Bu restoran bina sakinlərini yatmağa qoymur .....                     Ermənistanda müxalifət parlamenti boykot etdi .....                     Bu şəhərdə yeri olmayan “Bu şəhərdə”-çilər .....                     Köçəryan Ermənistandan qaçmağı planlaşdırır .....                     Şəmkirdə körpə qızdırmadan ölüb .....                     Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır .....                     Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi .....                     Prezident İlham Əliyev Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib .....                     Naxçıvan TV əməkdaşları ETİRAZA HAZIRLAŞIR... .....                     Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı planı açıqlandı .....                     Direktor müavini ilə bağlı ŞOK İDDİALAR... .....                     “Neftmaştəmir” şirkətinin ötən il mənfəəti 2 dəfədən çox azalıb .....                     Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq .....                     Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir? .....                     Tanınmış memardan SOS: BUNLAR VANDALDILAR! .....                     Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? .....                     Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı .....                     “Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” .....                     Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı .....                     “Zeynəb Xanlarova toylara getməyib, .....                     Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı .....                     Paşinyan onu Azərbaycana verəcəkmi? .....                     Bakının mərkəzində SU ÇİLƏSİ... .....                     "Ən pis sülh, ən yaxşı müharibədən karlıdır" .....                     Əməkdar artist fotosessiyasını paylaşdı və... .....                     Putinin tənqidçisi GÜLLƏLƏNDİ .....                     Rus ordusu nə qədər ərazini ələ keçirib? .....                     Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! .....                     Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər .....                     "Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" .....                     Üç ayda İrandan min tondan çox forel gətirilib .....                     Tibb şirkətinin dövlətə vergi borcu yarandı .....                     Naxçıvanda idarəetmə problemi... .....                     Bu təhsil binası heç oynamalı halda deyil .....                     Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! .....                     “Həmkarlar”ın etiraz doğuran turpaketi... .....                     Bakının 9 rayonunda bu binalar sökülür .....                     Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. .....                     Fermerlərin problemi: Ona çarə tapılacaqmı? .....                     Azərbaycan, yoxsa rus bölməsi? .....                 

Azərbaycanın Türkiyədəki səfirliyində YEYİNTİ FAKTLARI... - İTTİHAM VAR!
Tarix: 7-03-2023, 12:33 | Çap et
Azərbaycanın Türkiyədəki səfirliyində YEYİNTİ FAKTLARI...
Bugünlərdə "Hürriyyət"in redaksiyasına müraciət edən Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinin təsərrüfat müdiri-komendantı vəzifəsində çalışmış Hikmət Əliheydər oğlu Şükürov ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov tərəfindən qanunsuz olaraq işdən azad edildiyini iddia edib.

"Sabiq səfir Daşqın Şikarovun qohumu olduğu üçün işə qəbul edilən maliyyə üzrə attaşe Üfüq Tərlanov qanun və təlimatlara əməl etmədiyindən mənə normal işləməyə imkan vermirdi"

2019-cu ilin may ayında ezamiyyətə göndərildiyini deyən Hikmət Şükürovun sözlərinə görə, o, 2 ay pulsuz çalışıb, yəni bu müddət ərzində ona əməkhaqqı verilməyib: "Mən 1998-ci ildən Xarici İşlər Nazirliyində ştatdankənar işçi kimi çalışırdım. Bu müddət ərzində Pakistan İslam Respublikası, Azərbaycanın YUNESKO-dakı Nümayəndəliyi və Azərbaycanın Fransadakı Səfirliyində uzunmüddətli ezamiyyətdə olmuşam. Lakin 15.05.2019-cu il tarixdə Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinə ezam olunmuşam. 15.07.2019-cu il tarixdən etibarən isə əmrlə səfirlikdə təsərrüfat müdiri-komendant vəzifəsinə işə qəbul edilmişəm. Beləcə, 2 ay pulsuz, əmək haqqı ödənmədən çalışmışam. İşlədiyim müddətdə sabiq səfir Daşqın Şikarovun qohumu olduğu üçün işə qəbul edilən maliyyə üzrə attaşe Üfüq Tərlanov qanun və təlimatlara əməl etmədiyindən mənə normal işləməyə imkan vermirdi. Əlində maliyyə resursları olduğundan kollektivi mənə qarşı qaldırıb. Məsələn, əməkdaşların uzunmüddətli məzuniyyətə gedib-gələrkən şəxsi əşyalarının daşınmasını istədiyi adamdan kq-ın 9 avrodan qəbul edir və ya diplomatlara ayrılmış təmsilçilik vəsaitinin silinməsi üçün saxta qaimələri qəbul edir".

"Dəfələrlə tələb etməyimə baxmayaraq, Üfüq Tərlanov mənə səfirliyə ayrılmış büdcədəki təsərrüfat müdirinə aid işlərin smetasını göstərməmiş və məni özündən asılı vəziyyətə salmışdır"

Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinin maliyyə məsələləri üzrə attaşesi Üfüq Tərlanovun qanun və təlimatlara əməl etməməsinə dair faktları açıqlayan Hikmət Şükürov bildirib ki, adıçəkilən şəxs təsərrüfat müdirindən xəbərsiz müşavir Ruslan Abdullayevlə əlbir olaraq səfirlikdə döşəmələrdəki laminat lövhələrin və plafonların dəyişdirilməsini həyata keçirib: "Bundan başqa, o, yəni Üfüq Tərlanov pandemiya ilə əlaqədar konsulluğa tikilən qəbul otağının tikintisində iştirakıma izn verməyib. Sübut olaraq nə tender keçirilən aktda, nə də təhvil-təslim aktında imzam olmadığını və daxili izləmə kameralarında tikinti vaxtı əsasən kimin nəzarət etdiyini göstərə bilərəm. Təsərrüfat müdirindən xəbərsiz müşavir Ruslan Abdullayevlə əlbir olaraq səfirlikdə döşəmələrdəki laminat lövhələrin və plafonların dəyişdirilməsini həyata keçirib. Sübut kimi mənə heç bir sənəd göstərmədiklərini və imzalatdırmadıqlarını qeyd edə bilərəm. Bundan başqa, hər ay əsas və azqiymətli invertarların cədvəlini mənə təqdim edib imzalatdırmalı olduğu halda Üfüq Tərlanov buna əməl etməyib. Sabiq səfir Xəzər İbrahim uzunmüddətli ezamiyyətini başa vurub gedərkən ona təhvil-təslim aktını tərtib etməyi tapşırsa da o, bunu etməyib. Ancaq o zaman mənim cənab səfir Xəzər İbrahimdən iqamətgahdakı invertarları təhvil verməsini tələb etdiyimdən Üfüq Tərlanov yalnız əsas vəsaitin qeydiyyat cədvəlini təqdim edib. Onun əsasında iqamətgahda olan, yalnız İPHONE-12 mobil telefonundan başqa bütün əsas vəsait invertarlarını təhvil almışam. Həmin telefonu sonradan poçtla səfirliyə göndərmişdir. Amma azqiymətli invertarları təhvil ala bilməmişəm. Onu da bildirim ki, sabiq səfirin işlədiyi dövrdə heç bir xidməti qeyd yazmağa imkan verməmiş və ancaq hesabat vaxtı imza səhifəsini göstərib imzalatdırıb. Dəfələrlə tələb etməyimə baxmayaraq, Üfüq Tərlanov mənə səfirliyə ayrılmış büdcədəki təsərrüfat müdirinə aid işlərin smetasını göstərməmiş və məni özündən asılı vəziyyətə salmışdır".

"2022-ci ilin fevral ayının 2-də Üfüq Tərlanov mənə səfirliyin 06 CD 3444 və 06 CD 3278 nömrə nişanlı avtomobillərinin silinməsi üçün mərkəzə göndəriləcək aktı imzalatdırdı"

Azərbaycanın Türkiyədəki səfirliyində YEYİNTİ FAKTLARI...
Azərbaycanın Türkiyədəki səfirliyində YEYİNTİ FAKTLARI...
Azərbaycanın Türkiyədəki səfirliyində YEYİNTİ FAKTLARI...
Azərbaycanın Türkiyədəki səfirliyində YEYİNTİ FAKTLARI...
Azərbaycanın Türkiyədəki səfirliyində YEYİNTİ FAKTLARI...
Azərbaycanın Türkiyədəki səfirliyində YEYİNTİ FAKTLARI...
Azərbaycanın Türkiyədəki səfirliyində YEYİNTİ FAKTLARI...

Hikmət Şükürov qeyd edib ki, bu vaxtadək lazımı orqanlara şikayət etməməsinin səbəbi əlində heç bir sənədin olmaması ilə bağlıdır: "Lakin 2022-ci ilin fevral ayının 2-də Üfüq Tərlanov mənə səfirliyin 06 CD 3444 və 06 CD 3278 nömrə nişanlı avtomobillərinin silinməsi üçün mərkəzə göndəriləcək aktı imzalatdırdı. Həmin gün mənə təhkim olunmuş 06 CD 5378 nömrə nişanlı avtomobili servisdən götürərkən servis sahibi, Türkiyə vətəndaşı Hasan Aksoy Üfüq Tərlanova çatdırmağa sənəd verdi. Baxdıqda sənədin 06 CD 3444 və 06 CD 3278 nömrə nişanlı avtomobillərinə hazırlanmış saxta təmir qiymətləndirməsi qaiməsi olduğunu gördüm. Halbuki, həmin avtomobillər saz vəziyyətdə idi. Kamera görüntüləri də bunu təsdiq edə bilər. Bundan başqa, təmir zamanı səfirlikdə su borusunun sayğacdan kənar qoşulduğunu aşkarlamışam və xidməti qeydlə müraciət etmişəm, lakin hələlik heç bir nəticəsi yoxdur. Onu da əlavə edim ki, 11.02.2022-ci il tarixdə saat 14:40, 14:50 radələrində Üfüq Tərlanov onun qanunsuz əməlləri haqda səfirlik qrupunda mesaj yazdığım üçün otağıma hücum edib. O, müqavimət göstərdiyimi görüb otaqdan bayıra çıxıb, otağı üzərindəki açarla bağlayıb, məni hədələyib və sonra açarı atıb gedib. Bunu otağımın qarşısında olan kamera görüntüləri ilə sübut edə bilərəm. Onu da nəzərinizə çatdırım ki, Üfüq Tərlanovun rotasiyaya əsasən 4 illik müddəti 2022-ci ilin fevral ayında bitib və o, 2021-ci ilin yanvarında məzuniyyətə gedərkən övladlarının Ankaradakı NATO məktəbindən sənədlərini onun xahişi ilə mən almışam. Sonradan necə oldusa övladlarını yenidən məktəbə yazdırdı. O, məndən sonra işə qəbul olunmasına baxmayaraq, Xarici İşlər Nazirliyinin ştatına alınıb. Ona səfirlikdə 4 ildən artıq işləməyə icazə verildiyi halda, mənə 3 il işləməyə imkan vermədilər".

Azərbaycanın Türkiyə Səfirliyinin invertarların qeydiyyat cədvəlində aşkarlanan qanun pozuntuları...

Şikayətçinin sözlərinə görə, 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar ayı üzrə əsas və azqiymətli invertarların qeydiyyat cədvəlini araşdıran zaman bir sıra qanun pozuntuları aşkarlayıb: "Belə ki, səfirliyin qarajında invertar siyahısında qeydiyyatda olmayan 06 CD 3362 nömrə nişanlı avtomobil olduğunu aşkar etdim. Bundan başqa, 2011-ci ilin iyun ayında alınmış 200 avro qiymətində olan "Şərq şəhəri" adlı rəsm əsəri, 350 avro qiymətində olan "Oxatan" adlı rəsm əsəri, 250 avro qiymətində olan "İstanbul gümbəzləri" adlı rəsm əsəri, 2015-ci ilin yanvar ayında alınmış 400 avro qiyməti olan "Makedoniya" adlı rəsm əsəri, 27.02.2018-ci il tarixdə alınmış 129,32 avro qiymətində Çay dəsti, 12.07.2018-ci il tarixdə alınmış 116 avro qiymətində H.Əliyevin 95 illik yubileyinə həsr edilmiş kitab mövcud deyildi. 2013-cü ilin may ayında alınmış 51345,98 avro qiymətində olan X-RAY test cihazı mpvcud olsa da, qiyməti məndə şübhə doğurur. Hələ bu, harasıdır. 2015-ci ilin noyabr ayında alınmış azqiymətli inventarların qeydiyyat cədvəlindəki ümumi dəyəri 1961,81 avro olan 400 ədəd "Sözdə böyük Ermənistan.Faktlar və sübutlar" kitabı, həmin vaxt alınmış ümumi dəyəri 615,38 avro olan 200 ədəd "Dağlıq Qarabağ" kitabı və dəyəri 738,46avro olan 200 ədəd "İrəvan şəhəri" kitabı mövcud deyildi. 12.03.2021-ci il tarixdə səfirlikdəki döşəmələrin laminat lövhələrlə dəyişilərkən alınmış ümumi dəyəri 1311,13 avro olan 27 ədəd otaq lampalarının qiyməti şübhəli görünür".

"Qeyd etdiyim artıq inventarlar SOCAR şirkətinin Ankara nümayəndəliyinin pandemiya ilə əlaqədar Türkiyədəki Azərbaycan vətəndaşı olan tələbələrə ərzaq yardımı göstərilməsi üçün səfirliyə ayrılmış vəsait hesabına alınıb"

Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinin təsərrüfat müdiri-komendantı vəzifəsində çalışmış Hikmət Şükürov bildirib ki, inventar cədvəlində qeydiyyatda olmayan səfərliyin qarakına yığılmış yeni alınmış 6 ədəd "Altus" markalı soyuducu, 3 ədəd "Altus" markalı paltaryuyan, 1 ədəd "Singer" markalı paltartikən maşın və 1 ədəd meyvə şirəsi maşını da aşkar edib: "Həmçinin, səfirliyin 27 nömrəli otağında yığılmış və yeni alınmış, lakin inventar cədvəlində qeydiyyatda olmayan6 ədəd "Baymak" markalı kondisioner, 2 ədəd "Fuji Plus" markalı kondisioner, 2 ədəd "Altus" markalı kondisioner aşkar etdim. Səfirliyin əvvəllər ibadət otağı, hazırda isə hədiyyə anbarı kimi istifadə olunan otağında çoxlu şərab və digər spirtli içkilər aşkar etdim. Eşitdiyimə görə, qeyd etdiyim artıq inventarlar SOCAR şirkətinin Ankara nümayəndəliyinin pandemiya ilə əlaqədar Türkiyədəki Azərbaycan vətəndaşı olan tələbələrə ərzaq yardımı göstərilməsi üçün səfirliyə ayrılmış vəsait hesabına alınıb".

Hikmət Şükürov sonda əlavə edib ki, bütün bu qeyd olunan qanunsuzluqlarla bağlı Xarici İşlər Nazirliyinə yazılı şikayətlə müraciət etdikdən sonra Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov kollektivdən böhtan xarakterli izahatlar alaraq, heç bir məhkəmə qərarı olmadan onun cinayət işləri ilə məşğul olduğunu elan edib: "Səfir bunu əsas gətirərək, 04.02.2022-ci il tarixdən işə buraxılmamam haqda saxta əmr verib. Hazırda bu əmrə əsasən mühafizə dəstəsinin əməkdaşları məni işə buraxmırlar. Odur ki, mən də sizin vasitənizlə müvafiq qurumlara müraciət edir, onlardan məsələnin araşdırılmasını, mənə qarşı edilən qərəzli hərəkətlərə son verilməsinə köməklik göstərmələrini xahiş edirəm".

Hurriyyet.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05
Bu şəhərdə yeri olmayan “Bu şəhərdə”-çilər - Saffari yazır....
Bu gün, 11:00
Köçəryan Ermənistandan qaçmağı planlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:59
Şəmkirdə körpə qızdırmadan ölüb
Bu gün, 10:58
Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır - TƏBİB-in yeni sədrinə müraciət
Bu gün, 10:56
Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:44
Prezident İlham Əliyev Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - Roma Papası Azərbaycana səfərə dəvət edilib
Bu gün, 10:42
Naxçıvan TV əməkdaşları ETİRAZA HAZIRLAŞIR... - "İfadə azadlığımızı pozurlar..."
Bu gün, 10:38
Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı planı açıqlandı - KİV
Bu gün, 10:30
Direktor müavini ilə bağlı ŞOK İDDİALAR... - Yeməklərinin hesabı da işçiyə yüklənir...
Bu gün, 10:24
“Neftmaştəmir” şirkətinin ötən il mənfəəti 2 dəfədən çox azalıb - DETALLAR
Bu gün, 10:04
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq - BUNDAN SONRA...
Bu gün, 10:02
Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir?
Bu gün, 09:50
Tanınmış memardan SOS: BUNLAR VANDALDILAR! - ETİRAZ VAR!
Bu gün, 09:45
Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? - SƏBƏB
Bu gün, 09:37
Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı QƏRAR
Bu gün, 09:31
“Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” - Xanəndədən ETİRAZ
Bu gün, 09:30
Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:26
“Zeynəb Xanlarova toylara getməyib, bizi bazarda da görüblər, marketdə də...”
Bu gün, 09:24
Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:14
Paşinyan onu Azərbaycana verəcəkmi? - AKTUAL
Bu gün, 09:10
Bakının mərkəzində SU ÇİLƏSİ... - Vətəndaş deyir ki...
Bu gün, 08:59
"Ən pis sülh, ən yaxşı müharibədən karlıdır" - partiya sədri
Bu gün, 07:47
Əməkdar artist fotosessiyasını paylaşdı və... - "HEÇ NƏ BİTMİŞ SAYILMAZ!"
Bu gün, 07:32
Putinin tənqidçisi GÜLLƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 07:23
Rus ordusu nə qədər ərazini ələ keçirib? - General
Bu gün, 07:05
Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...
Bu gün, 07:03
Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər
Bu gün, 06:57
"Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" - "ADPU tələbələri NARAZIDIR
Bu gün, 06:54
Üç ayda İrandan min tondan çox forel gətirilib – Kiloqramı 7,6 manata
Bu gün, 06:46
Tibb şirkətinin dövlətə vergi borcu yarandı - "İZOMER MEDİCAL" MMC büdcəyə ödəniş etmir
Bu gün, 06:43
Naxçıvanda idarəetmə problemi... ONSUZ DA VAR!
Bu gün, 06:32
Bu təhsil binası heç oynamalı halda deyil - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:26
Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! – Siyahıya salındı
Bu gün, 06:17
“Həmkarlar”ın etiraz doğuran turpaketi... - “O boyda pul yığırlar, verdikləri yeməyə bax” + VİDEO
Bu gün, 06:12
Bakının 9 rayonunda bu binalar sökülür – Sakinlərinə MÜHÜM XƏBƏR
Bu gün, 06:07
Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:53
Fermerlərin problemi: Ona çarə tapılacaqmı? - Ekspert deyir ki...
Bu gün, 05:49
Azərbaycan, yoxsa rus bölməsi? – AKTUAL MÜZAKİRƏ
Bu gün, 05:47
Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR - GİLEY
Bu gün, 05:42
"Mən müğənni olmaq istəməmişəm ki..."
Bu gün, 05:37
Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib - KİV
Bu gün, 05:30
Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Dünən, 18:39
Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Dünən, 18:35
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Dünən, 17:14
Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Dünən, 17:12
Rusiya nə mesaj verir? - ŞƏRH
Dünən, 16:45
Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Dünən, 16:35
Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Dünən, 16:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru