"SOCAR Azəriqaz İB sahə üzrə məsul şəxslər tərəfindən ökə qanunvericiliyi pozmaqda davam edir??!" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
NHMT sədri bunun ardından SOCAR "Azəriqaz" İB-nin işçilərindən birinin müraciətini təqdim edir:
"İyun ayında Azəriqaz İB Salyan RQİİ tərəfindən SOCAR Təlim Tədris Sertifikatlaşdırma idarəsində( A. Manafov küçəsi, 1, ) təşkil olunmuş təlimə göndərilmişdik, ezamiyyə sənədlərini iyun ayının 15-də idarəyə təqdim etsək də, ezamiyyə xərclərimiz hələ də ödənilməyib..."
"İşçinin yazdığı həqiqətə uyğundursa..." qeydini edən M.Qəhrəmanlı bu halda qanunların pozulduğuna işarə edərək yazır:
"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin192-ci maddəsinə əsasən, işçinin: ezamiyyə xərclərinin, məzuniyyət və əmək haqlarının-qanunvericiliklə nəzərdə qaydada ödənilməsində tutulmuş müavinət və digər ödənişlərin ödənilməsində qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər 700 manatdan - 1500 manatadək məbləğdə cərimə edilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsüinin 310-cu maddəsinə əsasən: İstər işçilər, istər işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquqlarıpozmağa, məhdudlaşdırmağa görə maddi, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyır..."








