Oqtay Şirəliyevin səhiyyə bazarının daha bir "laryok"u... - İTTİHAM
Tarix: 2-12-2019, 15:34 | Çap et
 Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkimi Vəli Nəzərov sürücülük vəsiqəsi “bazarı” açıb. Çoxları elə bilirdi ki, bu cür alver MERO-larda olur, demə, RMX-da da imiş. Gundemxever.Az bildirir ki, bu haqda “facebook”da Vüqar Ələkbərov adlı vətəndaş yazıb.
Onun sözlərinə görə, həkim Vəli Nəzərov sürücülük vəsiqəsi üçün tibbi arayışı 30 manatdan satır. Daha doğrusu, sağlam adamlardan 20 manat, hərbi xidmətə yararsız olmuş vətəndaşlardan 30 manat tələb edir.

Yayılmış xəbərlərə görə, V.Nəzərova bu bazarlıqda digər həkim Mehdi Mehdizadə də dəstəyini əsirgəmir. Onlar əlbir olaraq Bərdədə “prava” almaq istəyənlərə tibbi arayışı marketdən alınan məhsul kimi verirlər.
Halbuki, sürücülük vəsiqəsi almaq üçün tibbi arayış əldə edəndə heç bir ödəniş etmirsən, sadəcə, həkim yoxlanışlarından keçirsən. Lakin elə bir zəncirvari sistem qurulub ki, yoxlanışların birində ilişirsən.
Səni ya göz həkimi, ya başqa biri problemli kimi göstərir, arayış verməkdən imtina edilir, bu zaman da sürücülük vəsiqəsi almaq üçün imtahanda iştirak etmək mümkün olmur.
Məlumatda deyilir ki, Bərdə RMX-da adi sağlamlıq arayışını isə 5 manata verirlər. Rəna Mustafayevadan sonra yeni baş həkim təyin olunsa da, görünür ki, heç nə dəyişməyib.
Əslində, Bərdə səhiyyəsindəki acınacaqlı vəziyyət çoxlarına məlumdur və kifayət qədər yazılıb. Məsələn, Aygün həkim UZİ üçün 15 manat tələb edir. Bu ilin yayında da Bərdə rayon Mərkəzi Xəstəxanasında həkimin rüşvət alması görüntüləri yayılmışdı. Amma nə baş həkim, nə nazirlik araşdırma apardı.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının zülmət içində olan dəhlizlərindən və palatalarından yayılmış kadrlar hələ də aktualdır. Xüsusən də doğum şöbəsi zil qaranlıqdır və burada dünyaya göz açan körpələr ilk olaraq dünya işığını görmürlər.
Həmin kadrlar internetdə hələ də yayımlanmaqdadır və dəyişən heç bir yenilik yoxdur. Bərdə RMX bərbad vəziyyətdədir.
Baxmayaraq ki, xəstəxana əsaslı təmir olunub. Amma palatalar qaranlığa bürünüb. Doğum şöbəsindən danışmağa dəyməz.
Ümumiyyətlə, Bərdə Rayon Mərkəzi Xəstəxanası (RMX) gestapo və Quantanamoya çevrilib. Ölkə səhiyyəsi adına rəzalət olan bu tibb müəssisəsində xəstələr girov saxlanır, başlarına olmazın müsibətlər gətirilir, tibbi işgəncələr verilir, yaxınları soğan qabığı kimi soyulur.
Nazir Oqtay Şirəliyev Bərdə RMX-da baş verənlərə şahid olsa və yoxlama aparılsa tibb ocağının qəssabxanaya, sallaqxanaya, morqa çevrildiyini görəcək.
Doğum evində xəstələrin başına müsibət gətirilir, rüşvətxorluq, özbaşınalıq, dərəbəylik, yiyəsizlik hökm sürür.
Faktları təqdim edirik: rayonun Şatırlı kənd sakini İlahə Ağarza qızı Qasımovanın Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində dünyaya gətirdiyi oğlan övladı ölüb.
Ailə üzvləri körpənin həkim səhlənkarlığına görə öldüyünü iddia edirlər. Ağdam rayon Paşabəyli kənd sakini, 30 yaşlı Sevinc Əli qızı Quliyeva Bərdə Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Doğuş çətin olduğundan ananın həyatını xilas etmək üçün cərrahiyyə üsulu həyata keçirilib. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb.
Sevinc Quliyevanın qayınanası Pəri Quliyeva qeyd edib ki, onun nəvəsi həkim məsuliyyətsizliyindən tələf olub. Yevlax rayon sakini 25 yaşlı Aynur Məhərrəm qızı Manafova Bərdə Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib.
O, doğuş zamanı həyatını itirsə də, övladı sağ qalıb. Bu, mərhum ananın ikinci doğuşu olub. Hadisə qeysəriyyə əməliyyatı zamanı baş verib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Dünən, 17:46 |
|
|
|
| • Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Dünən, 17:43 |
|
|
|
| • “Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Dünən, 17:39 |
|
|
|
| • SOCAR-da yeni təyinat - ƏMR
Dünən, 17:34 |
|
|
|
| • Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Dünən, 17:31 |
|
|
|
| • Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Dünən, 17:29 |
|
|
|
| • “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Dünən, 17:25 |
|
|
|
| • Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Dünən, 17:22 |
|
|
|
| • Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Dünən, 17:19 |
|
|
|
| • Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Dünən, 17:15 |
|
|
|
| • 800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Dünən, 17:12 |
|
|
|
| • Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:05 |
|
|
|
| • Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Dünən, 16:53 |
|
|
|
| • Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:50 |
|
|
|
| • Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Dünən, 16:45 |
|
|
|
| • “Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Dünən, 16:42 |
|
|
|
| • Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Dünən, 16:38 |
|
|
|
| • “Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Dünən, 16:33 |
|
|
|
| • Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Dünən, 16:30 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Dünən, 16:28 |
|
|
|
| • İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Dünən, 16:22 |
|
|
|
| • Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Dünən, 16:21 |
|
|
|
| • Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:19 |
|
|
|
| • Rusiya Ermənistana etiraz notası göndərib
Dünən, 16:18 |
|
|
|
| • İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumu tarixi sənəddir - Pezeşkian
Dünən, 16:17 |
|
|
|
| • Azərbaycanda boşanma çətinləşdirilə bilər - ŞƏRH
Dünən, 16:15 |
|
|
|
| • Sülh sazişinə ən böyük maneə... - Konstitusiyanı dəyişməmək müharibə anonsudur
Dünən, 16:11 |
|
|
|
| • Neft Fondunun 22 ton qızılı hara və... neçəyə satdığı məlum oldu
Dünən, 16:08 |
|
|
|
| • Ermənistan 3 ildir üzvlük haqqı ödəmir - Masadıkov
Dünən, 16:06 |
|
|
|
| • Quzularını qurda tapşırsa, heç belə olmazdı: 700 minlik yeyinti... - TƏFƏRRÜAT
Dünən, 16:03 |
|
|
|
| • Paşinyan son qərarını açıqladı: Ermənistanda yeni seçkilər keçiriləcəkmi? - GƏLİŞMƏ
Dünən, 15:50 |
|
|
|
| • Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu - BUNDAN SONRA...
Dünən, 15:48 |
|
|
|
| • Belarus Ukraynaya nota verib
Dünən, 15:45 |
|
|
|
| • Mirzoyan Avropa İttifaqından yardım istədi - “Azatutyun”
Dünən, 14:40 |
|
|
|
| • Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib
Dünən, 14:39 |
|
|
|
| • Bakıda 20 yaşlı oğlan evlənmək vədi verdi, azyaşlı qızla qaçdı: “İki gecə küçədə qaldıq” - TƏFƏRRÜAT
Dünən, 14:32 |
|
|
|
| • Paşinyandan TRIPP-lə bağlı VACİB AÇIQLAMA
Dünən, 14:24 |
|
|
|
| • Namizəd Səfərovun məhkəməsi başlayıb
Dünən, 14:22 |
|
|
|
| • TÜRK KİMLİYİNƏ QARŞI "DNT HÜCUMU"? – "Məsələ təkcə gen deyil..."
Dünən, 13:36 |
|
|
|
| • Bakıda qadın müştərilərlə tanış olmaq istəyən taksi sürücüləri HƏBS OLUNDU
Dünən, 13:32 |
|
|
|
| • Arvadını öldürmüşdü - Qayınatası onu bağışladı
Dünən, 13:30 |
|
|
|
| • Yanan binada övladını itirən vəkil Prezidentə üz tutdu - MÜRACİƏT
Dünən, 13:25 |
|
|
|
| • Anasını itirən Ləman əməliyyat masasında - Yasamal yanğınının dəhşəti bitmir
Dünən, 13:23 |
|
|
|
| • Yazıçılar Birliyinə qəbul müvəqqəti dayandırıldı - Səbəb açıqlandı
Dünən, 13:18 |
|
|
|
| • Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu... - TƏFƏRRÜAT
Dünən, 13:17 |
|
|
|
| • “Zeytun Pharma” işçiləri istismar edir – İDDİA
Dünən, 13:05 |
|
|
|
| • Ya 60 qəpiyi qaytarın, ya da 20 manatı... - ETİRAZ
Dünən, 13:03 |
|
|
|
| • Moskva aeroportlarında xaos - uçuşlar ləğv edildi
Dünən, 12:56 |
|
|
|
| • Sayımızı necə artıraq... ARTIRAQMI? - Başqa ölkələrdə...
Dünən, 12:55 |
|
|
|
| • Paşinyan Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasına qatılacaq
Dünən, 12:52 |
|
|
|
|