Azercell yerli kommunikasiya sektorunda Big Data texnologiyalarını tətbiq edən ilk şirkətdir
Tarix: 22-05-2021, 12:17 | Çap et
 DİA.AZ: - Azərbaycanın kommunikasiya sektorunda ilk dəfə Big Data texnologiyasını tətbiq edən Azercell Telekom bu sahədə ciddi irəliləyiş əldə edib. Sözügedən texnologiyanın qabaqcıl həllərindən istifadə mobil operatorun rəqəmsal transformasiyasını mümkün edib. Hazırda Azercell-in hədəfi abunəçilərin tələbatlarını real vaxt rejimində təyin edərək müvafiq təklifi onlara dərhal göndərən modelləri ərsəyə gətirmək, bununla da müştərilərinin həyatını asanlaşdırmaqdır. Məhz buna görə də bu gün Azercell-in istənilən məhsulunun təməlində Big Data analitikası dayanır.
DİA.AZ xəbər verir ki, mobil operatorlar üçün sərhədsiz imkanlar yaradan bu texnologiya mövcud məlumat platforması, məlumatların saxlanması və işlənməsi ilə bağlı çətinlikləri aradan qaldırıb. Big Data texnologiyası böyük həcmdə məlumatlara sahib olan Azercell şirkətinə onları real vaxt rejimində dərin analizini aparmağa imkan verir. Bu, həm də dəyişən bazar şəraitinə çevik reaksiya verib, dərhal tövsiyələr irəli sürməyə fürsət yaradır. Qeyd olunmuş imkanlardan yararlanmaq üçün Azercell Big Data texnologiyasına əsaslanan layihəni icra edir. Bu proses özündə texnoloji, analitik və data aktivlərinin idarə olunması üzrə transformasiyanı nəzərdə tutur.
Texnoloji transformasiya - yerli kommunikasiya sektorunda ilk dəfə olaraq Big Data texnologiyasının tətbiqini; Analitik transformasiya –maşın öyrənməsi, vizuallaşdırma, real vaxt hesabatları və proqnozlaşdırıcı analiz vasitəsilə təhlil proseslərinin effektivliyinin artırılmasını; Data aktivlərinin idarəedilməsi - korporativ səviyyədə məlumatların idarə olunmasını ehtiva edir.
Azercell şirkəti artan məlumat həcmi və analitik ehtiyacları təmin etmək üçün Apache Hadoop, Spark və Kafka kimi “opensource” (açıq mənbə) texnologiyalarına əsaslanan Big Data ekosistemini tətbiq edib. Apache Nifi məlumat toplama platformasının tətbiqi ilə məlumatların işlənməsi imkanlarını artırıb. Eyni zamanda, Big Data platforması korporativ səviyyədə olan verilənlər anbarı platformasına inteqrasiya olunaraq şirkət səviyyəsində birləşdirilib.
Azercell SAS və Tableau şirkətlərinin maşın öyrənmə və vizual təhlil platformalarını tətbiq etməklə təhlil imkanlarını daha da təkmilləşdirib. Bu platformaların tətbiqi maşın öyrənməsini, proqnozlaşdırıcı təhlillərin və statistik məlumat modellərinin daha dəqiq və sürətli hazırlanmasını təmin edib. Nəticədə yeni abunə axını (churn) modeli, ikili sim abunə modeli, seqmentasiya modeli və satışın optimallaşdırılması modelləri hazırlanıb. Bu da öz növbəsində müştərilərin dəqiq seqmentlərə bölünməsinə, müştəri axınının qarşısının alınmasına, bazar reallıqlarına daha da uyğun olan məhsul və xidmətlərin hazırlanmasına imkan verib.
Hazırlanmış vahid korporativ idarəetmə panelləri real vaxt rejimində bütün şöbələrin maliyyə və biznes göstəricilərini izləməyə imkan verir. Beləliklə, artıq şirkətin fəaliyyətinin monitorinqi xüsusi panellər vasitəsilə onlayn rejimdə həyata keçirilir, real zaman kəsiyində trafik, servislər və digər detallar haqqında məlumatlar əsasında müvafiq qərarlar qəbul olunur. Bunlar dəyişən bazar şəraitinə çevik reaksiya verib, dərhal tövsiyələr irəli sürməyə fürsət yaradır.
İstifadə edilən hazır proqram təminatları ilə yanaşı, Azercell həm də “opensource” proqram təminatları və maşın öyrənmə kitabxanaları ilə, R və Python proqramlaşdırma dillərindən istifadə etməklə yeni modellər hazırlayır. Bu strategiya isə məlumatların əlavə təhlil imkanlarını zənginləşdirir.
Azercell məlumat idarə olunması layihəsi çərçivəsində bu sahədə “Informatica” kimi aparıcı şirkətin proqram təminatından istifadə edir. Bu layihənin icrası məlumatların idarə edilməsinə, əldə olunmasına, təsnifatlaşdırılmasına imkan verəcək.
Big Data texnologiyaları həm şirkətlərə, həm də müştərilərə yararlıdır, belə ki, şirkət öz hədəf auditoriyasını nə qədər yaxşı tanıyırsa, onlar üçün bir o qədər sərfəli təklif hazırlaya və ya daha çox fərdiləşdirilmiş məhsullar təqdim edə bilər. Digər tərəfdən, Big Data texnologiyası daxili qərar qəbuletmə prosesini optimallaşdırmağa və məlumatların işlənmə xərclərini ümumilikdə azaltmağa kömək edir. Bu isə son nəticədə məhsul qiymətlərinin effektivliyi ilə nəticələnir. Big Data daha öncə əlçatan olmayan imkanlardan və daha dəqiq proqnozlaşdırmadan istifadə edərək rəqabət qabiliyyətini artırmağa şərait yaradır. Həmçinin, cəmiyyətin rifahının daha da artırılmasına xidmət edəcək həlləri yaratmaq imkanı verir.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
Dünən, 17:51 |
|
|
|
| • İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Dünən, 17:32 |
|
|
|
| • İdarə rəisi işdən azad edildi - FOTO
Dünən, 17:27 |
|
|
|
| • “Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Dünən, 17:24 |
|
|
|
| • "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Dünən, 17:16 |
|
|
|
| • Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Dünən, 17:05 |
|
|
|
| • Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Dünən, 17:02 |
|
|
|
| • II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Dünən, 17:01 |
|
|
|
| • Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Dünən, 16:56 |
|
|
|
| • Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Dünən, 16:39 |
|
|
|
| • "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Dünən, 16:27 |
|
|
|
| • “Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Dünən, 16:24 |
|
|
|
| • Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Dünən, 16:03 |
|
|
|
| • Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Dünən, 16:02 |
|
|
|
| • "Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Dünən, 13:09 |
|
|
|
| • Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Dünən, 12:53 |
|
|
|
| • Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Dünən, 12:44 |
|
|
|
| • Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Dünən, 12:40 |
|
|
|
| • Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Dünən, 12:37 |
|
|
|
| • Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:29 |
|
|
|
| • Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Dünən, 12:26 |
|
|
|
| • Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 12:21 |
|
|
|
| • Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Dünən, 12:18 |
|
|
|
| • “Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Dünən, 12:13 |
|
|
|
| • Ermənilərlə... bundan sonra nə edək?
Dünən, 12:05 |
|
|
|
| • ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Dünən, 11:56 |
|
|
|
| • Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Dünən, 11:46 |
|
|
|
| • Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Dünən, 11:33 |
|
|
|
| • Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Dünən, 11:18 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Dünən, 11:11 |
|
|
|
| • "Qarabağ"a... CAN QURBAN!
Dünən, 11:10 |
|
|
|
| • Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 11:02 |
|
|
|
| • "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Dünən, 10:47 |
|
|
|
| • Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Dünən, 10:36 |
|
|
|
| • “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Dünən, 10:30 |
|
|
|
| • Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:33 |
|
|
|
| • Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Dünən, 09:28 |
|
|
|
| • Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Dünən, 09:19 |
|
|
|
| • Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Dünən, 09:13 |
|
|
|
| • Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Dünən, 09:07 |
|
|
|
| • “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Dünən, 09:05 |
|
|
|
| • Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Dünən, 09:03 |
|
|
|
| • Təhsil haqqını artıran universitetlər:
Dünən, 09:01 |
|
|
|
| • Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Dünən, 08:58 |
|
|
|
| • Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Dünən, 08:55 |
|
|
|
| • ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Dünən, 08:50 |
|
|
|
| • Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Dünən, 08:49 |
|
|
|
| • Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Dünən, 08:46 |
|
|
|
| • Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Dünən, 08:44 |
|
|
|
| • Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Dünən, 08:42 |
|
|
|
|