Kəlbəcərin yeni icra başçısı “siftə elədi...” - Bizə də "Allah xeyir versin" demək qaldı...
Tarix: 20-05-2020, 12:20 | Çap et
 Ölkə başçısının mayın 13-də imzaladığı sərəncamla Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Anar Qocayev sosial şəbəkədə öz yeni kabinetində çəkdirdiyi fotosunu paylaşıb. Bu fotoya baxıb, “Allah xeyir versin” deməkdən başqa əlac qalmır...
Məntiqlə qaçqın rayonu olan Kəlbəcərin icra başçısının ilk addımları və paylaşımları qaçqın şəhərciklərində yaşayan, yaxud sosial durumu ağır olan kəlbəcərlilərə baş çəkməsilə bağlı olmalıydı. Ancaq yeni başçı rahat kreslosuna oturar-oturmaz öz yaraşıqlı kabinetindən “pozlar” verməyi üstün tutub. Təbii ki, Anar Qocayevin yaşı nəzərə alındıqda, bu sevincini anlamaq çətin deyil. Son təyinatadək "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində hansısa ortabab vəzifə tutan bu gəncin nə zamansa icra başçısı olacağı bəlkə də heç ağlına belə gəlməzdi...
Kəlbəcər işğal ediləndə cəmi 8 yaşı olan A.Qocayevi kəlbəcərlilərin neçə faizinin tanıması məsələsini bir tərəfə qoyaq. Sadəcə, xatırladaq ki, ölkə başçısının onu təyinatı ilə bağlı videoformatda qəbul etməsindən heç bir həftə də keçməyib. Həmin qəbulda Prezident bəzi icra başçılarının həbsi, korrupsiya ilə mübarizə tədbirlərinə dair çıxış etdi və tapşırıqlarını verdi. Dedi ki, əhali ilə işləmək, insanların sosial problemlərinin həllinə çalışmaq, neqativ əməllərə yol verməmək lazımdır. Bundan əvvəl də ən yüksək səviyyədə məmurların sadə, səmimi, təmtəraqsız və işgüzar olmalarının vacibliyi vurğulanıb. Bütün bunların fonunda xüsusilə də qaçqın rayonunun “çiçəyi burnunda” icra başçısının öz yeni kabinetindən məmur ədalı fotolarını paylaşması yumşaq desək, qeyri-adekvat təsir bağışlayır.
Digər tərəfdən, təəssüf ki, bəzi gənc kadrların, deputaların hansısa ixtisas, xarici dil üzrə bilikləri olsa da, siyasi savad, eləcə də cəmiyyətdəki prosesləri, ab-havanı dərk etmək sarıdan zəif olduqları nəzərə çarpır. Elə həmin A.Qocayevə ölkə başçısı tamamilə başqa işlər tapşırmışdı axı, kabinetə daxil olan kimi şəkil çəkib paylaşmağı yox. Təbii ki, gəncləşmə, yeniləşmə dövrün və cəmiyyətin sifarişidir. Ancaq görünür, bu proses də asan başa gəlmir. Bunu bir müddət əvvəl İsmayıllıya yeni təyin olunan icra başçısına töhmət verilməsi də sübut edir...
“Xalqla bir yerdə olun, xalqın problemləri ilə yaşayın və elə işləyin ki, vətəndaşlar da sizdən razı olsunlar, hakimiyyət də”. Bunu da ölkə başçısı cəmi 6 gün əvvəl şəxsən A.Qocayevə demişdi. Təbii ki, indidən gənc başçının bu tapşırıqları necə yerinə yetirəcəyini proqnozlaşdırmaq hələ tezdir. Ancaq tez-tələsik paylaşdığı bu fotodan belə görünür ki, hələlik vətəndaşlar və hakimiyyət olmasa da, özü özündən kifayət qədər razıdır... “AzPolitika.info”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Bu gün, 17:46 |
|
|
|
| • Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Bu gün, 17:43 |
|
|
|
| • “Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Bu gün, 17:39 |
|
|
|
| • SOCAR-da yeni təyinat - ƏMR
Bu gün, 17:34 |
|
|
|
| • Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Bu gün, 17:31 |
|
|
|
| • Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Bu gün, 17:29 |
|
|
|
| • “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Bu gün, 17:25 |
|
|
|
| • Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Bu gün, 17:22 |
|
|
|
| • Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Bu gün, 17:19 |
|
|
|
| • Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Bu gün, 17:15 |
|
|
|
| • 800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Bu gün, 17:12 |
|
|
|
| • Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 17:05 |
|
|
|
| • Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Bu gün, 16:53 |
|
|
|
| • Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 16:50 |
|
|
|
| • Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Bu gün, 16:45 |
|
|
|
| • “Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Bu gün, 16:42 |
|
|
|
| • Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Bu gün, 16:38 |
|
|
|
| • “Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Bu gün, 16:33 |
|
|
|
| • Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Bu gün, 16:30 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Bu gün, 16:28 |
|
|
|
| • İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 16:22 |
|
|
|
| • Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Bu gün, 16:21 |
|
|
|
| • Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
| • Rusiya Ermənistana etiraz notası göndərib
Bu gün, 16:18 |
|
|
|
| • İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumu tarixi sənəddir - Pezeşkian
Bu gün, 16:17 |
|
|
|
| • Azərbaycanda boşanma çətinləşdirilə bilər - ŞƏRH
Bu gün, 16:15 |
|
|
|
| • Sülh sazişinə ən böyük maneə... - Konstitusiyanı dəyişməmək müharibə anonsudur
Bu gün, 16:11 |
|
|
|
| • Neft Fondunun 22 ton qızılı hara və... neçəyə satdığı məlum oldu
Bu gün, 16:08 |
|
|
|
| • Ermənistan 3 ildir üzvlük haqqı ödəmir - Masadıkov
Bu gün, 16:06 |
|
|
|
| • Quzularını qurda tapşırsa, heç belə olmazdı: 700 minlik yeyinti... - TƏFƏRRÜAT
Bu gün, 16:03 |
|
|
|
| • Paşinyan son qərarını açıqladı: Ermənistanda yeni seçkilər keçiriləcəkmi? - GƏLİŞMƏ
Bu gün, 15:50 |
|
|
|
| • Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu - BUNDAN SONRA...
Bu gün, 15:48 |
|
|
|
| • Belarus Ukraynaya nota verib
Bu gün, 15:45 |
|
|
|
| • Mirzoyan Avropa İttifaqından yardım istədi - “Azatutyun”
Bu gün, 14:40 |
|
|
|
| • Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib
Bu gün, 14:39 |
|
|
|
| • Bakıda 20 yaşlı oğlan evlənmək vədi verdi, azyaşlı qızla qaçdı: “İki gecə küçədə qaldıq” - TƏFƏRRÜAT
Bu gün, 14:32 |
|
|
|
| • Paşinyandan TRIPP-lə bağlı VACİB AÇIQLAMA
Bu gün, 14:24 |
|
|
|
| • Namizəd Səfərovun məhkəməsi başlayıb
Bu gün, 14:22 |
|
|
|
| • TÜRK KİMLİYİNƏ QARŞI "DNT HÜCUMU"? – "Məsələ təkcə gen deyil..."
Bu gün, 13:36 |
|
|
|
| • Bakıda qadın müştərilərlə tanış olmaq istəyən taksi sürücüləri HƏBS OLUNDU
Bu gün, 13:32 |
|
|
|
| • Arvadını öldürmüşdü - Qayınatası onu bağışladı
Bu gün, 13:30 |
|
|
|
| • Yanan binada övladını itirən vəkil Prezidentə üz tutdu - MÜRACİƏT
Bu gün, 13:25 |
|
|
|
| • Anasını itirən Ləman əməliyyat masasında - Yasamal yanğınının dəhşəti bitmir
Bu gün, 13:23 |
|
|
|
| • Yazıçılar Birliyinə qəbul müvəqqəti dayandırıldı - Səbəb açıqlandı
Bu gün, 13:18 |
|
|
|
| • Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu... - TƏFƏRRÜAT
Bu gün, 13:17 |
|
|
|
| • “Zeytun Pharma” işçiləri istismar edir – İDDİA
Bu gün, 13:05 |
|
|
|
| • Ya 60 qəpiyi qaytarın, ya da 20 manatı... - ETİRAZ
Bu gün, 13:03 |
|
|
|
| • Moskva aeroportlarında xaos - uçuşlar ləğv edildi
Bu gün, 12:56 |
|
|
|
| • Sayımızı necə artıraq... ARTIRAQMI? - Başqa ölkələrdə...
Bu gün, 12:55 |
|
|
|
| • Paşinyan Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasına qatılacaq
Bu gün, 12:52 |
|
|
|
|