Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır .....                     Gəncləri evləndirmək üçün kim nə təklif edir? .....                     Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? .....                     Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib .....                     Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir .....                     Pensiya yaşı 70-ə çatdırılacaq? .....                     "AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" .....                     Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu .....                     “Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” .....                     Ermənistanın yeni prezidenti o olacaq: .....                     Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi .....                     Şvabe kimin “sifarişini” yerinə yetirir? .....                     Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək .....                     Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər .....                     Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar .....                     Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək .....                     "Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" .....                     Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir .....                     "Oyun başladı, xoş seyirlər!" .....                     Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi .....                     “VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” .....                     Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb .....                     Robert Köçəryan məhkəmədə parlament sədrinə .....                     “Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” .....                     Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? .....                     Bu addım Azərbaycan-İsrail münasibətlərini də .....                     Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək .....                     Ruhani rejim böhran içində: .....                     “Yaltaqlığın başqa yollarını axtarın!” .....                     Köçəryan cəzalandırılmalıdır .....                     “Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” .....                     Paşinyandan Simonyana ağır zərbə .....                     İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik .....                     Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: .....                     "Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " .....                     ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı .....                     "Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." .....                     Tramp onları İrana göndərmək istədi: .....                     Azərbaycan nefti bahalaşıb .....                 

"AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Tarix: Bu gün, 15:46 | Çap et

“Avropada və dünyadakı bəzi qərəzli, ədalətsiz təsisatların Azərbaycanın son illərdə qazandığı tarixi uğurları qəbul edə bilməməsi artıq heç kimə sirr deyil. Təəssüf ki, Avropa Şurası və onun Parlament Assambleyası (AŞPA) da bu sırada yer almaqdadır. İllərdir müəyyən Qərb dairələrinin, erməni lobbisinin və anti-Azərbaycan mərkəzlərinin təsiri altında fəaliyyət göstərən bu qurum ölkəmizə qarşı əsassız ittihamların, qərəzli yanaşmaların və siyasi təzyiq cəhdlərinin platformasına çevrilib. Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsindən sonra isə bu qərəzli münasibət daha açıq şəkildə özünü göstərməyə başlayıb. AŞPA-nın ölkəmizə qarşı qərəzli siyasətini hələ də davam etdirdiyini iyunun 24-də keçirilən sessiyada qəbul edilmiş növbəti kağız parçası da bir daha təsdiqləyir”.

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunarkən ölkəmizdə belə bir gözlənti var idi ki, təşkilat beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətinə obyektiv qiymət verəcək və təcavüzkar dövlətə qarşı adekvat münasibət nümayiş etdirəcək:

“Lakin ötən illərin təcrübəsi göstərdi ki, AŞPA Ermənistanın 30 ilə yaxın davam edən işğal siyasətinə qarşı nə siyasi iradə ortaya qoydu, nə də beynəlxalq hüququn tələb etdiyi mövqeni sərgilədi. Əksinə, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, şəhər və kəndlərimizin viran qoyulması, tarixi və dini irsimizin məhv edilməsi kimi faktlar uzun illər bu qurum tərəfindən görməzdən gəlindi. Hesab edirəm ki, bu, beynəlxalq münasibətlər sistemində ikili standartların ən açıq nümunələrindən biridir. Çünki Avropa Şurasının əsas fəaliyyət istiqamətlərindən biri insan hüquqlarının müdafiəsidir. Lakin Azərbaycanın üzləşdiyi humanitar faciə, yüz minlərlə insanın fundamental hüquqlarının pozulması AŞPA üçün heç vaxt prioritet məsələyə çevrilmədi”.

Deputat bildirib ki, Frank Şvabenin iyunun 24-də AŞPA-da keçirilən müzakirələr zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamlar da məhz bu qərəzli yanaşmanın davamıdır:

“Azərbaycanda guya siyasi məhbusların olması, media və müxalifətə təzyiqlərin göstərilməsi barədə irəli sürülən iddialar heç bir hüquqi və faktoloji əsasa söykənmir. Azərbaycan Respublikasında qanunun aliliyi prinsipi təmin edilir və hər bir şəxs yalnız konkret hüquqi məsuliyyət əsasında cavabdehlik daşıyır. Bu prinsip dünyanın bütün hüquqi dövlətlərində olduğu kimi, Azərbaycanda da eyni şəkildə tətbiq olunur. Diqqət çəkən məqamlardan biri də odur ki, Azərbaycana qarşı daim “insan hüquqları” mövzusunda çıxış edən dairələr Ermənistanda baş verən ciddi hüquq pozuntularına münasibətdə tamamilə susqun mövqe nümayiş etdirirlər. Ermənistan həbsxanalarında və məhkəmə sistemində baş vermiş ölüm halları, müxalif siyasi qüvvələrə qarşı təzyiqlər, söz və ifadə azadlığı sahəsindəki problemlər Qərb institutlarının diqqətindən kənarda saxlanılır. Bu isə bir daha sübut edir ki, məsələ insan hüquqları deyil, siyasi məqsədlər və geosiyasi maraqlardır”.

Parlamentari xatırladıb ki, Frank Şvabenin uzun illər ərzində Qarabağ məsələsinə münasibəti də onun qərəzli mövqeyini aydın şəkildə nümayiş etdirir:

“O, işğal dövründə Azərbaycanın tarixi şəhərlərinin dağıdılması, mədəni irsinin məhv edilməsi, yüz minlərlə azərbaycanlının doğma torpaqlarından didərgin salınması barədə bir dəfə də olsun prinsipial mövqe ortaya qoymayıb. Əksinə, o, müxtəlif platformalarda Ermənistanın maraqlarına uyğun çıxışlar edib, hətta Azərbaycan əleyhinə informasiya kampaniyalarının aparılmasında iştirak edib. Əslində, Azərbaycana qarşı aparılan bu kampaniyaların təşkilatçıları və icraçıları çox yaxşı anlayırlar ki, bu gün ölkəmiz haqqında süni mənfi imic formalaşdırmaq mümkün deyil. Azərbaycan artıq regionun aparıcı dövləti olmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, insan hüquq və azadlıqlarının qorunduğu, multikulturalizm və tolerantlıq modelinin uğurlu nümunəsi kimi qəbul edilir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi və hüquqi islahatlar ölkəmizin davamlı inkişafını təmin edib və Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb”.

Səbinə Salmanova vurğulayıb ki, heç həs Azərbaycanla ultimatum və ya diktə dili ilə danışa bilməz:

“Bu gün Avropa Şurasının özü ciddi institusional və siyasi böhran yaşayır. Təşkilatın nüfuzunun azalmasının əsas səbəblərindən biri də məhz ikili standartlar siyasəti, beynəlxalq hüququn selektiv tətbiqi və ayrı-ayrı dövlətlərə münasibətdə qərəzli yanaşmanın nümayiş etdirilməsidir. Əgər AŞPA həqiqətən öz nüfuzunu və etimadını bərpa etmək istəyirsə, o zaman ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməli, Azərbaycana qarşı yol verdiyi səhvləri etiraf etməli, Azərbaycan Prezidentindən, dövlətindən və xalqından üzr istəməli, ədalətli mövqe sərgiləməlidir. Hər həs anlamalıdır ki, Azərbaycan bundan sonra da milli maraqlarına, beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanan müstəqil siyasətini qətiyyətlə davam etdirəcək”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
Bu gün, 16:56
Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
Bu gün, 16:36
Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Bu gün, 16:32
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Bu gün, 16:22
Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Bu gün, 15:51
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Bu gün, 15:49
"AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Bu gün, 15:46
Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Bu gün, 15:40
“Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Bu gün, 15:28
Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Bu gün, 15:16
Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Bu gün, 15:13
Şvabe kimin “sifarişini” yerinə yetirir? - AÇIQLAMA
Bu gün, 15:02
Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Bu gün, 14:58
Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Bu gün, 14:45
Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 14:40
AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar - TƏFƏRRÜAT
Bu gün, 14:37
Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək
Bu gün, 14:35
"Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" – sabiq deputatın həyat yoldaşının işi
Bu gün, 14:33
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Bu gün, 14:29
"Oyun başladı, xoş seyirlər!" – Tramp görün nələr dedi...
Bu gün, 13:04
Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - BUNDAN SONRA...
Bu gün, 13:03
“VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” - Rutte Putinə xəbərdarlıq etdi
Bu gün, 12:59
Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb - Qriqoryan
Bu gün, 12:58
Robert Köçəryan məhkəmədə parlament sədrinə UDUZDU
Bu gün, 12:47
“Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” - MÜRACİƏT
Bu gün, 12:45
Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
Bu gün, 12:35
Bu addım Azərbaycan-İsrail münasibətlərini də KORLAYA BİLƏR
Bu gün, 12:30
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək - KİV
Bu gün, 12:27
Ruhani rejim böhran içində: - mollakratiyanın "İslam nizamı"nın əsl siması
Bu gün, 12:17
“Yaltaqlığın başqa yollarını axtarın!” – Yazıçıdan deputata sərt reaksiya
Bu gün, 11:57
Köçəryan cəzalandırılmalıdır - Manvazyan
Bu gün, 11:54
“Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” - MALƏSƏF...
Bu gün, 11:52
Paşinyandan Simonyana ağır zərbə – Yerinə başqasını gətirir…
Bu gün, 11:48
İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik - Vatikan nümayəndələri şoka düşdü
Bu gün, 11:42
Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: - azərbaycanlı qadın həbs olundu
Bu gün, 11:36
"Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " - QALMAQAL!
Bu gün, 11:22
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
Bu gün, 11:18
"Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." - ETİRAZ VAR!
Bu gün, 11:16
Tramp onları İrana göndərmək istədi: - Kimsə əl qaldırmadı
Bu gün, 11:00
Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:53
"Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" - NARAZILIQ VAR...
Bu gün, 10:51
Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır - Hərbi ekspert Hüseyn Fazla
Bu gün, 10:47
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib - FOTO
Bu gün, 10:26
Milli Ordumuzun şərəfli inkişaf yolu - MƏQALƏ
Bu gün, 10:20
“Bəzən ayrı-ayrı siyasi qüvvələr tərəfindən İslam dini təhlükə mənbəyi kimi təqdim edilir” - deputat
Bu gün, 10:16
Rusiya üçün çox pis xəbər: - Ukrayna və Almaniya yeni “raket qalxanı” hazırlayır
Bu gün, 10:09
Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı - GƏLİŞMƏ
Bu gün, 10:06
Bu məhsulun ucuz satılması təhlükə yaradır: tezliklə kəskin bahalaşma ola bilər – XƏBƏRDARLIQ
Bu gün, 10:01
İrəvan iki ildir KTMT-yə pul ödəmir - Vasilyev deyir ki...
Bu gün, 09:51
Qalibafın Azərbaycana, Hakan Fidanın Rusiyaya səfəri təsadüfi deyil - Türkiyəli generaldan ŞƏRH
Bu gün, 09:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru