Aktrisaya HAQSIZLIQ: .....                     “AccessBank”da şirkət əmanətləri .....                     "Qarabağ" Dani Boltla yolları ayırıb .....                     Kremldə böyük təşviş: .....                     “Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” .....                     Ermənistan susuz qala bilər: .....                     Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: .....                     “Leobank” GİLEY... .....                     Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... .....                     “Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! .....                     Vətəndaş “Expargo”dan şikayət etdi: .....                     Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi .....                     Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik .....                     Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... .....                     Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil .....                     Azərbaycanda 5 şirkət ləğv olunur .....                     Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb .....                     Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb .....                     Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı .....                     ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə .....                     Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. .....                     Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib .....                     Naxçıvanda SU KORRUPSİYASI .....                     Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi .....                     Bakıda yayın son konserti keçirilib .....                     Erməni lobbisi ABŞ-dan qovulur, bu ölkəyə köçür .....                     Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları .....                     Kreml Qafqaz uğrunda savaşı uduzdu? .....                     Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR .....                     Rusiya onların "ovuna" çıxa bilər .....                     Gecə saatlarında Bakıda biabırçı mənzərə: .....                     Maduronun ölkəsi AĞ GÜNƏ ÇIXIR... .....                     "Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" .....                     Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... .....                     Sifarişi ləğv edib, qiyməti qaldırdılar... .....                     "Açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim, AMMA..." .....                     Güclü dövlətin ZƏİF VƏTƏNDAŞI... .....                     ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək .....                     “Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ .....                 

Aviasiya xidmətlərinə görə əlavə ödənişlər tutulacaq: Biletlərin bahalaşması gözlənilir? - Görünəni odur ki...
Tarix: 13-03-2026, 09:30 | Çap et

Mülki aviasiya sahəsində göstərilən xidmətlər və onların qiymətləri 2017-ci ildən etibarən mövcud olub və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 avqust tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.2-ci bəndinin ikinci cümləsinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən təsdiq edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilir ki, 2023-cü ildə yeni “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanı ilə “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müvafiq xidmət haqlarının təsdiq edilməsi səlahiyyəti və tapşırığı verilib:

"Sözügedən tapşırığın icrasının təmin edilməsi məqsədilə hazırlanmış Kollegiya Qərarının layihəsi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq aidiyyəti dövlət orqanları (qurumları), o cümlədən hava gəmisinin istismarçıları (bundan sonra – aviaşirkətlər) ilə razılaşdırılıb".

Qurumdan bildirilib ki, Kollegiya Qərarının layihəsi hazırlanarkən maliyyə və iqtisadi əsaslandırmalar, gəlir və xərc məlumatları, yeni xidmət haqqı məbləğlərinin son məhsula təsiri aidiyyəti üzrə razılaşdırılma həyata keçirilən dövlət orqanlarına (qurumlarına), o cümlədən aviaşirkətlərə təqdim edilməklə razılaşdırılma yekunlaşıb.

“Kollegiya Qərarının layihəsində qeyd edilən sərnişin və yükə münasibətdə tətbiq edilən yığımların yeni məbləğləri ilə bağlı isə Beynəlxalq Mülki Aviasiya Təşkilatının “Doc 9082, hava limanları və aeronaviqasiya xidmətlərinə görə ödənişlər üzrə siyasəti”nin tələblərinə uyğun olaraq yerli və xarici aviaşirkətlərə bu barədə məlumatlandırma edilərək, yığımların məbləğinə dair rəy və təkliflərinin təqdim edilməsi üçün 3 (üç) ay vaxt müəyyən edilib. Bu müddət ərzində aviaşirkətlərdən sərnişin və yükə münasibətdə təklif edilən yığımların məbləği ilə bağlı hər hansı etiraz daxil olmayıb”.

RİNN-dən əlavə edilib ki, razılaşdırılan Kollegiya Qərarının layihəsiAzərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2026-cı il 5 fevral tarixli 3-27/3-7-2/2026 nömrəli Qərarı ilə təsdiq edilib.

Müvafiq Kollegiya Qərarı 2026-cı il 25 fevral tarixində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş və 2026-cı il 28 mart tarixində qüvvəyə minəcək.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə Trend-ə açıqlamasında bildirib ki, bu, milli aviasiya sisteminin institusional idarəetməsinin təkmilləşdirilməsi və təhlükəsizliyin təmin olunması istiqamətində atılan zəruri bir addımdır.

Onun sözlərinə görə, bu qərar beynəlxalq aviasiya sisteminin tələb etdiyi standartlara uyğunlaşmaq üçün vacib şərtlərdən biridir. Məhz bu səbəbdən Dövlət Mülki Aviasiya Təşkilatı bu istiqamətdə müvafiq yenilikləri tətbiq etməli idi:

“Bu addımın müəyyən nəticələri də olacaq. Belə ki, aviabiletlərin qiymətində müəyyən əlavələr meydana çıxa bilər. Beynəlxalq təcrübədə də buna bənzər hallara rast gəlinir. Bir çox ölkələrdə bu cür sistemlərin tətbiqi nəticəsində biletlərin qiymətinə təxminən iki avro civarında əlavə xərc daxil edilir. Yükdaşımalar zamanı isə hər ton yük üçün təxminən 0,6 avro əlavə ödəniş nəzərdə tutulur. Təbii ki, bu xərclər müəyyən dərəcədə biletlərin qiymətində öz əksini tapa bilər. Bu addım həm zəruridir, həm də qaçılmazdır. Çünki digər sahələrdə olduğu kimi, aviasiya xidmətində də sertifikatlaşdırma, təlimlərin keçirilməsi, xidmət standartlarının müəyyən edilməsi və beynəlxalq aviasiya sisteminə inteqrasiyanın təmin olunması olduqca vacibdir”.

Ekspert qeyd edib ki, bir çox ölkələrdə turizmin inkişafını stimullaşdırmaq məqsədilə bu xərclərin bir hissəsi dövlət və ya aviaşirkətlər tərəfindən qarşılanır. Belə hallarda həmin xərclər birbaşa sərnişin biletlərinə yansımır: “Müqavilələrdə və maliyyə mexanizmlərində qeyd olunur ki, işçilərin sertifikatlaşdırılması, uçuş avadanlıqlarının beynəlxalq standartlara uyğunlaşdırılması, pilotların hazırlıq səviyyəsinin təsdiqi üçün beynəlxalq sertifikatların alınması, həmçinin uçuş və yükdaşımalarının təhlükəsizliyinin təmin olunması üçün çəkilən əlavə xərclər dövlət büdcəsi və ya aviaşirkətlərin öz vəsaiti hesabına maliyyələşdirilə bilər. Bu yanaşma turizmin inkişafını dəstəkləməyə və sərnişinlər üçün əlavə maliyyə yükünün azaldılmasına xidmət edir. Beləliklə, sərnişinlərin ödədiyi biletlərin qiymətinə bu xərclərin təsiri minimum səviyyədə saxlanılır. Ümumilikdə isə qeyd etmək olar ki, qəbul edilən qərar milli aviasiya sistemimizin beynəlxalq aviasiya standartlarına uyğun şəkildə institusional olaraq yenidən qurulmasına və qlobal aviasiya sisteminə daha sıx inteqrasiyasına xidmət edəcək. Bu isə təhlükəsizlik baxımından həm ölkə vətəndaşları, həm də xarici sərnişinlər üçün aviasiya xidmətlərindən istifadə zamanı daha yüksək etibarlılıq və güvən yaradacaq”.

V.Orucun fikrincə, bu xidmət haqları müəyyən dərəcədə aviaşirkətlər üçün əlavə maliyyə yükü yarada bilər: “Əgər bu xərclər birbaşa aviaşirkətlər tərəfindən qarşılanarsa, bəzi hallarda onların mənfəət marjasına təsir edə bilər. Lakin bu məsələni həll etmək üçün müxtəlif mexanizmlər mövcuddur. Məsələn, dövlət subsidiyaları və ya turizmin inkişafına yönəlmiş dəstək proqramları vasitəsilə həmin xərclərin bir hissəsi kompensasiya oluna bilər. Nəticə etibarilə, sərnişin aviabiletlərində bu xidmətlərin tətbiqi orta hesabla təxminən 0,5 faiz civarında əlavə xərc yarada bilər. Bu isə ümumi bilet qiyməti ilə müqayisədə o qədər də böyük məbləğ hesab olunmur”.

Ekpsert vurğulayıb ki, yeni sistemin tətbiqi və beynəlxalq standartlara uyğunlaşma müasir dövrün tələbidir. Bu addım milli aviasiya sistemimizin beynəlxalq institusional qaydalara inteqrasiyasını gücləndirəcək və təhlükəsizlik səviyyəsini daha da artıracaq.

“Bunun sosial tərəfi isə ondan ibarətdir ki, vətəndaşların üzərinə düşən əlavə yükün minimum olması üçün dövlət tərəfindən müəyyən dəstək mexanizmlərinin tətbiqi mümkündür”,- deyə o əlavə edib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Bu gün, 12:13
“AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Bu gün, 12:11
"Qarabağ" Dani Boltla yolları ayırıb
Bu gün, 12:08
Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Bu gün, 12:02
“Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:57
Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Bu gün, 11:51
Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Bu gün, 11:48
“Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Bu gün, 11:45
Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Bu gün, 11:37
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... - Dövlətin milyonları necə yoxa çıxır?
Bu gün, 11:33
“Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! - ETİRAZ VAR!
Bu gün, 11:31
Vətəndaş “Expargo”dan şikayət etdi: - 190 manatlıq məhsul geri qaytarılmayıb
Bu gün, 11:28
Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 11:25
Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik - ÇƏRƏNÇİLİK DAVAM EDİR...
Bu gün, 11:24
Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... - "Mən nə edim? Çox pisəm..."
Bu gün, 11:19
Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Azərbaycanda 5 şirkət ləğv olunur
Bu gün, 11:06
Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb
Bu gün, 11:04
Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb - SİYAHI
Bu gün, 11:03
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
Bu gün, 11:02
ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə 130 milyon xərc planlaşdırıb
Bu gün, 11:00
Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57
Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib - DETALLAR
Bu gün, 10:53
Naxçıvanda SU KORRUPSİYASI - NARAZILIQ VAR...
Bu gün, 10:47
Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 10:41
Bakıda yayın son konserti keçirilib - FOTO
Bu gün, 10:37
Erməni lobbisi ABŞ-dan qovulur, bu ölkəyə köçür - GƏLİŞMƏ
Bu gün, 10:29
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
Bu gün, 10:13
Kreml Qafqaz uğrunda savaşı uduzdu? – Bu kəşfiyyat Rusiyanın Ermənistandakı təsirinin sıfıra endiyini açıqladı...
Bu gün, 08:20
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 08:18
Rusiya onların "ovuna" çıxa bilər - Xəbərdarlıq
Bu gün, 08:14
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
Bu gün, 08:13
Maduronun ölkəsi AĞ GÜNƏ ÇIXIR... - AKTUAL
Bu gün, 08:04
"Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:58
Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:53
Sifarişi ləğv edib, qiyməti qaldırdılar... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:41
"Açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim, AMMA..." - NARAZILIQ VAR...
Bu gün, 07:33
Güclü dövlətin ZƏİF VƏTƏNDAŞI... - AXI NECƏ...
Bu gün, 07:27
ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək - “Reuters”
Bu gün, 07:15
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
Bu gün, 07:07
İki Azərbaycan vətəndaşından Almaniyada ŞOK CİNAYƏT - Görün, nə ediblər...
Bu gün, 07:02
“Alkagesta” və Lumen: Şirkət qlobal təhqiqat yazılarını və axtarış izlərini necə “TƏMİZLƏMƏYƏ”çalışır? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Vergi idarəsinin rəisi QOÇULUQ EDİR - TƏFƏRRÜAT
Bu gün, 06:37
Xəstəxana qarşısında parklanma tələsi - AYNA -nın "nişan oyunu"
Bu gün, 06:32
Ələkbər Yasamallının ailəsində xeyir iş... - TOY olacaq
Bu gün, 06:27
Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq? - GƏLİŞMƏ
Bu gün, 06:24
Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
Bu gün, 06:20
NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir - Lavrov belə deyir...
Bu gün, 06:17
Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı – Böyük MÜJDƏ
Bu gün, 06:14
ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib - CENTCOM
Bu gün, 06:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru