Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib .....                     "Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." .....                     Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? .....                     "Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" .....                     "Heç kim sizi işdən azad edə bilməz!" .....                     "Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." .....                     Trampın gerçək Rusiya siyasəti... .....                     Hər yandan bir təhlükə gəlir... .....                     Pentaqon rəhbəri İranı hədələdi .....                     "Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." .....                     Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi .....                     Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub .....                     “Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” .....                     Universitetlər bu rayonlara köçürülə bilər .....                     Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü .....                     Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik .....                     "Süni şəkildə düşmənçilik yaradılır" .....                     "Edənlər nə qazandı ki, sən də qazanasan..." .....                     Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib .....                     Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi .....                     Yenicag.az saytının 19 yaşı tamam olur .....                     Cahid Şahbazovun DAHA BİR QURBANI... .....                     Kredit kartları ilə əməliyyatlar niyə azalıb? .....                     Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... .....                     Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı .....                     Ermənistanın “komplementar siyasəti” .....                     "Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir .....                     Səbrin də bir həddi var .....                     Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... .....                     Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir .....                     Adil Əliyev yaxşı başçı olsaydı... .....                     Anar Bayramovdan yeni təyinat .....                     "Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? .....                     Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi .....                     “Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır .....                     Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... .....                     Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” .....                     “Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” .....                     Xark adasında İrana məxsus tanker hədəfə alınıb .....                     Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək .....                 

ŞOK: MƏMURLARIN SAVAŞI AÇIQ MÜSTƏVİDƏ
Tarix: 6-07-2012, 12:39 | Çap et
ŞOK: MƏMURLARIN SAVAŞI AÇIQ MÜSTƏVİDƏ

MƏLEYKƏ ABBASZADƏ NAZİRİ AÇIQ MƏTNLƏ İFŞA ETDİ

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin APA-ya müsahibəsi

- Ölkə prezidentinin fərmanı ilə ilk dəfə olaraq bu il buraxılış imtahanları TQDK-nın təşkilatçılığı ilə keçirilib. Artıq bu imtahanlar başa çatıb. İmtahanlara rəhbərlik edən şəxs kimi ilkin qənaətiniz necədir?
- Buraxılış imtahanlarının nəticələri ilə əlaqədar yalnız ilkin rəqəmləri demək olar. Hazırda imtahanlarla bağlı hansısa şərh vermək, araşdırma aparmaq qeyri-mümkündür. Qəbul imtahanları başa çatdıqdan sonra bu sahədə geniş tədqiqatlar aparacağıq. Qeyd edim ki, biz elmi-statistik araşdırmaları yalnız imtahanın məzmununa deyil, təşkilati işlərə də tətbiq edirik. Qısa müddətdə ölkənin bütün bölgələrində buraxılış imtahanlarını uğurla aparmaq ona görə mümkün oldu ki, ən xırda təşkilati işlərə də sistemli yanaşırıq, geniş təhlil aparırıq. Buraxılış imtahanlarının TQDK tərəfindən keçirilməsi barədə qərar qəbul edildikdən sonra öz tələblərimizi açıqladıq. Bildirdik ki, buraxılış imtahanları 11 il ərzində orta məktəbdə tədris olunan əsas iki fənn – “Ana dili” və “Riyaziyyat” fənlərindən keçiriləcək. TQDK-da 2008-ci ildən başlayaraq testologiya, imtahanları müxtəlif günlərdə keçirmək və nəticələri bir-biri ilə müqayisə etmək üçün xüsusi növ testlər hazırlanıb. 65 min şagird pretest imtahanlarında bu testləşdirmədən keçdikdən sonra həmin testlərin xüsusiyyətlərini təhlil edərək ayrıca bank yaratmışdıq. Bu bank həm IX sinif, həm də XI sinif üzrə “Ana dili” və “Riyaziyyat” fənlərinə aid idi. İş elə gətirdi ki, buraxılış imtahanlarını aparmaq TQDK-ya həvalə olundu. Bizdə elmi baza hazır idi. Klassik pedaqogikada faktiki olaraq 30 sual proqramı tam əhatə edir. Proqramın 30 faizini mənimsəyən şəxs 8-9 suala, maksimum 10 suala düzgün cavab verməlidir. Buna görə də biz ilkin olaraq elan etmişdik ki, müvəffəq qiymət almaq üçün şagird ən azı 8 suala düzgün cavab verməlidir. Bakı üzrə ilkin nəticələr müəyyənləşdikdə biz elan etdik ki, 5 suala cavab verən şəxslərə “3” yazılacaq. Bunu nə üçün etdik? Məsələ ondadır ki, Bakının və bir neçə regionun nəticələri orta respublika nəticələrindən həmişə çox yüksək olub. Bu, bir ilin nəticəsi deyil, 20 il ərzində müşahidə etdiyimiz faktdır. Məsələ ondadır ki, Bakıda məzunların 80-90 faizi qəbul imtahanlarında iştirak edir. Amma elə rayonlar var ki, orta məktəbi bitirənlərin yalnız 25-30 faizi ali məktəblərə sənəd verir. Qalan 70 faiz bizim qəbul imtahanlarına gəlmirdi və biz onların bilik səviyyəsini dəyərləndirə bilmirdik. Beləliklə 5 ballıq göstərici ilə Bakı üzrə 11-ci siniflərdə 97,005 faiz, 9-cu siniflərdə isə 91,15 faiz şagird müvəffəq nəticə göstərib. Bu, bizi çox narahat etdi. Ona görə də bu qənaətə gəldik ki, rayonların nəticələri bundan yaxşı olmayacaq və 5 balla şagirdlərə “3” qiyməti yazmağı qərara aldıq. Bu kriteri ilə bütün ölkəni götürəndə 11 illik baza üzrə 89,61 faiz şagird müsbət nəticə göstərib. 9 illik bazada isə yalnız 80 faiz müvəffəq nəticə əldə edib. Müqayisə üçün bildirim ki, əgər 8 suala düzgün cavab verənlərə “3” qiyməti yazsaydıq, onda ölkə üzrə XI siniflərdən cəmi 69 faiz, IX siniflərdən isə 48,47 faiz şagird müsbət qiymət alacaqdı.

- Bunlar çox aşağı göstəricilərdir...
- Mən bu rəqəmlərə heç bir şərh verməyəcəyəm. Yalnız onu deyə bilərəm ki, bu, real nəticədir. İmtahanlar tam təlimata uyğun keçirilib və şagirdlərin real biliklərini ölçmək mümkün olub. Testlərin səviyyəsinə gəlincə, qərara gəldik ki, Bakı üzrə imtahanda istifadə olunmuş test tapşırığı nümunələrini saytımızda yerləşdirək. Artıq bu iş başa çatıb və hər kəs bu tapşırıqlarla tanış ola bilər. Məsələ ondadır ki, imtahana hazırlaşmaq üçün testləri əzbərləmək lazım deyil. Tədris prosesi düzgün qurulmalı, uşaqlar bilik toplamalıdır. Test uşağın biliyini kütləvi proseslərdə qiymətləndirmək üçün yalnız bir alətdir. Mən bir məsələyə də toxunmaq istəyirəm. Astaradan tutmuş Ağstafaya, Ağcabədidən tutmuş Şamaxıya qədər bütün rayonlarda buraxılış imtahanlarını izləmişəm. Azərbaycan müəllimliyi var. Xüsusən də rayonlardakı müəllimlərin öz işlərinə çox vicdanla yanaşdıqlarını gördüm. Həmin müəllimlər cəmi iki dəfə təlimatdan keçiblər, onlarla müqavilə bağlanıb. Onlar bilirdilər ki, bir imtahanın növbəsinə görə 32 manat əməkhaqqı alacaqlar. Buraxılış imtahanları zamanı müəllim tərəfindən pozuntu halı ilə əlaqədar yalnız Ağsuda bir fakt aşkarlandı. Müəllim uşaqlara cavab verməkdə kömək etmək istəyirdi və o, imtahan prosesindən kənarlaşdırıldı. Başqa belə fakt qeydə alınmayıb. Nəzarətçi müəllimlərin hamısı müvafiq regionlarda işləyən rayon və kənd müəllimləri idi. Onlar birinci dəfə idi ki, belə mərkəzləşdirilmiş imtahanlarda iştirak edirdilər. Həmin müəllimlər öz işlərini çox intizamla yerinə yetiriblər. Eyni sözləri polis işçiləri haqqında da demək olar. İcra orqanlarından da imtahanların gedişinə hər hansı müdaxilə cəhdləri olmadı. İmtahan bütün rayonlarda çox normal səviyyədə keçib. Mən bu imtahanlardan belə nəticə çıxardım ki, təhsilin idarəetməsi sistemli elmi əsaslar üzərində qurulsa, bizim Azərbaycan müəllimləri orta məktəbdə tədris prosesində özlərini göstərə bilər və bizim uşaqların nəticələri daha yüksək olar. Ümumiyyətlə, ölkədə orta təhsilin səviyyəsini qaldırmaq üçün təxminən 5 il vaxt lazımdır. Buraxılış imtahanlarının nəticələrinə əsasən bu, açıq-aşkar görünür.

- Təhsil Nazirliyinin verdiyi elektron məlumat bazasında da kifayət qədər səhvlərin olduğu aşkarlandı...
- Məsələn, Cəlilabadda 9 illik baza üzrə imtahan verənlərin 1768-i oğlan, 1427-si qızdır. Hətta IX sinifdə qızların sayı 300 nəfər azdır. Bu say 3-5 nəfər az ola bilər. 30 faizə qədər az olmaq isə normal deyil. Və yaxud da Şəmkirdə 9-cu sinif üzrə imtahanlarda 1558 oğlan, 1330 qız iştirak edib. IX sinfin 200 qızı haradadır? İlkin məlumatlar belə idi ki, XI sinif üzrə 90 min şagird buraxılış imtahanlarında iştirak etməli idi, lakin imtahanda 78 min şagird iştirak edib. Bunun səbəbləri araşdırılacaq. Zəlzələ zonasında buraxılış imtahanlarından azad edilən məktəblərin şagirdlərini sayandan sonra məktəblərdə olan real uşaqların sayına baxacağıq. 9 illik baza üzrə isə imtahanda iştirak etməli olan 125 min şagirddən 115 mini imtahanda iştirak edib. Yenə də 10 min şagird yoxdur. Araşdırma aparmaq üçün indi bizim sadəcə vaxtımız yoxdur. Amma bu siyahılar məktəb-məktəb araşdırılacaq. Başqa bir maraqlı fakt da aşkarlanıb. Masallıda xeyli sayda şagirdi Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sisteminə (TİMS Proqramı) atalarının adları ilə yox, kənddə çağırdıqları ləqəblə daxil ediblər. TİMS Proqramından da bizə bu adlar gəlib. Yalnız Masallıda bir imtahan mərkəzi üzrə 100-dən çox uşaqla bağlı belə problem var idi. Bunu indiyə qədər heç kəs yoxlamayıb. TİMS neçə ildir işləyir, hələ də adlar bazasında səhvlər var. Biz bazanı yaradanda şəxsiyyət vəsiqəsi, sənədlərlə işləyirik. Attestat şəxsiyyət vəsiqəsinə uyğun olmalıdır. İllik qiymətlərin daxil edilməsində də çoxlu səhvlər var. Halbuki 11-ci sinifdə oxuyanların 10-cu sinif üzrə illik qiymətləri çoxdan TİMS-də olmalı idi, çünki onlar məktəbi 1 il əvvəl bitiriblər. Biz sentyabr ayında 11-ci sinifdə oxuyanların 10-cu sinif üzrə qiymətlərini toplayıb dəqiqləşdirmələr aparacağıq. Prezidentin fərmanında yazılmışdı ki, Təhsil Nazirliyinin maddi-texniki bazası bizə verilsin. Biz hesab edirdik ki, o baza təmizdir. Çünki Təhsil Nazirliyi il ərzində monitorinq imtahanları keçirib. Əgər bu imtahanlar real elmi əsaslarla keçirilsəydi, bu çatışmazlıqları monitorinq imtahanları zamanı aşkar etmək mümkün idi. İndiyə qədər keçirilən imtahanlar cəmiyyətin gözündən pərdə asmaq məqsədi daşıyıb. Pərdənin arxasında hansı işlər görülür, onu heç kəs bilmir. Fakt odur ki, biz bu bazaları təmizləyib qurtara bilmirik. Yalnız onu deyə bilərəm ki, bazanın təmizliyi 50 faizdən çox deyildi. Hətta baza bizə təhvil veriləndə orada şəkillərin yalnız 75 faizi uyğun idi. Bizim əsas məqsədimiz orta məktəblərin tədris prosesində olan nöqsanları ortaya çıxarmaq yox, uşaqların bilik səviyyəsini müəyyən etməkdir. Mən hesab edirəm ki, pedaqoji ictimaiyyətin ümumi səyləri ilə bu nöqsanlar aradan qaldırılacaq.

- Buraxılış imtahanlarının nəticələrinə əsasən, bu il attestat ala bilməyəcək şagirdlərin sayı nə qədərdir?
- XI illik bazada məzunların 89,61 faizi attestat alacaq. Şəhadətnaməni isə 9-cu siniflər üçün keçirilən imtahanlarda iştirak etmiş uşaqların 80 faizi əldə edəcək. 9 illik bazada şəhadətnamə ala bilməyən uşaqlar sentyabr ayında keçiriləcək imtahanda iştirak edəcəklər.

- Bu il əlaçıların sayı nə qədər olub?
- “5” qiymət alanlar proqramın 80 faizini mənimsəməlidir. Onların arasında daha yaxşı, 100 faiz mənimsəyənlər də olmalıdır. Yəqin ki, onların arasında proqramı 70 faiz mənimsəyənlər də var. Çünki suallar çox asan idi, buna görə də əlaçıların sayı çox ola bilər. Amma “5” qiyməti alanlar qəbul imtahanlarına gələndə onların arasındakı fərq görünəcək. Çünki kimsə yalnız sadə suallara cavab verə bilir. Amma qəbul imtahanlarında sadə sualların sayı 8-dən çox olmur. Buraxılış imtahanlarında “Ana dili” və “Riyaziyyat”dan “5” qiymət alan şagirdlər qəbul imtahanlarında həmin fənlərdən 60 faizdən yuxarı nəticə göstərəcəklər.

- Təhsil naziri bildirib ki, bu il qızıl medalların verilməsi funksiyasını TQDK-ya təklif edib. Lakin TQDK bu təklifdən imtina edib. İmtinanın səbəbi nədir?
- Hansısa nazirlik digər nazirliyə nə isə təklif edə bilməz. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativ sənədlər var. Medallarla əlaqədar normativ baza var. Bu bazada yazılıb ki, medalları Təhsil Nazirliyi verməlidir. Biz əgər bunu dəyişmək istəsəydik, onda belə çıxırdı ki, bu il medal alan olmayacaqdı. Çünki bir normativ qayda dəyişirsə, yenisinin hazırlanması üçün müəyyən vaxt lazımdır. Hesab edirəm ki, hansısa quruma səlahiyyətlər veriləndə əhaliyə elan olunan qaydalarla xidmət göstərmək lazımdır. Biz buraxılış imtahanlarının qaydalarında dəyişiklik etdik. Bu qaydalar yalnız asanlaşa bilər, çətinləşdirilə bilməz. Səkkiz fəndən imtahan olmalı idi, biz sayı iki fənnədək azaltdıq. Əhalinin heç bir hüququnu tapdalamadıq, prosesi mürəkkəbləşdirmədik. Ona görə də burada normal vəziyyət yarandı. Medal verməklə bağlı bizim rolumuz ondan ibarət ola bilər ki, biz həmin uşaqların “Ana dili” və “Riyaziyyat”dan biliyini yoxlayıb, deyə bilərik ki, onlar “5” qiymətinə layiqdir. Təbii, onlar “5” qiymətinə layiq deyillərsə, medal almayacaqlar.

- Prezidentin sərəncamından irəli gələrək mərkəzləşmiş buraxılış imtahanları ilə bağlı müvəqqəti qaydalar hazırlandı və buraxılış imtahanları o qaydalara əsasən həyata keçirildi. Qaydaların yekun variantı nə zaman tam hazır olacaq? Gələn il buraxılış imtahanlarına salınacaq fənlərinin sayının artacağı gözlənilirmi?
- Buraxılış imtahanları ilə bağlı yekun qaydaların layihəsi Ədliyyə Nazirliyinə və Nazirlər Kabinetinə təqdim edilib. Ola bilsin ki, Ədliyyə Nazirliyinin də öz təklifləri olsun. Ona görə mən indi nəyisə açıqlaya bilmərəm. Qaydalar təsdiq olunandan sonra açıqlanacaq. TQDK-ya təkcə buraxılış imtahanları həvalə olunmayıb, bütövlükdə təhsil alanların attestasiyasını aparmaq həvalə olunub. Attestasiya bütün fənlərdən aparılacaq. Necə aparılacağı isə qaydalarla müəyyən ediləcək. Məsələn, bir fənnin attestasiyası 7-ci, digəri isə 8-ci sinifdə bitir. Bu attestasiyanı biz ya məktəblərdə mərkəzləşmiş şəkildə aparılmalıyıq, ya da verdiyimiz alqoritmlər əsasında məktəb bunu aparmalıdır. Bu qaydalar təsdiq olunandan sonra gələn ilin modelini müzakirə edib, ictimaiyyətə təqdim edəcəyik. TQDK bununla əlaqədar təhsil sahəsində işləyən mütəxəssisləri müzakirələrə qoşulmağa çağırır. Bu proses ictimaiyyətin gözü qarşısında gedəcək və açıq olacaq. Amma ən azı 2 il ərzində bu qaydalar dəyişməməlidir. Bu il keçirilibsə, gələn il də bu nəticələri təsdiqləmək üçün həmin qaydada keçirilməlidir. Amma gələn il ola bilsin ki, 5 sualı yox, ən azı 6-7 sualı cavablandıranlara “3” qiyməti yazılacaq. Amma indi bununla bağlı heç nə deyə bilmərik. Çünki növbəti buraxılış imtahanlarına qədər müəyyən monitorinqlər, pretest imtahanları keçirəcəyik, uşaqların səviyyəsini öyrənəcəyik. Hər halda biz məktəblərdə qiymətləndirmə prosesinə çox ciddi müdaxilə edəcəyik.

- Buraxılış imtahanlarının keçirilməsi üçün texniki baxımdan hər hansı çətinlik oldumu? İmtahanlarda ümumilikdə nə qədər qayda pozuntusu halları qeydə alınıb?
- İmtahana buraxılış rejimi zamanı qayda pozuntusuna cəhdlər olurdu. İmtahana telefon keçirmək istəyənlər aşkar olunan kimi imtahandan qovulurdu və onlar heç zaman bağışlanmayacaqlar. Onlar öz talelərinə zərbə vurdular. Biz uşaqlara çox aşağı səviyyədə tələblər qoymuşduq. Ümumilikdə 100 nəfərə yaxın şəxs imtahandan qovulub. İmtahandan qovulmuş şəxslər 9-cu sinif şagirdidirsə, sentyabrda təkrar imtahan verəcək. 11-ci sinif şagirdidirsə, yalnız gələn il imtahan vermək şansı qazanacaq. Bu il onlar ali məktəblərə qəbul prosesində iştirak edə bilməyəcəklər. Belə də olmalıdır. Əgər onlar bu cür sadə imtahanda köçürməyə cəhd göstəriblərsə, demək bilikləri yoxdur. Heç kəs deyə bilməz ki, biz bu uşaqların taleyinə təsir göstərmişik.

- Yevlax rayonunda bir şagirdin yerinə digərinin imtahana girmək istəməsi faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub? Belə hal digər məktəblərdə də aşkarlanıb?

- Bununla əlaqədar fakt artıq prokurorluq orqanlarına təhvil verilib. Məktəb rəhbərliyi tərəfindən eyni adama dair iki müxtəlif adamın fotoşəkili yapışdırılmış saxta arayış təqdim olunmuşdu. Başqa belə faktlar aşkarlanmayıb.

- 2014-cü ildən Azərbaycanda tələbə qəbulunun yeni model əsasında həyata keçiriləcəyini demişdiniz. Yeni modellə əlaqədar aparılan işlər indi hansı mərhələdədir?
- Buraxılış imtahanlarının nəticələrini tam araşdırandan sonra ictimaiyyətə bir neçə model təqdim etməyə hazır olacağam. Hər bir modelin müsbət və mənfi xüsusiyyətləri olacaq. Təyin etməliyik ki, elmiliyi aşkarlığa qurban veririk, yoxsa aşkarlığı elmiliyə. Biz indiyə qədər aşkarlığı üstün tuturduq. Müəyyən insanlar üçün isə aşkarlıq ümumiyyətlə mövcud deyil. Dırnaqarası elmiliyi ortaya qoysalar da, təəssüflər olsun ki, bu elmilik də yoxdur.

- Attestat ala bilməyən məzunlarla bağlı xüsusi Dövlət Proqramının yaradılmasını təklif etmisiniz. Sizcə, bu proqramda hansı detallar əks olunmalıdır?
- Sabirabad, İmişli, Cəlilabad, Masallı, Qobustan, Gədəbəy, Yardımlı, Ağcabədi, Hacıqabul kimi rayonlarda 9-cu sinif üzrə nəticələr çox acınacaqlıdır. Bu uşaqlar hələ iki il oxumalıdırlar. Onlarla işləmək lazımdır ki, heç olmasa 11-ci sinfə müvafiq biliklərlə gəlib çatsınlar. Əks halda onlar müasir dünyada yaşaya, vətəndaş kimi formalaşa bilməyəcəklər. Mən Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyaya buraxılış imtahanlarının nəticələri ilə əlaqədar nəticələri təqdim edib öz təkliflərimi verəcəyəm.

- Bu ay həm də qəbul imtahanları başlayır. Təşkilati baxımından TQDK bu prosesə hazırdır?
- Qəbul imtahanlarına hazırlıq il boyu getmişdi deyə, biz bu prosesə hazır idik. İndi yalnız 1 həftə ərzində biz bazaları təmizləyəcəyik. Təşkilati işlər, personalın hazırlığı yüksək səviyyədədir. Buraxılış imtahanları qəbul imtahanları üçün bir növ yeni treninq oldu. Yenə də nəzarətçilərin və imtahan rəhbərlərinin işini qiymətləndirdik. Rayonlara qəbul imtahanlarına heyət göndərəndə Bakıdan nəzarətçi də göndərirdik. Buraxılış imtahanlarında normal işləyən nəzarətçi müəllimlər də qəbul imtahanlarına cəlb olunacaqlar.

- TQDK-nın istifadəyə verdiyi Tələbə-məzun elektron bazasında hazırda nə qədər şəxs haqqında məlumatlar var? Bu ilin martında TQDK “qara baza”ya düşən məzunların sayını açıqladı. Ötən müddət ərzində bu sayda hər hansı dəyişiklik varmı?
- Bu say təbii ki, artır. Bu il magistraturaya qəbul olunanların arasında da belə uşaqlar aşkar olundu. Hər dəfə dövlət qulluğuna qəbul aparanda da belə uşaqlar aşkar olunur və onlar “qara bazaya” daxil edilirlər. Bundan başqa, bizə müxtəlif dövlət qurumlarından çoxlu sorğular ünvanlanır. Bu sorğuları araşdıranda da belə faktlar üzə çıxır. Biz dərhal həmin ali məktəbə və Təhsil Nazirliyinə məktub göndəririk. Ali məktəb bizə məlumat verəndə ki, həmin uşaqlara diplom verməyib, o halda biz həmin materialları hüquq-mühafizə orqanlarına göndəririk. Belə hallar da var.

- Müəllimlərin işə qəbulu ilə əlaqədar müsabiqəni də TQDK-nın keçirməsi mümkündürmü?
- Bu işi Təhsil Nazirliyi həyata keçirir. İcra orqanları arasında vəzifə bölgüsü aparmaq prezidentin səlahiyyətindədir. Kimə nə həvalə olunubsa, onu həyata keçirməlidir. Təbii ki, vicdanla, elmi əsaslarla və düzgün...

- Azərbaycan Təhsilinin İnkişafı üzrə Milli Strategiyanın nə zaman qəbul olunacağı gözlənilir?
- Strategiya artıq hazırdır. O qəbul olunmazdan əvvəl yəqin ki, buraxılış imtahanlarının nəticələrini də Təhsil Komissiyasına təqdim edəcəyəm. Strategiyada 12 illik təhsil sisteminə keçid nəzərdə tutulub. Bu, birillik proses deyil, mərhələ-mərhələ həyata keçirilməlidir. 12 illik sistemə keçmək üçün ən azı 5 il vaxt lazımdır. Proqram, kurrikulumlar, dərsliklər dəyişməlidir. Amma bu prosesin nə vaxt başlayacağı əvvəlcədən elan edilməlidir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib - “Exilenova Plus”
Dünən, 09:37
"Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." - ETİRAZ VAR!
Dünən, 09:31
Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? - Şəhid anası bütün Bərdəni boğaza yığıb, bu dəfə də…
Dünən, 09:13
"Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" - Partiya sədrindən ÇAĞIRIŞ
Dünən, 09:03
"Heç kim sizi işdən azad edə bilməz!" - MÜRACİƏT
Dünən, 08:50
"Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." - GİLEY
Dünən, 08:42
Trampın gerçək Rusiya siyasəti... - AKTUAL
Dünən, 08:34
Hər yandan bir təhlükə gəlir... - Beli sınan millət olacaq...
Dünən, 08:22
Pentaqon rəhbəri İranı hədələdi
Dünən, 08:17
"Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." - deputat
Dünən, 07:53
Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi - Pul, qaz və 300 minlik təhlükə
Dünən, 07:49
Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub - "Reuters"
Dünən, 07:45
“Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” – Zəngəzurun Şıxovuz və Kilsəkənd sakinləri
Dünən, 07:42
Universitetlər bu rayonlara köçürülə bilər - AKTUAL
Dünən, 07:39
Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü - TƏFƏRRÜAT
5-09-2026, 16:35
Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik - Ermənistan Prezidenti
5-09-2026, 16:33
"Süni şəkildə düşmənçilik yaradılır" - İlahiyyatçıdan “Çevik” olayına maraqlı ŞƏRH
5-09-2026, 16:24
"Edənlər nə qazandı ki, sən də qazanasan..."
5-09-2026, 16:17
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib - AÇIQLAMA
5-09-2026, 16:13
Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi - İNCƏLƏMƏ
5-09-2026, 13:23
Yenicag.az saytının 19 yaşı tamam olur
5-09-2026, 13:21
Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
5-09-2026, 13:15
Kredit kartları ilə əməliyyatlar niyə azalıb? - AKTUAL
5-09-2026, 13:06
Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... - FOTO
5-09-2026, 13:03
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
5-09-2026, 13:01
Ermənistanın “komplementar siyasəti” - “Qafqaz evi” olacaqmı?
5-09-2026, 12:56
"Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir – Tanınmış vəkil AÇIQLADI
5-09-2026, 12:55
Səbrin də bir həddi var - Daha bəsdir, oyunu dayandırın!
5-09-2026, 12:52
Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... - İŞ ALLAHA QALIB...
5-09-2026, 12:39
Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir - FOTO
5-09-2026, 12:33
Adil Əliyev yaxşı başçı olsaydı... - Sakinlər deyir ki...
5-09-2026, 12:25
Anar Bayramovdan yeni təyinat - ƏMR
5-09-2026, 12:04
"Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? - AÇIQLAMA
5-09-2026, 12:02
Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
5-09-2026, 11:57
“Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır - Görün, neçəyə...
5-09-2026, 11:50
Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... - "Onlar ölkənizdə...”
5-09-2026, 11:47
Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” - “Arvadı deyirdi ki, Rənanı kinoya çəkmə”
5-09-2026, 11:36
“Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” - deputat
5-09-2026, 11:28
Xark adasında İrana məxsus tanker hədəfə alınıb - “Daneşcu”
5-09-2026, 11:16
Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək - Stepan Qriqoryan
5-09-2026, 10:58
Rusiya Azərbaycanın tərəfində olacaq - Mehman Əliyevdən PROQNOZ
5-09-2026, 10:55
“Köçəri olmayan" qonşularımız indi niyə Dünya Köçəri Oyunlarını bu qədər sevirlər? - HƏQİQƏTƏN DƏ...
5-09-2026, 10:52
"Ailəli qadınlar məndən açıq geyinirlər" - ETİRAZ
5-09-2026, 10:40
Azərbaycanlı uşaq ögey atasını öldürdü - TƏFƏRRÜAT
5-09-2026, 10:36
Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər - Yeni rəsmi bəyanat
5-09-2026, 10:29
ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər - KİV
5-09-2026, 08:47
“Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi - ARAŞDIRMA
5-09-2026, 08:41
ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur
5-09-2026, 08:37
“Ermənistanda zəhərli ideologiya hələ də qalır” - FAKT BUDUR!
5-09-2026, 08:32
Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?
5-09-2026, 08:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru