“Ulduz xəstəliyi kompleks göstəricisidir”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Mehin Hümbətova “Öz aramızda” verilişində deyib.
Sənətçi bəzi insanların özünü ulduz kimi aparmasının kökündə komplekslərin dayandığını bildirib:
“Ulduz xəstəliyinə tutulmaq özü komplekslərdən irəli gəlir. Həddən artıq özündənrazılıq da kompleks göstəricisidir. Əslində, maksimum dərəcədə özünü özündənrazı kimi göstərib, daxildəki bəzi komplekslərin üstünü ört-basdır edirlər. Eləcə də ulduz xəstəliyi… Bu xəstəliyə əslində yoluxmursan. Sadəcə özünü ulduz kimi təqdim edirsən ki, insanlar səni ulduz kimi qəbul etsinlər”.











