Azercell yeni “Audio Kitablar” layihəsini təqdim etdi
Tarix: 27-11-2018, 13:03 | Çap et
 DİA.AZ: - Artıq mobil telefonda kitab oxumaq daha rahat olacaq. Çünki Azercell Telekom öz abunəçilərinə elektron kitabların həm də səsli versiyasını yükləmək imkanını yaradıb. Yeni “Audio Kitablar” (“Audiobook”) xidməti çərçivəsində geniş oxucu rəğbəti qazanmış kitablar səsli formatda hazırlanıb. Kitablar “Barama Media” mərkəzi tərəfindən Azərbaycan dilində səsləndirilib. İlk olaraq dünya və Azərbaycan klassik ədəbiyyatının tanınmış nümunələri istifadəçilərə təqdim edilib. Növbəti mərhələdə isə müasir ədəbiyyat nümunələrimizin də səsli versiyasının hazırlanması planlaşdırılıb.
DİA.AZ xəbər verir ki, 26 Noyabr 2018-ci il tarixində “Audio Kitablar” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirə “Bookmate” şirkətinin baş direktoru Andrey Bayev, Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayev, şair və yazar Qismət Rüstəmov kimi tanınmış simalar, qonaqlar və jurnalistlər qatılıb. “Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev çıxışı zamanı müasir cəmiyyətdə mütaliə mədəniyyətinin təbliğ olunmasının vacibliyindən, bu zəmində “Bookmate” və “Audio Kitablar” xidmətlərinin rolundan danışıb. O, həmçinin qeyd edib ki, müsair dövrün tələblərinə cavab verən, yaradıcılıq və internetin birgə ahəngini özündə birləşdirmiş bu xidmətlər həm məşhur ədəbiyyat nümunələrimizin, həm də müasir yaradıcılığın tanıdılmasında müstəsna rol oynayacaq. Tədbir Pantomim teatrının bədii nömrələri ilə müşayiət olunub.
“Audio Kitablar” xidməti Azercell şirkətinin Bookmate layihəsi çərçivəsində təqdim olunur. Bu xidmətin köməyilə mobil cihaz istifadəçiləri asudə vaxtlarında məkandan asılı olmayaraq istənilən yerdə arzuladıqları kitabları dinləyə bilərlər. Xidmətin məqsədi gənc nəslə ədəbiyyata marağı aşılamaq, doğma dilimizdə ədəbi kontentin geniş müstəvidə təbliğ olunmasına dəstək olmaqdır.
Qeyd edək ki, “Bookmate” – mobil telefonla yanaşı, istənilən elektron cihaz üzərindən kitabların oxunmasını mümkün edən bir xidmətdir. Tətbiq dünyanın 12 dilində ədəbi, elmi, bədii və digər janrları əhatə edən 850 mindən çox kitabı özündə cəmləyib. Bu populyar beynəlxalq platformaya abunəliyi ölkəmizdə Azercell şirkəti təqdim edir. Bu kitabxana oxucuları, müəllifləri, nəşriyyatları, brendləri və yayım şirkətlərini bir araya gətirir. “Bookmate”-də aktiv oxucular tanış olduqları kitablar barədə rəy yazır, digərlərinə də maraqlı əsər tapmaqda yardımçı olurlar.
Xidmətin ən mühüm üstünlüklərindən biri də kitab oxumaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitab cihaza yox, abunəçinin şəxsi kitabxanasına əlavə edilir. Ona görə də kitabları istənilən vaxt, istənilən yerdə və istənilən cihazdan oxumaq mümkündür. Onu
da qeyd edək ki, əlavəni yükləyən hər bir yeni abunəçi “Bookmate”-dən 1 həftə ərzində pulsuz istifadə etmək imkanı qazanır. Xidmət haqqında ətraflı məlumatı və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İsrail Qəzzaya zərbə endirildiyini açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 02:59 |
|
|
|
| • CENTCOM Küveytdə üç amerikalı hərbçinin öldürülməsi ilə bağlı məlumatları təkzib edib
Bu gün, 02:55 |
|
|
|
| • ABŞ İrana yeni zərbələr endirməyə başlayıb - KİV
Bu gün, 02:52 |
|
|
|
| • "The Guardian" sensasiyalı planı açdı: - Avropa İrana güzəştə gedir, yoxsa yeni rüsum?
Dünən, 12:04 |
|
|
|
| • Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 12:02 |
|
|
|
| • Ermənistan niyə Azərbaycanla qalib gələ bilməz? - ABŞ mediası
Dünən, 11:54 |
|
|
|
| • Cəmiyyət kişidən ciddi olmağı, məsuliyyət daşımağı, ailə dolandırmağı gözləyir... - AMMA...
Dünən, 11:51 |
|
|
|
| • İcra məmuru vəzifəsinə qəbulda müraciət edənlərin 90 %-dən çoxu hüquqşünas deyil - Seyfəlpaşa Əliyev
Dünən, 11:41 |
|
|
|
| • Rəhbərlik işi düzgün tənzimləyə bilmir deyə... - BU NƏDİ BELƏ?
Dünən, 11:40 |
|
|
|
| • “Azərbaycan Nüvədini geri istəyir..” - Ermənilər təlaşda
Dünən, 11:24 |
|
|
|
| • Hörmüz boğazında qayda pozan ikinci gəmi vurulub - SEPAH
Dünən, 11:21 |
|
|
|
| • "O saat rayon rəhbərliyi hücuma keçərək mane olur..." - MÜRACİƏT
Dünən, 11:03 |
|
|
|
| • DÖNÜŞ NÖQTƏSİ... - ANIM
Dünən, 10:50 |
|
|
|
| • Putin nüvə silahına ƏL ARTACAQMI... - GƏLİŞMƏ
Dünən, 10:38 |
|
|
|
| • Kim daha çox Xomeyniçidir: CENTCOM, Xamenei, Tramp, yoxsa SEPAH? - AKTUAL
Dünən, 10:33 |
|
|
|
| • "“Oyun qaydaları” tez-tez dəyişməsi ürküdür" - illik planlar qurmaq olmur...
Dünən, 10:30 |
|
|
|
| • "Müşfiqin üzünə durub ölümünə imza atanların adını biz çəkmiriksə..." - Müşfiqin qohumundan Xalq şairinin nəticəsinə CAVAB
Dünən, 10:26 |
|
|
|
| • Gerblə bağlı qalmaqal: - aktyor müraciət etdi, deputat açıqlama verdi
Dünən, 10:22 |
|
|
|
| • "Xalqın pullarını dədə malı kimi ona-buna verir..." - ÖZBAŞINA QALIBLAR...
Dünən, 08:39 |
|
|
|
| • S-400-lərin başqa ölkəyə satışı olsa, Rusiya... - Yalçın
Dünən, 08:17 |
|
|
|
| • Burda müştərini rəsmən YOLA VERİRLƏR...
Dünən, 08:16 |
|
|
|
| • "Bizdə bu proses NİYƏ BU QƏDƏR ÇƏTİNDİR..." - NARAZILIQ VAR...
Dünən, 07:59 |
|
|
|
| • Misirli hakerlər AFA-nın hesabını sındırdılar - Qarət cəzasız qalmayacaq
Dünən, 07:46 |
|
|
|
| • Ya etiraf edin ki, Prezidenti aldatmısınız, ya da... - Buyur, Emin Əmrullayev, İlqar Bayramlı söz sizdədir..."
Dünən, 07:33 |
|
|
|
| • Müsəlman liderdən rezonans doğuran addım: - Trampla telefon danışığında…
Dünən, 07:15 |
|
|
|
| • Hacıqabulda sərnişin avtobusu aşıb, çoxsaylı xəsarət alan var - FOTO
Dünən, 07:12 |
|
|
|
| • Trampın Ukrayna qərarına səbəb olan "gizli" amil - "The Wall Street Journal"
Dünən, 03:43 |
|
|
|
| • Qadınlara qarşı ZORAKILIQ... - NƏ ETMƏLİ?
Dünən, 03:38 |
|
|
|
| • Səhiyyəmizin AĞLAMALI HALI - GİLEY
Dünən, 03:35 |
|
|
|
| • “Kontakt Home” BELƏ İFŞA OLUNDU - TƏFƏRRÜAT
Dünən, 03:30 |
|
|
|
| • Dilarənin əynində əyni... - FOTO
Dünən, 02:56 |
|
|
|
| • Qanunsuz mərc oyunlarına maraq niyə artıb? - HƏQİQƏTƏN DƏ...
Dünən, 02:51 |
|
|
|
| • Dəmir Yollarında NARAZILIQ... - Bilet qəhətə çəkilib...
Dünən, 02:47 |
|
|
|
| • Patriot.az saytı 15 yaşını qeyd edir
Dünən, 02:35 |
|
|
|
| • "Eyvaz məni qoruyurdu, elə bilirdim ki, arxamda dağ var, ikimiz də xoşbəxt idik"
11-07-2026, 17:50 |
|
|
|
| • Rusiya üçün sonun başlanğıcı: - Ukrayna Kremlin "savaş iqtisadiyyatı"nı dağıdır
11-07-2026, 17:45 |
|
|
|
| • Bu gün paytaxtın 544 küçəsi yuyuldu - FOTO
11-07-2026, 17:29 |
|
|
|
| • Netanyahunun ən böyük kabusu Türkiyədir - ŞƏRH
11-07-2026, 13:21 |
|
|
|
| • Maya Sandu iş adamı Vasili Tofanı baş nazir postuna namizəd göstərdi
11-07-2026, 13:17 |
|
|
|
| • ''Arzum”un anası Bakıya gəldi - Mərhumun ailəsindən CAVAB
11-07-2026, 13:01 |
|
|
|
| • Günay Novruzqızına yeni vəzifə verildi - BUNDAN SONRA...
11-07-2026, 12:56 |
|
|
|
| • İran ABŞ ilə birbaşa danışıqlar tələbini təkzib etdi - KİV
11-07-2026, 12:53 |
|
|
|
| • Ən yüksək pillədə “Qarabağ”dır - SİYAHI
11-07-2026, 12:51 |
|
|
|
| • "Air Force One" qalmaqalı böyüyür: - Qətərin hədiyyə etdiyi təyyarə ABŞ-ı qarışdırdı
11-07-2026, 12:43 |
|
|
|
| • "Baykar"la əməkdaşlıq nələri dəyişəcək? - Hərbi ekspertdən mühüm açıqlamalar
11-07-2026, 12:33 |
|
|
|
| • Paşinyan sabiq deputatdan böhtan və təhqirlərə görə kompensasiya TƏLƏB EDİR
11-07-2026, 12:14 |
|
|
|
| • "80 yaşımda gedib kimin qapısını döyüm?" -"Yol əhvalatı"-nın Fəridi
11-07-2026, 11:49 |
|
|
|
| • SOCAR-ın sabiq vitse-prezidentinin oğlu hər instansiyada uduzur, yenə Ali Məhkəməyə üz tutur - TƏFƏRRÜAT
11-07-2026, 11:46 |
|
|
|
| • Şağan sakinləri qanunsuzluğa etiraz edir - Problem həllini tapmır, Leyla Əliyevaya müraciət edildi...
11-07-2026, 11:37 |
|
|
|
| • "Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram"
11-07-2026, 11:30 |
|
|
|
|