Rusiyanın inşa etdiyi Krım körpüsü tezliklə dağıdılacaq.
Axar.az xəbər verir ki, bu proqnozu ukraynalı ekstrasens Mariya Tixaya Ukraynanın Krıma yönəlik son hücumlarını şərh edərkən verib.
"Krım körpüsü artıq güclə dayanır. Krım körpüsü olmayacaq, onu dağıdacaqlar. Ruslar qisas alacaqlar. Atəşə tutulmasını göstərən kartlar çıxır. İndi çoxlu hücumlar olacaq. Onlar özlərinin dediyi kimi “Kiyev rejimi”ndən qisas alacaqlar. İndi ölkənin cənubunu intensiv atəşə tutacaqlar, cənuba zərbələr endiriləcək. Həmçinin Kiyevə də, xüsusilə “qərarların qəbul edildiyi mərkəz” hesab etdikləri yerlərə çoxlu hücumlar olacaq", – deyə o bildirib.
Onun sözlərinə görə, Rusiya "Krım əməliyyatı”na rəhbərlik edən generalları, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbərlərini və digər məsul şəxsləri aradan qaldırmağa çalışacaq.
O qeyd edib ki, yay boyu Rusiya Ukrayna ərazisinə hücumları iki dəfə artıracaq, lakin nəticədə heç nəyə nail ola bilməyəcək.



















