AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                     Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” .....                     Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs .....                     Qaşınmayan yerdən qan çıxaranlar... .....                     "Müharibə şou ilə deyil, real işlə qazanılır" .....                     Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi .....                     Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı .....                     Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur .....                     Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı .....                 

Narazılıq yaradan bələdiyyə sədri başçıya güvənir? - İDDİA
Tarix: 28-10-2016, 11:09 | Çap et
Narazılıq yaradan bələdiyyə sədri başçıya güvənir?
Qəzetimizin ötən saylarından birində “Masallının Gəyəçöl bələdiyyəsindən yeni qalmaqal” sərlövhəli tənqidi material dərc olunmuşdu. Yazıda Masallı rayonu, Gəyəçöl kənd bələdiyəsinin keçmiş (əslində, bu sözün burada qətiyyən yerində işlənmədiyi ilə Gəyəçöl sakinləri kimi biz də tamamilə razıyıq) sədri Bəybəla Əsədovun, rəsmi olaraq bu vəzifədən kənarlaşmasından sonra da törətməkdə davam etdiyi özbaşınalıqlardan bəhs olunurdu. Məqalənin başlığında da biz diqqəti belə bir məqama çəkməyə çalışmışıq ki, Bəybəla Əsədovun bütün fəaliyyət dövrü mütəmadi olaraq müxtəlif qalmaqallarla müşayiət olunub. Həm də bu qalmaqallar əksər hallarda sadəcə ictimai müzakirələrlə sona çatmayıb. Ötən yazıda da qeyd etdiyimiz kimi, bələdiyyə sədrinin torpaq maxinasiyaları bir çox hallarda daha arzuolunmaz insidentlərə, o cümlədən əlbəyaxa davalara və döyülmələrə də gətirib-çıxarıb. Məhz elə bir müddət bundan əvvəl baş vermiş belə olaylardan birinin nəticəsində də, Bəybəla Əsədov fiktiv də olsa, tutduğu vəzifədən istefa verməyə məcbur olmuşdu. Həmin vaxt dərc olunan məlumatlarda bildirilirdi ki, bələdiyyə sədri əslən Masallı rayonundan olan iş adamı, Rusiya vətəndaşı İlham Abışov tərəfindən ağır xəsarətlər yetirməklə döyülmüşdür. Açıqlamalara görə, sahibkarın bələdiyyə sədrini döyməsinin səbəbi də gizli torpaq satışı ilə bağlı aralarında yaranmış mübahisə olub (həqiqətən, başqa səbəb göstərilsəydi, çox təəccüblənərdik). Qeys edək ki, o zaman bu torpaq spekulyasiyasının daha bir iştirakçısı, Masallı Rayon İcra Hakimiyyəti başçısının Gəyəçöl kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi də işdən azad edilmişdi. Lakin, görünür bu vəzifədə onu əvəzləyən Afərin Şükürov öz sələfinin aqibətindən heç bir nəticə çıxarmamışdır. Belə ki, yeni aldığımız məlumatlarda icra nümayəndəsinin Gəyəçöl kəndində törədilən bütün torpaq maxinasiyalarında aktiv iştirak etdiyi bildirilir. Bəybala Əsədov isə, xatırlatdığımız döyülmə olayı səbəbilə, bir müddət Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicə aldıqdan sonra, törətdiyi maxinasiyaların taktikasında bir dəyişiklik etmək qərarına gəlmişdi. Belə ki, bir tərəfdən özünü sığortalamaq üçün, digər tərəfdən də artıq adının təkcə Masallıda deyil, həmçinin bütün ölkədə həddindən çox tanındığını və deməli lazımsız diqqət cəlb etdiyini nəzərə alaraq, Bəybala Əsədov tutduğu vəzifəni öz gəlini Xəyalə Əsədovaya təhvil verir. Təbii ki, bu zaman bütün faktiki idarəçilik yenə də keçmiş sədrin nəzarətində qalır. Eyni zamanda da, öz acı təcrübəsindən müəyyən nəticələr çıxaran Bəybala Əsədov, bundan sonra artıq fırıldaq əməllərinin qurbanı olacaq adamı müəyyənləşdirərkən, daha ətraflı seçim aparır. Hətta son vaxtlar bu məqsədlə o, daha çox zəif qadınları və köməksiz insanları seçməyə üstünlük verir. Elə Gəyəçöl kəndində yaşayan Əliyeva Şəhla Haşım qızı tərəfindən təqdim olunmuş ərizədə deyilənlər də bunu təsdiq edir: “Gəyəçöl kəndində yaşadığım ev bizim dədə-baba mülkümüzdür. Bu yaxınlarda isə bilmişəm ki, həmin bizim bu evimiz mənim xəbərim belə olmadan, kənd icra nümayəndəsi və bələdiyyə sədri tərəfindən imkanlı bir şəxsə satılmışdır. Bunun necə mümkün olması mənim ağlıma belə sığmır. Dəfələrlə aidiyyəti olan orqanlara müraciət etsəm də, heç bir nəticə olmamışdır. Bələdiyyə sədri ilə icra nümayəndəsi də, öz çirkin əməllərinə davam etməkdə israrlıdırlar...”

Çox maraqlıdır ki, Bəybala Əsədovun ən müxtəli özbaşınalıqları barədə çeşidli xəbər və məlumatlar dəfələrlə ölkə mətbuatında dərc olunsa da, Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən bu qanunsuzluqların qarşısının alınması istiqamətində indiyədək heç bir addım atılmayıb. Digər tərəfdən də, artıq ardıcıl ikinci icra nümayəndəsinin Bəybala Əsədovun maxinasiyalarına şərik olması, istənilən halda bütün bu olub-bitənlərin bir izinin də məhz icra hakimiyyətinə apardığını deməyə əsas verir...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Bu gün, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Bu gün, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Bu gün, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Bu gün, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Bu gün, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Bu gün, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Bu gün, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Bu gün, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Bu gün, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Bu gün, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Bu gün, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Bu gün, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Bu gün, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Bu gün, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Bu gün, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Bu gün, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Bu gün, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Bu gün, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Bu gün, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Bu gün, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Bu gün, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Bu gün, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Bu gün, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Bu gün, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Bu gün, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Bu gün, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Bu gün, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Bu gün, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Bu gün, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Bu gün, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Bu gün, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Bu gün, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Bu gün, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Bu gün, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Bu gün, 11:23
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Bu gün, 11:21
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Bu gün, 11:12
Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Bu gün, 11:03
"Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Bu gün, 10:53
"Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Bu gün, 10:46
Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Bu gün, 10:28
GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Bu gün, 10:25
SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub
Bu gün, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru