Deputatın 15 milyonluq tender qalmaqalı böyüyür - “Bu korrupsiya halıdır, dərhal cəzalandırılsın...”
Tarix: 29-07-2020, 15:55 | Çap et
 "Bu birbaşa korrupsiyadır, burada birbaşa cinayət tərkibi var”.
Sfera.az.a açıqlamasında bu sözləri deputat Mahir Abbaszadənin rəhbəri olduğu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 15 milyon manatlıq 3 sifarişi öz şirkəti olan "AZ. İNŞAAT –M.V.” MMC-yə verməsinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
"Bu hal ciddi şəkildə araşdırılmalıdır. Bu, hüquq-mühafizə orqanları, məhkəmələr tərəfindən korrupsiya faktlarının sübut olunması üçün əsaslar yaradır. Azərbaycanın Tender və Satınalmalar Haqqında Qanununa görə maraq toqquşması baş verəndə bu cinayət tərkibli fakt kimi qeydə alınır”.
Həmsöhbətimiz qeyd etdi ki, belə halların olması aparılan araşdırmalar nəticəsində öz təsdiqini taparsa iş məhkəməyə getməlidir:
"Bu olmasa bir daha ölkədə ədalətin zədələndiyinin şahidi ola bilərik. Məhkəmə yolu ilə bu halın sübut olunması həmin şəxsə və onun ətrafında olanlara qarşı ciddi tədbirlərin görülməsinə gətirib çıxarmalı, Cinayət Məcəlləsi və hüququn diqtə etdiyi bütün formalarda onlara qarşı addımlar atılmalıdır ki, digərlərinə də dərs olsun. Bu yolla ayrılan vəsaitlərin qeyri-rasional xərclənməsi nəticəsində dəymiş ziyan ödənilməlidir”.
N. Cəfərlinin fikrincə, belə vəziyyətin yaranmasının əsas səbəbi cəzasızlıq mühitidir: "Cəza olmayanda insanlar bu tip qanunsuz əməllərə gedir. Ona görə də həmin addımı atanlar ciddi şəkildə cəzalanmalıdır ki, digərləri üçün də dərs olsun”.
Hüquqşünas Ələsgər Əhmədoğluna görə də bu əməldə korrupsiya ehtimalı var: "Korrupsiyaya qarşı mübarizə haqqında qanun var. Bir qurumun rəhbəri öz yaratdığı quruma 15 milyon manatlıq tender veribsə, burada artıq mənafelərin toqquşması məsələsi var. Çünki həm verən, həm də alan tərəf eynidir. Bu da korrupsiya ehtimalı yaradır. Əlbəttə ki, korrupsiya qanunvericiliyinə görə bu hal yolverilməzdir.Belə tenderlərdə yaxın adamların, qohumların iştirakı qadağan olunur”.
Hüquqşünas düşünür ki, burada səlahiyyətdən sui-istifadə halına yol verilib və nəzarətin olmaması həmin neqativ proseslərin baş verməsinə gətirib çıxarır:
"Bu baş veribsə, deməli burada hansısa şəkildə bilavasitə səlahiyyətlərdən sui-istifadə halına yol verilib. Problem ondadır ki, belə proseslərə nəzarət yoxdur. Ona iki istiqamətdə, hüquqi və ictimai müstəvidə nəzarət olmalıdır. Amma ölkədə qeyri-hökumət təşkilatları və medianın nəzarət imkanları məhdudlaşdırılıb. Hüquqi nəzarətə gələndə isə istər Hesablama Palatası və istərsə də hüquq-mühafizə orqanları bu faktları mediada yayılan andan etibarən araşdırmalıdır.
Çünki, Cinayət Prosesual Məcəlləsinə görə cinayət ehtimalı olan informasiya mətbuatda yayılırsa, bu artıq prosesi araşdırmaq və cinayət işinə başlamaq üçün əsaslardan biridir. Amma bu nəzarət olmadığından vəzifəli şəxslər özlərini daha rahat hiss edir. Nəticə etibarı ilə yaranmış vəziyyət belə korrupsiya ehtimallarının baş verməsinə şərait yaradır”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14 |
|
|
|
| • “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11 |
|
|
|
| • Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00 |
|
|
|
| • “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59 |
|
|
|
| • "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54 |
|
|
|
| • "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47 |
|
|
|
| • "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46 |
|
|
|
| • Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23 |
|
|
|
| • “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19 |
|
|
|
| • "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07 |
|
|
|
| • Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06 |
|
|
|
| • "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57 |
|
|
|
| • "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49 |
|
|
|
| • CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47 |
|
|
|
| • Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45 |
|
|
|
| • Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43 |
|
|
|
| • Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37 |
|
|
|
| • Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36 |
|
|
|
| • "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23 |
|
|
|
| • Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07 |
|
|
|
| • "Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37 |
|
|
|
| • Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34 |
|
|
|
| • Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27 |
|
|
|
| • Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46 |
|
|
|
| • 1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29 |
|
|
|
| • Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24 |
|
|
|
| • Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18 |
|
|
|
| • "Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10 |
|
|
|
| • 1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04 |
|
|
|
| • " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02 |
|
|
|
| • "Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52 |
|
|
|
| • Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42 |
|
|
|
| • Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36 |
|
|
|
| • Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28 |
|
|
|
| • Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22 |
|
|
|
| • Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44 |
|
|
|
| • “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16 |
|
|
|
| • Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09 |
|
|
|
| • “Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07 |
|
|
|
| • Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47 |
|
|
|
| • Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42 |
|
|
|
| • "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40 |
|
|
|
| • "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34 |
|
|
|
| • ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29 |
|
|
|
| • Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28 |
|
|
|
| • Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26 |
|
|
|
| • Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18 |
|
|
|
| • Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15 |
|
|
|
|