Toylarda spirtli içkilər qadağan olunacaq? .....                     Ermənilər artıq barbarlıq edirlər .....                     “Sürücü tüstülənən avtobusu güclə saxladı” .....                     SOCAR-da yeni təyinat .....                     Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı .....                     Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib .....                     “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” .....                     Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə .....                     Həbsdə olan icra başçısının maşını SATILDI .....                     Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən .....                     800 illik Səlcuqlu ayaqqabısı .....                     Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” .....                     Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi .....                     Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu .....                     Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir .....                     “Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” .....                     Xalq artistinə qarşı HAQSIZLIQ .....                     “Halal” sertifikatı kimlər verə bilər? .....                     Azərbaycanda iki şirkət birləşdi: .....                     Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib .....                     İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? .....                     Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. .....                     Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu .....                     Rusiya Ermənistana etiraz notası göndərib .....                     İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumu tarixi sənəddir .....                     Azərbaycanda boşanma çətinləşdirilə bilər .....                     Sülh sazişinə ən böyük maneə... .....                     Neft Fondunun 22 ton qızılı hara və... .....                     Ermənistan 3 ildir üzvlük haqqı ödəmir .....                     Quzularını qurda tapşırsa, heç belə olmazdı: 700 minlik yeyinti... .....                     Paşinyan son qərarını açıqladı: Ermənistanda yeni seçkilər keçiriləcəkmi? .....                     Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu .....                     Belarus Ukraynaya nota verib .....                     Mirzoyan Avropa İttifaqından yardım istədi .....                     Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir .....                     Bakıda 20 yaşlı oğlan evlənmək vədi verdi, azyaşlı qızla qaçdı: “İki gecə küçədə qaldıq” .....                     Paşinyandan TRIPP-lə bağlı .....                     Namizəd Səfərovun məhkəməsi başlayıb .....                     TÜRK KİMLİYİNƏ QARŞI "DNT HÜCUMU"? .....                     Bakıda qadın müştərilərlə tanış olmaq istəyən taksi sürücüləri .....                 

Postneft dövründə müdhiş reforma: - İKİ NEFT UNİVERSİTETİ BİRLƏŞDİRİLİR
Tarix: 24-05-2017, 12:12 | Çap et
Postneft dövründə müdhiş reforma:
Postneft dövrünün başlanması hələ 2015-ci ildən struktur islahatlarının həyata keçirilməsini şərtləndirmişdi.

Hökumət izafi xərclər yaradan qurumların ləğvi və ya birləşdirilməsi, bir-birini təkrarlayan idarələrin vahid mərkəzdə fəaliyyət göstərməsi qənaətinə keçid etməliydi.

BakuPost.az yada salır ki, ayrı-ayrı iqtisadçıların, deputatların, hökumət rəsmilərinin də vaxtaşırı çıxışlarında struktur reformalarının labüdlüyü dilə gətirilirdi.

Hətta referendum ərəfəsində prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da neft erasının bitdiyini, qeyri-neft sektorunun inkişafının prioritet olduğunu bəyan etmişdi.

Ardınca YAP-ın millət vəkili Siyavuş Novruzov da struktur islahatlarının qaçılmaz olduğunu vurğulamışdı. Bu günlərdə isə Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov hökumətin kəskin ixtisarlar planının anonsunu vermişdi.

Ə.Əhmədovun ismarışlarından sezilirdi ki, İslamiadadan sonra yeni strukturlar daha operativ və çevik idarəetmə standartları əsasında qurulacaq. Yəni, bəzi nazirlik və dövlət komitələrinin ləğvi, birləşdirilməsi və yenidən təşkili nəzərdə tutulur.

Əslində bu siyasət "Azərenerji” ASC-nin "Azərişıq” ASC-yə birləşdirilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi, Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi ilə də müşayiət olunurdu.

Mayın 21-də Fövqəladə Hallar Nazirliyinin (FHN) tabeliyində olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi və Sularda Xilasetmə Xidmətinin birləşdirilməsi struktur islahatlarının yeni dalğasının başladığını deməyə əsas verir.

BakuPost.az-ın əldə etdiyi məlumata görə, struktural dəyişikliklərin təhsil sektoruna keçid etməsi də gözlənilir.

Bu proses çərçivəsində Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilib.

Həmçinin, Müəllimlər İnstitutunun bir neçə filialı bağlanıb. Mingəçevir Müəllimlər İnstitutu ilə Mingəçevir Politexnik İnstitutu Mingəçevir Dövlət Universiteti adı altında birləşdirilib.

Həmçinin, prezidenti İlham Əliyevin sərəncamına əsasən, Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və İnformasiya Texnologiyaları Universiteti birləşdirilərək, onların əsasında ADA Universiteti yaradılıb.

Bundan başqa, adı rüşvətdə hər zaman hallanmış "Təfəkkür” universitetinin lisenziyası ləğv olundu. Təhsil sistemində deputat Zahid Orucun da dediyi kimi karton istehsal edən universitetlərin birləşdirilməsi davam etməlidir.

Əldə etdiyimiz məlumatlara görə, prosesin davamı olaraq uzun illərdir neft mütəxəssisləri yetişdirən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU, keçmiş ADNA - müəllif) eyni ixtisasları tədris edən Bakı Ali Neft Məktəbi ilə birləşdiriləcəyi gözlənilir.

Səbəb kimi ADNA-nın müasir təhsil standartlarının tələblərinə cavab vermədiyi, müasir texnologiyaları tətbiq etməməsi göstərilir. BANM-ın təsis olunması və keyfiyyətli tədris porqramının təşkil edilməsi korifey bir ali məktəbin ləğv olunaraq ona birləşdirilməsini zəruri edib.

Burada məqsəd ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil prРѕqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan bir elmi müəssisənin formalaşdırılmasıdır.

Eyni zamanda postneft dövrünün başlanması bu sahə üzrə kadrlar yetişdirən iki ali məktəbin təmərküzləşməsini, vahid bir sistem altında işləməsini əhəmiyyətli edir. Bu təhsil ocaqlarının profili və fakültələri belə bir təklifin gerçəkləşməsinin mümkün olduğunu göstərir.

BakuPost.az xəbər verir ki, hətta ötən il ADNSU-da bu təhsil müəssisəsində fəaliyyət göstərən kafedraların sayı azaldılaraq sayı 28-ə (7 fakültə üzrə) çatdırılıb.

Bu əmrə qədər universitetdə ümumilikdə 48 kafedra olduğu, hər fakültə üzrə 7-8 kafedra fəaliyyət göstərdiyi halda, hazırda universitetdə hər fakültə üzrə cəmi 4 kafedra fəaliyyət göstərir.

Lakin bəzi iddialara görə, siyasi kluarlarda sözügedən ali məktəblərin birləşdirilməsi ilə bağlı yeknəsəq mövqe yoxdur.

Bəzi dairələr bu islahatı birmənalı qarşılamır. ADNSU-nun SOCAR-ın nəzdində olan BNAM-ın tərkibində fəaliyyət göstərilməsinə qarşı çıxan tərəflər var.
Onlar belə bir addımı universitetin müstəqil qalması və BNAM-ın kölgəsinə qalmaması, tarixi olan bir təhsil ocağının silinməməsi ilə izah edirlər.

Hazırda bu təhsil müəssisələrinin birləşdirilməsi ilə bağlı yuxarı eşelonda qızğın müzakirələr getdiyi xəbər verilir.

Əsas fikir ondan ibarətdir ki, ali məktəblər birləşdirilsə də, idarəedicilər ADNSU-nun rəhbərliyi olsun, əsas heyət bu universitetin bazası əsasında formalaşsın. Ən əsası isə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru, Təhsil Nazirinin keçmiş müavini Elmar Qasımov rəhbərlikdən uzaqlaşdırılsın.

Bu danışıqların və məsləhətləşmələrin nə ilə nəticələnəcəyi haqda müfəssəl məlumatlar verilmir. Lakin prosesin gedişindən görünür ki, belə bir struktur islahatının olacağı qaçılmazdır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Bu gün, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Bu gün, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Bu gün, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
Bu gün, 17:34
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Bu gün, 17:31
Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Bu gün, 17:29
“XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Bu gün, 17:25
Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Bu gün, 17:22
Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Bu gün, 17:19
Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Bu gün, 17:15
800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Bu gün, 17:12
Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 17:05
Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Bu gün, 16:53
Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 16:50
Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Bu gün, 16:45
“Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Bu gün, 16:42
Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Bu gün, 16:38
“Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Bu gün, 16:33
Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Bu gün, 16:30
Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Bu gün, 16:28
İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 16:22
Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Bu gün, 16:21
Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 16:19
Rusiya Ermənistana etiraz notası göndərib
Bu gün, 16:18
İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumu tarixi sənəddir - Pezeşkian
Bu gün, 16:17
Azərbaycanda boşanma çətinləşdirilə bilər - ŞƏRH
Bu gün, 16:15
Sülh sazişinə ən böyük maneə... - Konstitusiyanı dəyişməmək müharibə anonsudur
Bu gün, 16:11
Neft Fondunun 22 ton qızılı hara və... neçəyə satdığı məlum oldu
Bu gün, 16:08
Ermənistan 3 ildir üzvlük haqqı ödəmir - Masadıkov
Bu gün, 16:06
Quzularını qurda tapşırsa, heç belə olmazdı: 700 minlik yeyinti... - TƏFƏRRÜAT
Bu gün, 16:03
Paşinyan son qərarını açıqladı: Ermənistanda yeni seçkilər keçiriləcəkmi? - GƏLİŞMƏ
Bu gün, 15:50
Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu - BUNDAN SONRA...
Bu gün, 15:48
Belarus Ukraynaya nota verib
Bu gün, 15:45
Mirzoyan Avropa İttifaqından yardım istədi - “Azatutyun”
Bu gün, 14:40
Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib
Bu gün, 14:39
Bakıda 20 yaşlı oğlan evlənmək vədi verdi, azyaşlı qızla qaçdı: “İki gecə küçədə qaldıq” - TƏFƏRRÜAT
Bu gün, 14:32
Paşinyandan TRIPP-lə bağlı VACİB AÇIQLAMA
Bu gün, 14:24
Namizəd Səfərovun məhkəməsi başlayıb
Bu gün, 14:22
TÜRK KİMLİYİNƏ QARŞI "DNT HÜCUMU"? – "Məsələ təkcə gen deyil..."
Bu gün, 13:36
Bakıda qadın müştərilərlə tanış olmaq istəyən taksi sürücüləri HƏBS OLUNDU
Bu gün, 13:32
Arvadını öldürmüşdü - Qayınatası onu bağışladı
Bu gün, 13:30
Yanan binada övladını itirən vəkil Prezidentə üz tutdu - MÜRACİƏT
Bu gün, 13:25
Anasını itirən Ləman əməliyyat masasında - Yasamal yanğınının dəhşəti bitmir
Bu gün, 13:23
Yazıçılar Birliyinə qəbul müvəqqəti dayandırıldı - Səbəb açıqlandı
Bu gün, 13:18
Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu... - TƏFƏRRÜAT
Bu gün, 13:17
“Zeytun Pharma” işçiləri istismar edir – İDDİA
Bu gün, 13:05
Ya 60 qəpiyi qaytarın, ya da 20 manatı... - ETİRAZ
Bu gün, 13:03
Moskva aeroportlarında xaos - uçuşlar ləğv edildi
Bu gün, 12:56
Sayımızı necə artıraq... ARTIRAQMI? - Başqa ölkələrdə...
Bu gün, 12:55
Paşinyan Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasına qatılacaq
Bu gün, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru