Coşqun Qarayevin yerinə o təyin edildi .....                     Paşinyan rus ədəbiyyatına meyllənib .....                     Atası həbs edildi, qaynatası güllələndi .....                     Ermənilərdən sülhə qarşı TƏZƏ hoqqa .....                     “Nəzarət edə bilməmişəm” .....                     Hakimiyyətin zirvəsindən həbsxana kamerasına...Azərbaycanın həbsdə olan məşhurları .....                     Ermənistan üçün YENİ bazar .....                     Fon der Lyayen Ukrayna Baş naziri ilə ölkənin Aİ-yə üzvlüyünü irəlilətmək üçün islahatları müzakirə edib .....                     "İspanlar bizdən daha üstün oynadılar" .....                     Avtomobil Yolları Dövlət Agentliyinin sabiq vəzifəli şəxsinə .....                     Dünya Kubokunun “ən”ləri... .....                     "Cənab Anar Quliyev, Siz Gəncədə zərərçəkmiş şəxslərin vəsaitindən hansı haqla ƏDV və vergi adı altında pullar silmisiniz..." .....                     Tanışının BMW-sini qaçıraraq qəza törətdi .....                     Rubio Sergey Lavrovla görüşə hazır olduğunu bildirdi .....                     Zelenski istefa versə, danışıqlar başlayacaq .....                     BU NƏDİ BELƏ: Mənə kart lazım deyil... .....                     Si Cinpinin ABŞ-yə səfərinə hazırlıq davam edir .....                     Klublarımız Avrokuboklarda rəqiblərini tanıyacaq .....                     “Tramp yolu”: “Rusiya bundan öz məqsədləri üçün istifadə edə...” .....                     Nifrətin ixracı, izolyasiyanın idxalı: yeni oyanmısınız? .....                     İran hələ də raket və dronlara malikdir .....                     Neft qiymətləri kəskin dönüş etdi .....                     Nəcəflinin kadrları NİYƏ İSTEFA VERİR? .....                     Körfəz ölkələri Hörmüzün təhlükəsizliyi üçün ABŞ-yə sərmayə qoymağa razılaşıb .....                     Saatlıda büdcə hara xərclənib? .....                     SEPAH Hörmüz boğazında iki tankerin partlaması barədə məlumat yayıb .....                     ABB-dən öz bankomatına KOMİSSİYA HAQQI .....                     Vaşinqton İranla genişmiqyaslı müharibəyə hazırlaşır .....                     SEPAH ABŞ-nin İordaniyadakı hərbi təyyarələrinə zərbə endirdiyini açıqlayıb .....                     Avropa Rusiyaya görə "parçalanır"... .....                     Azərbaycanda qalmaqallı qadağa .....                     Gözünü qan bürüyən Rusiya... .....                     "Azercell" Azərbaycanın ərazi bütövlüyünü ŞÜBHƏYƏ ALIR? .....                     "Jurnalistlərin Prezidentə yazdığı kollektiv müraciətdə adımı görəndə redaktor az qala mikroinfarkt keçirdi..." .....                     Almaniyada təhsil... AZ QALA PULSUZDUR! .....                     "Təmir deyil e, binanın anasını ağladırlar..." .....                     "Yol budur, başqa yol da olmayacaq..." .....                     AzəriQaz-da İMTAHAN MÜƏMMASI .....                     ABŞ İrana qarşı ardıcıl doqquzuncu gecə hücumları dalğasını başa çatdırıb .....                     Məleykənin təhsil MƏLAKƏLİYİ bitir? .....                 

Qazaxın da öz neftxudası var imiş... - Papaq altında yatan oliqarxlar...
Tarix: 5-08-2016, 10:38 | Çap et
Qazaxın da öz neftxudası var imiş...
Son vaxtlar dilimizdə tez-tez işlənən oliqarx sözünün çox maraqlı mənası var. Belə ki, qədim yunan dilindən tərcümədə bu söz özünün şəxsi maraqlarını ümummilli mənafeydən üstün tutan və bu maraqları təmin edə bilmək üçün böyük kapitala malik olan dövlət məmuru mənasını verir. Maraqlıdır ki, oliqarx adlana bilmək üçün, şəxsin mütləq böyük vəzifədə təmsil olunması heç də zəruri deyil. Əsas odur ki, oliqarx həm özünün, həm mənsub olduğu müəyyən dairənin maraqlarını təmin etmək üçün yetərincə maliyyə imkanlarına malik olsun. Təbii ki, istənilən bir ölkədə oliqarx və “oliqarxlığa iddialı” məmurların özbaşınalıqlarının qarşısının alınması, bu şəxslər tərəfindən əsasən sahibkarlığın inkişafı yolunda törədilən əngəllərin aradan qaldırılması, eləcə də büdcə vəsaitlərini talan edənlərin aşkar edilərək cəzalandırılması istiqamətində həyata keçirilən tədbirlər hər zaman sadə vətəndaşlar tərəfindən böyük məmnunluq və ruh yüksəkliyi ilə qarşılanıb.

O cümlədən, bu gün Azərbaycanda da getdikcə sürətlənən bu proseslər əhalinin ictimai-siyasi aktivliyinin yüksəlməsini stimullaşdırır. Ayrı-ayrı vətəndaşlar dövlət büdcəsini özlərinin gəlir qaynağına çevimiş məmurların ifşa olunmasında getdikcə daha yaxından iştirak etməyə, məmur özbaşınalıqlarına son qoyulması üçün dövlət orqanlarına əllərindən gələn yardımı göstərməyə çalışırlar. Məhz elə bu səbəbdən də son vaxtlar aidiyyatı olan qurumlara, o cümlədən kütləvi informasiya vasitələrinə bu və ya digər azğınlaşmış məmurun əməllərindən bəhs edən məlumatların daxil olmasında da bir artım müşahidə olunmaqdadır.

Artıq bir neçə müddətdir ki, “Bizim Dövr”ün redaksiyasına da В«SOCAR PetroleumВ» QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru Zeynal Əhmədovun fəaliyyətində yer almış çeşidli qanun pozuntularından bəhs edən açıqlamalar təqdim edilir. Müxtəlif mənbələr tərəfindən təqdim olunan bu açıqlamalarda Zeynal Əhmədovun istər müəssisə rəhbəri kimi fəaliyyətində müşahidə olunan ciddi nöqsanlardan, istər bu şəxsin iş adamı kimi biznes sahəsində daha çox mənfəət qazanmaq naminə atdığı son dərəcə şübhəli addımlar, istərsə də onun heç də stabilliyi ilə seçilməyən siyasi baxışları və əlaqələri barədə ətraflı bəhs olunur. Əslində qəzetimizin ötən saylarında dərc olunmuş yazılarda bu açıqlamalardan bir çoxu öz əksini tapmışdır. Lakin aldığımız yeni açıqlamalar bütün əvvəlki məlumatların da bir növ sistemləşdirilməsinə ehtiyac olduğunu göstərir. Məhz bu səbəbdən də bugünkü yazıda müəyyən məqamları təkrar vurğulamalı olacağıq.

Ən böyük regional Neft Terminalı...

Aldığımız məlumatlarda В«SOCAR PetroleumВ» QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının həqiqətən də respublikada fəaliyyət göstərən analoji müəssisələr arasında ən böyüklərindən biri olduğu vurğulanır. Bildirilir ki, bu terminalın fəaliyyət dairəsinə beş böyük rayon – Şəmkir, Qazax, Tovuz, Ağstafa və Gədəbəy rayonları daxildir. Başqa sözlə, 7 saylı Terminal bu bölgələrdə yerləşən bütün yanacaqdoldurma stansiyalarını, həmçinin müəssisə və təşkilatları yanacaq və sürtgü materialları ilə təmin edir. Məlumata görə, bütün bu tələbatı təmin etmək üçün hər gün Terminaldan 200 maşın yanacaq yola salınır. Əlbəttə ki, bu məqam Zeynal Əhmədovun maraqlarına xidmət edə biləcək ən əhəmiyyətli amil kimi xüsusi qeyd olunmalıdır. Necə deyərlər, böyük dövriyyə böyük imkanlar deməkdir. Baxdığımız halda isə, Zeynal Əhmədovun bu imkanları şəxsi maliyyə qaynağına çevirməsi, onun üçün son dərəcə təbii bir proses kimi müşahidə olunmaqdadır. Beləliklə də, 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru hər bir oliqarxa qarşı irəli sürülən birinci və ən vacib “tələbi” – yüksək maliyyə imkanlarına malik olmaq tələbini beləcə təmin edə bilir.

Oliqarxın ikinci xüsusiyyəti...

Bir qədər yuxarıda qeyd etdiyimiz kimi, oliqarx adına “layiq olmaq” üçün məmurun malik olması gərəkən digər bir xüsusiyyətdə də, onun öz maraqlarını sadə vətəndaşların mənafeyləeindən üstün tuta bilməsidir. Həm də bu yanaşma konkret əməllərdə öz təsdiqini tapmalıdır. Daxil olan məlumatlara görə, Zeynal Əhmədov bu xüsusiyyətə də kamil şəkildə sahib ola bilib. Mənbənin verdiyi açıqlamalarda qeyd olunur ki, В«SOCAR PetroleumВ» QSC-dən bu terminal bazasına göndərilən neft, benzin, sürtkü yağları və digər meft məhsulları direktorun şəxsi seçımı əsasında satış məntəqələrinə paylanır. Başqa sözlə desək, yanacaq məhsullarının hansı məntəqələrə paylanacağını baza rəhbəri özü müəyyənləşdirir və bu zaman nə QSC-nin, nə də istehlakçıların maraqları qətiyyən nəzərə alınmır. Bu səbəbdən də bəzi satış məntəqələri və yanacaqdoldurma stansiyaları bazadan neft məhsulları almaqda böyük çətinlik çəkirlər. Həmçinin təqdim edilən məlumatlarda qeyd olunur ki, Qazaxda, Şəmkirdə, eləcə də Gəncəbasar bölgəsinə daxil olan digər rayonlarda təsərrüfatla məşğul olan insanların yanacaq məhsullarına tələbatının yüksək olması, baza direktoruna bir çox spekulyasiyalar etməyə geniş imkanlar yaradır. Bununla da Zeynal Əhmədov təsərrüfatların işinə süni əngəllər yaratmış olur.
Biznes imperiyası...
Artıq qeyd olunduğu kimi, tutduğu vəzifənin ona verdiyi imkanlardan yetərincə yararlanan Zeynal Əhmədov özünə böyük biznes şəbəkəsi yaradıb. İlk növbədə mənbələr baza direktorunun böyük bir daş karxanasının, Qazaxda “Avey” yanacaqdoldurma stansiyasının, Ağstafada “Orxan” şadlıq sarayının, Qazax şəhərinin mərkəzində, İcra Hakimiyyətinin binası ilə bir küçədə yerləşən “Finka” BOKT-nin, “Xalq Bank”ın binalarının və hələ də istifadəyə verilməmiş “Cəmalə” klinikasının şərikli sahibi olduğunu diqqət mərkəzinə çəkirlər. Başqa bir məlumata görə isə, Zeynal Əhmədov bir müddət bundan əvvəl Qazaxda yerləşən “Qərb qapısı” adlı restoranı 500 min manata Nail adlı bir vətəndaşdan alıb. Həmçinin açıqlamalarda Zeynal Əhmədovun Bakıda bir neçə lombard müəssisəsinin də sahibi olduğu qeyd edilir. Bundan başqa isə, əldə etdiyimiz daha bir məlumata görə, baza müdiri Yalta şəhərində turizm sahəsində fəaliyyət göstərən daha bir obyektə də şərikdir. Diqqət edirsinizsə, biz bütün bütün bu sadalamalar əsnasında Zeynal Əhmədovun şəriklərindən heç birinin adını qeyd etməmişik. Səbəb isə budur ki, bu şəxslərin kimliyi məsələsi xüsusi maraq doğuran və buna görə də ayrıca diqqət tələb edən bir məqamdır.

Şübhəli əlaqələr...
Bu məqam həqiqətən də Zeynal Əhmədov barədə təqdim olunan açıqlamaların bəlkə də, ən maraqlısıdır. Məsələ bundadır ki, məlumatlarda neft-baza direktorunun birinci və ən əhəmiyyətli şərikinin keçmiş MTN naziri Eldar Mahmudovun bacısı oğlu olduğu bildirilir. Deyilənə görə, Zeynal Əhmədov bu şəxslə “Finka” BOKT-na və “Xalq Bank”-a icarəyə verdikləri binalara, eləcə də “Cəmalə” klinikasına şərikdir. Mənbə xüsusi olaraq vurğulayır ki, “Cəmalə” klinikası 5 mərtəbəli, tam təmirli, möhtəşəm bir binada yerləşməklə, bütün avadanlıqlarla təchiz olunmuş və istifadəyə tam hazır vəziyyətdədir. Lakin “MTN işi” ilə bağlı məlum hadisələrdən sonra klinikaya lisenziya verilməmiş, buna görə də müəssisə fəaliyyətə başlamamışdır.
Zeynal Əhmədovun digər bir şəriki də “Avey” yanacaqdoldurma stansiyasının və Ağstafada “Orxan” şadlıq sarayının həmsahibi olan Elxan Cümənovdur. Mənbə bildirir ki, Elxan Cümənov daş karxanasına sahib olan iş adamı olmaqla bərabər, həm də rayonda radikal müxalifətçi kimi tanınır.

Və nəhayət, Zeynal Əhmədovun Yalta biznesində şəriklik etdiyi (ən azından son vaxtlara qədər) digər iş adamının da, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) Qazax bölməsinin komandiri Elçin Əmiraslanovun yeznəsi olan Bünyamin adlı bir şəxs olduğu bildirilir.

Qazaxlı oliqarxın “özünüsığorta” siyasəti...

Ötən yazılardan birində biz qeyd etmişdik ki, Qazaxdan aldığımız məlumatlarda Zeynal Əhmədovun bilavasitə rəhbərlik etdiyi neft-bazada həyata keçirdiyi maraqlı “kadr islahatlarından” da bəhs olunur. Bu xüsusda bizimdovr.az-a açıqlama verən Qazax şəhər sakini göstərmişdi ki, hələ 2009-cu ildə Zeynal Əhmədov öz doğma bacısının adını terminalın ştatına mühasib vəzifəsinə yazıb. Lakin indiyədək bu xanım işə çıxmayıb. Bu yaxınlarda isə, əsil adı Həvva olan, lakin hamının Xanım deyə müraciət etdiyi bacı birdən-birə neft-bazaya təşrif buyurub. Həm də sadəcə mühasib deyil, birbaşa baş mühasib kimi. Ən son aldığımız açıqlamada isə, bildirilir ki, Zeynal Əhmədov həmçinin Elxan Cümənovu da neft-bazaya mühasib kimi işə qəbul edib. Mənbənin deməyinə görə, bu addımları atmaqla, Zeynal Əhmədov törətdiyi maliyyə maxinasiyalarının aşkara çıxmasından özünü maksimum sığortalamaq məqsədi güdür.

Yekun

Beləliklə, bütün bu fakt və iddiaların araşdırılması birmənalı olaraq bunu deməyə əsas verir ki, В«SOCAR PetroleumВ» QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru Zeynal Əhmədov heç bir mübaliğəyə yol vermədən, özünü ən azından “regional çəkili” oliqarx adlandıra bilər. Əlbəttə ki, biz bunun məmurun özü üçün yenilik olmadığını gözəl bilirik. Amma hər halda, ümid edirik ki, bu faktın mətbuatda öz təsdiqini tapması müəyyən qurumların da diqqətindən yayınmayacaq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Coşqun Qarayevin yerinə o təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:02
Paşinyan rus ədəbiyyatına meyllənib - VİDEO
Bu gün, 14:59
Atası həbs edildi, qaynatası güllələndi - Məzarına Ərdəbil torpağı səpilən Rübabə Muradova
Bu gün, 14:53
Ermənilərdən sülhə qarşı TƏZƏ hoqqa - Malvin adaları...
Bu gün, 14:48
“Nəzarət edə bilməmişəm” - Sabiq rəis məhkəmədə
Bu gün, 14:44
Hakimiyyətin zirvəsindən həbsxana kamerasına...Azərbaycanın həbsdə olan məşhurları –necə yüksəldilər, niyə həbs olundular?
Bu gün, 14:35
Ermənistan üçün YENİ bazar – Azərbaycan narahat olmalıdır?
Bu gün, 14:01
Fon der Lyayen Ukrayna Baş naziri ilə ölkənin Aİ-yə üzvlüyünü irəlilətmək üçün islahatları müzakirə edib
Bu gün, 13:57
"İspanlar bizdən daha üstün oynadılar" - Messidən ETİRAF
Bu gün, 10:03
Avtomobil Yolları Dövlət Agentliyinin sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU
Bu gün, 09:59
Dünya Kubokunun “ən”ləri... - SİYAHI
Bu gün, 09:56
"Cənab Anar Quliyev, Siz Gəncədə zərərçəkmiş şəxslərin vəsaitindən hansı haqla ƏDV və vergi adı altında pullar silmisiniz..." - İTTİHAM VAR...
Bu gün, 09:52
Tanışının BMW-sini qaçıraraq qəza törətdi - TƏFƏRRÜAT
Bu gün, 09:44
Rubio Sergey Lavrovla görüşə hazır olduğunu bildirdi
Bu gün, 09:42
Zelenski istefa versə, danışıqlar başlayacaq - Jurova
Bu gün, 08:45
BU NƏDİ BELƏ: Mənə kart lazım deyil... - ETİRAZ
Bu gün, 08:43
Si Cinpinin ABŞ-yə səfərinə hazırlıq davam edir
Bu gün, 08:35
Klublarımız Avrokuboklarda rəqiblərini tanıyacaq - BU GÜN...
Bu gün, 08:32
“Tramp yolu”: “Rusiya bundan öz məqsədləri üçün istifadə edə...” - GƏLİŞMƏ
Bu gün, 08:28
Nifrətin ixracı, izolyasiyanın idxalı: yeni oyanmısınız? - İNCƏLƏMƏ
Bu gün, 08:26
İran hələ də raket və dronlara malikdir - Tramp belə deyir...
Bu gün, 08:20
Neft qiymətləri kəskin dönüş etdi
Bu gün, 08:17
Nəcəflinin kadrları NİYƏ İSTEFA VERİR? - "Bu nə rəzalətdir, bu nə idarəçilik formatıdır?"
Bu gün, 08:16
Körfəz ölkələri Hörmüzün təhlükəsizliyi üçün ABŞ-yə sərmayə qoymağa razılaşıb - Rubio
Bu gün, 08:00
Saatlıda büdcə hara xərclənib? - NARAZILIQ VAR...
Bu gün, 07:59
SEPAH Hörmüz boğazında iki tankerin partlaması barədə məlumat yayıb
Bu gün, 07:50
ABB-dən öz bankomatına KOMİSSİYA HAQQI - "Bu nə oyundur belə..."
Bu gün, 07:40
Vaşinqton İranla genişmiqyaslı müharibəyə hazırlaşır - "The Washington Post"
Bu gün, 07:26
SEPAH ABŞ-nin İordaniyadakı hərbi təyyarələrinə zərbə endirdiyini açıqlayıb - "Press TV"
Bu gün, 07:24
Avropa Rusiyaya görə "parçalanır"... - "Faynənşl Tayms"
Bu gün, 07:22
Azərbaycanda qalmaqallı qadağa – Qanun icazə verir, marketlər “olmaz” deyir
Bu gün, 07:20
Gözünü qan bürüyən Rusiya... DAVAM EDİR...
Bu gün, 07:06
"Azercell" Azərbaycanın ərazi bütövlüyünü ŞÜBHƏYƏ ALIR? - BU LAP AĞ OLDU...
Bu gün, 07:00
"Jurnalistlərin Prezidentə yazdığı kollektiv müraciətdə adımı görəndə redaktor az qala mikroinfarkt keçirdi..." - Bu, hekayə deyil... HƏYATDIR!
Bu gün, 06:54
Almaniyada təhsil... AZ QALA PULSUZDUR! - ARAŞDIRMA
Bu gün, 06:50
"Təmir deyil e, binanın anasını ağladırlar..." - BÜDCƏ PULUNA YAĞI MÜNASİBƏTİ...
Bu gün, 06:47
"Yol budur, başqa yol da olmayacaq..." - ÇAĞIRIŞ
Bu gün, 06:42
AzəriQaz-da İMTAHAN MÜƏMMASI - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
ABŞ İrana qarşı ardıcıl doqquzuncu gecə hücumları dalğasını başa çatdırıb - CENTCOM
Bu gün, 06:22
Məleykənin təhsil MƏLAKƏLİYİ bitir? - İDDİA
Bu gün, 06:21
Əmrullayev də bu təhsil xarabalığından MƏZUN OLUR... - BACARMADI!
Bu gün, 06:18
"Azərbaycan ikili standartlarla deyil, beynəlxalq hüquqla hərəkət edir" - deputat
Bu gün, 06:05
Rusiyanın Xəzərlə bağlı araşdırması qorxuya saldı: 5 ölkə hərəkətə keçir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:02
Özümüz yandırmayaq, daha çox qazanaq - AKTUAL
Bu gün, 06:01
İspaniya millisi FIFA reytinqində birinci yerə yüksələcək - SİYAHI
Bu gün, 05:59
Tramp Çinlə seçkilərə müdaxilə iddialarını müzakirə etməyə hazırdır - KİV
Bu gün, 05:55
Naxçıvanda NƏ İŞLƏR ÇEVRİLİR?.. - "Hakimiyyət dəyişən kimi..."
Dünən, 08:50
"Aylardır ödənilməyən ezamiyyə pullari nə vaxt ödəniləcək..." - MÜRACİƏT
Dünən, 08:41
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR - BU DA FAKT...
Dünən, 08:27
Nə qədər ki, Babək Hüseynov vəzifə başındadır... - BELƏ HARA GEDİRİK?
Dünən, 08:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru