Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... .....                     Rus ekspertdən sensasiyalı proqnoz: .....                     Eyni Bişkek, fərqli Azərbaycan: .....                     Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır .....                     Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır .....                     İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış .....                     Paşinyan tələsməlidir... .....                     Putin Qırğızıstanda Cinpinlə görüşüb .....                     “GoldenPay”ə yeni rəhbər təyin edildi .....                     Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi .....                     Əliyevlə Paşinyan Bişkekdəki görüşdə .....                     Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb .....                     Azərbaycana qarşı “üçlü hücum”: .....                     Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır .....                     "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb .....                     "Özümü 50 yaşında kişi kimi hiss edirəm" .....                     “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır .....                     Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü .....                     “Atam məzar daşlarına şeir yazırdı, .....                     BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi .....                     Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü .....                     Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... .....                     Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? .....                     Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir .....                     Pezeşkianın müavini: .....                     “Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi .....                     Aktrisaya HAQSIZLIQ: .....                     “AccessBank”da şirkət əmanətləri .....                     "Qarabağ" Dani Boltla yolları ayırıb .....                     Kremldə böyük təşviş: .....                     “Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” .....                     Ermənistan susuz qala bilər: .....                     Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: .....                     “Leobank” GİLEY... .....                     Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... .....                     “Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! .....                     Vətəndaş “Expargo”dan şikayət etdi: .....                     Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi .....                 

40 ilə yaxın davam edən qalmaqal niyə səngimir? - Elçibəy ətrafında mübahisə alovlandı
Tarix: 27-01-2026, 06:32 | Çap et

Yerli KİV-də Azərbaycanın sabiq baş naziri Pənah Hüseynlə siyasətçi Nemət Pənahlı arasında baş tutan debat Əbülfəz Elçibəy ətrafında illərdir davam edən mübahisələri yenidən alovlandırıb. Belə ki, Nemət Pənahlı bir daha meydanlarda xalq tərəfindən toplanan vəsaiti – təxminən 10 milyon manatı – Əbülfəz Elçibəyin mənimsədiyini iddia edib. Pənah Hüseyn isə ümumiyyətlə bu qədər vəsaitin yığılmasına inanmadığını bildirib. O, səslənən ittihamları əsassız sayaraq Nemət Pənahlının Elçibəyin ruhundan və Azərbaycan xalqından üzr istəməli olduğunu deyib.

Qarşılıqlı ittihamlar fonunda 40 ilə yaxındır davam edən bu mübahisənin niyə səngimədiyi və nə üçün hər il daha da sərtləşdiyi sualları yenidən gündəmə gəlib.

Maraqlıdır, bu yöndəki ittihamlar hər ötən il niyə artmaqda davam edir?

Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, bu məsələnin əsas səbəblərindən biri Azərbaycan xalq hərəkatının bu günədək obyektiv və elmi şəkildə yetərincə araşdırılmamasıdır:

“Mövcud yanaşmalarda, xüsusilə siyasi kontekstdə, müstəqillik hərəkatına birmənalı münasibət sərgilənməyib. Zaman-zaman Rusiya ilə münasibətlər fonunda Azərbaycan müstəqillik hərəkatı və həmin prosesdə iştirak etmiş şəxslər barədə ziddiyyətli mövqelər ortaya qoyulub. Milli azadlıq hərəkatında iştirak etmiş bir sıra şəxslər müxtəlif ittihamlarla ləkələnib, onların siyasi proseslərdə iştirakına maneələr yaradılıb. Nemət Pənahlının Azərbaycan xalq hərəkatındakı rolu ilə bağlı irəli sürülən iddialar bu kontekstdə ayrıca müzakirə mövzusudur. Tarixi faktlara əsasən, o, Azərbaycan xalq hərəkatının lideri olmayıb. Onun əsas fəaliyyəti Meydan hərəkatı dövründə mitinqlərin aparıcısı funksiyasını yerinə yetirməklə məhdudlaşıb. Nemət Pənahlının ölkə miqyasında təşkilatlanma fəaliyyəti, bölgələrdə struktur qurması və ya kütlələri siyasi baxımdan yönləndirməsi ilə bağlı ciddi faktlar mövcud deyil. Onun fəaliyyəti əsasən çalışdığı müəssisə çərçivəsində formalaşmış kiçik qrupla məhdudlaşıb. Həmin dövrdə mitinqlərdə çıxış edən şəxslərin seçimi daha çox kütləyə emosional təsir göstərmək məqsədi daşıyırdı. Şeir deyə bilən, yüksək səslə danışan və auditoriyanı coşdura bilən şəxslər mitinqlərin aparıcısı kimi önə çəkilirdi. Bu baxımdan Nemət Pənahlının da müəyyən natiqlik bacarığının olduğu qəbul edilə bilər. Lakin bu amil onun xalq hərəkatının ideoloji və siyasi lideri olması anlamına gəlmir.

Ümumilikdə, həkim kimi deyə bilərəm ki, bu şəxsin özünü ön plana çıxarmaq meyli, psixi problemləri var və o, həqiqətən də özünü Azərbaycan Xalq Hərəkatının lideri olduğuna inandıra bilib. O, Azərbaycanın Müstəqillik Hərəkatını öz adı ilə bağlamağa çalışır. Halbuki, əgər həqiqətən hərəkatın lideri olsaydı, bu gün cəmiyyətdə ona ciddi hörmət göstərilərdi. Əbülfəz Elçibəy vəfat edərkən demək olar ki, bütün Azərbaycan onun dəfn mərasimində iştirak edirdi. İnanmıram ki, Nemət Pənahlı dünyasını dəyişəcəyi təqdirdə yaxın qohumlarından başqa geniş ictimaiyyət orada iştirak etsin”.

ADP sədri bildirib ki, Azərbaycan milli azadlıq hərəkatının ideoloji əsaslarını formalaşdıran və ona siyasi rəhbərlik edən şəxs Əbülfəz Elçibəy olub:

“O, hələ 1960-cı illərdən başlayaraq Azərbaycanın milli azadlığı və birləşməsi ideyalarını təbliğ edən, bu istiqamətdə ardıcıl fəaliyyət göstərən yeganə disidentlərdən biri idi. SSRİ dövründə Azərbaycanda birbaşa siyasi motivlərlə təqib və həbs olunan nadir şəxslərdən biri məhz Elçibəy olub. Digər siyasi fiqurlar müxtəlif ittihamlarla həbs edilsə də, o, məhz siyasi baxışlarına görə cəzalandırılıb. Sovet İttifaqının zəifləməsi ilə milli azadlıq hərəkatının rəhbərliyini üzərinə götürən Əbülfəz Elçibəy bu prosesdə həlledici rol oynayıb. Xalq hərəkatında bu və ya digər səviyyədə iştirak edən insanların böyük əksəriyyəti məhz onun ideyalarının təsiri altında bu mübarizəyə qoşulub. Zamanla fərqli siyasi mövqelər formalaşsa da, Elçibəyin milli hərəkat üçün ideoloji mayak olduğu faktı danılmazdır. O, sovet hakimiyyətinin ən güclü dövrlərində bu rejimə qarşı mübarizə aparıb, sonrakı mərhələdə isə həmin mübarizə kütləvi xarakter alıb. Bir şəxsin həm hərəkatın, həm də millətin lideri sayılması üçün cəmiyyət tərəfindən qəbul olunması vacibdir. Bu gün isə Nemət Pənahlı nə lider, nə də nüfuzlu ictimai-siyasi fiqur kimi qəbul edilir. Digər tərəfdən, o, Əbülfəz Elçibəy haqqında əsassız iddialar səsləndirməklə hökumətə yaxın görünməyə çalışır. Hamını agent adlandırsa da, özü Rusiyanın Azərbaycanda həyata keçirdiyi dövlət çevrilişində (1993-cü ilin 4 iyun tarixindəki hərbi qiyamı nəzərdə tutur-red.) fəal iştirak etmiş şəxslərdən biri olub. Bu baxımdan, seçilən yolun hansı xətt üzrə formalaşdığı aydın görünür.

Tarixi təcrübə göstərir ki, heç bir xalq hərəkatı ayrı-ayrı şəxslərin fəaliyyəti nəticəsində yaranmır. Hərəkatlar kütlələrin sosial-siyasi fəallığı, ictimai narazılıq və ümumi tarixi zərurət nəticəsində formalaşır. Mitinq aparmaq, çıxış etmək və kütləni emosional baxımdan istiqamətləndirmək hərəkatın təşkil olunması, ona rəhbərlik etmək anlamına gəlmir. Minlərlə insanın, ziyalıların, fəhlələrin və digər sosial təbəqələrin gecə-gündüz apardığı fəaliyyət xalq hərəkatının əsas dayağını təşkil edib”.

Sərdar Cəlaloğlu qeyd edib ki, son dövrlərdə bu mövzunun yenidən və intensiv şəkildə gündəmə gətirilməsi təsadüfi görünmür:

“Bir neçə həftədir ki, ictimai müzakirələr əsasən Elçibəy və Azərbaycan xalq hərəkatı ətrafında cəmləşib. Halbuki ölkədə sosial-iqtisadi problemlər, qiymət artımı, regionda təhlükəsizlik riskləri, İran ətrafında baş verən proseslər, Rusiya-Ukrayna müharibəsi və Azərbaycan-Rusiya münasibətləri kimi daha aktual mövzular mövcuddur. Bu kontekstdə 40 il əvvəl baş vermiş hadisələrin davamlı şəkildə gündəmə daşınması ictimai diqqətin real problemlərdən yayındırılması cəhdi kimi qiymətləndirilə bilər”.

Qeyd edək ki, bu mövzu ətrafında müzakirələrin böyüməsinə səbəb Nemət Pənahlının səsləndirdiyi iddialarla bağlıdır. O, Meydan hərəkatı dövründə toplanan 10 milyon vəsaitin AXC lideri, mərhum prezident Əbülfəz Elçibəy tərəfindən mənimsənildiyini iddia edib. Lakin Elçibəyin silahdaşı olmuş şəxslər bunu qəti şəkildə təkzib edirlər.

Ə.Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımov bu iddiaları böhtan xarakterli açıqlamaların davamı kimi qiymətləndirib.

Meydan hərəkatının fəal iştirakçısı, sabiq baş nazir Pənah Hüseyn bildirib ki, pulun mənimsənilməsi məsələsində Nemət Pənahlının özünün qaranlıq əməlləri ola bilər.

Meydan hərəkatının ilk mitinqlərinin təşkilatçısı Ənvər Əliyev isə qeyd edib ki, Əbülfəz Elçibəy pul yığımının əleyhinə olub.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Bu gün, 16:19
Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Bu gün, 16:14
Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Bu gün, 16:12
Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Bu gün, 16:08
Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Bu gün, 16:06
İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Bu gün, 15:56
Paşinyan tələsməlidir... - AKTUAL
Bu gün, 15:53
Putin Qırğızıstanda Cinpinlə görüşüb
Bu gün, 15:49
“GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:45
Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 15:43
Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Bu gün, 15:39
Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Bu gün, 15:36
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Bu gün, 15:33
Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Bu gün, 14:35
Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Bu gün, 14:31
"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Bu gün, 14:29
"Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Bu gün, 13:17
“Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Bu gün, 13:15
Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Bu gün, 13:11
“Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Bu gün, 12:59
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Bu gün, 12:54
Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Bu gün, 12:50
Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Bu gün, 12:42
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:34
Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Bu gün, 12:26
Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Bu gün, 12:24
“Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Bu gün, 12:22
Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Bu gün, 12:13
“AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Bu gün, 12:11
"Qarabağ" Dani Boltla yolları ayırıb
Bu gün, 12:08
Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Bu gün, 12:02
“Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:57
Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Bu gün, 11:51
Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Bu gün, 11:48
“Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Bu gün, 11:45
Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Bu gün, 11:37
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... - Dövlətin milyonları necə yoxa çıxır?
Bu gün, 11:33
“Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! - ETİRAZ VAR!
Bu gün, 11:31
Vətəndaş “Expargo”dan şikayət etdi: - 190 manatlıq məhsul geri qaytarılmayıb
Bu gün, 11:28
Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 11:25
Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik - ÇƏRƏNÇİLİK DAVAM EDİR...
Bu gün, 11:24
Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... - "Mən nə edim? Çox pisəm..."
Bu gün, 11:19
Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Azərbaycanda 5 şirkət ləğv olunur
Bu gün, 11:06
Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb
Bu gün, 11:04
Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb - SİYAHI
Bu gün, 11:03
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
Bu gün, 11:02
ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə 130 milyon xərc planlaşdırıb
Bu gün, 11:00
Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57
Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib - DETALLAR
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru