Respublika Klinik Xəstəxanasında özəl qaydalar - İTTİHAM VAR
Tarix: 7-10-2016, 12:34 | Çap et
 M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının fəaliyyətində yer almış ən müxtəlif qanun pozuntuları barədə redaksiyamıza daxil olan məlumatların ardı-arası kəsilmək bilmir. Qəzetimizin ötən saylarında ölkənin ən böyük səhiyyə müəssisələrindən biri olan bu xəstəxanada baş verənlərə dair artıq bir neçə dəfə tənqidi materiallarla çıxış etməyimizə rəğmən, daxil olan məlumatlarda vətəndaşlar yenə də bu və ya digər faktların tərəfimizdən ictimailəşdirilməsini tələb edirlər. Ən azından redaksiyamıza təqdim olunan açıqlamalardan bu qənaətə gəlmək olur ki, bu gün baş həkim Telman İbadovun rəhbərlik etdiyi bu səhiyyə müəssisəsində göstərilən tibbi xidmətlərdən razı qalan vətəndaşların sayı olduqca azdır. Məhz bu məqam da, Respublika Klinik Xəstəxanasında müalicə aldığı müddətdə həm sağlamlığını, həm də pulunu itirən xəstələrin təkrar müalicə üşün xarici klinikalara üz tutması hallarını stimullaşdırır.
Yeni aldığımız məlumatlardan birində Respublika Klinik Xəstəxanasında həyata keçirilən stasionar müalicə prosedurlarının gedişi barədə maraqlı açıqlamalar təqdim olunur. Məlumatda deyilir: “İlk növbədə bu xəstəxanaya gələn hər bir xəstə daxili qaydalara ciddi şəkildə əməl etməlidir. Deyəcəksiniz ki, burda təəccüblü nə var ki? Onsuz da istənilən xəstəxanada daxili qaydalara riayət olunması vacib şərtdir. Amma burda söhbət heç də müəyyən rejimin gözlənilməsindən, xəstə ziyarəti üçün ayrılmış vaxt tələblərinə ciddi əməl olunmasından və ya xəstənin müayinə-müalicə prosedurlarını vaxtlı-vaxtında keçməsindən getmir. Əksinə, məhz elə bu məqamlarla bağlı boşluqlar kifayət qədərdir və onlar nə həkimləri, nə də xəstəxananın rəhbərliyini qətiyyən narahat etmir. Yəni pulunu verdinsə, istədiyin vaxt xəstə ziyarətinə də gəl, xəstənin yanında da qal və ümumiyyətlə nə istəyirsən onu da elə. Ciddi riayət olunması tələb edilən məsələlər isə, məhz elə pul ödənişləri ilə bağlıdır. Bax bu məsələdə xəstəxananın bütün həkimləri və tibbi personalı da, baş həkim Telman İbadov da heç bir boşluğa qətiyyən yol vermirlər. Burda xəstənin müalicə xərcləri ilkin olaraq “hesablanıb” onun yaxınlarına bildirilir. Əlbəttə, Respublika Klinik Xəstəxanasının hər halda dövlət müəssisəsini nəzərə alsaq, xəstənin yaxınları hay-küy salıb, pul verməkdən boyun qaçıra da bilərlər. Amma bunu etmək heç məsləhət deyi. Yəni, qətiyyən məsləhət deyi! Təbii ki, əgər qohumları xəstədən, xəstə də öz canından bezməyibsə. Lakin xəstənin (və ya qohumlarının) ilkin qiymətlə razılaşması və hətta əvvəlcədən ödəniş etməsi də, hələ bütün problemin həlli demək deyil. Məsələ bundadır ki, adətən əvvəlcədən hesablanıb deyilən məbləğ konkret bir neçə prosedura görə, bilavasitə həkimlərə çatacaq pulu nəzərdə tutur. Elə ki, xəstə buraya yerləşdirildi, “xırda-para” xərclərin axını başlayır. Məlum olur ki, palatanın seçilməsi, yataq dəstənin verilməsi, xadimənin işi, xəstəyə sanitar tərəfindən qulluq göstərilməsi, inyeksiyalar və sistem qoyulmaları, qan analizlərində tutmuş, USM, rentgen və bir çox digər müayinələr üçün edilməli olan ödənişlər ilkin məbləğdə nəzərdə tutulmayıb. Axı necə də olmasa, bura dövlət müəssisəsidir, xidmətlər “pulsuzdur” və buna görə də hər kəs öz işinə görə rüşvəti xəstədən bilavasitə özü və digərlərindən “gizlin” alır. Xəstə bir də onda ayılır ki, (hələ ayılmağına görə şükür etsin) ilkin danışılan məbləğ iki-üç dəfə “şişib”. Amma bütün bu gizlinlərə baxmayaraq, son nəticədə yığılan bütün bu məbləğlərdən xəstəxananın baş həkimi də öz “rüsumunu” da alır. Bax, Respublika Klinik Xəstəxanasında əməl olunması mütləq şəkildə tələb olunan daxili qaydalar bunlardır...”
Hesab edirik ki, bütün bu deyilənlərin bizim tərəfimizdən şərh olunmasına heç bir ehtiyac yoxdur. Amma Respublika Klinik Xəstəxanasının rəhbərliyi fərqli düşünürsə, buyurub öz şərhlərini təqdim edə bilərlər.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:37 |
|
|
|
| • Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Bu gün, 17:07 |
|
|
|
| • 70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Bu gün, 17:00 |
|
|
|
| • Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Bu gün, 16:58 |
|
|
|
| • "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Bu gün, 16:55 |
|
|
|
| • İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Bu gün, 16:54 |
|
|
|
| • Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Bu gün, 16:48 |
|
|
|
| • “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Bu gün, 16:40 |
|
|
|
| • Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Bu gün, 16:36 |
|
|
|
| • Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Bu gün, 16:13 |
|
|
|
| • Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Bu gün, 16:11 |
|
|
|
| • Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Bu gün, 15:53 |
|
|
|
| • Bakı və Tbilisidən mühüm ANLAŞMA
Bu gün, 15:50 |
|
|
|
| • “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:49 |
|
|
|
| • Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:45 |
|
|
|
| • Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Bu gün, 15:44 |
|
|
|
| • Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Bu gün, 15:30 |
|
|
|
| • Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Bu gün, 15:19 |
|
|
|
| • Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Bu gün, 15:13 |
|
|
|
| • Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Bu gün, 15:05 |
|
|
|
| • Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 13:26 |
|
|
|
| • Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Bu gün, 12:36 |
|
|
|
| • İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Bu gün, 12:34 |
|
|
|
| • Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Bu gün, 12:21 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:10 |
|
|
|
| • Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 12:06 |
|
|
|
| • Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Bu gün, 12:03 |
|
|
|
| • Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Bu gün, 12:02 |
|
|
|
| • SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Bu gün, 11:58 |
|
|
|
| • "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Bu gün, 11:57 |
|
|
|
| • Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Bu gün, 11:52 |
|
|
|
| • "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Bu gün, 11:46 |
|
|
|
| • Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Bu gün, 11:42 |
|
|
|
| • Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 11:41 |
|
|
|
| • Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Bu gün, 11:39 |
|
|
|
| • "Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Bu gün, 11:37 |
|
|
|
| • Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Bu gün, 11:35 |
|
|
|
| • Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Bu gün, 11:34 |
|
|
|
| • Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Bu gün, 11:32 |
|
|
|
| • Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Bu gün, 11:28 |
|
|
|
| • AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Bu gün, 11:26 |
|
|
|
| • "DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Bu gün, 11:23 |
|
|
|
| • Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Bu gün, 11:21 |
|
|
|
| • Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Bu gün, 11:12 |
|
|
|
| • Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Bu gün, 11:03 |
|
|
|
| • "Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Bu gün, 10:53 |
|
|
|
| • "Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Bu gün, 10:46 |
|
|
|
| • Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Bu gün, 10:28 |
|
|
|
| • GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Bu gün, 10:25 |
|
|
|
| • SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub
Bu gün, 10:18 |
|
|
|
|