Ermənistan parlamentinin sədri özündən 20 yaş kiçik modellə evlənir .....                     Azərbaycan Gürcüstandan ən çox pul köçürülən ölkə olub .....                     Mülayim qərb küləyi əsəcək .....                     “Sahil-S İnşaat” MTK-nın yeni sədri də axtarışa verildi .....                     “Səhhətindəki problemlərə, ayağındakı ağrılara baxmayaraq Ramiz Rövşən konsertimə gəldi” .....                     "Millət vəkillərinin tələbə övladları varsa, onlar da gedib işləsinlər" .....                     ETİRAZ: Şəhəri BELƏMİ SALIRLAR? .....                     Xaçmazdan adam oğurlayıb Bakıya gətirərək döyən şəxslərə hökm oxundu .....                     Sərdar Cəlaloğlunun “cinsi uyğunsuzluq” fikri mübahisə yaratdı .....                     "Ondan olmaz, əli qana batıb, gələcək lideri biz müəyyən edəcəyik" .....                     Prezidentin təsdiqlədiyi investisiya layihələrinin icrasına hansı qurum mane olur? .....                     Ziraat Bank Azərbaycanda YENİ TƏYİNAT .....                     Cənubda EKOTERROR DAVAM EDİR... .....                     “İtirilmiş ada” tələsi və ya Kreml Krımı saxlaya bilmir .....                     İrəvandan sülhə qarşı SABOTAJ .....                     FHN 289 min manata 2 ədəd “Toyota” alır .....                     Rusiya Ermənistana qapıları bağlayır? .....                     “Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?” .....                     Naxçıvanda şəhid atası yerli məmurlara OD PÜSKÜRDÜ .....                     Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi .....                     Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır .....                     "Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." .....                     Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır .....                     Robert Köçəryanın həbsi üçün icazə istənildi .....                     Türk Zəngi Dövləti pulu .....                     "Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" .....                     İsrail olmasaydı, Amerika olmazdı .....                     Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: .....                     "Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." .....                     Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... .....                     Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir .....                     Feysbuk və İnstaqram tamamilə ödənişli olur? .....                     ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi .....                     TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... .....                     "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... .....                     DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? .....                     Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… .....                     Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI .....                     Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir .....                     Ermənistan sülhə sadiq qalacaq? .....                 

Azərbaycanda psixi xəstələrin sayında rekord artım: - Psixoterapevtdən SOS
Tarix: 9-06-2026, 16:41 | Çap et

2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilk dəfə qoyulmuş 6 063 nəfər qeydiyyata alınıb. (mənbə: modern.az)

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, onlardan 4 499-u kişi, 1 564-ü isə qadındır. Yaş qrupları üzrə ilk dəfə diaqnoz qoyulan şəxslərin 2 466-sı 0-17 yaş, 1 591-i 18-29 yaş, 698-i 30-39 yaş, 1 308-i isə 40 və yuxarı yaş qrupuna aid olub.

Komitədən verilən məlumata əsasən, 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan psixi və davranış pozuntulu xəstələrin ümumi sayı 111 560 nəfər təşkil edib.

Bundan əlavə, qeydiyyatda olan xəstələrin 79 968-i kişi, 31 592-si qadın olub. Yaş bölgüsünə görə, qeydiyyatda olan xəstələrin 13 867-si 0-17 yaş, 29 723-ü 18-29 yaş, 22 851-i 30-39 yaş, 45 119-u isə 40 və yuxarı yaş qrupunda qeydə alınıb.

Psixi xəstələrin sürətlə artması hansı psixoloji və sosial faktorlarla bağlıdır? Xüsusilə uşaqlar və yeniyetmələr arasında bu göstəricilərin yüksək olması necə izah edilir?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Maddə asılılığı və digər asılılıq növləri ilə bağlı statistik göstəricilərin artması təsadüfi proses deyil və bunun arxasında ciddi psixoloji, sosial və bioloji faktorlar dayanır. Asılılıq iradə zəifliyi deyil, xəstəlikdir. Cəmiyyətdə hələ də asılılığı yalnız şəxsi seçim və ya xarakter problemi kimi qiymətləndirən yanaşmalar mövcuddur. Halbuki, insanın iradəsi təkbaşına xəstəliyi müalicə etmir. Məsuliyyətsiz düşüncə və davranışlar müəyyən hallarda tətikləyici faktor ola bilər, lakin asılılığın formalaşması daha mürəkkəb mexanizmlərlə bağlıdır. Asılılıq biopsixososial model çərçivəsində izah olunur. Burada bioloji meyillər, psixoloji xüsusiyyətlər və sosial mühit birlikdə rol oynayır. İnsanlar bəzən emosional ağrıdan, stressdən, daxili boşluq hissindən və ya həyat çətinliklərindən uzaqlaşmaq üçün müxtəlif vasitələrə üz tuturlar. Nəticədə onlar süni şəkildə formalaşmış komfort zonasına daxil olur və zaman keçdikcə həmin vəziyyətdən çıxmaq istəmirlər. Bu proses beyində mükafatlandırma sisteminin dəyişməsi ilə müşayiət olunur və asılılıq davranışını gücləndirir”.

Psixoterapevtin sözlərinə görə, xüsusilə uşaqlar və yeniyetmələr arasında asılılıq göstəricilərinin yüksək olması bir neçə amillə əlaqədardır:

“Bu yaş dövründə şəxsiyyət formalaşma mərhələsində olur, emosiyaların idarə olunması tam inkişaf etmir və risklərin qiymətləndirilməsi bacarığı yetkin insanlarla müqayisədə daha zəif olur. Eyni zamanda yeniyetmələr həmyaşıd təsirinə daha açıq olurlar və aidiyyət hissi qazanmaq üçün müxtəlif riskli davranışlara meyl göstərə bilirlər. Ailə faktoru burada xüsusi əhəmiyyət daşıyır. Risk qrupuna daxil olan ailələrdə böyüyən uşaqlar daha çox asılılıq təhlükəsi ilə üzləşirlər. Əgər ailədə hər hansı üzv asılılıq xəstəliyindən əziyyət çəkirsə, həmin mühitdə böyüyən uşağın gələcəkdə asılılıq inkişaf etdirmə ehtimalı daha yüksək ola bilər. Bu, həm genetik meyllərlə, həm də müşahidə olunan davranış modellərinin mənimsənilməsi ilə bağlıdır. Uşaq ailədə gördüyü davranışları normal qəbul edir və onları həyatının bir hissəsinə çevirə bilir”.

Rövşən Nəcəfov əlavə edib ki, digər vacib məqam valideyn-övlad münasibətləridir:

“Valideyn övladına hər yaş dövründə şəxsiyyət kimi yanaşmalıdır. Uşağın fikirlərinin, hisslərinin və ehtiyaclarının nəzərə alınmaması onun özünüdərk prosesinə mənfi təsir göstərir. Uşaqlar kənara qoyulduqda və ya emosional olaraq diqqətdən məhrum qaldıqda, onlar öz şəxsiyyətlərini reallıq üzərində deyil, müxtəlif illüziyalar və kompensasiya mexanizmləri üzərində qurmağa çalışırlar. Bu isə gələcəkdə müxtəlif asılılıqların formalaşması üçün münbit zəmin yarada bilər. Maddə asılılığı, qumar asılılığı, oyun asılılığı və digər davranış asılılıqları beyində oxşar mexanizmlər üzərindən fəaliyyət göstərir. Başqa sözlə, beyin üçün asılılığın növündən çox, onun yaratdığı mükafatlandırma və təkrarlanma dövrü önəmlidir. Profilaktika istiqamətində ilk növbədə genişmiqyaslı maarifləndirmə işləri aparılmalıdır. Bu maarifləndirmə emosional qorxutma üzərində deyil, elmi və rasional izahlar üzərində qurulmalıdır.

İnsanlar asılılığın mahiyyətini, onun psixi və fiziki sağlamlığa təsirlərini düzgün başa düşməlidirlər. Məktəblərdə və təhsil müəssisələrində psixi sağlamlıqla bağlı proqramların genişləndirilməsi, uşaqlarda psixoloji immunitetin formalaşdırılması, sağlam davranış vərdişlərinin inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Asılılıq riski daşıyan və ya artıq asılılıq problemi yaşayan uşaqların valideynləri ilə sistemli iş aparılmalıdır. Çünki bir çox hallarda problemin həlli yalnız uşağın deyil, bütövlükdə ailə sisteminin dəstəklənməsindən keçir. Asılılıq xəstəliyindən əziyyət çəkən istənilən şəxs vaxtında psixi sağlamlıq mütəxəssisinə müraciət etməlidir. Müalicə və reabilitasiya prosesində həm tibbi, həm psixoloji, həm də sosial dəstəyin göstərilməsi vacibdir. Zərurət yarandıqda bu dəstək həm könüllü, həm də qanunvericiliyin nəzərdə tutduğu hallarda icbari formada təşkil oluna bilər. Asılılığın qarşısının alınmasında əsas məqsəd yalnız zərərli davranışı dayandırmaq deyil, insanın psixi dayanıqlığını artırmaq, sağlam münasibətlər qurmasına dəstək vermək və onu həyatın çətinlikləri ilə daha konstruktiv şəkildə mübarizə aparmağa hazırlamaqdır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan parlamentinin sədri özündən 20 yaş kiçik modellə evlənir
Bu gün, 12:33
Azərbaycan Gürcüstandan ən çox pul köçürülən ölkə olub - SİYAHI
Bu gün, 12:31
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:28
“Sahil-S İnşaat” MTK-nın yeni sədri də axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 12:24
“Səhhətindəki problemlərə, ayağındakı ağrılara baxmayaraq Ramiz Rövşən konsertimə gəldi”
Bu gün, 12:19
"Millət vəkillərinin tələbə övladları varsa, onlar da gedib işləsinlər" - deputat
Bu gün, 12:16
ETİRAZ: Şəhəri BELƏMİ SALIRLAR? - "Bu necə mümkündür axı?"
Bu gün, 12:14
Xaçmazdan adam oğurlayıb Bakıya gətirərək döyən şəxslərə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:04
Sərdar Cəlaloğlunun “cinsi uyğunsuzluq” fikri mübahisə yaratdı – Cavadzadədən cavab
Bu gün, 11:56
"Ondan olmaz, əli qana batıb, gələcək lideri biz müəyyən edəcəyik" - İran şahının oğlundan Trampa təpki
Bu gün, 11:48
Prezidentin təsdiqlədiyi investisiya layihələrinin icrasına hansı qurum mane olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:42
Ziraat Bank Azərbaycanda YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:40
Cənubda EKOTERROR DAVAM EDİR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:25
“İtirilmiş ada” tələsi və ya Kreml Krımı saxlaya bilmir - Böhran içində "qala"
Bu gün, 11:15
İrəvandan sülhə qarşı SABOTAJ – erməni nazirin O YALANI...
Bu gün, 11:04
FHN 289 min manata 2 ədəd “Toyota” alır - DETALLAR
Bu gün, 11:02
Rusiya Ermənistana qapıları bağlayır? - Moskva qadağaların səbəbini açıqladı
Bu gün, 10:55
“Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?”
Bu gün, 10:53
Naxçıvanda şəhid atası yerli məmurlara OD PÜSKÜRDÜ - "Gəlin, cavab verin... UTANMAZLAR!"
Bu gün, 10:43
Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır - “Financial Times”
Bu gün, 10:18
"Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." - NARAZILIQ VAR...
Bu gün, 10:17
Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır - Kreml İrəvanı SIXIR...
Bu gün, 10:01
Robert Köçəryanın həbsi üçün icazə istənildi - “Joqovurd”
Bu gün, 09:55
Türk Zəngi Dövləti pulu - FOTO
Bu gün, 09:39
"Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 09:30
İsrail olmasaydı, Amerika olmazdı - ABŞ səfiri
Bu gün, 09:27
Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: - vətəndaşlara müxtəlif vədlər verdi
Bu gün, 08:35
"Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." - GİLEY
Bu gün, 08:26
Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... - BU NƏDİ BELƏ?
Bu gün, 08:15
Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir - TƏFƏRRÜAT
Bu gün, 08:11
Feysbuk və İnstaqram tamamilə ödənişli olur? – Vacib açıqlama
Bu gün, 08:08
ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi - Vens
Bu gün, 08:06
TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... - GƏLİŞMƏ
Bu gün, 08:05
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... - BU NƏDİ BELƏ?
Bu gün, 07:42
DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38
Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32
Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29
Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20
Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15
Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05
Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00
Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49
Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44
Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33
"Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru