Azercell “Kibertəhlükəsizlik Həftəsinə” qoşulub
Tarix: 12-03-2019, 16:03 | Çap et
 DİA.AZ: - Azərbaycanda ilk dəfə olaraq kibertəhlükəsizlik sahəsində maarifləndirmə və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsinə nail olmaq məqsədilə 11 - 15 mart 2019-cu il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.“Kibertəhlükəsizlik həftəsinin” əsas istiqamətlərindən biri virtual dünyada uşaqların təhlükəsizliyinin təmin edilməsidir. Bu sahədə böyük təcrübəsi olan “Azercell Telekom” MMC həftənin aktiv iştirakçılarından biridir. Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Azercell tərəfindən təhsil müəssisələrində uşaqlar, valideynləri və müəllimlər üçün internetdən təhlükəsiz istifadə mövzusunda təlimlər təşkil edilir. Artıq mart ayının 4-dən 7-nə kimi Şəmkirdə Azercell-in dəstəyi ilə “Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlim keçirilib. Təlimdə 166 şagird, 38 müəllim və valideyn iştirak edib.
DİA.AZ xəbərverir ki, təlimlərdə böyüklərlə yanaşı, uşaqların da həyatının ayrılmaz hissəsinə çevrilən internetdə rastlanan təhlükələr barədə məlumat verilir. Yüzlərlə iştirakçısı olan treninqlərdə məktəblilərə kibertəhlükəsizlik anlayışı aşılanır, internetdən gələn təhlükənin dərəcəsi, səbəbləri araşdırılır. Uşaqlar təhlükəsiz portallarla tanış edilir, onlara təhlükəsiz axtarış saytlarından istifadə qaydaları öyrədilir. Təlimlərdə internetdəki təhlükəli oyunlar, ekstremizm çağırışları,insanların maliyyə məlumatlarının, özəl informasiyanın oğurlanması kimi hallarla mübarizə yollarından bəhs olunur, internet təhlükəsizliyi, təhlükəsiz ev mühiti, şagirdlərin üzləşə biləcəkləri çətinliklərlə bağlı ətraflı məlumat verilir. Təlimlərdə eyni zamanda müəllim və valideynlərə qurğuların kibertəhlükələrdən mühafizəsi, login və parolların kibermüdafiəsi, təhlükəsiz paylaşma üsulları öyrədilir, şəbəkədən səmərəli istifadə ilə bağlı tövsiyələr verilir, uşaqlar üçün yaradılmış təhlükəsiz resursların siyahıları, internetdən təhlükəsiz istifadənin əsaslarını öyrədən materiallar təqdim olunur.
Qeyd edək ki, indiyədək Azərbaycanın müxtəlif bölgələrində Azercell-in təşəbbüsü ilə məktəblilər, valideynləri və müəllimlər üçün keçirilən bu cür təlimlərlər, gələcəkdə də mütəmadi olaraq təşkil olunacaq.
Kibertəhlükəsizlik həftəsi çərçivəsində “Azercell Telekom” MMC-nin növbəti təlimi 11-15 mart tarixlərində Gəncədə baş tutacaq.
Dünyada kiber təhlükələrin sayı və əhatə dairəsi genişləndiyindən, hal-hazırda valideyn nəzarəti proqramlarına daha çox ehtiyac yaranmaqdadır. Bu baxımdan, artıq 3 ildir ki, tətbiq olunan “Azercell Plus Təhlükəsizlik” proqramı böyük əhəmiyyət kəsb edir. Bu proqram uşaqlar üçün internet şəbəkəsində təhlükəsizliyə yönəldilmiş “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərini əhatə edir. Bu proqram uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, yerini müəyyənləşdirmək və onun üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir.
Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsinin” məqsədləri sırasında əhalinin bu sahədə maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsinə nail olmaq mühüm yer tutur. Həftə çərçivəsində fərqli qurumların dəstəyi ilə müxtəlif forum və tədbirlər, müsabiqələr də təşkil olunacaq.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Pis nümunə dövləti zəiflədir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:58 |
|
|
|
| • İsa Həbibbəyli vəzifədən gedir? - Namizədlər isə...
Bu gün, 14:55 |
|
|
|
| • Ursula fon der Lyayenin Bakı səfəri radikal müxalifəti əndişələndirib - Əli Hüseynli
Bu gün, 14:51 |
|
|
|
| • Türkiyədə təhsil alan tələbələrimiz ALLAHIN ÜMİDİNƏ BURAXILIB? - ÇAĞIRIŞ!
Bu gün, 14:47 |
|
|
|
| • Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm” - TƏFƏRRÜAT
Bu gün, 13:17 |
|
|
|
| • Suraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb - FOTOLAR
Bu gün, 13:11 |
|
|
|
| • Rusiya suverenliyimizin 20 faizini, xanım Kallas isə 100 faizini tanımır -Kobaxidze
Bu gün, 13:05 |
|
|
|
| • Araq verilmədiyi üçün mübahisə etdi, sahibkarın qohumunu bıçaqladı – 7 il 6 ay HƏBS
Bu gün, 12:54 |
|
|
|
| • Lavrov Tehrana səfər edəcək - AÇIQLAMA
Bu gün, 12:38 |
|
|
|
| • Eks-idarə rəisi ilk iclasda həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:30 |
|
|
|
| • Deqradasiyanın televiziya konveyer kəməri: “axmaqlar ölkəsi”ndə şovinizm - Sistemli şovinizm Rusiya pasportunu tullantı kağızına çevirdi
Bu gün, 12:29 |
|
|
|
| • Adil Əliyev Yeni Günəşlini Suriyaya çevirib - Prezidentin ayırdığı pullar hara gedib?
Bu gün, 12:24 |
|
|
|
| • SEPAH “Qisas əməliyyatı” keçirdi: ABŞ bazaları bombalandı - "FARS"
Bu gün, 12:15 |
|
|
|
| • ETN və MÜTDA-da maliyyə yoxlamaları aparılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:12 |
|
|
|
| • Hörmüz böhranı davam edir - Gəmilər boğazdan gizli keçir
Bu gün, 12:04 |
|
|
|
| • “Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm” – Məhkəmə
Bu gün, 12:01 |
|
|
|
| • Neft həftəyə bu qiymətlə başladı
Bu gün, 11:59 |
|
|
|
| • “Uninet”də yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 11:46 |
|
|
|
| • Paşa Əliyev Sumqayıt Tekstil Fabrikinin direktoru vəzifəsinə təyin olunub - DOSYE
Bu gün, 11:45 |
|
|
|
| • “SOCAR Upstream”də rəhbər vəzifəyə yeni təyinat - ƏMR
Bu gün, 11:43 |
|
|
|
| • Televiziya niyə izlənilmir? - Problem tamaşaçıdadır, yoxsa efirdə?
Bu gün, 11:39 |
|
|
|
| • Azərbaycanlı alim Dünya Bankının sertifikatına layiq görülüb
Bu gün, 11:36 |
|
|
|
| • Bakıda hoteldə FACİƏ: - Gənc işçinin ürəyi dayandı
Bu gün, 11:27 |
|
|
|
| • Jurnalist araşdırmaları Ermənistanı silkələdi: - Milyonluq saatlar və hakim partiyanın maliyyəsi sual altında
Bu gün, 11:24 |
|
|
|
| • DİN vətəndaşlara çağırış edib: - Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın!
Bu gün, 11:07 |
|
|
|
| • Bir saat ərzində mağazadan əvvəl oğurluq etdi, sonra balta ilə qayıdıb taladı – CƏZA
Bu gün, 11:00 |
|
|
|
| • "Bu cür qeyri-bərabər və birtərəfli yanaşma təsadüfi deyil,.." - İTTİHAM VAR...
Bu gün, 10:58 |
|
|
|
| • Məhkəmə nənə və babasının qəbir daşlarını dağıdan gənclə bağlı qərar çıxardı
Bu gün, 10:49 |
|
|
|
| • Maliyyə naziri NK qarşısında GERİ ÇƏKİLDİ? - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 10:48 |
|
|
|
| • Deputatlar sabah son iclaslarına çıxır - DETALLAR
Bu gün, 10:35 |
|
|
|
| • Torpaq davası faciəyə çevrildi, gəlinlərini qətlə yetirdi: - "Öldürmək istəmirdim, özümü saxlaya bilmədim"
Bu gün, 10:19 |
|
|
|
| • Elvariz Məmmədov yeni vəzifətə təyin olundu - ƏMR
Bu gün, 10:17 |
|
|
|
| • Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı... - FOTOLAR
Bu gün, 10:11 |
|
|
|
| • 100 manatlıq taksi sifarişi quldurluqla nəticələndi, sürücünün maşını ələ keçirildi - TƏFƏRRÜAT
Bu gün, 10:07 |
|
|
|
| • AZAL “Great Place to Work” sertifikatı ilə təltif olundu
Bu gün, 10:03 |
|
|
|
| • Prezident DİN-nin iki polkovnikinə general-mayor rütbəsi verib - ADLAR...
Bu gün, 09:50 |
|
|
|
| • Rusiya ordusu üçün “könüllü” toplanışı: - İşçisini verməyən müəssisələr...
Bu gün, 09:45 |
|
|
|
| • Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir - İlham Əliyevdən SENSASSİON AÇIQLAMA
Bu gün, 09:39 |
|
|
|
| • ""Problem həll olundu" deyilir, amma yenə eyni şey..." - GİLEY
Bu gün, 09:38 |
|
|
|
| • Xəzər düyünü: geosiyasi-ekoloji fəlakət astanasında - AKTUAL
Bu gün, 09:30 |
|
|
|
| • Naxçıvan Maliyyə Nazirliyi NƏYƏ NAİL OLMAQ İSTƏYİR? - İLGİNC
Bu gün, 09:12 |
|
|
|
| • İcra nümayəndələrini "TASA OTURDAN" müavin İŞDƏN QOVULDU - 3 saat qapalı iclas keçirilib...
Bu gün, 09:03 |
|
|
|
| • Monitorun kiçilməsi sizi aldatmasın!.. - AKTUAL
Bu gün, 07:39 |
|
|
|
| • Əziyyət çəkib verilişə bir də baxın! - Problem məndə deyil! Sizdədir...
Bu gün, 07:18 |
|
|
|
| • Rusiya çıxış yolu tapdı: Gəmiləri belə qoruyacaq! - "Defens Blog"
Bu gün, 07:02 |
|
|
|
| • Şəxsi informasiya seçimi ilə gigiyena vərdişini eyni müstəviyə qoymaq sağlam arqument deyil... - ETİRAZ
Bu gün, 07:00 |
|
|
|
| • Yasamalda bütün ara küçələr ZİBİLXANAYA ÇEVRİLİB - NARAZILIQ VAR...
Bu gün, 06:55 |
|
|
|
| • Ukrayna cəbhəsində gərginlik davam edir.. - TƏFƏRRÜAT
Bu gün, 06:40 |
|
|
|
| • Ceyhun Cəlilovun məmurları HOQQA VERİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:36 |
|
|
|
| • Almaniya 50 min Shrike FPV dronunun istehsalını maliyyələşdirəcək - Ukraynanın Müdafiə Qüvvələri üçün...
Bu gün, 06:26 |
|
|
|
|