ADP sədri: “BMT səlahiyyətini yerinə yetirə bilmir”
Tarix: 19-10-2023, 16:28 | Çap et
 “Birləşmiş Millətlər Təşkilatı, onun Təhlükəsizlik Şurası, eləcə də ümumi yığıncağı olan sessiyası çoxdandır ki, effektsiz bir quruma çevrilib, dünyada baş verən ciddi olaylara operativ, funksional və nüfuz baxımından təsirlər göstərə bilmir. Əgər BMT öz məsuliyyətini dərk edərək ciddi fəaliyyət göstərə bilsəydi, Rusiya Ukraynaya soxula, İran nüvə silahına çatmaq üçün addımlar ata, Şimali Koreya isə nüvə silahına sahib ola bilməzdi”.
DİA.AZ bidirir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
S. Cəlaloğlu xatırladıb ki, BMT-ni II Dünya Müharibəsindən sonra dörd dövlət - SSRİ, ABŞ, Fransa və İngiltərə yaradıb və sonra Çini də bu prosesə cəlb ediblər. Bundan sonra qərara gəliblər ki, bu ölkələrin veto hüququ olsun.
ADP sədri əlavə edib ki, BMT Baş katibi, Təhlükəsizlik Şurası, ümumi yığıncaq kimi təsisatları yaratmaqla beynəlxalq hüququn pilləli şəkildə fəaliyyətinə şərait yaradılıb: “Amma biz diqqət edəndə görürük ki, Təhlükəsizlik Şurasının veto hüququ olan üzvlərinin maraqları üst-üstə düşəndə istənilən ciddi məsələni dərhal və operatuv formada həll etmək mümkün olur. Yox, əgər Təhlükəsizlik Şurası üzvlərinin maraqları üst-üstə düşməyən məsələ olursa, onu illərlə həll etmək müşgülə çevrilir. Bu da onu göstərir ki, əslində, dünyanı dörd-beş ölkə idarə edir, BMT isə burada formal platforma kimidir. Harada ki bu ölkələrin maraqları üzs-üstə düşmür, orada qanlı müharibələr, xaos, gərginliklər yaşanır”.
S. Cəlaloğlu bildirib ki, indi BMT Təhlükəsizlik Şurasının üzvləri arasında ziddiyyətlər daha çoxdur, nəinki mövqelərin üst-üstə düşməsi: “BMT-ni yaradan II Dünya Müharibəsinin qalib dövlətləri ötən əsrin 80-cı illərinə qədər normal münsibətlərdə idi və dünyada da sabitlik olurdu. Məsələn, bu ölkələr bir-birinin daxili işlərinə müdaxilə etməmək, sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyü, ölkələrin suverenliyinə hörmət kimi prinsiplərdə həmrəy idilər. Yalnız SSRİ və ABŞ arasında müəyyən ziddiyyətlər Koreya, Veytnam, Kuba kimi müharibə və böranları yaradırdı. SSRİ-nin süqutundan sonra dünya dəyişdi, ziddiyyətlər daha çox ortaya çıxdı. Nəticədə veto hüququ olan ölkələr BMT-də beynəlxalq hüquqdan daha çox öz maraqlarını əsas götürürlər ki, bu da Təhlükəsizlik Şurasını, bütövlükdə BMT-ni bu qüvvələr arasında polemika platformasına çevirir. Bu baxımdan dünyada baş verən ciddi hadisələrə vaxtında və effektiv münasibət sərgilənmir. Məsələn, beynəlxalq hüquqa görə, dünyada sülhməramlılar BMT-dən mandat almalıdır, amma rus hərbçiləri sülhməramlı adı altında Qarabağdadır. Belə nümunələr dünyada çoxdur”.
Cəlaloğlunun fikrincə, BMT-nin tədricən lazımsız quruma çevrildiyini çoxları anlayır və buna görə də islahatlar təklifi edirlər: “Məsələn, bir neçə təklif var. Bir təklif Təhlükəsizlik Şurası üzvlərinin sayını çoxaltmaq, digəri veto hüququnun ortadan qaldırması ilə bağlıdır. Hətta BMT-nin buraxılması, əvəzində yeni qurumun təsis edilməsi də təklif olunur”.
Partiya sədri deyib ki, məsələlər çox ciddidir: “1980-cı illərdən sonra regional təşkilatlar - Avropa İttifaqı, Avropa Şurası, Afrika Birliyi, Ərəb Birliyi, Cənubi Amerika ölkələri birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, MDB, Türk Dövlətlər Birliyi və s. qurumlar yaradılıb. Bu regional qurumların dünyəvi qurum olan BMT ilə münasibətləri necə tənzimlənməlidir? BMT bir, MDB digər qərar verə bilər, bu qərarlarda ziddiyyət varsa, necə olacaq? Bütün bunlar ciddi məsələlərdir. Əgər prinsiplər eynidirsə, onda bu qədər təşkilatlara nə ehtiyac var idi? Odur ki, BMT-nin fəaliyyətsizliyi, proseslərə adekvat münasibət sərgiləyə bilməməsi haqda tənqidlər əsaslıdır”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bələdiyyə sədri İTTİHAM OLUNUR - ŞOK İDDİA
Bu gün, 07:14 |
|
|
|
| • AzəriQaz-da QANUNSUZ İŞ TƏLƏBİ - DAHA BİR ETİRAZ...
Bu gün, 06:53 |
|
|
|
| • Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır - "Reuters"
Bu gün, 06:35 |
|
|
|
| • “Heç biz də əmin ola bilmərik ki, evimizdə kamera var, ya yoxdur” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:28 |
|
|
|
| • Yasab kəndində YAŞAM ŞƏRTLƏRİ ağırdır - GİLEY
Bu gün, 06:18 |
|
|
|
| • Gəlişi gözəl rəqəmlər, gizlənən risklər: "Bank Respublika"nın fəlakət statistikası - ARAŞDIRMA
Bu gün, 06:09 |
|
|
|
| • "Cərimə balının yuxarı həddi 40 bala qədər artırılsın" - TƏKLİF
Bu gün, 06:04 |
|
|
|
| • CHP daxilində yaşanan böhran Azərbaycanda da xüsusi maraq doğurur - ŞƏRH
Bu gün, 06:01 |
|
|
|
| • Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik: Azərbaycan NƏ QAZANIR? - GƏLİŞMƏ
Bu gün, 05:59 |
|
|
|
| • "Həmidə Ömərova, Cavanşir Quliyev qapı arxasında qalmalı idi?" - Qalmaqallı qurultay
Bu gün, 05:58 |
|
|
|
| • Kreml Paşinyanın qarşısında güclü “Moskva cəbhəsi” yaratmaq istəyir - GƏLİŞMƏ
Bu gün, 05:55 |
|
|
|
| • "İctimai nüfuzuma zərər vuran paylaşım və materialların silinməsini tələb edirəm" - Tacir Şahmalıoğlu onları məhkəmə ilə hədələdi
Bu gün, 05:51 |
|
|
|
| • Kreml İrəvanda məyus oldu: mitinqə gözlənilən kütlə toplanmadı - FOTO
Bu gün, 05:48 |
|
|
|
| • "Pul qazanmaq çox çətindir... - Hər şey bahadır"
Dünən, 17:24 |
|
|
|
| • "Nəvəm günahsızdır" - Atasını öldürən şəxsin babası məhkəmədə ifadə verdi
Dünən, 17:20 |
|
|
|
| • Milli Onkologiya Mərkəzi tibbi avadanlıqlara 50,3 milyon manat xərcləməyə hazırlaşır
Dünən, 17:14 |
|
|
|
| • Yazarlar borclarını ödəməyə başlayıblar: AYB-də "təmizləmə" olmayacaq? - AKTUAL
Dünən, 17:13 |
|
|
|
| • Bakılı qadın Rusiyada nazir postuna gətirildi - DOSYE
Dünən, 17:11 |
|
|
|
| • Vaşinqtonda Azərbaycanla bağlı kritik qərar – ABŞ rəsmisinin bəyanatının şifrəsi…
Dünən, 17:09 |
|
|
|
| • Ayda 22 milyon ziyan: - Paşinyan Rusiyanın imtina etdiyi malları Azərbaycana göndərəcək?
Dünən, 17:05 |
|
|
|
| • Zaxarova erməniləri Paşinyanın əleyhinə səs verməyə çağırdı - AÇIQLAMA
Dünən, 16:59 |
|
|
|
| • Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunub? - KİV
Dünən, 16:50 |
|
|
|
| • NİYƏ SƏFƏRBƏR OLA BİLMİRİK... AXI NİYƏ... - 1 bütöv gün çəkən prosedur...
Dünən, 16:49 |
|
|
|
| • “NAS Project BOKT” idarəetmə strukturunda bir sıra dəyişiklər baş verib
Dünən, 16:40 |
|
|
|
| • Müharibə İrandan Azərbaycana gələn turistlərin sayına necə təsir edib? - TƏFƏRRÜAT
Dünən, 16:35 |
|
|
|
| • Bulvarda yığılan pullar kimə çatırdı? - İlqar Mustafayevin CİNAYƏT İŞİ
Dünən, 16:28 |
|
|
|
| • Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır - TƏFƏRRÜAT
Dünən, 16:24 |
|
|
|
| • “Bakcell”in dəstəyi ilə “boolood” İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə
Dünən, 16:23 |
|
|
|
| • "15 yaşımdan çəkdiyim zəhmət, fədakarlıqlar..."
Dünən, 16:20 |
|
|
|
| • Paşinyan səhvini etraf etdi: - “Mən "Qarabağ Ermənistandır, nöqtə" deyən insanam”
Dünən, 15:51 |
|
|
|
| • Etibar Əliyevdən Baba Vəziroğluna: - "70-i keçənlər çəkilməsə, fəlakət daha da genişlənəcək"
Dünən, 15:48 |
|
|
|
| • Bu il regionda ən zəif iqtisadi artım Azərbaycanda olacaq – AYİB
Dünən, 15:46 |
|
|
|
| • Direktor niyə məktəbə gəlmir? - Valideyn və müəllimlər narazıdır
Dünən, 15:43 |
|
|
|
| • Neftçi MTK-nin benefisiar (real) sahibi kimdir? - Aldadılmış neftçinin pulunu qaytarın!!!
Dünən, 15:35 |
|
|
|
| • Leysan “Şuşa qalası”nın bir hissəsini uçurub: Bərpası üçün 240 min ayrıldı - TƏFƏRRÜAT
Dünən, 15:29 |
|
|
|
| • EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
Dünən, 15:26 |
|
|
|
| • Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - “Xəstəxanaya çatdırıldı”
Dünən, 15:24 |
|
|
|
| • Paşinyan Ermənistandakı seçkilərdən sonra Putinlə görüşmək üçün Rusiyaya səfər etməyi planlaşdırır
Dünən, 15:17 |
|
|
|
| • "Hər dəfə belə kəsik olanda içində nəsə çatmır..." - AXI NİYƏ?
Dünən, 13:42 |
|
|
|
| • Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
Dünən, 13:32 |
|
|
|
| • 44 günlük savaşın gizli məğlubu bu ölkədir - Ermənistan sevgisinin sirri açılır...
Dünən, 13:30 |
|
|
|
| • Karapetyanın adamları hakim partiya üzvlərinə hücum çəkdi – İstintaq başlayıb...
Dünən, 13:28 |
|
|
|
| • Bakıda pubda qadını döyərək saçından yerlə sürüyən dostlara elektron qolbaq taxıldı
Dünən, 13:26 |
|
|
|
| • Bu liseyin direktoru işdən çıxdı - FOTO
Dünən, 13:21 |
|
|
|
| • Zemfira ilə Afaq Gəncəli arasında QARŞIDURMA - “Reytinq yığmaq üçün...”
Dünən, 13:18 |
|
|
|
| • Hakim Elnur Nuriyev dələduzu azad etdi, təkrar cinayət törətdi – İnam Kərimova MÜRACİƏT
Dünən, 13:16 |
|
|
|
| • Suğra Bağırzadə illərdir gizli saxladığı SİRR-i bölüşdü - çəkildiyi filmlərdə rejissorlarla şərt kəsib ki...
Dünən, 13:12 |
|
|
|
| • Telman Qasımov Rusiyada yaşayan azərbaycanlıları təhqir edib? - “Kəsilmiş çıxışıma baxsam, elə mən də söyərəm”
Dünən, 13:09 |
|
|
|
| • Rusiyadan Ermənistanla bağlı şok hesabat: - Bütün iplər qopur
Dünən, 13:07 |
|
|
|
| • Haqqını tələb edən işçiyə verilən cavab eyni olur: Ərizəni yaz, çıx get... - BU BİR "AZƏRİQAZ" reallığıdır...
Dünən, 13:02 |
|
|
|
|