Cahangir Hacıyevin şəriki 2 milyardı necə xərcləyib? - təfsilat
Tarix: 9-12-2016, 08:19 | Çap et
 Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev uzun illər rəhbərlik etdiyi bank vasitəsi ilə 100 milyonlarla dolları ölkədən kənara çıxarması ittihamı ilə həbs edilərək barəsində məhkəmə hökmü çıxarılıb. Ancaq onun şəriklərindən biri kimi mətbuatın gündəminə gələn “T.T.S inşaat” MMC-nin prezidenti Qorxmaz Paşayev məsuliyyətdən yayına bilib. Bu barədə istiqlal.az-a etibarlı mənbələrdən məlumat daxil olub.
Q.Paşayevin adı ötən il “Sabiq deputat Beynəlxalq Bankdan 2 milyarda yaxın pulu necə götürüb?” (http://musavat.com/news/olke/sabiq-deputat-beynelxalq-bankdan-2-milyarda-yaxin-pulu-nece-goturub_270415.html ) sərlövhəli yazıda keçib.
Həmin yazıdan sitat: “Beynəlxalq Bank işinin istintaqı başlanan gündən ölkədən gedənlərdən biri də Cahangir Hacıyevin “sağ əli” Qorxmaz Paşayevdir.“T.T.Ş” MMC-nin prezidenti olan Q.Paşayevin rəhbəri olduğu MMC uzun illər C.Hacıyevin sayəsində dövlət qurumlarının elan etdiyi tenderlərin qalibi olub. Q.Paşayev ölkədən gedəndən sonra onun şirkətinin Şamaxıda həyata keçirdiyi su və kanalizasiya çəkilişi layihəsi də yarımçıq dayandırılıb. Qaynağımız bildirib ki, uzun illər Rusiyada yaşamış Q.Paşayevin orada yaşayan azərbaycanlı sahibkarlarla münasibətləri korlanıb, külli miqdarda borca görə Azərbaycana gəlib. Bundan sonra C.Hacıyevlə münasibətləri yaranıb. Beynəlxalq Bankdan götürdüyü pullar və bilavasitə bank rəhbərinin şəxsi pullarının dövriyyəsində fəal iştirakçı olub. Q.Paşayevin C.Haciyevin dostluğu onun şirkətinin iştirakçısı olduğu bütün tenderlərin udmasına səbəb olub. Məsələn, “Qaçqınkom” tərəfindən keçirilən, Qusar-Baki su kəmərinin çəkilməsi üçün keçirilən, həbsxana tikintiləri üçün keçirilən, Şamaxı su və kanalizasiya çəkilişi üçün keçirilən tenderlərin bir qayda olaraq Q.Paşayevin şirkətinin qalib olması buna sübutdur. Qaynağımız deyib ki, C.Hacıyevlə Q.Paşayev əldə etdikləri milyonlar hesabına Bakıda və Ukraynada böyük restoranlar şəbəkəsi alıblar və saysız-hesabsız obyektlərə yiyələniblər”.
Həmin yazıda Qorxmaz Paşayevin soyadından sui-istifadə edərək hakimiyyətlə bağlarının olduğu haqda ətrafında yalançı rəy yaratması da qeyd olunur: “Halbuki, onun Paşayevlərlə yaxından-uzaqdan heç bir qohumluğu yoxdur”.

İstiqlal.az-ın əldə etdiyimiz son xəbərlərə görə Q.Paşayev ölkədən çıxardığı pulların bir qismini Ukraynada biznesə yatırtsa da, əsas astronomik məbləğlər Vyanada bahalı əmlaklar, restoranlar alınmasına məsrəf olunub. Həmin pullara alınan bahalı restoranlardan biri də “Feria Lounge” adlanır. VyananınFranz-Josefs-Kai 11 // 1010 Wien prospektində yerləşən bu restoranın aylı gəliri 100 min dolları aşır. O, 2012-ci ildə təkcə bu restoranın alınmasına ümumilikdə 1 milyon dolara yaxın pul verib. Əvvəl ərazidə balaca kafe və bir dükan olub. Q.Paşayev oradakı dükanı 450 min dollara, kafeni isə 500 min dollara alıb. Bundan sonra bu tikililər birləşdirilərək böyük restoran-bar şəklinə salınıb. Q.Paşayev təmir tikinti işinə 500 min dollar xərcləyib. O, ətrafındakılara deyib ki, restoranı özünə deyil, onu himayə edən bir nazirə alıb. İlkin dövrlərdə həmin nazir dediyi şəxsin Beynəlxalq Bank prezidenti olması fikri yaransa da, sonradan aydın olub ki, Q.Paşayev tamamilə başqa bir şəxsin pullarının sadəcə idarəçisidir, onun şirkətinin Azərbaycandakı himayəçisi də həmin nazir adlandırdığı şəxsdir.
Q.Paşayevə müxtəlif tenderləri qazanmaq imkanını da məhz himayəçisi yaradıb. Q.Paşayevə Azərbaycanda tenderlərdən qazandığı pulların kəm-kəsirini özünə götürmək imkanı tanıyıblar. Bunun əvəzində onun üzərindən xaricə 100 milyonlar transfer olunub.
Q.Paşayevin təsisçisi olduğu В«T.T.Ş İnşaatВ» MMC-nnin saytında (http://ttshinshaat.az/qorxmaz-pashayev/) özü haqda bioqrafik məlumatlar da verib:
1993-cü ildə Leninqrad Sellülöz Kağız Sənayesi Texnoloji İnstitutunu, 2002-ci ildə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunu bitirib. 1992-ci ildən В«T.T.Ş İnşaatВ» kooperativinin, 1997-ci ildən В«T.T.Ş İnşaatВ» k. m.- in, 2004-cü ildən В«T.T.Ş İnşaatВ» MMC-nin təsisçisi və prezidentidir...

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37 |
|
|
|
| • Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07 |
|
|
|
| • 70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58 |
|
|
|
| • "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55 |
|
|
|
| • İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54 |
|
|
|
| • Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48 |
|
|
|
| • “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40 |
|
|
|
| • Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36 |
|
|
|
| • Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13 |
|
|
|
| • Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11 |
|
|
|
| • Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53 |
|
|
|
| • Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50 |
|
|
|
| • “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49 |
|
|
|
| • Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45 |
|
|
|
| • Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44 |
|
|
|
| • Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30 |
|
|
|
| • Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19 |
|
|
|
| • Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13 |
|
|
|
| • Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05 |
|
|
|
| • Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26 |
|
|
|
| • Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36 |
|
|
|
| • İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34 |
|
|
|
| • Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10 |
|
|
|
| • Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06 |
|
|
|
| • Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03 |
|
|
|
| • Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02 |
|
|
|
| • SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58 |
|
|
|
| • "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57 |
|
|
|
| • Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52 |
|
|
|
| • "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46 |
|
|
|
| • Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42 |
|
|
|
| • Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41 |
|
|
|
| • Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39 |
|
|
|
| • "Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37 |
|
|
|
| • Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Dünən, 11:35 |
|
|
|
| • Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Dünən, 11:34 |
|
|
|
| • Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Dünən, 11:32 |
|
|
|
| • Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Dünən, 11:28 |
|
|
|
| • AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Dünən, 11:26 |
|
|
|
| • "DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Dünən, 11:23 |
|
|
|
| • Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Dünən, 11:21 |
|
|
|
| • Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Dünən, 11:12 |
|
|
|
| • Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Dünən, 11:03 |
|
|
|
| • "Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Dünən, 10:53 |
|
|
|
| • "Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Dünən, 10:46 |
|
|
|
| • Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Dünən, 10:28 |
|
|
|
| • GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Dünən, 10:25 |
|
|
|
| • SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub
Dünən, 10:18 |
|
|
|
|