Toylarda spirtli içkilər qadağan olunacaq? .....                     Ermənilər artıq barbarlıq edirlər .....                     “Sürücü tüstülənən avtobusu güclə saxladı” .....                     SOCAR-da yeni təyinat .....                     Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı .....                     Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib .....                     “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” .....                     Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə .....                     Həbsdə olan icra başçısının maşını SATILDI .....                     Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən .....                     800 illik Səlcuqlu ayaqqabısı .....                     Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” .....                     Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi .....                     Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu .....                     Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir .....                     “Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” .....                     Xalq artistinə qarşı HAQSIZLIQ .....                     “Halal” sertifikatı kimlər verə bilər? .....                     Azərbaycanda iki şirkət birləşdi: .....                     Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib .....                     İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? .....                     Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. .....                     Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu .....                     Rusiya Ermənistana etiraz notası göndərib .....                     İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumu tarixi sənəddir .....                     Azərbaycanda boşanma çətinləşdirilə bilər .....                     Sülh sazişinə ən böyük maneə... .....                     Neft Fondunun 22 ton qızılı hara və... .....                     Ermənistan 3 ildir üzvlük haqqı ödəmir .....                     Quzularını qurda tapşırsa, heç belə olmazdı: 700 minlik yeyinti... .....                     Paşinyan son qərarını açıqladı: Ermənistanda yeni seçkilər keçiriləcəkmi? .....                     Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu .....                     Belarus Ukraynaya nota verib .....                     Mirzoyan Avropa İttifaqından yardım istədi .....                     Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir .....                     Bakıda 20 yaşlı oğlan evlənmək vədi verdi, azyaşlı qızla qaçdı: “İki gecə küçədə qaldıq” .....                     Paşinyandan TRIPP-lə bağlı .....                     Namizəd Səfərovun məhkəməsi başlayıb .....                     TÜRK KİMLİYİNƏ QARŞI "DNT HÜCUMU"? .....                     Bakıda qadın müştərilərlə tanış olmaq istəyən taksi sürücüləri .....                 

Quda hakimiyyətinin qayıdışı, iki qardaş klanın hakimiyyət davası, yoxsa Bakının öz namizədi? - Naxçıvan DİN-nin 4 "adaxlısı" var
Tarix: 20-12-2021, 11:49 | Çap et
Quda hakimiyyətinin qayıdışı, iki qardaş klanın hakimiyyət davası, yoxsa Bakının öz namizədi?
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindəki mötəbər mənbələrdən aldığımız son məlumatlar sensasiya doğuracaq mahiyyətdədir.

DİA.AZ ovqat.com-a istinadən xəbər verir ki, ilk sensasion məlumat “gedər-gəlməz” məzuniyyətinə göndərilən “legitim” nazir Fazil Ələkbərovla əlaqədardır. Mənbəmizin iddiasına görə, Fazil Ələkbərov Bakıdan xeyir-dua alaraq, köhnə vəzifəsinə qayıtmağa çalışır və bu istiqamətdə mühüm addımlar atıb. Onun qayıtması isə Naxçıvanda çox daşları yerindən oynadacaq. Bəs, bu “möhtəşəm qayıdış”ın xeyir-duası necə alınıb? Tələsməyin, bu sualın cavabını mənbəmizin bizə verdiyi məlumatların sətir aralarından oxuya biləcəksiniz.

İkinci sensasion məlumat: Sən demə, Naxçıvanda da klanlar imiş və Muxtar Respublikanın Daxili İşlər naziri vəzifəsi uğrunda ən azı 2 klan mübarizə aparır. Bu klanların kimliyi barədə də mənbəmiz təfsilatlı məlumatlar verir.

Üçüncü sensasion məlumat: Naxçıvanın Daxili İşlər naziri postu uğrunda 2 yox, 3, hətta 4 nəfər mübarizə aparır. Şirlərin ağzından yemini almaq istəyən bu şəxslər kimdir?

Bütün bu suallara cavab tapmaq istəyirsinizsə, Naxçıvan Muxtar Respublikası DİN-dəki mənbələrimizdən topladığımız məlumatları diqqətlə oxuyun.

Şərti olaraq “Qara pişik” adlandırdığımız mənbəmizin Ovqat.com-a açıqladığı budəfəki məlumat kiçik bir xatırlatma ilə başlayır: “Əvvəlki məlumatlarda da qeyd etdiyimiz kimi, Naxçıvan dövlət idarəetməsi prinsipləri ilə yox, feodal qaydaları ilə idarə olunur. Muxtar Respublikada öz qabiliyyətin və bacarığın hesabına qabağa getmək şansı çox aşağı səviyyədədir. Əgər qabağa getmək istəyirsənsə sənin mütləq güclü bir “sahibin” olmalıdır”.

"Möhtəşəm qayıdış"

“Qara pişik” onu da xatırladıb ki, Naxçıvan MR Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov hələ də rəsmi olaraq vəzifəsindən azad edilməyib və bu vəziyyət onun qalmaqalsız öz postuna qayıtması üçün münbit şərait yaradır. Mənbəmizin bildirdiyinə görə, Fazil Ələkbərov kreslosunun laxlamasını hiss etdikdən sonra bəzi proflaktik tədbirlər görüb. Onun budəfəki proflaktik tədbirləri də yeni qohumluq əlaqələrinin yaradılmasına hesablanıb. Bəli, düz başa düşdünüz, Fazil müəllim bu dəfə də böyük bir şəxsiyyətlə ailə bağlarını möhkəmlədib. Onun yeni qohumu kim olsa yaxşıdır? Gəlin, bu sualın cavabını bizim “qara pişiy”in dilindən eşidək:

“Fazil Ələkbərov məzuniyyətə göndəriləndən sonra təxminən noyabr ayının əvvəllərində Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Cəlilovla quda oldu. Fazil Ələkbərov Rafiq Cəlilovun qızını öz oğluna alıb. Allah xoşbəxt etsin. Görünür, Fazil Ələkbərov vəzifəsini buraxmaq istəmir. Bunun üçün də Rafiq Cəlilov ilə quda olmağa üstünlük verib. Rafiq Cəlilovin xidmət xronologiyasına baxsaq, görərik ki, Cənab Prezidentin etimadını doğruldan kadrdır. Rafiq Cəlilovun yuxarı dairələrlə kifayət qədər isti əlaqəsi var. Buna görə də Fazil Ələkbərovun yenidən vəzifəsinin başına qayıtması gözlənilir”.

Bəs, bu “möhtəşəm qayıdış” Naxçıvan idarəçiləri üçün hansı perspektivlər vəd edir?

Mənbəmizin ehtimalları:

“Əlbəttə ki, budəfəki qayıdış “xan”ın iradəsi xaricində olacaqdır. Bundansa ilk növbədə, Naxçıvan MR-ın “boz kardinalı” kimi tanınan Azər Zeynalov, “kiçik torpağ”ın “Gestapo”su Cəlil Rüstəmov və özünü Azərbaycan Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovla bir tutan, hazırda Naxçıvan MR Daxili İşlər naziri əvəzi vəzifəsini icra edən Rəşad İsmayılov çox qorxur. Çünki Fazil Ələkbərov yenidən vəzifəsinə qayıtsa, Naxçıvanda çox daşlar yerindən oynayacaq. Fazil müəllim bu dəfə fərqli gələcək. Ən azı o səbəbdən ki, birbaşa Bakının xeyir-duasını alıb. Bir sözlə, bu qayıdış həqiqətən də möhtəşəm olacaq.

Rəşad İsmayılov “xan”ın da gözündən düşüb

Üstəlik, Fazil müəllimin Azər Zeynalov, Cəlil Rüstəmov və Rəşad İsmayılovun bütün maxinasiyalarından xəbəri var. F.Ələkbərovun qaydışının qarşısını almaq üçün, Azər Zeynalov və Cəlil Rüstəmov cənab Vasif Talıbovu inandırmağa çalışır ki, Daxili İşlər naziri vəzəifəsinə Rəşad İsmayılovdan bacarıqlı kadr təyin oluna bilməz. Lakin cənab Talıbov isə Rəşad İmsayılovu Daxili İşlər nazirinin müavini vəzifəsinə təyin etməkdən peşman olduğu sezilir. Çünki, Rəşad İsmayılov zəif kadrdır. Rəşad İsmayılovun idarəetmə qabiliyyəti yoxdur. Və ən əsası, Rəşad İsmayılov Azər Zeynalov və Cəlil Rüstəmovun “piyon”udur. Onlar hara desə Rəşad İsmayılov o tərəfə meyllənir. Rəşad İsmayılovun müstəqil qərar qəbul etmək səlahiyyəti yoxdur. Rəşad İmsayılovun səriştəsizliyi isə yavaş-yavaş cənab Talıbova da bəlli olub. “Qara pişiy”in dediyinə görə, “xan” həzrətlərinin gözünün açılmasında bizim Ovqat.com-un da xidmətləri az olmayıb və buna görə Naxçıvan rəhbərliyinin əslində bizə minnətdarlıq borcu var.

Naxçıvan klanları və klanlararası mübarizə

“Qara pişiy”in bəlkə də ən sensasiyalı məlumatı Naxçıvan klanları barədədir. Sən demə, Azərbaycanda olduğu kimi, Naxçıvanda da klanlar mövcuddur: “Burada əsasən iki klan hökm sürür: Rza Talıbov və Vüqar Abbasov klanları. Rza Talıbov Vasif Talıbovun oğludur. Vüqar Abbasov isə “Cahan Holdinq”in prezidenti və Ali Məclisin deputatıdır. Fazil Ələkbərov nazir səlahiyyətlərini icra etdiyi dövrdə Mühafizə Polisi Şöbəsinə öz əmisi oğlu Nicat Ələkbərovu təyin etmişdi. Lakin Fazil Ələkbərovun ayağı büdrəyən vaxt, Rəşad İsmayılov dərhal Nicat Ələkbərovu aradan götüzdürdü. Bəs Nicatın yerinə kim təyin olundu? - təqaüddə olan Gündüz Qarayev adlı sabiq polis əməkdaşı”.

Bəs Gündüz Qarayevi təqüddən geri çağırmağa nə gərək var idi? Məgər Naxçıvan DİN-də nazir vəzifəsinə təyin etməyə başqa adam yox idi?

Mənbəmizin bildirdiyinə görə, məsələnin məğzi başqadır: “Gündüz Qarayevin Rza Talıbovla yaxın münasibəti var. O, təqaüddən geri çağrılmazdan əvvəl isə “Cahan Holdinq”də təhlükəsiziliyin rəisi işləyirdi. Dolayısıyla Vüqar Abbasov ilə də yaxın münasibəti var. Gündüz Qarayevin təklifini də xana məhz bu iki şəxs - Rza Talıbovla Vüqar Abbasov verib. Gündüz Qarayevin “Cahan Holdinq”ə verilməsində əsas məqsəd də elə bir müddət təcrübə yığıb daha sonra Daxili İşlər naziri vəzifəsinə təyin olunması imiş. Axı harda görülüb ki, mayor rütbəsində olan qarovulbaşını nazir qoysunlar?

İki qardaş – iki klan: “Kiçik torpağ”ın böyük oyunları

İddialara görə, hal-hazırda Naxçıvanda Daxili İşlər naziri postu uğrunda, 2 nəfərin, deməli həm də 2 klanın mübarizəsi gedir: Seymur-Azər- Cəlil üçlüyünün namizədi Rəşad İsmayılov və Rza-Vüqar cütlüyünün namizədi isə Gündüz Qarayevdir.

Bakının isə öz namizədi var – 4-cü qüvvə

“Qara pişiy”in iddiasına görə, indiyədək haqqında danışdığımız şəxslərin – qardaş klanlarının və Fazil Ələkbərovun bütün ümidləri puç ola bilər. Çünki Fazil Ələkbərov yeni quda münasibətləri ilə Bakının xeyir-duasını almağa çalışsa da, iki qardaş Talıbovun bir nazir postu uğrunda amansız mübarizəsi getsə də, paytaxtın bu Naxçıvan MR DİN barədə öz planları var:

“Muxtar Respublika külislərində yayılan söhbətlərə görə, Daxili İşlər naziri vəzifəsinə 4-cü namizədə tapşırıla bilər. Bu isə Bakının namizədi Zahid Gözəlovdur.

Bakının namizədi kimdir?

Zahid Gözəlov Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsində xidmət edir. 2004-cü ildə Polis Akademiyasını bitirib. Polis Polkovnik-leytenantıdır. Zahid Gözəlov həm şəxsi keyfiyyətləri, həm də peşəkarlıq baxımından rəhbərliyin rəğbətini qazanan polis zabitidir. İdarəetmə qabiliyyətinə də söz ola bilməz: dövlətçiliyə sədaqətli, vicdanlı, savadlı, dürüst, bacarıqlı, insandır. Haliyyədə Naxçıvanda bu keyfiyyətlərə cavab verən 3-5 kadr olar, ya olmaz; onlardan biri də Zahid Gözəlovdur. Rəşad İsmayılov kimi qeyri-peşəkar, Gündüz Qarayev kimi “başqarovuldan”sa, Zahid Gözəlov kimi soyadının haqqını verən gözəl bir insanın nazir vəzifəsinə təyin olunması daha məqsədəmüvafiqdir”.

İnformasiya qaynağımızın fikrincə, kimliyindən asılı olaraq, bu 3 namizdədən hər hansı birinin nazir vəzifəsinə təyinatından əvvəl Azərbaycan Respublikası Daxili İşlər Naziri, general-polkovnik cənab Vilayət Eyvazovun Naxçıvan DİN-ə kompleks yoxlama göndərməsi daha məqsədəuyğun olardı: “Çünki Naxçıvanda polis hörmətdən salınıb və Daxili İşlər Nazirliyində çox qanunsuz faktlar vardır. Naxçıvan polisində dönüş yaratmaq və Muxtar Respublikanın özbaşına məmurlarının təsirini minimuma endirmək yalnız paytaxtın bölgəyə nəzarəti sayəsində mümkündür. Əks halda, “xanlıq” rejiminin MR DİN-ə özbaşına müdaxilələrinə son qoyulmasa, polis orqanlarında yenə “köhnə hamam, köhnə tas” rejimi hökm sürəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Bu gün, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Bu gün, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Bu gün, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
Bu gün, 17:34
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Bu gün, 17:31
Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Bu gün, 17:29
“XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Bu gün, 17:25
Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Bu gün, 17:22
Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Bu gün, 17:19
Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Bu gün, 17:15
800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Bu gün, 17:12
Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 17:05
Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Bu gün, 16:53
Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 16:50
Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Bu gün, 16:45
“Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Bu gün, 16:42
Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Bu gün, 16:38
“Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Bu gün, 16:33
Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Bu gün, 16:30
Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Bu gün, 16:28
İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 16:22
Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Bu gün, 16:21
Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 16:19
Rusiya Ermənistana etiraz notası göndərib
Bu gün, 16:18
İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumu tarixi sənəddir - Pezeşkian
Bu gün, 16:17
Azərbaycanda boşanma çətinləşdirilə bilər - ŞƏRH
Bu gün, 16:15
Sülh sazişinə ən böyük maneə... - Konstitusiyanı dəyişməmək müharibə anonsudur
Bu gün, 16:11
Neft Fondunun 22 ton qızılı hara və... neçəyə satdığı məlum oldu
Bu gün, 16:08
Ermənistan 3 ildir üzvlük haqqı ödəmir - Masadıkov
Bu gün, 16:06
Quzularını qurda tapşırsa, heç belə olmazdı: 700 minlik yeyinti... - TƏFƏRRÜAT
Bu gün, 16:03
Paşinyan son qərarını açıqladı: Ermənistanda yeni seçkilər keçiriləcəkmi? - GƏLİŞMƏ
Bu gün, 15:50
Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu - BUNDAN SONRA...
Bu gün, 15:48
Belarus Ukraynaya nota verib
Bu gün, 15:45
Mirzoyan Avropa İttifaqından yardım istədi - “Azatutyun”
Bu gün, 14:40
Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib
Bu gün, 14:39
Bakıda 20 yaşlı oğlan evlənmək vədi verdi, azyaşlı qızla qaçdı: “İki gecə küçədə qaldıq” - TƏFƏRRÜAT
Bu gün, 14:32
Paşinyandan TRIPP-lə bağlı VACİB AÇIQLAMA
Bu gün, 14:24
Namizəd Səfərovun məhkəməsi başlayıb
Bu gün, 14:22
TÜRK KİMLİYİNƏ QARŞI "DNT HÜCUMU"? – "Məsələ təkcə gen deyil..."
Bu gün, 13:36
Bakıda qadın müştərilərlə tanış olmaq istəyən taksi sürücüləri HƏBS OLUNDU
Bu gün, 13:32
Arvadını öldürmüşdü - Qayınatası onu bağışladı
Bu gün, 13:30
Yanan binada övladını itirən vəkil Prezidentə üz tutdu - MÜRACİƏT
Bu gün, 13:25
Anasını itirən Ləman əməliyyat masasında - Yasamal yanğınının dəhşəti bitmir
Bu gün, 13:23
Yazıçılar Birliyinə qəbul müvəqqəti dayandırıldı - Səbəb açıqlandı
Bu gün, 13:18
Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu... - TƏFƏRRÜAT
Bu gün, 13:17
“Zeytun Pharma” işçiləri istismar edir – İDDİA
Bu gün, 13:05
Ya 60 qəpiyi qaytarın, ya da 20 manatı... - ETİRAZ
Bu gün, 13:03
Moskva aeroportlarında xaos - uçuşlar ləğv edildi
Bu gün, 12:56
Sayımızı necə artıraq... ARTIRAQMI? - Başqa ölkələrdə...
Bu gün, 12:55
Paşinyan Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasına qatılacaq
Bu gün, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru