Cəbrayılın icra başçısı XARÜQƏLƏR YARADIR... - İLGİNC İDDİALAR...
Tarix: 27-12-2022, 15:17 | Çap et
 Bildiyimiz kimi, Cəbrayıllı məcburi köçkünlərin böyük əksəriyyəti Biləsuvar rayonu ərazisində salınmış 4 saylı qəsəbədə məskunlaşmışlar. Qəsəbədə hər cür infrastruktur yaradılmış, Cəbrayıllılar burada məşğulluqlarını təmin etmiş, mövcud imkanlar daxilində pambıq və barama təsərrüfatları quraraq iqtisadiyyatımızın inkişafına da töhfə verməkdədirlər. Hələ 2016-cı ildə Cocuq Mərcanlı kəndinə yaxın yerləşən Lələtəpə yüksəkliyi 4 günlük müharibə zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad ediləndən sonra sual olunurdu ki, nə əcəb Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binası Biləsuvar rayonundan Cocuq Mərcanlıya köçürülmür. 2020-ci ildə 44 günlük müharibədən sonra torpaqlarımız, o cümlədən Cəbrayıl rayonu tam azad olunandan sonra bu məsələ yenidən xatırladılmaqdadır. Dövlət, onun rəhbərliyi nə vaxt məqsədəuyğun hesab edəcək, onda da Cəbrayıl rayonunun idarəetmə strukturlarının, dövlət və hökumət orqanlarının inzibati binalarını da Cəbrayıl şəhərinə köçürəcək. Bu məsələlər Böyük Qayıdışın tərkib hissəsi kimi gec-tez həllini tapacaq. Sözümüz onda deyil. Yəqin razılaşarsınız, bir halda ki, yaxın perspektivdə Cəbrayıl rayonuna qayıdış nəzərdə tutulub, o halda Biləsuvarda çox bədxərclik eləmək o qədər də məqsədəuyğun sayılmamalıdır. Əlbəttə, son dərəcə vacib məsələlərin həllini təxirə salmaq olmaz. Amma xərclərin optimallaşdırılmasını, israfçılığa yol verilməməsi də mühüm əhəmiyyət kəsb edir. Biz inanırıq ki, tezliklə Cəbrayıl rayonunda, inzibati mərkəz sayılan Cəbrayıl şəhərində həyat qaynayacaq, orada düşmənin viran qoyduğu, həm də sayı yetərincə çox olan qədim tarixi-mədəni abidələr restavrasiya olunacaq, Ümummilli lider Heydər Əliyevin adını daşıyacaq prospektlər, parklar salınacaqdır. İndi isə keçək əsas məsələyə.Mediatv.az xəbər verir ki, Cəbrayıl Rayon İcra Hakimiyyətinin Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbədə Ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında aparılacaq abadlıq işləri üçün keçirdiyi tenderdə “İNTER STAR” beynəlxalq şirkəti qalib gəlib. İcra Hakimiyyəti adı çəkilən şirkətə 183197.72 AZN vəsait ödəyəcək. Maraqlıdır ki, informasiya resurslarında “İNTER STAR” beynəlxalq şirkəti ilə bağlı məlumat çox kasaddır. Şirkətin yalnız 2021-ci il mart ayında “AZƏRALÜMİNİUM” MMC-nin elan etdiyi mexaniki ölçü və elektrik alətlərinin satın alınması ilə bağlı tenderdə qalib gəldiyi barədə məlumata rast gəlinir. Daha bir neçə il əvvəl isə şirkət rəhbərinin 245 min manatlıq qeyri-yaşayış sahəsini banka girov qoyduğu, şirkətə 24 faizlə götürülən kredit kimi rəsmiləşdirilmiş 65000 manat pulun “Kapitalbank”ın əməkdaşı tərəfindən mənimsənilməsi barədə informasiya gözə dəyir, vəssalam. Sual olunur: “İNTER STAR” şirkətinin əsas profili nədir, hansı sahə üzrə ixtisaslaşıb – mexaniki ölçü və elektrik alətləri satmaq üzrə, yoxsa, parklarda abadlıq işlərini yerinə yetirmək üzrə? Görəsən, “İNTER STAR” beynəlxalq şirkətinin yenə hansısa banka borcunun olub-olmadığı, əmlakının girov saxlanılıb-saxlanılmadığı dəqiq öyrənilibmi? Yoxsa, Cəbrayıl RİH-nin başçısı hörmətli Kamal Həsənov qarşıdan gələn və “Heydər Əliyev ili” elan olunmuş 2023-cü ildə Ulu Öndərin adı ilə bağlı xərclərə görə hesabat tələb olunmayacağını, “Satınalmalar haqqında” AR Qanununun tələblərinin gözardı ediləcəyini düşünür? //Mediatv.az//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... - BU NECƏ OLUR AXI...
Bu gün, 09:27 |
|
|
|
| • Paşinyandan SON həmlə – Revanşistlərin ƏSAS dayağı sökülür
Bu gün, 09:15 |
|
|
|
| • Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi - FOTO
Bu gün, 09:11 |
|
|
|
| • "Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." - "AZƏRİQAZ"DA SOS!!!
Bu gün, 09:06 |
|
|
|
| • Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03 |
|
|
|
| • "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00 |
|
|
|
| • Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58 |
|
|
|
| • Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50 |
|
|
|
| • Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48 |
|
|
|
| • AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37 |
|
|
|
| • Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25 |
|
|
|
| • Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13 |
|
|
|
| • Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04 |
|
|
|
| • Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40 |
|
|
|
| • İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33 |
|
|
|
| • Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30 |
|
|
|
| • Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16 |
|
|
|
| • “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00 |
|
|
|
| • Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56 |
|
|
|
| • KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43 |
|
|
|
| • Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41 |
|
|
|
| • ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38 |
|
|
|
| • "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36 |
|
|
|
| • Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33 |
|
|
|
| • AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31 |
|
|
|
| • 18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29 |
|
|
|
| • Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27 |
|
|
|
| • Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23 |
|
|
|
| • Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20 |
|
|
|
| • Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14 |
|
|
|
| • Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14 |
|
|
|
| • BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53 |
|
|
|
| • İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44 |
|
|
|
| • "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30 |
|
|
|
| • ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26 |
|
|
|
| • Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24 |
|
|
|
| • Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19 |
|
|
|
| • ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17 |
|
|
|
| • Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12 |
|
|
|
| • Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09 |
|
|
|
| • 3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59 |
|
|
|
| • “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53 |
|
|
|
| • “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41 |
|
|
|
| • Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30 |
|
|
|
| • Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26 |
|
|
|
| • İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11 |
|
|
|
| • Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09 |
|
|
|
| • Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55 |
|
|
|
| • Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48 |
|
|
|
| • Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33 |
|
|
|
|