“Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi .....                     AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? .....                     "Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." .....                     Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib .....                     YAP-ın VIII Qurultayına hazırlıq .....                     Bir evi bir neçə nəfərə satan iş adamına .....                     16 il sonra qayıtdılar, trendi alt-üst etdilər .....                     "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir .....                     “SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub .....                     Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... .....                     "Öz şəhərimizi niyə yazaq ki?" .....                     "Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında .....                     Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı .....                     Ankara strateji muxtariyyəti gücləndirir .....                     Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi .....                     Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi .....                     Azərbaycanda “buzov pulu” artırıldı .....                     Azərbaycanda yeni qurumun yaradılması .....                     Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     Rusiya azərbaycanlıları adından sensasion çağırış .....                     Qonşuda benzinin qiyməti ikiqat artırıldı .....                     Putindən Ermənistanla bağlı sərt qərar .....                     “Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı .....                     Bu xanımlara yüksək vəzifə verildi .....                     General-mayor Anar İsmayılova ağır itki üz verib .....                     “Baku Electronics” müştərinin qanına susayıb? .....                     Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə .....                     Azərbaycan neftinin qiyməti 107 dolları ötüb .....                     Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. .....                     "Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə .....                     Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... .....                     "Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" .....                     Trampdan UCUZ NEFT VƏDİ... .....                     Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib .....                     Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... .....                     "Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… .....                     Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? .....                     "2000 manat bu xərci qarşılayacaqmı?!." .....                     Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? .....                     Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU .....                 

`Azəriqaz`da rəhbər dəyişdi... vətəndaşa münasibət dəyişmədi... - "Tüstü borusunu, qaz xəttini bəyəm istehlakçı çəkib?"
Tarix: 31-08-2024, 12:58 | Çap et
`Azəriqaz`da rəhbər dəyişdi... vətəndaşa münasibət dəyişmədi...
Bakının Nizami rayonu, Babək prospekti, 71 saylı binanın yanında Heydər
Əliyev Fondunun dəstəyi ilə 1-ci dərəcəli Qarabağ qazisinin istifadəsinə
2008-ci ildə verilən qeyri-yaşayış otağının çöldən “Kombi” sistemi ilə
qızdırılmasına “Azəriqaz” 16 ildir rüşvət tələbi ilə qadağa qoyub. Qaz
xidmətinin Qarabağ qazisini “qazlamağına” baxın, qeyri-yaşayış evinin
çöldən “Kombi” sistemi ilə qızdırılması təhlükə yaradır. Halbuki təhlükəyə
cavabdeh olan Fövqəladə Hallar Nazirliyi “Kombi” cihazlarının binanın
çölündə quraşdırılmalı olmasını bildirib.16 ildir ali dövlət hakimiyyəti
orqanlarından, Heydər Əliyev Fondundan “Azəriqaz”a gələn tapşırıqlara
çeşidli bəhanələrlə əməl edilmir. Özü də qaz xidmətinin işi yalnız qaz
sayğacı quraşdırmaqır, ondan o yana keçmir. Nədən bütün işlər görülüb,
mövcud qaz xətti binanın yanından keçdiyindən, 16 il qabaq xətdən
ventillə qaz götürülməsi üçün , rus terminologiyası ilə desək, “sosok”
qoyulub, bircə sayğac quraşdırmaq qalır ki, evi qızdırmaq mümkün olsun.
Qaz idarəsinin bu özbaşınalıqda rüşvətdən özgə nə marağı ola bilər ki, 16
ildir boynuna düşən görəvdən imtina edir? Xatırladırıq ki, “Azərişıq” anında
iki (!) işıq sayğacı quraşdırıb, “Azərsu” verdiyi texniki şərti məhkəmənin
qərarından sonra beş ildir icra edib, bircə qaz idarəsi erməni kilsələrinə
pulsuz verdiyi qazı Qarabağ qazisinə pulla da vermək istəmir. “Kombi”
sistemi isə qaz olmadan işləmir.
“Azəriqaz” hətta məhkəməyə də təzyiq edib. Bakı İnzibati Məhkəməsinin
hakimi Fərid Mədətli 17.06.2020-ci il tarixli (tərəflərin iştirak etmədiyi)
iclasda qərara alıb ki, 1-ci dərəcəli Qarabağ qazisi-istehlakçının
istifadəsinə SƏNAYE QAZ SAYĞACI verilməlidir. Bilirsiniz, hələ də
rəsmi qaydada verilməyən bu qərarla məhkəmə hakimi nə demək istəyir?
“ Qaz təchizatı haqqında” qanunun 13.9 maddəsində, “Qazdan istifadə
qaydaları haqqında” NK qərarının 4.2 bəndində MƏİŞƏT QAZ
SAYĞACLARInın təchizatının, quraşdırılmasının, dəyişdirilməsinin
QAZ PAYLAYICININ vəsaiti HESABINA, digər istehlakçılar üçün
İSTEHLAKÇILARIN vəsati HESABINA olduğu yazılıb. Yəni istənilən
halda , qaz xidməti xidmətdən imtina edə bilməz, sadəcə, xidmətin kimin
hesabına olması mübahisə predmetidir. Məhkəmə də başqa bəhanə tapa
bilməyib və qərara alıb ki, əlil-istehlakçı SAATDA 10 kub metrdən çox
qaz sərf edən SƏNAYE QAZ QURGUSUNDAN yararlanır !(?) ( Məişət
qaz qurğusu saatda 10 kub metrdən AZ, sənaye qaz qurğusu isə
ÇOX qaz işlədən qurğular sayılır). Özbaşınalığa baxın, guya “Kombi”
saatda 10 kubmetrdən çox qaz işlədir. Hakim Fərid Mədətlinin “Azəriqaz”ın
rüşvətilə “daxili inam” məntiqinə baxın, guya Qarabağ qazisi bir günə ən
azı 240 kub metr, bir aya 7200 kub metr hesabı ilə gündə 48
manatlıq, ayda ən azı 1440 manatlıq qaz işlətməlidir. Belə məhkəmə,
qaz xidməti rüşvətilə qazdan istifadə etmək olar?
Məhkəmə Hüquq Şurasına şikayətlər də sonuc verməyib və bədnam qərar
hələ də verilməyib. Qarabağ qazisi razıdır, qərarı cavabdeh “Azəriqaz” icra
etməli və 1-ci dərəcəli Qarabağ əlilinə SƏNAYE QAZ QURĞUSUNDAN
yararlanan istehlakçı kimi ƏLİLİN HESABINA SƏNAYE SAYĞACI
quraşdırmalıdır. Bəs niyə “Azəriqaz” məhkəmə qərarını icra etmir? Heç
demə, qərar cavabdehə də verilməyib. Bu necə olur, məhkəməyə belə
əndrabadi qərar sifariş edəsən və özünə verilməyə? Bəlkə “Azəriqaz”
utanıb-qızarır, ona görə məhkəmə qərarını gizlədir? Axırı, Nizami qaz
idarəsindən qaziyə zəng edib məhkəmə qərarının verilməsini istəyiblər. (?)
Bəs bu günlərdə Prezident Fərmanı ilə İqtisadiyyat Nazirliyinin yanından
Prezident yanında dövlət agentliyinə çevrilən Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Xidməti kobud istehlakçı hüququnun pozulmasına
nə deyir? Xidmətin rəis müavini İlqar Həsənovun imzası ilə gələn
cavab istehlakçının hüququnun yox, təbii inhisarçı qaz xidmətinin
rüşvətinin üstünlüyünün qorunmasını üzə çıxarır. Rəis müavini 1-ci dərəcəli
əlil istehsalçıdan “ərazisi planlaşdırılmayan ərazilərdəki tikililərə”
qaz çəkilməsinə görə qoşulma haqqının ödənilməsini, sayğacın
məişət obonentlərinə pulsuz olmasını və s. anlamsızlığı
vurğulayaraq ... məhkəməyə müraciət etməyi məsləhət bilir. Açıq-
aşkar qaz idarəsinin qanunsuz təzyiqi sezilir. Axı Nizami rayonu 50 ilə
yaxındır planlaşdırılıb və 16 ildir qeyri-yaşayış otağı dövlət sifarişi – Heydər
Əliyev Fondunun dəstəyi ilə tikilib. Vurğuladığımız kimi, çöldən “Kombi” ilə
qızdırmaq üçün hər şey hazırdır, bircə qaz sayğacı quraşdırmaq qalır;
məhkəmə də öz sözünü deyib ki, 1-ci dərəcəli əlilə öz hesabına SƏNAYE
QAZ SAYĞACI quraşdırılmalıdır. 50 ildir mövcud qaz şəbəkəsinə qoşulan
xəttə görə qoşulma haqqı ödənməlidir? Bu hansı qanunda yazılıb? Özü də
bu QOŞULMA HAQQI, daha düzü, HOQQASI 2022-ci ildə çıxarılıb, otaq
isə 2008-ci ildə tikilib. Konstitusiyanın 149-cu maddəsinin VII hissəsi
normativ aktın geriyə qüvvəsini qadağan edir. Yalnız şəxslərin vəziyyətini
yaxşılaşdıran aktların geriyə qüvvəsi vardır. Bundan da xəbərsizdirlər
məhkəmələr, dövlətin xidmət qurumları?
Bu günlərdə 1-ci dərəcəli əlilin yaşadığı mənzilə qaz xidmətçisi baxış
keçirib və “tikinti obyektində” ( bəyəm mənzil tikinti obyekti sayılır?- M. B.)
detektor quraşdırılmadığı, tüstü borusunun standarta uyğun olmadığı”
“nöqsanını” bəlirləyib. Nooldu, indiyədək nöqsan yox idi, indi haqqını tələb
edəndə nöqsan tapılır? Tüstü borusunu, qaz xəttini bəyəm istehlakçı çəkib?
Qaz xəttinin standarta uyğun çəkilməməsinin “nöqsanı” əlil-istehlakçının
yox, qaz xidmətinin boynundadır. Bu barədə Xətai məhkəməsinin (h.
Raziya Ataşova) Ədliyyə Nazirliyinin məhkəmə ekspertizasının rəyinə
əsasən qətnaməsini də “Azəriqaz”, Nizami qaz idarəsi 12 ildir icra etmir.
İstehlakçıların hüquqlarının müdafiəsinə təhkim edilən Dövlət Xidməti –
Agentliyi isə inhisarçı xidmət “qohumluğunu” qoruyur, ən yaxşı halda,
məhkəməni nişan verir. Məhkəmə qərarını verib də!
Qarabağ əlilinə, istehlakçıya qaz xətti yox, sayğac gərəkir. Binanın çöldən,
təhlükəsizlikdən yana, “Kombi” ilə qızdırılması üçün. Bu sadə gerçəyi qaz
xidməti, dövlət agentliyi anlaya biləcəkmi? Anlayış haqqı nə qədərdir?

Məğrur Bədəlsoy - Dia-az.İnfo








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi - BUNDAN SONRA...
Bu gün, 12:18
AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
Bu gün, 12:16
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
Bu gün, 12:09
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bu gün, 12:03
YAP-ın VIII Qurultayına hazırlıq BAŞLANDI
Bu gün, 11:59
Bir evi bir neçə nəfərə satan iş adamına HÖKM OXUNDU
Bu gün, 11:57
16 il sonra qayıtdılar, trendi alt-üst etdilər - VİDEO
Bu gün, 11:36
"Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK detallar
Bu gün, 11:35
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
Bu gün, 11:27
Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:18
"Öz şəhərimizi niyə yazaq ki?" - REAKSİYA
Bu gün, 11:09
"Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 11:05
Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı - QALMAQAL
Bu gün, 10:56
Ankara strateji muxtariyyəti gücləndirir - Montrödən Akkuyuya
Bu gün, 10:54
Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi
Bu gün, 10:52
Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi - FOTO
Bu gün, 10:44
Azərbaycanda “buzov pulu” artırıldı – 50-250 manat veriləcək
Bu gün, 10:42
Azərbaycanda yeni qurumun yaradılması TƏKLİF OLUNUR
Bu gün, 10:38
Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:34
Rusiya azərbaycanlıları adından sensasion çağırış – Sluçkiyə səs istəyənlər kimdir?
Bu gün, 10:29
Qonşuda benzinin qiyməti ikiqat artırıldı
Bu gün, 10:27
Putindən Ermənistanla bağlı sərt qərar - PAST
Bu gün, 09:56
“Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı - GƏLİŞMƏ
Bu gün, 09:55
Bu xanımlara yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:53
General-mayor Anar İsmayılova ağır itki üz verib
Bu gün, 09:27
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
Bu gün, 09:18
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Bu gün, 09:07
Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. - "2-3 il referendum keçirməyə yol verilməyəcək..."
Bu gün, 08:56
"Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 08:52
Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 08:50
"Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" - REAKSİYA
Bu gün, 08:44
Trampdan UCUZ NEFT VƏDİ... - Müharibədən sonra...
Bu gün, 08:40
Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib - KİV
Bu gün, 08:21
Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... - TƏFƏRRÜAT
Bu gün, 08:14
"Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… - ...Amma alınmır!"
Bu gün, 08:05
Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? - AKTUAL
Bu gün, 08:02
"2000 manat bu xərci qarşılayacaqmı?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:00
Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? - ETİRAZ VAR!
Bu gün, 07:52
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
Bu gün, 07:48
“O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” - Polad Həşimovun anası
Bu gün, 07:37
Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... - Əmrullayevin ilginc DEPOT MMC SEVDASI
Bu gün, 07:34
"Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:29
"Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” – Tofiq Zülfüqarovdan AÇIQLAMA
Bu gün, 07:14
Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." - vətəndaş yenə də Allahın ümidinə qalıb...
Bu gün, 07:11
"Çünki o daşlarda, o qayalarda onların qanı var..." - deputat
Bu gün, 07:04
Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
Peşə Təhsilində küləvi narazılıq - Müqavilə ilə kimlər və necə işə götürülür?
Bu gün, 06:52
Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR - Tanınmış hüquqşünas ÇAĞIRIŞ ETDİ
Bu gün, 06:42
Daha bir TENDER HOQQABAZLIĞI - Qalib YAP-ın təşkilat sədrinin oğludur...
Bu gün, 06:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru