yata bilmirəm” - Ölkəyə keyfiyyətsiz botoks gətirilir?
Bu gün, 14:39
Anar Bayramov daha bir xəstəxana direktorunu yola salır - FOTO
Bu gün, 14:36
Yunan Allahlarını inkar edənləri də cəzalandırmaq lazımdır... - REPLİKA
Bu gün, 14:28
İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır - Katz
Bu gün, 14:21
Abşeronneft NQÇİ-nin vəzifəli şəxsi SOCAR-ın İŞLƏK NEFT BORULARINI KƏSİB SATIR - DƏDƏ MALI KİMİ...
Bu gün, 14:11
Zaxarovanın ikibaşlı Qarabağ açıqlaması - Şərh
Bu gün, 14:01
"Aqroservis" auditor seçib
Bu gün, 13:01
Neftin bahalaşması Azərbaycan büdcəsinə necə təsir edib? - AKTUAL
Bu gün, 12:59
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
Bu gün, 12:56
Malları əlində qalan ermənilər... - Bu, Kremlin işinə yarayır...
Bu gün, 12:27
“Boskalis” şirkəti Azərbaycandakı törəmə şirkəti və filialını bağlamaq QƏRARI VERDİ
Bu gün, 12:24
Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
Bu gün, 12:22
Dövlət Reklam Agentliyi auditor seçir
Bu gün, 12:20
100-ə yaxın hərbçi Nazirlər Kabinetindən şikayətçidir - KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİLDİ
Bu gün, 12:19
Yağışdan sonra çoxalan göbələklər: Rusiyada axmaqların sayı artır - FAKT BUDUR!
Bu gün, 12:06
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir - AKTUAL
Bu gün, 12:03
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə CƏRİMƏ OLUNDU
Bu gün, 12:00
Elşad Xose xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
Bu gün, 11:57
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslərin cəzaları ağırlaşdırıldı
Bu gün, 11:45
Tramp onun Bakıya səfərini paylaşdı - Foto
Bu gün, 11:28
Ermənilər Gümrüdən Türkiyəyə dəmir yolu ilə getdilər - YOL AÇIQDIR...
Bu gün, 11:23
SOCAR-a yaxın daha bir şirkət YARADILDI
Bu gün, 11:21
Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir – VİDEO
Bu gün, 11:19
Gəncə Dövlət Universiteti.... ƏSL BAZARDIR! - İTTİHAM VAR...
Bu gün, 11:11
Tiktoker “Çevik” həbs edildi
Bu gün, 11:03
Rəis müavini olmaq istədi, 64 min manat pul verdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Paşinyan iki Nobel mükafatı laureatının müəllifi olduğu "Güc və tərəqqi" kitabını bitirdi...
Bu gün, 10:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru