Abşeron səhiyyəsində Azər İsmayılovun “islahatı” – Diabet xəstələri dərmanlarını niyə ala bilmir?
Tarix: 17-03-2023, 12:27 | Çap et
 Abşeron Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi dəyişilsə də, burada xidmət səbiyyəsi dəyişməyib, əksinə, yeni direktorun apardığı bəzi dəyişiklər insanların işini daha da çətinləşdirib.
DİA.AZ bildirir ki, bu barədə Qlobal.az-a verilən məlumatda deyilir.
Məlumata görə Azər İsmayılov Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edildikdən sonra ilk işi qeydiyyat şöbəsinin yerini dəyişmək olub:
“Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor gəldikdən bir müddət sonra qeydiyyat yerini dəyişdi. Əvvəllər qeydiyyat sırası 5-6 cərgə üzrə olardısa indi xəstəxanaya gələn insanlar bir cərgədə dayanır. Nizam-intizamsızlıq, sıxlıq olur. Bura gələn insanlar əyləncəyə gələn gənclər deyil ki, uzun müddət ayaq üstə dayana bilsinlər. Əksəriyyəti xəstə adamlardı, belə sıxlıqda cərgədə dayanan sağlam adam da hansısa xəstəlik tapa bilər.”-deyə, yazırlar.
Abşeron RMX-da ödənişli xidmətlər üçün alınan pulların 1-2 saatdan bir hansısa mülki şəxs tərəfindən toplandığı deyilir:
“Abşeron Rayon Mərkəzi Xəstəxanasında bəzi xidmətlər ödənişlidir. Bu xəstəxana elə bil “sağlamlıq arayışı” satmaqla məşğuldur. Bir sağlamlıq arayışı 40 manata verilir. Ödənişləri 1-2 saatdan bir gəlib insanların gözü qarşısında yığıb aparırlar. Sanki, o pullar iş gününün sonunadək xidmət göstərənlərin seyfində qalsa kimlərsə oğurlayacaq”.
Abşeronda xəstəxanasında diabet xəstələrinə dərman preparatlarının vaxtlı-vaxtında verilmədiyi vurğulanır:
“Diabet xəstələri üçün dövlət təminatı ilə verilən dərman preparatları və digər tibbi ləvazimatlar da düzgün qaydada verilmir. Dərman almağa gələndə bəzən rayon poliklinikasından bizə dərmanların qurtardığı deyilir. Məcbur qalıb həmin dərmanları apteklərdən pul ilə alırıq. Halbuki qeydiyyatda olan hər bir diabet xəstəsi üçün dövlət büdcəsi hesabına dərman və digər tibbi ləvazimatlar alınır. Amma bu dərman və ləvazimatlar hara yoxa çıxır bilmirik. Bütün bunlar azmış kimi, bu yaxınlarda poliklinikada fəaliyyət göstərən endokrinoloqların yerinin dəyişdirilməsi də xeyli diabet xəstəsini daha acınacaqlı duruma salıb. Rayonun ən ucqar kəndlərindən Xırdalana dərman dərman almağa gələn şəkər xəstələri geriyə dərmansız qayıdır”.-deyə, şikayət məktubunda qeyd edirlər.
Şikayətçilər yazır: “Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılovdan xahiş edirik, əgər görüntü naminə yox, həqiqətən də yenilik etmək, TƏBİB rəhbərliyinin ona olan etimadını doğrultmaq istəyirsə Abşeron rayonunda olan diabet xəstələrinin siyahılanması işini aparsın. Əksəriyyəti yaşlı olan, yeriməyi belə bacara bilməyən insanların süründürməçiliyinə son qoysun. Abşeron rayonu çox böyük rayondur. Elə diabet xəstələri var ki, dərmanlarını almağa 3-4 avtobus dəyişərək gəlirlər. Rayonun hər bir kəndində tibb məntəqəsi, laboratoriya var. Olmazmı bu insanlar dərmanlarını yaşadıqları yerdə, yaxud ona daha yaxın olan dövlətin tibb müəssisələrindən alsınlar. Axı Azərbaycanın ən ucqar rayonlarında bu sistem var”.
Qeyd edək ki, Azər İsmayılov ötən ilin dekabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
TƏBİB xəbərə mövqe bildirməyib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05 |
|
|
|
| • Bu şəhərdə yeri olmayan “Bu şəhərdə”-çilər - Saffari yazır....
Bu gün, 11:00 |
|
|
|
| • Köçəryan Ermənistandan qaçmağı planlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:59 |
|
|
|
| • Şəmkirdə körpə qızdırmadan ölüb
Bu gün, 10:58 |
|
|
|
| • Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır - TƏBİB-in yeni sədrinə müraciət
Bu gün, 10:56 |
|
|
|
| • Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:44 |
|
|
|
| • Prezident İlham Əliyev Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - Roma Papası Azərbaycana səfərə dəvət edilib
Bu gün, 10:42 |
|
|
|
| • Naxçıvan TV əməkdaşları ETİRAZA HAZIRLAŞIR... - "İfadə azadlığımızı pozurlar..."
Bu gün, 10:38 |
|
|
|
| • Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı planı açıqlandı - KİV
Bu gün, 10:30 |
|
|
|
| • Direktor müavini ilə bağlı ŞOK İDDİALAR... - Yeməklərinin hesabı da işçiyə yüklənir...
Bu gün, 10:24 |
|
|
|
| • “Neftmaştəmir” şirkətinin ötən il mənfəəti 2 dəfədən çox azalıb - DETALLAR
Bu gün, 10:04 |
|
|
|
| • Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq - BUNDAN SONRA...
Bu gün, 10:02 |
|
|
|
| • Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir?
Bu gün, 09:50 |
|
|
|
| • Tanınmış memardan SOS: BUNLAR VANDALDILAR! - ETİRAZ VAR!
Bu gün, 09:45 |
|
|
|
| • Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? - SƏBƏB
Bu gün, 09:37 |
|
|
|
| • Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı QƏRAR
Bu gün, 09:31 |
|
|
|
| • “Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” - Xanəndədən ETİRAZ
Bu gün, 09:30 |
|
|
|
| • Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:26 |
|
|
|
| • “Zeynəb Xanlarova toylara getməyib, bizi bazarda da görüblər, marketdə də...”
Bu gün, 09:24 |
|
|
|
| • Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:14 |
|
|
|
| • Paşinyan onu Azərbaycana verəcəkmi? - AKTUAL
Bu gün, 09:10 |
|
|
|
| • Bakının mərkəzində SU ÇİLƏSİ... - Vətəndaş deyir ki...
Bu gün, 08:59 |
|
|
|
| • "Ən pis sülh, ən yaxşı müharibədən karlıdır" - partiya sədri
Bu gün, 07:47 |
|
|
|
| • Əməkdar artist fotosessiyasını paylaşdı və... - "HEÇ NƏ BİTMİŞ SAYILMAZ!"
Bu gün, 07:32 |
|
|
|
| • Putinin tənqidçisi GÜLLƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 07:23 |
|
|
|
| • Rus ordusu nə qədər ərazini ələ keçirib? - General
Bu gün, 07:05 |
|
|
|
| • Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...
Bu gün, 07:03 |
|
|
|
| • Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər
Bu gün, 06:57 |
|
|
|
| • "Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" - "ADPU tələbələri NARAZIDIR
Bu gün, 06:54 |
|
|
|
| • Üç ayda İrandan min tondan çox forel gətirilib – Kiloqramı 7,6 manata
Bu gün, 06:46 |
|
|
|
| • Tibb şirkətinin dövlətə vergi borcu yarandı - "İZOMER MEDİCAL" MMC büdcəyə ödəniş etmir
Bu gün, 06:43 |
|
|
|
| • Naxçıvanda idarəetmə problemi... ONSUZ DA VAR!
Bu gün, 06:32 |
|
|
|
| • Bu təhsil binası heç oynamalı halda deyil - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:26 |
|
|
|
| • Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! – Siyahıya salındı
Bu gün, 06:17 |
|
|
|
| • “Həmkarlar”ın etiraz doğuran turpaketi... - “O boyda pul yığırlar, verdikləri yeməyə bax” + VİDEO
Bu gün, 06:12 |
|
|
|
| • Bakının 9 rayonunda bu binalar sökülür – Sakinlərinə MÜHÜM XƏBƏR
Bu gün, 06:07 |
|
|
|
| • Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:53 |
|
|
|
| • Fermerlərin problemi: Ona çarə tapılacaqmı? - Ekspert deyir ki...
Bu gün, 05:49 |
|
|
|
| • Azərbaycan, yoxsa rus bölməsi? – AKTUAL MÜZAKİRƏ
Bu gün, 05:47 |
|
|
|
| • Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR - GİLEY
Bu gün, 05:42 |
|
|
|
| • "Mən müğənni olmaq istəməmişəm ki..."
Bu gün, 05:37 |
|
|
|
| • Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib - KİV
Bu gün, 05:30 |
|
|
|
| • Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Dünən, 18:39 |
|
|
|
| • Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Dünən, 18:35 |
|
|
|
| • İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Dünən, 17:14 |
|
|
|
| • Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Dünən, 17:12 |
|
|
|
| • Rusiya nə mesaj verir? - ŞƏRH
Dünən, 16:45 |
|
|
|
| • Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Dünən, 16:35 |
|
|
|
| • Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Dünən, 16:25 |
|
|
|
| • “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Dünən, 16:21 |
|
|
|
|