Üç azərbaycanlı Ermənistanda şirkət açıb .....                     Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu .....                     Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil .....                     Bizə Rusiyadan niyə DOST OLMAZ... .....                     Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır .....                     İran təslim olmadı, ABŞ planını dəyişdi .....                     Rüfət Əhmədzadənin meyiti aşkarlandı .....                     Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır .....                     Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması .....                     “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” .....                     Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir .....                     Ağdamda xəstəxana tikintisinin davamına daha .....                     “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” .....                     Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... .....                     Zəngəzurdan Moskvaya ZƏRBƏ .....                     "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb .....                     Çağrılmamış qonaqlar... .....                     Mülayim şərq küləyi əsəcək .....                     AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi .....                     Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş .....                     FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr .....                     “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” .....                     Onlar görəvdən ALINDI .....                     Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur .....                     "2 ildir su artezian quyusunun mühərriki işləmir..." .....                     “Bir Ecosystem”də YENİ TƏYİNAT .....                     Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası .....                     Paşinyanın referendum XOFU .....                     Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır .....                     İrəvanın “Made in USA” niyyəti .....                     Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir .....                     Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: .....                     "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" .....                     “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” .....                     Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər .....                     İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? .....                     “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi .....                     Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı .....                     Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar .....                     İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı .....                 

Tovuz sakini ilə "Azəriqaz" arasında qalmaqal... - GİLEY
Tarix: 14-11-2017, 11:38 | Çap et
Tovuz sakini ilə "Azəriqaz" arasında qalmaqal...
Tovuz rayonunun Ermənistanla təmas xəttində yerləşən Əlibəyli kəndinin sakini Etibar Rəhimov onu çətin duruma salan məsələ ilə bağlı redaksiyamıza müraciət edib. Rəhimov ona qarşı "Azərqaz" İstehsalat Birliyinin iddiası üzrə Tovuz Rayon Məhkəməsinin çıxardığı qətnamənin əsassız olduğunu iddia edir.
Belə ki, ötən ilin sentyabrında anasını xəstəxanadan evə gətirən Etibar qazın yanmadığını görür. Həyətə çıxarkən qaz sayğacının yerində olmadığını, ona gələn xəttin isə qırılaraq sızmazın deyə ağzının qatlanaraq əzildiyinin şahidi olur. Qonşular ona sayğacın qaz idarəsinin işçiləri tərəfindən sökülərək aparıldığını bildirir. Ondan sonra başına gələnləri Əlibəyli sakini belə nəql edir:
"Qaz idarəsinə gedəndə sayğacın yerinə quraşdırılması üçün 300 manat istədilər. Dedim nəyə görə verməliyəm, sizdən şikayət edəcəm. Dedilər ki, "sənin kimi danışanlar yüzlərlədir, hara istəsən, şikayət elə". Kənddə yaxın bir adamın köməyilə baş prokurorluğa məktub yazdırdım. Aradan bir ay keçmişdi gətirib yeni sayğac quraşdırdılar. Bundan sonra mənə minnətçi düşdülər ki, şikayətimin təmin olunduğu, heç bir narazılığımın qalmadığı haqda onların yazdığı məktuba qol çəkim. Heç oxuya bilmədim nə yazmışdılar. Uşaqlığımız müharibəyə düşdüyündən, məktəblərdən ancaq sığınacaq kimi istifadə edə bildik. Rayon mərkəzinin məktəblərinin sinif otaqlarında partaların üstə döşək atıb yatmaqla keçdi uşaqlığımız. Düz əməlli yazıb-oxumağı öyrənə bilmədik."

Etibar Rəhimov bu hadisədən 5 ay sonra məhkəmədən məktub alıb. Məhkəmədən ona göndərilən məktubda bildirilib ki, "Azəriqaz" İB qaz sayğacına qanunsuz müdaxilə etdiyi üçün ondan şikayətçidir və buna görə məhkəməyə gəlməlidir.
Tovuz rayon məhkəməsi 30 mart 2017-ci il tarixində hakim Ədil Məmmədovun sədrliyi, Namiq İsmayılovun katibliyilə keçirilən iclasda cavabdeh tərəfindən 245,91 manat (91,21m. qaz sayğacının sıradan çxarılması, itirilmiş qaza görə 124,80m., istehlak etdiyi qaza görə yaranan borc 29,90m.) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat "Azəriqaz" İB-nin hesabına ödənilməsi barədə qərar çıxarıb.
Cavabdeh isə sayğaca heç bir müdaxilə etmədiyini, "Azəriqaz" İB-nin məhkəməyə təqdim etdiyi aktın tamamilə saxta olduğunu deyir:
"Mənim sayğacımı qaz idarəsinin işçiləri oğurlayıb, özümü də məhkəməyə veriblər. Məhkəməyə saxta akt təqdim ediblər. Sayğac açılarkən heç bir ailə üzvümüzün bundan xəbəri olmayıb. Yerində akt tərtib edilməyib. Mənim aktın tərtib olunmasından xəbərim olmaya-olmaya, adımın qarşısına imtina edir yazılıb. Orada adı olan Namazov Cavid, Zeynalova Vüsalə və Əmirxanov Firuddin ad-soyadlarını ilk dəfə eşidirəm. Nə qonşuda, nə kənddə bu adda adamlar yaşamır. Məhkəmə əsas bu aktın necə tərtib olunduğunu araşdırmalıdır".

Etibar Rəhimov bildirir ki, qaz idarəsi işçiləri tez-tez evinə gələrək istifadə etdiyi qazın haqqını vaxtlı-vaxtında ödəməsinə baxmayaraq, məhkəmənin təyin etdiyi pulu ödəməyəcəyi təqdirdə qaz xəttini kəsəcəkləri ilə hədələyirlər. Cəbhənin bir addımlığında yaşayan kənd sakini heç bir yerdən gəliri olmadığından məhkəmənin təyin etdiyi məbləği ödəyə bilmədiyini, soyuq qış günlərində evini isidə bilmək üçün aidiyyatı orqanlardan məsələyə obyektiv yanaşmağı xahiş edir.
Hüquqşünas Samir İsayev bu məsələni Sputnik Azərbaycan-a şərh edərkən bildirib ki, bu cür məhkəmələrin sayı durmadan artır. O, bunun vətəndaşların savadsızlığından, öz hüquqlarını bilməməyindən irəli gəldiyini deyir. Ona görə də, hesab edir ki, bu cür proseslərin başlanğıcında vəkillərin köməyinə müraciət etmək lazımdır. Çünki iş-işdən keçəndən sonra heç hüquqşünaslar da vətəndaşa kömək edə bilmirlər.
Samir İsayevin sözlərinə görə, sözügedən məhkəmə prosesindən artıq bir neçə ayın keçməsi, Etibar Rəhimovun apellyasiya hüququnu itirməsinə səbəb olub. Hüquqşünas vəziyyətdən çıxış yolunu cavabdehin inzibati qaydada yuxarı instansiyalara müraciət etməsində görür.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Bu gün, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Bu gün, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Bu gün, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Bu gün, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Bu gün, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Bu gün, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Bu gün, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Bu gün, 15:30
Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Bu gün, 15:24
“Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Bu gün, 13:58
Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Bu gün, 13:15
Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 13:03
“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Bu gün, 12:58
Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Bu gün, 12:55
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:49
"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 12:45
Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Bu gün, 12:43
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39
AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Bu gün, 12:37
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18
FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16
“Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12
Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49
"2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42
“Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36
Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25
Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13
Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50
"`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43
“Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32
Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30
İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22
“Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17
Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12
Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11
İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08
Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01
AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59
Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58
Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56
“Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54
Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40
TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38
ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34
Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru