Astarada fermerin DİZİ YERƏ GƏLİB... - NAZİRİN NƏZƏRİNƏ...
Tarix: 21-12-2022, 15:38 | Çap et
 Astara rayonunun "Sitrus" bazarında fermerlər naringi, limon kimi məhsullarını sata bilmədiklərindən gileylənirdilər. Bazarın girəcəyində iki nəfər qiymət üstündə çək-çevir edirdi. Alıcı naringinin bir kiloqramını 30 qəpiyə almaq istəyir, satıcı isə ondan heç olmasa 5 qəpik də artırmasını xahiş edirdi. Sonda razılaşırlar.
"Bankdan kredit götürmüşəm, nə ilə verim?" Adının çəkilməsini istəməyən satıcı deyir ki, 20 ton naringi tədarük edib. Amma onun sözlərinə görə, məhsulun cəmi 5-6 tonunu saxlamağa yeri var: "Qalanını harada saxlayım? Anbara vurduğum məhsulun yarısı da çürüyüb. Məhsulun bir kiloqramı 25-30 qəpiyə başa gəlib. İl ərzində ağaclara qulluq edirik, sonda da belə. Bankdan kredit götürmüşəm, nə ilə verim? Burada naringi emalı sexi açmaq olmazmı? Elə fermerlər var ki, məhsulu ağacdan dərməyib. Nə üçün dərsin, hara aparsın? Dərib saxlamaq ondan da təhlükəlidir".
"Heç maşının yanacaq pulu çıxmır" Bazarda alıcı elə də çox deyil. Fermerlər deyir ki, bazara gələn alıcı da az miqdarda məhsul alır. "Niva" markalı maşınla satışa məhsul gətirən Astara rayonunun Marzəsə kənd sakini Bəxtiyar Nurəliyev deyir ki, bazardan onların kəndinə 12-13 kilometrdir: "Dağlıq ərazidir. Kənddə təbii qaz yoxdur. İşıq fasilələrlə verilir. Yol bərbaddır. Kənddə olan təsərrüfatların hamısı naringi, limon ağacları əkib. Keçən il məhsullarımızı sata bildik. Bu il vəziyyət yaxşı deyil. Gəlmişik bazara, 1-2 kiloqram satıb geri qayıdırıq. Heç maşının yanacaq pulu çıxmır. Kəndimiz ucqar yerdə olduğuna görə diqqətdən kənarda qalıb".
O, bu il ziyana düşəcəklərindən narahatdır: "Bizdə qar yağanda rayon mərkəzi ilə əlaqələr kəsilir, qapalı vəziyyətdə yaşayırıq. Kənddə yaşayan ailələr məhsulunu satıb, 7-8 kisə un alırlar, qışa tədarük görürlər. Məhsul satılmadığına görə un tədarük edə bilməmişik. Çətinliyə dözməyib kənddən gedənlərin sayı ildən-ilə artır".
"Meyvəmiz ağacda qalıb" Onun yaxınlığında limon satan Vüqar Abdullayev isə təsərrüfatında yetişdirdiyi sitrus məhsullarının bir hissəsini ağaclardan dərmədiyini deyir: "Alan yoxdur, nə üçün tədarük edək? Alıcı gələrdi, 10-15 ton alıb yükləyərdi maşına, aparardı. Bu il həmin alıcıları görmədik. Deyirlər ki, daxili bazar sitrus meyvələri ilə doludur. Ona görə almırlar. Gərək satıla ki, alsınlar. Meyvəmiz ağacda qalıb".
"Rusiyaya gedirdi" Astara rayonunda sitrus meyvələri, əsasən, dağətəyi ərazilərdə yerləşən kəndlərdə əkilir. Rayonun Kijəbə qəsəbəsi də dağətəyi ərazidə yerləşir. Bu qəsəbənin sakini Nadir Gənciyevin sözlərinə görə, problem məhsulun satışındadır: "Eşidəndə ki, hansısa fermer 5 ton məhsul satıb, sevinirik. Meyvə Rusiyaya gedirdi, qiymət sabit idi. İndi getmir. Bizim əhali də pulu çörəyə verir. Qalmışıq ortada. Mənim məhsulum azdır, ümid edirəm ki, satacağam. Tonlarla məhsulu olanlar var. Məhsullarımız satılmasa, yaşayışımıza pis təsir göstərəcək".
Astara Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasovun sözlərinə görə, mövcud vəziyyətlə bağlı lazimi yerlərə məlumat verilib. Onun vurğulamasına görə, həm Ukrayna, Rusiya bazarlarına müharibə təsir edib, həm də Rusiyaya İran malları daxil olur: "Bugünə olan məlumata əsasən, təsərrüfatlardan 44 min ton naringi tədarük edilib. Yığım davam edir".
Belediyye.net


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16 |
|
|
|
| • “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00 |
|
|
|
| • Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56 |
|
|
|
| • KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43 |
|
|
|
| • Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41 |
|
|
|
| • ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38 |
|
|
|
| • "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36 |
|
|
|
| • Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33 |
|
|
|
| • AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31 |
|
|
|
| • 18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29 |
|
|
|
| • Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27 |
|
|
|
| • Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23 |
|
|
|
| • Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20 |
|
|
|
| • Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14 |
|
|
|
| • Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14 |
|
|
|
| • BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53 |
|
|
|
| • İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44 |
|
|
|
| • "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30 |
|
|
|
| • ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26 |
|
|
|
| • Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24 |
|
|
|
| • Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19 |
|
|
|
| • ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17 |
|
|
|
| • Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12 |
|
|
|
| • Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09 |
|
|
|
| • 3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59 |
|
|
|
| • “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53 |
|
|
|
| • “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41 |
|
|
|
| • Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30 |
|
|
|
| • Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26 |
|
|
|
| • İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11 |
|
|
|
| • Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09 |
|
|
|
| • Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55 |
|
|
|
| • Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48 |
|
|
|
| • Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33 |
|
|
|
| • “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18 |
|
|
|
| • “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13 |
|
|
|
| • Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05 |
|
|
|
| • Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00 |
|
|
|
| • Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59 |
|
|
|
| • 16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Dünən, 14:58 |
|
|
|
| • Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Dünən, 13:47 |
|
|
|
| • Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Dünən, 13:45 |
|
|
|
| • Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:42 |
|
|
|
| • “Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Dünən, 13:27 |
|
|
|
| • Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Dünən, 13:19 |
|
|
|
| • Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Dünən, 13:11 |
|
|
|
| • “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Dünən, 13:04 |
|
|
|
| • Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Dünən, 12:57 |
|
|
|
| • Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:38 |
|
|
|
| • ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Dünən, 12:31 |
|
|
|
|