“Atam məzar daşlarına şeir yazırdı, .....                     BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi .....                     Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü .....                     Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... .....                     Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? .....                     Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir .....                     Pezeşkianın müavini: .....                     “Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi .....                     Aktrisaya HAQSIZLIQ: .....                     “AccessBank”da şirkət əmanətləri .....                     "Qarabağ" Dani Boltla yolları ayırıb .....                     Kremldə böyük təşviş: .....                     “Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” .....                     Ermənistan susuz qala bilər: .....                     Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: .....                     “Leobank” GİLEY... .....                     Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... .....                     “Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! .....                     Vətəndaş “Expargo”dan şikayət etdi: .....                     Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi .....                     Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik .....                     Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... .....                     Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil .....                     Azərbaycanda 5 şirkət ləğv olunur .....                     Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb .....                     Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb .....                     Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı .....                     ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə .....                     Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. .....                     Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib .....                     Naxçıvanda SU KORRUPSİYASI .....                     Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi .....                     Bakıda yayın son konserti keçirilib .....                     Erməni lobbisi ABŞ-dan qovulur, bu ölkəyə köçür .....                     Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları .....                     Kreml Qafqaz uğrunda savaşı uduzdu? .....                     Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR .....                     Rusiya onların "ovuna" çıxa bilər .....                     Gecə saatlarında Bakıda biabırçı mənzərə: .....                 

Fazil Mustafadan İlqar Məmmədova cavab: - "O cür qadınlar səni layiq olduğun yerə təyin edəcəklər"
Tarix: 5-03-2026, 09:45 | Çap et

Əlbəttə ki, bütün yazdığım mətnlər və etdigim çıxışlar ideal deyil. Hər birində tənqid üçün yetərincə açıq məqamlar olur və olmalıdır da! Yazı mətnləri ilə birbaşa mətnsiz edilən çıxışlar da bir-birindən üslubca fərqlənir. Yazı mətni daha ciddi məsuliyyət tələb edir və qalıcı dəyərləndirməyə tabedir. 50-100 il sonralarda da oxunub fərqli baxış bucağından şərh oluna bilər. Şifahi çıxışın isə əsas hədəfi mövcud auditoriyaya uyğun olaraq izləyicilərin diqqətini seçdiyin və ya öncədən seçilmiş mövzuya yönəltməkdir.
Burada ritorik manevrlər qaçılmazdır və problemin ciddiliyini qabartmaq üçün seçdiyin üslub çox böyük önəm daşıyır. Xüsusilə də çıxış üçün dəqiq vaxt çərçivəsi qoyulanda, arzu etdiyini deyil, vaxta sığışa bilənləri dinləyənlərə çatdırmağa məhkum olursan. Son parlament iclasında 5 dəqiqəlik çıxışımı bir daha diqqətlə dinlədim. Bu çıxışda 6 ciddi problemə toxunulmuş, bir neçə faydalı saylıla biləcək təklif verilmiş və nədənsə, bütün bu mövzudan sosial şəbəkədə ancaq boşanmaların bəzi qadınlara aid neqativ tərəfi geninə-boluna müzakirə olunmuşdur.
Qeyd edim ki, bunların içində təqdir və tənqid yazılarına normal yanaşmışam və hətta bəzi tənqidləri faydalı hesab edərək öz səhifəmdə də paylaşmışam. Etik çərçivəni aşmadan paylaşılan bir neçə status üzrə aparılan müzakirələrə də birbaşa qoşularaq mövqeyini aydın şəkildə çatdırmağa çalışmışam. Lakin hər dəfə olduğu kimi marıqda gözləyən bəzi dəyərsiz kimliklər mövzunu bir tərəfə buraxıb şəxsimi məqsədyönlü şəkildə təhqir etməyə çalışanda yazılarımla onlara zəruri Osmanlı tokatı vurmağa da tənbəllik etməmişəm. Qısaca yuxarıda vurğulanan mövzu ilə bağlı aydın mövqeyimi bildirim:
Boşanmalar ailə institutunu ciddi şəkildə sarsıdır, məhkəmə praktikasında günahkar əsasən kişilərin uyğunsuz davranışı olur və onların üzərinə aliment öhdəliyi qoyulur. Üstəlik, bir qisim kişilərin alimentləri ödəməkdən məqsədli şəkildə yayınılması da qadınlarımız üçün ağır sosial sıxıntılar yaratmaqdadır. Doğrudan da boşanmalarda daha çox rolu olan tərəf kişilərdir. Bu səbəbdən boşanmış iffətli qadınların da hansı əzab-əziyyətlə, psixoloji travmalarla övladlarını böyütdüklərini çevrəmizdə, yaxud çevrəmizdən kənarda açıq şəkildə müşahidə edə və duya bilirik.
Eyni zamanda qeyd edirəm ki, bəzi qızlar da məqsədyönlü şəkildə ailə qururlar ki, bir və ya iki uşaq olandan sonra aliment almaq, mal-mülkdən pay qazanmaq və sərbəst yaşamaq (bunun içində açıqlanması mümkün olan və olmayan çox məsələlər durur) istəklərini həyata keçirsinlər. Bu barədə də müvafiq orqanlardan əldə etdiyim faktlara, tanıdığım və ya qəbulumda olan insanların müraciətlərinə əsaslanan yetərincə bilgilər var. Ancaq yenə də bu şəxsləri ittiham etmək yerinə, təklif etmişəm ki, belə niyyətli qadınlar müəyyənləşdirildiyi təqdirdə Mediasiya qurumu rəyini məhkəməyə təqdim etsin və nəticədə daha obyektiv qərarlar qəbul olunsun. Bununla da boşanmada günahı olmayan kişilərə ağır maddi məsuliyyət yüklənməsin. Buraya qədər yəqin ki, normal düşünən, ağlı başında olan hər kəs çıxışın mahiyyətini anlamış oldu. İndi isə keçək ağlı başında olmayanlara bəzi məqamları izah etməyə. Onlardan biri də heç şübhəsiz “REAL” partiyasının keçmiş sədri İlqar Məmmədovdur.

Əlbəttə, İlqar Məmmədov bizim çıxışımıza mədəni tənqid üslubunda cavab versəydi, “Eyvallah!” deyib üzərindən sakitcə keçərdik və hətta bəzi tənqidlərindən faydalanardıq. Ən azı siyasi partiyalar arasında, partiya rəhbərləri arasında münasibətlərin normal səviyyədə qorunmasına cəhd etməklə bu etik çərçivəni aşmamaq mümkün idi. Ancaq nədənsə, bu şəxs açıq şəkildə ədəbsiz üslüb seçərək “bizim statistikanı anlamadığımızı”, “qadınları şərlədiyimizi”, “ağılsız fikir ortaya atdığımızı” iddia edərək təhqiramiz ittihamlar irəli sürmüşdür. Öncə inanmadım, çünki bizim çıxışımız ailə institutunun pozulmasında rolu olan, bəzi yüngül əxlaqlı və sərbəst həyat arzulayan, yüksək maaşdan yüksək aliment və mülkiyyətdən pay qoparmaq niyyəti ilə boşanmağa çalışan qadınlarla əlaqəli idi. Lakin və sanki həmin kateqoriyaya aid olan şəxslərdən biri kimi məhz İlqar Məmmədovun cavab verməsi bəzi məqamları xatırlarkən təəccübümə səbəb olmadı. Çünki illər öncə həmin yuxarıda adı keçən İlqar Məmmədov bütövlükdə parlamenti tərbiyəsizcəsinə heyvanxanaya bənzətmişdi və ardınca da gizli öhdəliklər, habelə Avropa məhkəməsinin qətnaməsi ilə ödənilən külli miqdarda vəsait nəticəsində təcili və müəmmalı şəkildə həbsxanadan azad olunan kimi özünün heyvanxana dediyi müəssissəyə düşmək üçün əlahiddə canfəşanlıq etmişdi. Nəticədə arzuladığının əksinə parlamentdə deyil, siyasətin təcrid olunmuş heyvanxanasında irreal bir baxıcı olaraq qalmağa razılaşmış oldu.

Yazısının sonluğu ilə tanış olduqda isə aydın olur ki, İlqar Məmmədovun yüngül həyat tərzinə meylli qadınların adından etiraz səsini ucaltması heç də onun səmimiyyətindən irəli gəlmir. Çünki adam əslində, mövzuya dəxli olmayan başqa bir gileyini diqqətə çatdırmaq istəyir. Guya deputatlardan biri seçkilərə qoşulduğu zaman ona dostcasına belə demişdir: “İlqar, sən niyə seçicilərə səslənirsən axı? Nəzərə al da, sənin bircə nəfər seçicin var. Əsas odur, elə et səndən o razı qalsın!” Tövsiyə olaraq deyim ki, cənab İlqar Məmmədov, bundan sonra da səndən nə o, nə onlar, nə də seçici dediyin Azərbaycan vətəndaşları razı qalcaqlar. Sənə zərrə qədər etibar da etməyəcəklər. Çünki həbsxanadan hansı şərtlərlə çıxdığını bilənlər anlayırlar ki, mal-mülk üçün, siyasi aliment əldə etmək üçün boşanmağa həmişə meyilli olacaqsan!
Çalış bundan sonra, heç olmasa, bu cür qadınların hüquqlarını davamlı qoruyan feminist olasan! Onlar səni layiq olduğun yerə hökmən təyin edəcəklər!








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Bu gün, 12:59
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Bu gün, 12:54
Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Bu gün, 12:50
Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Bu gün, 12:42
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:34
Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Bu gün, 12:26
Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Bu gün, 12:24
“Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Bu gün, 12:22
Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Bu gün, 12:13
“AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Bu gün, 12:11
"Qarabağ" Dani Boltla yolları ayırıb
Bu gün, 12:08
Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Bu gün, 12:02
“Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:57
Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Bu gün, 11:51
Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Bu gün, 11:48
“Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Bu gün, 11:45
Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Bu gün, 11:37
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... - Dövlətin milyonları necə yoxa çıxır?
Bu gün, 11:33
“Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! - ETİRAZ VAR!
Bu gün, 11:31
Vətəndaş “Expargo”dan şikayət etdi: - 190 manatlıq məhsul geri qaytarılmayıb
Bu gün, 11:28
Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 11:25
Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik - ÇƏRƏNÇİLİK DAVAM EDİR...
Bu gün, 11:24
Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... - "Mən nə edim? Çox pisəm..."
Bu gün, 11:19
Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Azərbaycanda 5 şirkət ləğv olunur
Bu gün, 11:06
Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb
Bu gün, 11:04
Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb - SİYAHI
Bu gün, 11:03
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
Bu gün, 11:02
ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə 130 milyon xərc planlaşdırıb
Bu gün, 11:00
Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57
Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib - DETALLAR
Bu gün, 10:53
Naxçıvanda SU KORRUPSİYASI - NARAZILIQ VAR...
Bu gün, 10:47
Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 10:41
Bakıda yayın son konserti keçirilib - FOTO
Bu gün, 10:37
Erməni lobbisi ABŞ-dan qovulur, bu ölkəyə köçür - GƏLİŞMƏ
Bu gün, 10:29
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
Bu gün, 10:13
Kreml Qafqaz uğrunda savaşı uduzdu? – Bu kəşfiyyat Rusiyanın Ermənistandakı təsirinin sıfıra endiyini açıqladı...
Bu gün, 08:20
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 08:18
Rusiya onların "ovuna" çıxa bilər - Xəbərdarlıq
Bu gün, 08:14
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
Bu gün, 08:13
Maduronun ölkəsi AĞ GÜNƏ ÇIXIR... - AKTUAL
Bu gün, 08:04
"Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:58
Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:53
Sifarişi ləğv edib, qiyməti qaldırdılar... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:41
"Açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim, AMMA..." - NARAZILIQ VAR...
Bu gün, 07:33
Güclü dövlətin ZƏİF VƏTƏNDAŞI... - AXI NECƏ...
Bu gün, 07:27
ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək - “Reuters”
Bu gün, 07:15
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
Bu gün, 07:07
İki Azərbaycan vətəndaşından Almaniyada ŞOK CİNAYƏT - Görün, nə ediblər...
Bu gün, 07:02
“Alkagesta” və Lumen: Şirkət qlobal təhqiqat yazılarını və axtarış izlərini necə “TƏMİZLƏMƏYƏ”çalışır? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru