4 saylı CÇM–nin rəisinin sərgüzəştləri... - İTTİHAM
Tarix: 13-09-2021, 10:53 | Çap et
 Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin el arasında “Qadın kolonu” kimi tanınan 4 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) məhkumluq həyatı yaşayan məhbusların haqsızlığa, şiddətə məruz qalmaları, ən elementar hüquqlarının pozulması, kənardan edilən sifarişlərə əsasən incidilmələri barədə “Realmediaaz.space” saytında tənqidi məqalə dərc olunandan sonra türmə rəisi Elgiz İsmayilovun və müəssisənin digər vəzifəli şəxslərinin necə deyərlər, “kürkünə birə darışıb”. Haqqında yazdığımız məhbuslardan həyatı təhlükədə, hər an cəza müddətinin artırılması ilə nəticələnəcək provakisiyaya çəkilmək ehtimalı olan Bənövşə Hüseynovanın yaxınlarından aldığımız məlumata görə, rəis və əlaltıları onu dilə tutmağa çalışırlar ki, Penitensiar Xidmətdən məxsusi olaraq bu məsələni araşdırmaq məqsədilə yaxın vaxtda CÇM – ə göndəriləcəyi gözlənilən nəzarət qrupunun suallarına rəisin istədiyi cavabları versin: Yəni, desin ki, türmə rəhbərliyi onu iradəsinə zidd olaraq arlarında intriqa olan qayınanası ilə görüşməyə məcbur etməyib, heç bir provakasiyaya çəkməyib. Bildirilir ki, Bənövşə xanımı razı salmaq üçün ona “diqqət” artırılıb, “qayğılı” münasibət göstərilir. Hətta onu “yuxarıdan” ezam olunacaq qrupun gözündən pərdə asmaq üçün kolonda fəaliyyət göstərən, heç də hər məhbusun imkanı daxilində olmayan (təbii ki, gəlirləri də Elgiz İsmailovun cibinə axan) qadın gözəllik salonunun xidmətindən pulsuz faydalanmağı tövsiyə ediblər. Xatırladaq ki, məhkum Bənövşə Hüseynova həbsə düşəndən sonra əri və qaynanası məhkəmə yolu ilə uşaqlarına qəyyumluq hüququnun ərinə verilməsinə nail olublar. Bənövşənin məhkəmədə iştirakı təmin olunmayıb. Onu guya məhkəməyə gəlməkdən imtina etmiş kimi göstərib, məhkəmənin onun iştirak olmadan keçirilməsini məqbul və “ədalətli” sayıblar. Yəqin, başa düşüləndir ki, hər fürsətdə onu təhqir edən qaynanası ilə görüşdən imtina etməsi nəhayət etibarilə Bənövşənin uşaqlarının aqibəti ilə bağlı məhkəmədə iştirakdan imtinası kimi dəyərləndirilə bilməz. Buna baxmayaraq, CÇM rəhbərliyi onu qayınanası ilə görüşə çıxmağa məcbur edir. Bənövşənin və onun yaxınlarının fikrincə, CÇM rəhbərliyinin məqsədi onu aqressiv hala gətirərək provakasiyaya çəkmək, qayınanasına xəsarət yetirməsinə və ya xəsarət yetirməyə cəhd etməsinə nail olmaqdır. Bunun üçün münbit şərait də yaradılır. Məsələn, görüş möhkəm şəffaf plastik arakəsməsi olan otaqda deyil, görüş iştirakçılarının bir-birinə istədikləri vaxt əl qata biləcəkləri, yəni, təcrid olunmadıqları məkanda təşkil olunur. Masaya yumşaq plastik materialdan olan deyil, şüşə stəkanda su gətirilir. Qayınananın istəyi kimi təqdim olunsa da, Bənövşənin qarşısına, əlinin altına qoyulur. Amma Elgiz bəy bu hazırlıq tədbirlərini görərkən bir çox məsələləri unudub. Məsələn, nəzərə almayıb ki, görüşə gələnlər adları ilə, görüşün baş tutduğu tarixlə qeydiyyat kitabına düşürlər, “Görüş otağı”nda baş verənlərin isə görüntüləri müşahidə kameralarında video-qeydə alınır. Üstəgəl, dərdli qadını nə qədər bəzəsən də, müşahidəli göz kədəri onun gözlərindən hiss edəcək. PX-nin təcrübəli nəzarətçiləri isə iti müşhidə qabiliyyətinə, psixoloqluq qabiliyyətinə malikdirlər. RealMediaaz.space, Ramin Məhəmmədoğlu

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37 |
|
|
|
| • Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07 |
|
|
|
| • 70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58 |
|
|
|
| • "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55 |
|
|
|
| • İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54 |
|
|
|
| • Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48 |
|
|
|
| • “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40 |
|
|
|
| • Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36 |
|
|
|
| • Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13 |
|
|
|
| • Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11 |
|
|
|
| • Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53 |
|
|
|
| • Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50 |
|
|
|
| • “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49 |
|
|
|
| • Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45 |
|
|
|
| • Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44 |
|
|
|
| • Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30 |
|
|
|
| • Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19 |
|
|
|
| • Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13 |
|
|
|
| • Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05 |
|
|
|
| • Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26 |
|
|
|
| • Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36 |
|
|
|
| • İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34 |
|
|
|
| • Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10 |
|
|
|
| • Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06 |
|
|
|
| • Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03 |
|
|
|
| • Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02 |
|
|
|
| • SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58 |
|
|
|
| • "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57 |
|
|
|
| • Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52 |
|
|
|
| • "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46 |
|
|
|
| • Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42 |
|
|
|
| • Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41 |
|
|
|
| • Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39 |
|
|
|
| • "Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37 |
|
|
|
| • Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Dünən, 11:35 |
|
|
|
| • Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Dünən, 11:34 |
|
|
|
| • Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Dünən, 11:32 |
|
|
|
| • Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Dünən, 11:28 |
|
|
|
| • AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Dünən, 11:26 |
|
|
|
| • "DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Dünən, 11:23 |
|
|
|
| • Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Dünən, 11:21 |
|
|
|
| • Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Dünən, 11:12 |
|
|
|
| • Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Dünən, 11:03 |
|
|
|
| • "Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Dünən, 10:53 |
|
|
|
| • "Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Dünən, 10:46 |
|
|
|
| • Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Dünən, 10:28 |
|
|
|
| • GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Dünən, 10:25 |
|
|
|
| • SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub
Dünən, 10:18 |
|
|
|
|