“Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                     AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? .....                     SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır .....                     “Vəziyyət belə davam etsə, evləri də su basacaq” .....                     Ermənistanda gərginlik artır: .....                     Müğənni Nura Suri və bələdiyyə sədri arasında .....                     Kannı silkələyən azərbaycanlı aktyor .....                     Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü .....                     Güney Qafqazın taleyi HƏLL OLUNUR... .....                     2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub .....                     Rahidəni PƏRT ETDİLƏR .....                     Rusiya Pekinin təsiri altına düşür... .....                     İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" .....                     "Bizi niyə xərcə salırlar?" .....                     BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı .....                     Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları .....                     Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır .....                     Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? .....                     WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir .....                     AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü .....                     Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir .....                     Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? .....                     Suraxanıda kimin sözü keçir... BİLİNMİR! .....                     Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi .....                     AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... .....                     “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq .....                     Arzu Kazımovu kim himayə edir ki... .....                     Tarixdə ilk: Ermənistan silah satdı .....                     İran ABŞ qarşısında yeni şərt irəli sürdü: .....                     AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir .....                     WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir .....                     Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı .....                     Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq .....                     17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? .....                     Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi .....                     Burda rəsmən bazar açıblar... .....                     Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var .....                 

Vüqar Muradov 10 milyonluq odun yanacağının satınalmasına kimin əmri ilə imza atıb? - İTTİHAM
Tarix: 28-02-2020, 12:05 | Çap et
Vüqar Muradov 10 milyonluq odun yanacağının satınalmasına kimin əmri ilə imza atıb?
Ötən ilin sonunda, dekabrın 19 -da Ağstafa və Yevlax rayon icra Hakimiyyəti başçılarının Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılmaları barədə yayılan qəfil məlumatlar Azərbaycan ictimaiyyətində geniş rezonans doğurdu. Bu olay həmin günə qədər özlərini toxunulmaz hesab edən İcra başçılarına vəzifənin əbədi olmadığını və dövlət tərəfindən onlara verilmiş səlahiyyətlərin heç də öz maraqları üçün deyil, xalqa xidmət etməkdən ibarət olduğunu onlara nəhayət anlatdı. Lakin ölkə başçısı İlham Əliyevin dövlət məmurlarına xalqa sədaqətlə xidmət etmək barədə verdiyi tövsiyyələrə, bir çox iclas və müşavirələrdə fəaliyyətində ciddi nöqsanlara yol vermiş vəzifəli şəxslərə tutduğu iradlara baxmayaraq icra başçıları köhnə şakərlərini davam etdirdilər. Nəticədə birinci icra başçısının həbsindən heç iki ay keçməmiş ikinci bir icra başçısı da həbs olundu. Hec kimin gözləmədiyi halda,həm də təkcə müavini ilə deyil, altı nəfərlik komandası ilə birgə.

Sözügedən İcra başçıları yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verdiklərinə görə həbs edildilər.Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək təhsil, səhiyyə və digər yerli dövlət orqanları rəhbərlərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edən İcra başçılarının aqibətini daha kimlər yaşaya bilər? Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi açıqlamasında qeyd olunduğu kimi təhsil, səhiyyə və digər orqanların rəhbərlərindən pul tələb edən belə daha neçə İcra başçısı var? Bu dalğa rüşvətxorluq və korrupsiya hallarına yol verən digər dövlət orqanlarına da keçəcəkmi?

Aktualinfo.org təhsil sisteminə ayrılan pulların tenderlər yolu ilə kənarlaşdırılması hallarına yol verilməsi barədə dəfələrlə geniş məqalələr dərc edib.Nazirliyin 4,9,10,12 saylı Ərazı Maliyyə Hesablaşma Mərkəzləri tərəfindən yüz minlərlə dövlət vəsaitlərinin odun yanacağı adı ilə kənarlaşdırmasından,mənimsənilməsindən dövrü mətbuatda da kifayət qədər təkzibolunmaz məlumatlar yayılıb. Orta məktəblərin qızdırılması adı altında milyonlarla dövlət vəsaitini vəzifəli şəxslər tərəfindən mənimsənilməsi hallarına göz yumanlar və yaxud şərait yaradanlar da elə yüksək vəzifəli şəxslərdir. Ötən il Şəmkir,Gədəbəy,Daşkəsən rayonlarında orta məktəblərin qızdırılması üçün iki ay ərzində 10 milyondan çox vəsaitin ayrılması analoqu olmayan bir korrupsiya halıdır.Bunu görmək üçün nə iqtisadçı,nə də hüquqşünas olmağa ehtiyac yoxdur.Keçirilmiş tenderlərə nəzər salsaq kifayət edər.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 2019-cu ildə odun yanacağının alınması üzrə 04.04 2019 cu il tarıxdə elan edilmiş 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox açıq tenderin zərflərin açılışı 30 bank günündən sonra nəzərdə tutulub. Elanda iddiaçıların təkliflərinin açılışı 02.05.2019 10:00 tarixində Şəmkir şəhəri Nizami küşəsi 71 ünvanında aparılacağı bildirilir. Lakin sözügedən tendirin qalibi,alınacaq odun yanacağının həcmi və ayrılmış vəsait barədə məlumatlar nədənsə elan olunmayıb və yaxud da gizlədilib.Sual olunur,niyə?

Bundan cəmi iki ay sonra 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 2019- cu ildə alınacaq odunun satınalması üzrə 01.06. 2019-cu ildə elan etdiyi tender də 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olub. Bu tenderin də elanında iddiaçılara təkliflərinin açılışı 19.07.2019 10:00 tarixində Şəmkir şəhəri Nizami küçəsi 71 ünvanında aparılacağı bildirilib və qeyd olunub ki, açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.Bu tenderin də açılışı, qalibi,alınacaq odun yanacağının həcmi və ayrılmış vəsait barədə barədə heç bir yerdə məlumat yerləşdirilməyib.Yenə sual olunur,niyə?

Niyəsini elə həmin qurumun elan etdiyi başqa,nisbətən ucuz bir tender elanından görəcəksiniz. Belə ki, dəyəri 3 milyon ABŞ dollarının manatla ekvivalentindən çox,yuxarıda qeyd etdiyimiz tarixlərdə elan olunmuş tenderlərdən fərqli olaraq mərkəz tərəfindən 02.08. 2019 cu il tarixdə odun yanacağının satınalması üzrə keçirilmiş nisbətən ucuz tenderin qalibinin “BREERE” MMC olduğu bəlli olur. Bu tenderdə yanacağın alınmasına 198682.7 manat vəsait ayrıldığı göstərilir. Milyoluq tenderin gizlədilməsinə baxmayaraq qalibi bəlli olan tenderin keçirilməsində də şübhəli məqamlar çoxdur. Maraqlı burasıdır ki,qalib olduğu elanda MMC-nin VÖEN-i 850297151 göstərilib. Lakin Vergilər Nazirliyində belə bir VÖEN tapılmadı. “BREERE” MMC isə Vergilər Nazirliyində başqa bir VÖEN-lə (1005989251)qeydiyyatdan keçib. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi qəsəbəsi ev 10 göstərilən MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Fərhadov Gündüz İmamverdi oğludur.Dövlət qeydiyyatına isə 01.07.2019-cu ildə alınıb, yəni 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin odun yanacağı satınalmasının qalib elan etdiyi 02.08.2019-cu ildən bircə ay əvvəl. Burada tender zərflərinin elan olunduğu gündən 30 bank günü sonra açıldığını nəzərə alsaq, MMC-nin məhz bu tenderi udmaq uçün yaradıldığını görmüş olarıq.

Biz bir mətbuat orqanı olaraq bu tenderlərin keçirilməsinin pərdəarxasını Azərbaycan Respublikası Hesablama Palatası, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və nəhayət Dövlət Təhlükəsizlik Xidməti tərəfindən araşdırılmasını istərdik. İki ay ərzində 10 milyon manatdan çox dövlət vəsaitinin odun yanacağı adı altında mənimsənilməsinə kimlər şərait yaradıb.Təhsil naziri Ceyhun Bayramov, təhsil nazirliyinin başqa vəzifəli şəxsləri,yoxsa 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Vüqar Muradov?

Kimdir Vüqar Muradov? 2005-ci ildən 2018-ci ilə kimi Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatında sektor müdiri, baş mühasib vəzifəsində çalışıb. Şəmkir rayon İcra Hakimiyyətinin hazırki başçısı Alimpaşa Məmmədovdan əvvəlki başçı Nazim Veyisovla daha çox işləyib. Lakin məlumatlara görə 2014-cü ildə Alimpaşa Məmmədov Şəmkirə başçı təyin edildikdən sonra onun ən yaxın adamlarından birinə çevrilib. İcra başçısının sabiq Vergilər naziri Fazil Məmmədovun kadrı olması bu gün heç kimə sirr deyil. Alimpaşa Məmmədovun rəsmi və qeyri rəsmi göstərişlərini icra edən Vüqar Muradov 30 avqust 2018-ci il tarixdən Təhsil naziri Ceyhun Bayramovun əmri ilə 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə Vüqar Muradov rəis təyin edilib.Ötən yazıda qeyd etdiyimiz kimi, fəaliyyətinin elə birinci ilində də,möhürü əlinə aldıqdan cəmi bir neçə ay sonra Vüqar Muradov külli miqdarda dövlət vəsaitinin kənarlaşdırılmasına imza atıb. Həm də nə az, nə də çox, 10 milyan manatlıq odun yanacağının satınalması üçün müqavilə bağlayıb. Bu müqavilə kiminlə,hansı şərtlər əsasında bağlanıb,bəlli deyil. Bəlli olan odur ki, bu Vüqar Muradovun təkbaşına görə biləcəyi bir iş deyil. Bəs Vüqar Muradov kimin göstərişini həyata keçirib? Təbii ki, Təhsil naziri Ceyhun Bayramovun. Məktəblərə odun yanacağının satınalması üçün vəsaiti Təhsil Nazirliyindən başqa kim ayıra bilər ki?

Aktualinfo.org ötən yazıda qeyd etdiyi kimi, bir daha qeyd edir ki, sözügedən üç rayonda ümumilikdə fəaliyyətdə olan 203 ümumtəhsil müəssisələri var. Onu da xüsusilə vurğulamaq istərdik ki,məktəblərin böyük əksəriyyətində odun yanacağı valideynlərdən toplanan pullar hesabına alınır. Bunu rayon yerlərində,kəndlərdə ən azı bir qohumu yaşayan hər kəs bilməmiş deyil. Rayon mərkəzlərindəki orta məktəblərin bir çoxu isə qazanxana sistemi ilə təchiz edilib. Dərslərin sentyabr ayından başlayaraq, iyun ayında qurtardığını götürdükdə və Respublikanın iqlim şəraitini nəzərə aldıqda, orta məktəblər neçə ay qızdırılır? Sentyabr, oktayabr aylarında havaların o qədər də soyuq olmadığını və bu rayonların dağlıq ərazilərdə yerləşdiyini nəzərə alsaq noyabr ayından orta məktəblər qızdırılmağa başlayır. Məktəblərin hamısı bir növbəli olduğundan günortaya qədər qızdırılır. Bu hesablama ilə sözügedən rayonların məktəblərində cəmi beş ay, noyabr-mart aylarında orta məktəblər qızdırılır.Bu beş aya düşən şənbə,bazar günlərini və bayramları çıxsaq cəmi dörd ay olur. Şəmkir Gədəbəy,və Daşkəsən rayonlarında dörd aya bir növbəli orta məktəblərin qızdırılmasına Təhsil Nazirliyi 7 saylı Ərazi maliyyə Hesablaşma Mərkəzinin ayırdığı vəsaitlər isə göz qabağındadır. Bu korrupsiya deyil,bəs nədir? Bu,həm də ölkə başçısı İlham Əliyevin təhsil sisteminin inkişaf etditilməsi ücün atdığı addımlara arxadan vurulan zərbədən başqa bir deyil.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Bu gün, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57
Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49
İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42
"Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31
BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı - BUNDAN SONRA...
Bu gün, 11:25
Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları - İNCƏLƏMƏ
Bu gün, 11:15
Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır
Bu gün, 11:14
Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? - AKTUAL
Bu gün, 11:10
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir - MƏQALƏ
Bu gün, 11:06
AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü – Bu dəfə 45 minə
Bu gün, 10:58
Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:56
Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:55
Suraxanıda kimin sözü keçir... BİLİNMİR! - Görünəni odur ki...
Bu gün, 10:52
Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi – QƏRAR
Bu gün, 10:47
AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 10:39
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq - TƏFƏRRÜAT
Bu gün, 10:19
Arzu Kazımovu kim himayə edir ki... - İLGİNC İDDİALAR...
Bu gün, 10:17
Tarixdə ilk: Ermənistan silah satdı - Hayrapetyan AÇIQLADI
Bu gün, 10:09
İran ABŞ qarşısında yeni şərt irəli sürdü: uranı sizə yox, Rusiyaya verək!
Bu gün, 10:07
AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir - DİQQƏT!
Bu gün, 09:59
WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:57
Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı - KİV
Bu gün, 09:55
Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq
Bu gün, 09:53
17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? - AKTUAL
Bu gün, 09:49
Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 09:48
Burda rəsmən bazar açıblar... - İTTİHAM VAR...
Bu gün, 09:37
Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var
Bu gün, 09:31
Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı – Allah Uzaq Eləsin
Bu gün, 09:29
Azərbaycan neftinin qiyməti 118 dolları keçib
Bu gün, 09:09
Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar... - AXI NİYƏ?
Bu gün, 09:08
Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? – Mütəxəssis deyir ki...
Bu gün, 09:05
İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... - KİV
Bu gün, 08:04
“Space FM”ə yeni direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 08:02
Tramp IRS-ə qarşı iddiasını geri çəkib: - ABŞ-də 1,8 milyard dollarlıq fond yaradılır
Bu gün, 08:00
Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... - İLGİNC FAKTLAR
Bu gün, 07:57
Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... - "Əslində Bakı çoxdan dayanıqlı şəhərdir..."
Bu gün, 07:48
Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... - Maləsəf... O hələ də İŞ BAŞINDADIR...
Bu gün, 07:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru