Paytaxtın Nəsimi rayonunda qətl hadisəsi baş verib.
Teleqraf-ın xəbərinə görə, ər ailə münaqişəsi zəminində həyat yoldaşını ov tüfəngi ilə güllələyib.
Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.








