Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) İran ərazisinə bir neçə zərbə endirdiyi barədə məlumatlar yayılıb.
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin iddiasına görə, Əbu-Dabinin həyata keçirdiyi hücumlar arasında Lavan adasındakı neft emalı zavoduna endirilən zərbə də var.
Qeyd olunur ki, bu hücum ABŞ və İran arasında atəşkəsin bərqərar olduğu bir vaxtda baş versə də, Vaşinqtonun mənfi reaksiyasına səbəb olmayıb.
Bundan əvvəl isə ABŞ-nin Hörmüz boğazında həyata keçirdiyi "Azadlıq layihəsi" (Project Freedom) əməliyyatının icrasında yaranan problemlər səbəbindən dayandırıla biləcəyi xəbər verilib.
Ekspertlərin fikrincə, İsrail və ABŞ-dakı müharibə tərəfdarı olan siyasətçilər İrana qarşı təzyiqləri sona qədər çatdırmaq istəsələr də, Amerika lideri münaqişənin onun istədiyi ssenari üzrə getməməsi səbəbindən tərəddüd edir.








