Əsas Səhifə > Güney Press > “Neftmaştəmir” şirkətinin ötən il mənfəəti 2 dəfədən çox azalıb

“Neftmaştəmir” şirkətinin ötən il mənfəəti 2 dəfədən çox azalıb


Bu gün, 10:04

“Neftmaştəmir” ASC 2025-ci ili 450 min manat mənfəətlə başa vurub. 2024-cü ildə ASC-nin mənfəəti 1 milyon 98 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 2.4 dəfə azalması deməkdir.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

2024-cü ildə “Neftmaştəmir”in əsas əməliyyat gəlirləri 7 milyon 123 min manat ikən, 2025-ci ildə 3 milyon 781 min manat təşkil edib (2 dəfəyə yaxın azalma). Əsas əməliyyat xərclər isə 36% azalaraq 3 milyon 206 min manat olub.

31 Dekabr 2025-ci il tarixində “Neftmaştəmir” ASC 1 milyon 576 min manat cəmi aktivlərə malik olub. ASC 2024-cü ilin sonunda 2 milyon 319 min manat cəmi aktivlərə malik idi.

Qeyd edək ki, “Neftmaştəmir” maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə xidmətlər göstərir. Şirkətin nizamnamə kapitalı 291 880 manat təşkil edir.


Geri qayıt