İbrahimovun həbs olunan qardaşının cinayət dosyesi - Adam ölümü, vergi cinayəti, mənzil dələduzluğu...
Tarix: 3-08-2018, 12:40 | Çap et
 Xəbər verdiyimiz kimi, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimov həbs edilib. Bu, S. İbrahimovun ilk həbsi deyil. BakuPost xəbər verir ki, iş adamının adı dəfələrlə qalmaqallı hadisələrdə hallanıb. O, ən son vergidən yayınma cinayəti ilə gündəmə gəlib. Belə ki, 2016-cı ilin noyabr ayında S. İbrahimov Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən saxlanılmışdı. Həmin vaxt bildirilirdi ki, sahibkar kimi vergi uçotuna dayanan Sahib İbrahimov dövlətə olan 1.5 milyon vergi borcunu ödəməkdən yayınıb. Dəfələrlə xəbərdarlıq edilməsinə, möhlət verilməsinə baxmayaraq, o, vergi borcunu ödməyib. Nəhayət, Vergilər Nazirliyi Yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə dəvət olunan Sahib İbrahimov elə oradaca saxlanılıb. 2 gün nazirliyin müvəqqəti saxlama yerində saxlanılan iş adamı sonradan tapşırıqla sərbəst buraxılmışdı. 
Bundan əvvəl isə S. İbrahimov intihar hadisəsi ilə gündəmə gəlmişdi. Belə ki, 2015-ci ilin iyun ayının 20-də keçmiş komitə sədri Nazim İbrahimovun qaynı, iş adamı Məzahir Cəfərov özünü asaraq intihar etmişdi. M. Cəfərovun adı isə dələduzluq faktlarında hallanırdı. "STS" və "Sahil D Company" MMC-nin direktoru olan Məzahir Cəfərov 12 mart 2015-ci ildə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi külli miqdarda ziyan vurmaqla dələduzluq, vəzifə saxtakarlığında ittiham edilmişdi. M.Cəfərov Xətai rayonunda inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı satılmış və pulu ödənmiş mənzilləri saxta sənədlərlə təkrar müxtəlif şəxslərə satmaqla ittiham olunurdu. Etibardan sui-istifadə etmə və aldatma yolu ilə 4 milyon 458 min manat ələ keçirməsində təqsirləndirilirdi. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunurdu ki, istintaq müddətində vətəndaşlara vurulmuş maddi ziyanın 1 milyon 242 min manatı ödənib. Açılmış cinayət işi martda baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi.

Lakin işin arxasında başqa adamların dayandığı da açıqlanmışdı. Bildirilirdi ki, sözügedən iş əslində Nazim İbrahimovun qardaşı Sahib İbrahimov, İlham Qasımov və Taleh Abdullayev adlı iş adamları ilə bağlıdır. Sahib İbrahimov və İlham Qasımovun həmin dövrdə mətbuata verdiyi müsahibədən aydın olurdu ki, əslində bu şirkətlərin sahibləri Sahib İbrahimov, İlham Qasımov və Taleh Abdullayev olublar. Məzahir Cəfərovun adı isə yalnız icraçı direktor kimi keçib. Sahib İbrahimov həmin müsahibə deyir: "Məzahir icraçı direktor idi. Taleh səlahiyyətlərinin bir qismini yerinə yetirə biləcək adamları təyin etmək iqtidarında olub. Məzahir müəyyən sahələr üzrə sənədləşmələr aparır, Talehin tapşırıqlarını yerinə yetirirdi. Düşünürəm ki, İlham Qasımov Məzahiri aldadıb, çox sənədə qol çəkdirib, "hər şey yaxşı olacaq", deyərək arxayın salıb. O da sənədlərə imza atıb, satdığı evlərin pulunu İlhama təhvil verib". İlham Qasımov isə əksinə, Məzahir Cəfərovu Sahib İbrahimovun "qurbanı" adlandırmışdı. M. Cəfərovu intihar həddinə çatdıran şəxsin və şəxslərin kim olduğu, ümumiyyətlə onun intihar hadisəsi Prokurorluq tərəfindən araşdırılırdı. M. Cəfərovun müəmmalı intihar hadisəsi ilə bağlı həm onunla uzun illər bir yerdə çalışan Sahib İbrahimov, həm də intihar edən şəxsin şəriki "Galaxy Palace" tikinti şirkətinin rəhbəri İlham Qasımov işi aparan müstəntiq tərəfindən dindirilmişdi. Araşdırılma aparılsa da, sonradan işlə bağlı ictimaiyyətə müfəssəl məlumat verilmədi. Sonralar tamam başqa məsələlərə görə İlham Qasımov həbsə atıldı. Sahib İbrahimov isə qardaşı Nazim İbrahimovun himayəsi sayəsində "dəmir barmaqlıqlara” salınmamışdı. İbrahimovların "vurulması” isə görünür, ilk növbədə müxtəlif cinayətlərdə adı keçən kiçik qardaşa - Sahibə baha başa dəldi...
Mövzuyla bağlı əlavə materiallarımız olacaq.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17 |
|
|
|
| • "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02 |
|
|
|
| • Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
| • Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51 |
|
|
|
| • “Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49 |
|
|
|
| • Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35 |
|
|
|
| • Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31 |
|
|
|
| • "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27 |
|
|
|
| • ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18 |
|
|
|
| • Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53 |
|
|
|
| • Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
| • "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45 |
|
|
|
| • "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32 |
|
|
|
| • BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29 |
|
|
|
| • Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02 |
|
|
|
| • Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Dünən, 16:01 |
|
|
|
| • Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
| • Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Dünən, 15:46 |
|
|
|
| • Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Dünən, 15:41 |
|
|
|
| • İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Dünən, 15:39 |
|
|
|
| • Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Dünən, 15:32 |
|
|
|
| • Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Dünən, 15:30 |
|
|
|
| • Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Dünən, 15:24 |
|
|
|
| • “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Dünən, 13:58 |
|
|
|
| • Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Dünən, 13:15 |
|
|
|
| • Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 13:03 |
|
|
|
| • “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Dünən, 12:58 |
|
|
|
| • Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Dünən, 12:55 |
|
|
|
| • Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Dünən, 12:49 |
|
|
|
| • "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 12:45 |
|
|
|
| • Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Dünən, 12:43 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
| • AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Dünən, 12:37 |
|
|
|
| • Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Dünən, 12:18 |
|
|
|
| • FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Dünən, 12:16 |
|
|
|
| • “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Dünən, 12:12 |
|
|
|
| • Onlar görəvdən ALINDI - FOTO
Dünən, 12:11 |
|
|
|
| • Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Dünən, 11:49 |
|
|
|
| • "2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Dünən, 11:42 |
|
|
|
| • “Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 11:36 |
|
|
|
| • Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Dünən, 11:25 |
|
|
|
| • Paşinyanın referendum XOFU - ŞƏRH
Dünən, 11:13 |
|
|
|
| • Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Dünən, 11:02 |
|
|
|
| • İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Dünən, 10:59 |
|
|
|
| • Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Dünən, 10:51 |
|
|
|
| • Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Dünən, 10:50 |
|
|
|
| • "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Dünən, 10:43 |
|
|
|
| • “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Dünən, 10:32 |
|
|
|
| • Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Dünən, 10:30 |
|
|
|
| • İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Dünən, 10:22 |
|
|
|
|