Azərbaycana daxil olan humanitar yardımlar azalıb .....                     Maaş kartını rəisə vermədi, işdən çıxarıldı .....                     BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub .....                     Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib .....                     Meyxanaçı Rüfət onları efirə çağırmayan kanallardan şikayətləndi .....                     20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir: Özünə yeni vəzifə verildi .....                     Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər .....                     Ermənistan parlamentinin sədri özündən 20 yaş kiçik modellə evlənir .....                     Azərbaycan Gürcüstandan ən çox pul köçürülən ölkə olub .....                     Mülayim qərb küləyi əsəcək .....                     “Sahil-S İnşaat” MTK-nın yeni sədri də axtarışa verildi .....                     “Səhhətindəki problemlərə, ayağındakı ağrılara baxmayaraq Ramiz Rövşən konsertimə gəldi” .....                     "Millət vəkillərinin tələbə övladları varsa, onlar da gedib işləsinlər" .....                     ETİRAZ: Şəhəri BELƏMİ SALIRLAR? .....                     Xaçmazdan adam oğurlayıb Bakıya gətirərək döyən şəxslərə hökm oxundu .....                     Sərdar Cəlaloğlunun “cinsi uyğunsuzluq” fikri mübahisə yaratdı .....                     "Ondan olmaz, əli qana batıb, gələcək lideri biz müəyyən edəcəyik" .....                     Prezidentin təsdiqlədiyi investisiya layihələrinin icrasına hansı qurum mane olur? .....                     Ziraat Bank Azərbaycanda YENİ TƏYİNAT .....                     Cənubda EKOTERROR DAVAM EDİR... .....                     “İtirilmiş ada” tələsi və ya Kreml Krımı saxlaya bilmir .....                     İrəvandan sülhə qarşı SABOTAJ .....                     FHN 289 min manata 2 ədəd “Toyota” alır .....                     Rusiya Ermənistana qapıları bağlayır? .....                     “Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?” .....                     Naxçıvanda şəhid atası yerli məmurlara OD PÜSKÜRDÜ .....                     Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi .....                     Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır .....                     "Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." .....                     Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır .....                     Robert Köçəryanın həbsi üçün icazə istənildi .....                     Türk Zəngi Dövləti pulu .....                     "Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" .....                     İsrail olmasaydı, Amerika olmazdı .....                     Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: .....                     "Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." .....                     Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... .....                     Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir .....                     Feysbuk və İnstaqram tamamilə ödənişli olur? .....                     ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi .....                 

İnam Kərimovun FERMERLƏRDƏN XƏBƏRİ VARMI? - Kimlər qazanır, kimlər itirir?
Tarix: 13-01-2022, 11:51 | Çap et
İnam Kərimovun FERMERLƏRDƏN XƏBƏRİ VARMI?
Azərbaycanın Tovuz və Şəmkir rayonlarında kiçik fermerlərin əksəriyyəti əsas dolanışıq yeri olan və son 2-3 ilədək yaxşı gəlir götürdükləri istixanalarını sökür. Fermerlər deyirlər ki, yanacaq, gübrə və digər xərclər artıb, təsərrüfatları saxlaya bilmirlər və çəkdikləri xərc qazancı üstələyir. Yerli bazarda pomidora təlabat azdır, Rusiya bazarında isə idxal pomidoru son illər ucuzlaşdığından qiymət sərfəli deyil. Bir yandan da kiçik fermerlər son illər fəaliyyətə başlayan dördüncü nəsil istixanalara - aqroparklara rəqabətdə uduzurlar. Buna görə də vaxtilə 200-500 min dollar xərc çəkib qurduqları istixanaları ləğv etmək məcburiyyətində qalıblar.

Fermer: “Peşimanam...”

Tovuzlu fermer Səlahəddin Rzayev deyir ki, bu il Tovuzda cəmi 4 fermer istixana şəraitində pomidor yetişdirir. Onun özü 4 hektarda pomidor əkib, lakin peşimandır. Çünki son 1-2 ildir ki, min bir əziyyətlə becərdiyi məshulunu sata bilmir. Ötən il 70 min dollar ziyana düşüb, bu il də vəziyyətin düzələcəyinə ümidi yoxdur.

Qərb bölgəsində istixana sahibləri məhsullarını ancaq Rusiya bazarlarına çıxarmaqla qazanc götürüblər. Rusiya bazarında hazırda 6 kiloluq pomidor yeşiyinin qiyməti təxminən 8 manatdır. S.Rzayevin sözlərinə görə, bunun yarısından çoxu daşınma, qablaşdırma, orada qalma, bazarda yer haqqı və digər xərclərə gedir. Üstəlik, istixananın saxlanılma xərci də var. Yanacaqdan tutmuş yeşiyə, fəhlə pulunadək xərclər artıb. Məsələn, ayda təkcə işçilərin maaşı 12 min manat edir.

S.Rzayev bildirib ki, ötən il Tümenə yola saldığı maşının yolu iki dəfədən çox uzanıb, məhsullar yolda xarab olub. Moskva bazarına məhsul 20 günə gedib çatıb və qəpik-quruşa satılıb. Halbuki daşınma xərci iki dəfədən çox artıb. Nəticədə ziyana düşüb. İndi də maya dəyəri 1 manat 50 qəpiyə başa gələn pomidoru ən yaxşı halda 70 qəpikdən sata bilirlər: “Mənim iki banka 116 min manat borcum yaranıb. Şəmkirli istixana sahibləri də da bizim kimi qaza, işçiyə, banka borcludurlar. Qazı işlədiriksə, pulunu da vaxtlı-vaxtında ödəməliyik. Amma qazanc olmur, ödəyə bilmirik”.

Daha Rusiyaya pomidor “vurmaq” fərdi istixana sahibləri üçün sərfəli deyil

Fermerlər onu da bildiriblər ki, yeni nəsil istixanalarda müasir avadanlıqlar quraşdırılıb. Hansı ki, yanacağa qənaət edir, ənənəvi istixanalardan fərqli olaraq əlavə xərclər olmur. Bu istixanalarda yetişdirilmiş pomidorlar da ucuz satılır. Buna görə də belə aqroparklar kiçik fermerləri-fərdi istixana sahiblərini sıxışdırıb bazardan çıxarır.

Adının mətbuatda açıqlanmasını istəməyən şəmkirli fermer isə danışıb ki, təxminən 7-8 il əvvəl istixana qurmağa təxminən 500 min dollardan çox vəsait sərf edib və son illərədək yaxşı qazanıb. İndi isə gəlir gətirmədiyindən istixananı ləğv edir.

“Biz istixana şəraitində olsa da, pomidoru torpaqda yetişdirirdik və Rusiya bazarında satırdıq. Yəni indiki aqroparklarda olduğu kimi, pomidoru suda, dərmanlarla yetişdirmirdik. Amma son bir-iki ildir Rusiyada satış əlverişli deyil. Onların özləri də başlayıblar iri istixanalar qurmağa. Üstəlik, daşınma xərci, bazarda yer haqqı, yemək, qalmaq xərcləri də artıb. Ötən il pomidor satılmadı, məhsul xarab olmasın deyə qəpik-quruşa verdik, nəticədə ziyana düşdük. Amma aqroparklar üçün sərfəlidir, çünki maya dəyəri aşağıdır”,-şəmkirli fermer bildirir.

Borclarını ödəmək üçün ixtixanalardakı avadanlıqları kəsib satırlar...

Fermerlər onu da deyiblər ki, məsələdən icra hakimiyyətləri də xəbərdardılar. İstixana sahiblərinin iştirakı ilə məsələ müzakirə edilib və vəziyyətdən çıxmaq üçün müəyyən kömək təklif edilib. Amma əvvəl-axır qaza, elektriklə görə yaranmış borc ödənilməlidir. Fermerlərin bəziləri istixanadakı avadanlıqları kəsib satmaqla borcun bir hissəsini ödəməyə çalışır.

Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli isə deyib ki, Qərb bölgəsində ənənəvi istixanaların sökülməsinə ötən ildən başlanılıb: “Fermerlər əsasən Rusiya bazarına hədəfləniblər. Ötən il Rusiya bazarına çıxışa məhdudiyyətlərin qoyulması fermerləri çətinliklə üzləşdirib. Şəmkir və Tovuzda fərdi istixanalarda pomidor yetişdirənlər öz mallarını Rusiya bazarına vaxtlı-vaxtında çatdırmaqla bağlı bir çox süni əngəllərlə qarşılaşırlar. Üstəlik daşınma xərcləri artıb, Rusiya gömrüyü bəzi hallarda pomidor yüklü maşınları sərhəddə günlərlə, həftələrlə ləngidib. Nəticədə məhsul zay olub. Fərdi istixana sahiblərinin son illər kütləvi şəkildə borcu yaranıb, hamısı qaza, gübrəyə, istifadə etdikləri dərmanlara görə borclu qalıblar, indi də məhsullarını istədikləri qiymətə sata bilmirlər”.

Kimlər qazanır, kimlər itirir?

Bununla belə ekspert hesab edir ki, istixanaların sökülməsinin daxili bazarda qiymətlərə təsiri böyük deyil. Çünki müəyyən mərhələdə, yazın əvvəllərində pomidor bahalaşa bilər, lakin daha sonra bazarda məhsul artacaq və qiymətlər aşağı düşəcək. İtirən isə qərb bölgəsindəki kiçik və orta sahibkarlar, bir də fərdi istixanalarda günəmuzd işləməklə dolanan yerli sakinlər olacaq. Çünki fərdi istixana təsərrüfatları bu bölgədə əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rola malik idi.

Qeyd edək ki, iri aqroparkların sürətlə fərdi istixanaları sıxışdırıb müflis edəcəyini kənd təsərrüfatı üzrə ekspertlər daha əvvəl proqnozlaşdırmışdılar. Hərçənd məsələ bundadır ki, heç iri aqroparkların özlərinin də pomidor yetişdirməkdən qazanclarının yaxşı olmadığı, Rusiya bazarında qiymətin aşağı düşməsi nəticəsində onların da ziyan etdikləri haqda xəbərlər var.

Rəsmi statistikaya əsasən 2021-ci ilin 10 ayında (yanvar-oktyabr) Azərbaycandan 129 milyon 652 min dollar dəyərində 120 min 342 ton pomidor ixrac olunub. 2020-ci ilin 10 ayında isə Azərbaycandan 173 milyon 19 min dollar dəyərində 160 min 269 ton pomidor ixrac edilmişdi.

Gömrük Komitəsinin o zaman açıqladığı statistika göstərirdi ki, pomidor ixracı 2020-ci ilin 10 ayı ilə müqayisədə 2021-ci ilin 10 ayında dəyər ifadəsilə və miqdar ifadəsilə də 25 faiz azalıb. 2021-ci ilin 9 ayında (yanvar-sentyabr ) Azərbaycandan 128 milyon 243 min dollar dəyərində 119 min 138 ton pomidor ixrac olunub. Beləliklə, oktyabr ayında ixrac demək olar ki, dayanıb. Həmin ay 1 milyon 409 min dollarlıq 1 204 ton pomidor ixrac olunmuşdu.
//virtualaz.org//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana daxil olan humanitar yardımlar azalıb
Bu gün, 13:15
Maaş kartını rəisə vermədi, işdən çıxarıldı - İNDİ İSƏ...
Bu gün, 13:07
BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub - FOTO
Bu gün, 13:03
Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib - FOTO
Bu gün, 12:58
Meyxanaçı Rüfət onları efirə çağırmayan kanallardan şikayətləndi - Meyxanaçı kimdən tərbiyəsizdir?
Bu gün, 12:55
20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir: Özünə yeni vəzifə verildi - İLGİNC
Bu gün, 12:40
Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər - QƏRAR
Bu gün, 12:36
Ermənistan parlamentinin sədri özündən 20 yaş kiçik modellə evlənir
Bu gün, 12:33
Azərbaycan Gürcüstandan ən çox pul köçürülən ölkə olub - SİYAHI
Bu gün, 12:31
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:28
“Sahil-S İnşaat” MTK-nın yeni sədri də axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 12:24
“Səhhətindəki problemlərə, ayağındakı ağrılara baxmayaraq Ramiz Rövşən konsertimə gəldi”
Bu gün, 12:19
"Millət vəkillərinin tələbə övladları varsa, onlar da gedib işləsinlər" - deputat
Bu gün, 12:16
ETİRAZ: Şəhəri BELƏMİ SALIRLAR? - "Bu necə mümkündür axı?"
Bu gün, 12:14
Xaçmazdan adam oğurlayıb Bakıya gətirərək döyən şəxslərə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:04
Sərdar Cəlaloğlunun “cinsi uyğunsuzluq” fikri mübahisə yaratdı – Cavadzadədən cavab
Bu gün, 11:56
"Ondan olmaz, əli qana batıb, gələcək lideri biz müəyyən edəcəyik" - İran şahının oğlundan Trampa təpki
Bu gün, 11:48
Prezidentin təsdiqlədiyi investisiya layihələrinin icrasına hansı qurum mane olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:42
Ziraat Bank Azərbaycanda YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:40
Cənubda EKOTERROR DAVAM EDİR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:25
“İtirilmiş ada” tələsi və ya Kreml Krımı saxlaya bilmir - Böhran içində "qala"
Bu gün, 11:15
İrəvandan sülhə qarşı SABOTAJ – erməni nazirin O YALANI...
Bu gün, 11:04
FHN 289 min manata 2 ədəd “Toyota” alır - DETALLAR
Bu gün, 11:02
Rusiya Ermənistana qapıları bağlayır? - Moskva qadağaların səbəbini açıqladı
Bu gün, 10:55
“Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?”
Bu gün, 10:53
Naxçıvanda şəhid atası yerli məmurlara OD PÜSKÜRDÜ - "Gəlin, cavab verin... UTANMAZLAR!"
Bu gün, 10:43
Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır - “Financial Times”
Bu gün, 10:18
"Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." - NARAZILIQ VAR...
Bu gün, 10:17
Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır - Kreml İrəvanı SIXIR...
Bu gün, 10:01
Robert Köçəryanın həbsi üçün icazə istənildi - “Joqovurd”
Bu gün, 09:55
Türk Zəngi Dövləti pulu - FOTO
Bu gün, 09:39
"Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 09:30
İsrail olmasaydı, Amerika olmazdı - ABŞ səfiri
Bu gün, 09:27
Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: - vətəndaşlara müxtəlif vədlər verdi
Bu gün, 08:35
"Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." - GİLEY
Bu gün, 08:26
Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... - BU NƏDİ BELƏ?
Bu gün, 08:15
Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir - TƏFƏRRÜAT
Bu gün, 08:11
Feysbuk və İnstaqram tamamilə ödənişli olur? – Vacib açıqlama
Bu gün, 08:08
ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi - Vens
Bu gün, 08:06
TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... - GƏLİŞMƏ
Bu gün, 08:05
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... - BU NƏDİ BELƏ?
Bu gün, 07:42
DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38
Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32
Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29
Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20
Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15
Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05
Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru