Məhkəmədə MTN generalı ilə zərərçəkmiş arasında mübahisə yaranıb
Tarix: 8-09-2017, 13:47 | Çap et
 Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Mətləb Mustafayevin epizodu üzrə şahidlər ifadə veriblər. İclasda şahid qismində intihar etmiş MTN əməkdaşı Malik Mustafayevın qızı Aysel Mustafayeva da ifadə verib. O deyib ki, əmisi Mətləb Mustafayev həbs olunandan sonra onlara qarşı böyük təzyiq olub. Şahid atasının təzyiq nəticəsində intihar etdiyini qeyd edib. Elçin Quliyevin köməkçisi vəzifəsində çalışmış, hazırda DTX əməkdaşı olan Rüstəm Rüstəmov isə deyib ki, ibtidai istintaqda Malik Mustafayevin ölümü ilə bağlı dindirilib. O, M. Mustafayevlə rəisi Elçin Quliyevin münasibətinin yaxşı olduğunu və sonuncuya təzyiq göstərmədiyini deyib. Sonra E. Quliyev şahidə suallar verib. Şahid cavabında E. Quliyevin heç vaxt kiməsə hədə-qorxu gəlmədiyini, vətəndaşlarla kobud davranmadığını deyib. R. Rüstəmov onu da deyib ki, intihar etmiş MTN polkovniki İlqar Əliyev çox vaxt rəisi Elçin Quliyevdən xəbərsiz əməliyyat tədbiri həyata keçirib. Təqsirləndirilən E. Quliyev də ifadəsində Mətləb Mustafayevdən izahat almadığını deyib. M. Mustafayev isə həbsinin E. Quliyevin göstərişi ilə olduğunu deyərkən, təqsirləndirilən şəxslə onun arasında mübahisə yaranıb. E. Quliyev əsəbi halda zərərçəkmişə "Sən yaxşı bilirsən ki, kimin şikayəti əsasında həbs olundun. Sən tutulmazdan əvvəl, bir vətəndaş sənlə bağlı bizim idarəyə şikayət etmişdi. Sən də çox ləyaqətsiz hərəkət etmişdin. İndi sənin qardaşın özünü asıb deyə, günahkar mənəm? Mən də həbs olunmuşam. Əgər doğmalarımdan kimsə özünü assa, onda belə çıxır ki, günahkar sən olacaqsan". Hakim hər iki tərəfə xəbərdarlıq edib. MTN-də istintaq təcridxanasının rəisi olmuş Zaur Bənnayev isə ifadəsində M. Mustafayevin nazir Eldar Mahmudovun göstərişi ilə sorğu-sual edildiyini deyib. M. Mustafayevin təcridxanada saxlanılarkən hüquqlarının pozulması ilə bağlı fikrini isə şahid təkzib edib. Hal şahidi kimi Arif Hümbətov ifadə verib. O, M. Mustafayevin evinə baxış zamanı tapança tapıldığını deyib. Prosesdə digər şahidlər də dindirilib. Məhkəmə iclası sentyabrın 22-də davam etdiriləcək. Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib. Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Bu gün, 07:20 |
|
|
|
| • BDU tələbələri niyə etiraz edir? - İDDİA
Bu gün, 07:16 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 06:02 |
|
|
|
| • İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Bu gün, 05:57 |
|
|
|
| • AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Bu gün, 05:55 |
|
|
|
| • "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Bu gün, 03:55 |
|
|
|
| • "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Bu gün, 03:44 |
|
|
|
| • ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Bu gün, 03:36 |
|
|
|
| • Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Bu gün, 03:30 |
|
|
|
| • Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Bu gün, 03:24 |
|
|
|
| • İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Bu gün, 03:17 |
|
|
|
| • "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Bu gün, 03:04 |
|
|
|
| • Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Bu gün, 02:58 |
|
|
|
| • Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Bu gün, 02:56 |
|
|
|
| • Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 02:53 |
|
|
|
| • Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Bu gün, 02:52 |
|
|
|
| • "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Bu gün, 02:48 |
|
|
|
| • Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Bu gün, 02:46 |
|
|
|
| • “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 02:43 |
|
|
|
| • Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Bu gün, 02:39 |
|
|
|
| • "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Bu gün, 02:31 |
|
|
|
| • "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Bu gün, 02:26 |
|
|
|
| • İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Bu gün, 02:22 |
|
|
|
| • Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Dünən, 17:46 |
|
|
|
| • Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Dünən, 17:43 |
|
|
|
| • “Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Dünən, 17:39 |
|
|
|
| • SOCAR-da yeni təyinat - ƏMR
Dünən, 17:34 |
|
|
|
| • Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Dünən, 17:31 |
|
|
|
| • Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Dünən, 17:29 |
|
|
|
| • “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Dünən, 17:25 |
|
|
|
| • Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Dünən, 17:22 |
|
|
|
| • Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Dünən, 17:19 |
|
|
|
| • Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Dünən, 17:15 |
|
|
|
| • 800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Dünən, 17:12 |
|
|
|
| • Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:05 |
|
|
|
| • Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Dünən, 16:53 |
|
|
|
| • Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:50 |
|
|
|
| • Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Dünən, 16:45 |
|
|
|
| • “Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Dünən, 16:42 |
|
|
|
| • Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Dünən, 16:38 |
|
|
|
| • “Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Dünən, 16:33 |
|
|
|
| • Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Dünən, 16:30 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Dünən, 16:28 |
|
|
|
| • İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Dünən, 16:22 |
|
|
|
| • Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Dünən, 16:21 |
|
|
|
| • Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:19 |
|
|
|
| • Rusiya Ermənistana etiraz notası göndərib
Dünən, 16:18 |
|
|
|
| • İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumu tarixi sənəddir - Pezeşkian
Dünən, 16:17 |
|
|
|
| • Azərbaycanda boşanma çətinləşdirilə bilər - ŞƏRH
Dünən, 16:15 |
|
|
|
| • Sülh sazişinə ən böyük maneə... - Konstitusiyanı dəyişməmək müharibə anonsudur
Dünən, 16:11 |
|
|
|
|