Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... .....                     Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... .....                     "Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... .....                     Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... .....                     Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR .....                     İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb .....                     Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... .....                     Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... .....                     1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? .....                     Ukraynanın Moskvaya qisas hücumu .....                     "Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." .....                     Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... .....                     İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... .....                     Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur .....                     Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... .....                     Bakının dərdi var... Bakı xəstədir... .....                     AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                 

QHT-DƏN XƏBƏRSİZ ONUN QANUNUNU DƏYİŞMƏK OLAR?
Tarix: 7-07-2012, 13:40 | Çap et
QHT-DƏN XƏBƏRSİZ ONUN QANUNUNU DƏYİŞMƏK OLAR?

QANUNU QHT SÜZGƏCİNDƏN NECƏ KEÇİRMƏLİ

“Ancaq 2 qanunun ictimai müzakirəsində iştirak etmişəm və gördüm ki, vaxtımı boş yerə sərf etmişəm. Adətən mən bütün mesajlarımı KİV vasitəsi ilə ötürürəm. Bu ən səmərəli yoldur”. Qeyri Hökümət Təşkilatlarının (QHT) qanunların qəbulunda iştirakının vəziyyətinə münasibət bildirən Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova belə deyir. Əzizova deyir ki, ümumiyyətlə ictimai müzakirələr formal xarakterli tədbirlərdir. “Bildirək ki, demokratik idarəetmədə istər qərarların qəbulunda istərsə, icrasında QHT-lərə xüsusi rol verilir. Bununla da idarəetmədə vətəndaş cəmiyyətinin iştirakı təmin edilir”,-deyə o bildirdi.

Avropa Şurası Nazirlər Kimitəsinin “Avropada qeyri-hökumət təşkilatlarının hüquqi statusu haqqında” tövsiyyəsndə göstərilir ki, bütün səviyyələrdə dövlət və kvazidövlət mexanizmləri dövlət siyasətinin məqsədləri ilə və dövlət siyasətinə dair qərarlarla bağlı dialoq və məsləhətləşmələrdə QHT-lərin ayrıseçkilik qoyulmadan səmərəli iştirakını təmin etməlidir. Belə iştirak cəmiyyətin fəaliyyəti ilə bağlı insanların fikir müxtəlifliyinin azad ifadəsini təmin etməlidir. Bu iştiraka və əməkdaşlığa rəsmi məlumatların müvafiq qaydada açıqlanmasını və ya əlçatan olmasını təmin etmək vasitəsilə şərait yaradılmalıdır.

Qeyd edək ki, Milli Məclisdə bəzi qanun layihələri, o cümlədən “İnformasiya əldə etmək haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” Qanunlara dəyişikliklər barədə layihələr QHT təmsilçilərinin də daxil olduğu işçi qruplar tərəfindən hazırlanıb. Bundan başqa, “Damazlıq heyvandarlıq haqqında”, “Arıçılıq haqqında”, “Atçılıq haqqında” qanun layihələri müvafiq profil üzrə QHT-lərin yaxından iştirakı ilə hazırlanıb. Ancaq QHT rəhbərləri bunu yetərli saymırlar. Onların sözlərinə görə, ümumiyyətlə 2005-ci ildən sonra bu ənənədən uzaqlaşılıb. Millət vəkili Fazil Mustafa deyir ki, Azərbaycanda cəmiyyətin hər hansı təbəqəsinin fikrini soruşmaq ənənəsi yoxdur: “Ölkədə olan problemlərin admnistrativ üsullarla həllinə üstünlük verilir. Ona görə də, nə QHT-lərin, nə də siyasi partiyaların fikirləri nəzərə alınmır”.

Mustafa hesab edir ki, əgər QHT-lərin rəyləri nəzərə alınsa, bir sıra mənfi hallar aradan qalxar: “İnanmıram ki, hansısa, ağlı başında olan QHT dəniz sahilinin hasarlanmasına, yollara bu qədər pul xərclənməsinə müsbət yanaşacaq. İçtimaiyyətin rəyi olsa bunlar baş verməz”.

Millət vəkili deyir ki, əgər belə bir ənənə başlasa, bunu müsbət qiymətləndirəcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə isə bildirir ki, Milli Məclisdə QHT-lərin maraqları dairəsində olan qanunların qəbulu ilə əlaqədar QHT nümayəndələri komitə iclaslarına dəvət edilir və müzaklirələrdə aktiv iştirak edirlər: “Yeni qanun layihələrinin müzakirəsi, qanunlara əlavə və dəyişikliklərlə bağlı müzakirələrdə QHT təmsulçilərinin dəyərli təklifləri dinlənilir və müzakirə edilir. Belə hesab edirəm ki, QHT-lərlə əməkdaşlıq və dialoq daha geniş tərkibdə və davamlı olmalıdır. Bu əməkdaşlıq cəmiyyət və dövlət üçün çox önəmlidir”.

Həm deputat, həm QHT rəhbəri

Məlum olduğu kimi hal-hazırda bir neçə QHT rəhbəri, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasının prezident Elxan Süleymanov, “Azərbaycan Dil Qurumu” İctimai Birliyinin sədri Sabir Rüstəmxanlı, “Lider Qadınlar” İctimai Birliyi sədri Məlahət İbrahimqızı, Vətəndaş Hüquqları Müdafiə Fondu rəhbəri Rəbiyyət Aslanova, Azərbaycan Hüquqşünaslar Konfederasiyası prezident Əli Hüseynli və başqaları eyni zamanda Milli Məclis deputatı olaraq qanun layihələrinin hazırlanmasında, müzakirəsində iştirak edirlər. Bu vəziyyəti QHT-lərin qanun yaradıcılığında iştirakı kimi qiymətləndirmək olarmı? Hüquqşünas Ələsgər Məmmədli bu barədə deyir: “ Təəssüf ki, bizdə bəzi deputatlar fərqinə varmadan QHT yaradırlar, onun rəhbəri kimi çıxış edirlər və dövlətin donor təşkilatından - konkret, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyə yardımı alırlar. Deputat bir siyasi fiqurdur və bir dövlət qurumunun üzvüdür. O, həm də qeyri-hökumət təşkilatında necə ola bilər? Həm hakimiyyətin bir qolunda təmsil olunmaq, həm də qeyri-hakimiyyət sektorunda iştirak bir-biri ilə təzad təşkil edir. Yaxud, deputat ola-ola dövlətin qeyri-hökumət təşkilatları üçün ayırdığı büdcədən necə vəsait almaq olar? Bəlkə də o deputatlar ölkədən kənar donorlardan maliyyə vəsaiti cəlb edə bilsələr, bunu qəbul etmək olar. Bundan başqa, bu cür fəaliyyət bir növ korrupsiya halıdır. Deputat donor təşkilatını təhdid edə bilər ki, mənim təşkilatıma pul ayırmasan, sənin fəaliyyətini parlamentdə çıxışımda tənqid edəcəm. Ona görə də bu məsələnin ciddiyə alınmasına ehtiyac var. Adam iki sahədən birini seçməlidir, ya deputatlıq, ya da QHT rəhbəri”.

Qənizadə isə hesab edir ki, QHT rəhbərinin parlamentdə təmsil olunması olduqca önəmlidir: “Biz parlamentdə QHT sektoru ilə dövlət arasında bir növ körpü rolunu oynayırıq. Eyni zamanda QHT-lərin mövqeyini müdafiə edirik. Misal üçün, Azərbaycan Respublikasının 2012-ci il üçün Dövlət Büdcəsi müzakirə edilərkən millət vəkili Azay Quliyev və mənim təkidli və əsaslı çıxışlarımızdan sonra QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan maliyyə vəsaiti bir qədər artırıldı. Biz parlamentdə həm də ayrı-ayrı vətəndaşları qəbul edir, onların hüquqlarını qoruyur, müxtəlif problemlərin həllində onlara köməklik göstəririk. QHT rəhbəri və həm də deputat olmaq nə qədər çətin olsa da, belə hesab edirəm ki, bu iki iş bir-birinə mane ola bilməz”.

Xatırladaq ki, Çingiz Qənizadə eyni zamanda Demokratiya və İnsan Hüquqları Komitəsinin sədridir.

Millət vəkili Fazul Mustafa da deputatın həm də QHT rəhbəri olmasını müsbət qiymətləndirməsə də, paralel vəzifə bölüşən vəziyyətlərdən təhlükəsiz olduğunu deyir.

QHT-dən xəbərsiz onun qanunu dəyişmək olar?

Avropa Şurasının yuxarıda qeyd olunan tövsiyyəsində göstərilir ki, QHT-lərin statusuna, maliyyələşdirilməsinə və ya fəaliyyət sahəsinə aidiyyatı olan əsas və yardımçı qanunvericiliyin hazırlanması zamanı QHT-lərlə məsləhətləşmələr aparılmalıdır. Ancaq, Azərbaycanda bunun əksi olan təcrübə var. Belə ki, 2009-cu ildə QHT sektoru ilə məsləhətləşmədən, “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar)” haqqında qanuna dəyişikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisə təqdim olundu. Sözügedən layihədə üç müddəa daha ciddi narazılığa səbəb olub. Belə ki, layihədə QHT-lərin maliyyyələşməsinin 50/50-yə prinsipilə aparılması irəli sürülürdü. Yəni qrant layihələrinə ayrılan vəsaitin yalnız yarısı xarici donorlar vasitəsilə maliyyələşə bilər. Yerdə qalan hissə isə hökmən daxildən maliyyələşməlidir. Başqa bir tərəfdən, ölkə üzrə fəaliyyət göstərən QHT-lərin bölgələrin ən azı üçdə birində fəaliyyəti olmalıdır. Üçüncü müddəaya görə isə, fəaliyyəti qadağan edilən QHT təsisçisi 5 il müddətinə yenidən ictimai təşkilat yaratmaq hüququndan məhrum edilir. Ancaq, söügedən qanun layihəsi QHT sektorunun təpkisi ilə gündəlikdən çıxarıldı. Həmin vaxt layihənin keçməməsi üçün fəallıq göstərən, iqtisadçı-ekspert Qubad İbadoğlu təsdiq edir ki, qanun layihəsi barədə yalnız Milli Məclisə təqdim edildikdən sonra xəbər tuttular.

İbadoğlu xatırladır ki, sonradan QHT-lərlə sözügedən qanuna dəyişiklər barədə müzakirələr aparıldı: “Ancaq, bu gecikmiş addım idi. Layihə qanunvercilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunmadan qabaq müzakirə aparılmalı idi”.

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov da xatırladır ki, QHT-lərin qanun qəbulunda iştirakına dair qayda nəzərdə tutan hər hansı birbaşa müddəa yoxdur: “Yalnız ayrı-ayrı qanunlarda ümumi qanunvericilik prosesində QHT -lərin iştirakını nəzərdə tutan normalar təsbit olunub. Məsələn, QHT-lər haqqında QHT-lərin qanunvericiliyin təkmilləşdirilməsi təklifləri ilə çıxış etmək hüququ nəzərdə tutulub. Bu normalar QHT-lərin həm də QHT qanunvericiliyində iştirakına imkan yaradır”.

Həsənov vurğulayır ki, bu normalar QHT qanunvericiliyinin dəyişdirilməsində QHT-lərin mütəq iştirak etməsini nəzərdə tutmur və bu barədə praktika da formalaşmayıb.

İştirak mexanizmi necə olmalıdır

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, qanun qəbulunda QHT-lərin iştirakı ilə bağlı müəkkəmməl mexanizmlərdən biri, ABŞ örnəyidir. Onun sözlərinə görə, bu proses 2 istiqamət üzrə həyata keçirilir: “Birincisi, büdcə və digər maliyyə işləri ilə bağlı qərarlarda mütləq QHT-lər iştirak edir. Bu məcburi qaydadır”.

Bayramov deyir ki, ikinci yol, ABŞ-da bir adət kimi formalaşıb: “Belə ki, qanun layihələri adətən Konqresə gəlmədən öncə, QHT-lərdən rəy və təkliflər alınır. Məsələn, Obamanın təklif etdiyi, “İcbari Sığorta” haqqında qanun qəbul olunmadan öncə 5 QHT-nin rəyi nəzərə alındı”.

QHT-lərin ictimai rolu

QHT- lərin oynadığı rol, daşıdığı funksiya əsasən ictimai xarakter daşıyır. Üzvlərin aktivliyindən və siyasi sistemdən asılı olaraq QHT-lər cəmiyyətin həyatında özəl sektorun və dövlətin icra etmədiyi və ya edə bilmədiyi bir çox funksiyaları yerinə yetirir. Bu funksiyaları aşağıdakı kimi xarakterizə etmək olar:

QHT-lər cəmiyyətdə, siyasi sistemdə alternativ strukturlar yaradır. Beləliklə, QHT-lər cəmiyyətdə əhəmiyyətli məsələlər barədə müzakirələrin artmasına, insanların öz bacarıqlarından daha səmərəli istifadə etməsinə, təşəbbüskarlığın artmasına, bütövlükdə demokratiya və plüralizmin inkişafına səbəb olan platforma rolunu oynayırlar;

QHT-lər özündə sosial institutların optimal fəaliyyətini ifadə edir. İctimai-siyasi və iqtisadi plüralizmin olduğu ölkələrdə QHT-lər dövlətin sosial siyasətində çatışmazlıqların tamamlayıcısı kimi çıxış edirlər. Belə hallarda dövlət orqanları QHT-lərlə əməkdaşlığa can atır, bəzi dövlətlərdə isə bu məqsədlə xüsusi dövlət orqanları yaradılır. Məsələn, 1983-cü ildə Fransada yaradılmış Milli Şura QHT-lər və dövlət arasında məşvərətçi rolunu oynayır. Bu orqan QHT-lərin inkişafı ilə bağlı məsələlərlə hökümətə təklif vermək hüququna malikdir;

QHT-lər öz fəaliyyəti ilə kifayət qədər inkişaf etməmiş dövlət orqanlarının fəaliyyətindəki çatışmazlıqları aradan qaldırır;

Bəkir Nərimanoğlu

“Bu yazı “Demokratiyanı Öyrənmə” İB tərəfindən Avropa Birliyinin dəstəyilə həyata keçirilən Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35
Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29
"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22
Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18
Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR - görün, harda imiş...
Bu gün, 06:07
İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb - KİV
Bu gün, 06:00
Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23
Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13
1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07
Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59
"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50
Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45
İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
16-05-2026, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
16-05-2026, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
16-05-2026, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
16-05-2026, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
16-05-2026, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
16-05-2026, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
16-05-2026, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
16-05-2026, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
16-05-2026, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
16-05-2026, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
16-05-2026, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
16-05-2026, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
16-05-2026, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
16-05-2026, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
16-05-2026, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
16-05-2026, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
16-05-2026, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
16-05-2026, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
16-05-2026, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
16-05-2026, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
16-05-2026, 10:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru