Xameneinin müşaviri: .....                     Separatçıların ailələri Bakıya gəlmək istəyir .....                     “Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...” .....                     Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar .....                     İran neft hasilatını azaltmağa başlayıb .....                     Xamenei “müdafiə xətti”ni yardı .....                     SEPAH-dan şübhəli anons .....                     Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib .....                     Ukraynanın hücumunun üç əsas elementi: .....                     Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək .....                     Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir .....                     'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... .....                     27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... .....                     SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... .....                     ""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" .....                     Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı .....                     Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… .....                     Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq .....                     Nazir buralara mütləq nəzər salmalıdır... .....                     Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? .....                     “Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub .....                     Masallıda icra başçısının TENDER ORTAQLARI .....                     "Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası .....                     Sülhü “baltalayan” əl .....                     Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? .....                     Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? .....                     "Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" .....                     Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? .....                     Deputat oğlunun "iki fərqli həyatı" .....                     KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı .....                     Bu saxta xəbərləri kim(lər) və niyə yayır? .....                     İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir .....                     Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb .....                     Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. .....                     “VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” .....                     Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib .....                     Şagirdlər arasında güc nümayişi .....                     “Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” .....                     Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi .....                     Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi .....                 

SÜLEYMAN MİKAYILOVUN DURUMU AĞIRDIR
Tarix: 25-06-2012, 12:17 | Çap et
SÜLEYMAN MİKAYILOVUN DURUMU AĞIRDIR

SAHİBKARLARA DİVAN TUTAN İCRA BAŞÇISININ PA-DA İZAHATI ALINIB

DİA.AZ: - Qaradağ rayonundan olan sahibkarlar rayon icra hakimiyyəti tərəfindən aparılan söküntülərdən şikayət edirlər. Redaksiyamıza şikayət edən sahibkarlar Ağahüseyn Ağayev, Mirzəkərim Hüseynov və Fuad Məmmədov deyirlər ki, yeni icra başçısı gələndən obyektləri sökə-sökə gedir. Qalıblar məhkəmə qapılarında. Məsələn, Ağahüseyn Ağayev bildirib ki, oğlunun adına olan dörd obyektdən üçü icra başçısının göstərişi ilə sökülüb. Biri isə əlindən alınıb.

Ağahüseyn Ağayev: В«İcra başçısı üç obyektimi qanunsuz sökdürüb, birini də qanunsuz olaraq yaxın adamının adına özəlləşdirib. Məndən başqa, 10 nəfər sahibkarın əmlakı də qanunsuz özəlləşdirilib. Oğlumun adına olan mağazanın bir hissəsini - 238 kvadratmetrini sökdü, məhkəməyə müraciət etdim. Məhkəmə həmin mağazanın yerində əvvəlcə bank binası tikilməsi barədə qərar qəbul etdi. Mən özüm uzun illər həmin rayonda icra başçısının müavini olmuşam və xəritə üzrə hansı binaya hansı ərazidə bina tikintisi üçün yer ayrılmasını da yaxşı bilirdim. Bunu məhkəmədə sübut edəndən sonra, hakim əvvəl mənim xeyrimə qərar çıxartdı. Həmin günün ikinci yarısı məni tələsik məhkəməyə çağırdılar, hakim qərarını dəyişdi. Belə izah etdi kİ, Bakı şəhər İcra hakimiyyətinin tikintiyə dair sərəncamı var. Ancaq bu dəfə mağazanın yerində bank binası üçün yox, xəzinədarlıq idarəsinin tikintisi üçün qərar çıxartdı. Mən Prezident Administrasiyasına şikayət yazdım, ərizəm Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə İdarəsinə göndərilmişdi. Gecə ilə Xəzinədarlıq idarəsinin tikilmiş bir hissəsi söküldü, yer özümüzə qaytarıldıВ».

Ağahüseyn Ağayev 1 saylı İqtisadi-İnzibat məhkəməsində Qaradağ rayon İcra Hakimiyyətinə qarşı dəymiş zərərin ödənilməsinə dair iddia qaldırıb. 2 illik süründürməçilikdən sonra məhkəmə onun iddiasını təmin edib və ona dəymiş zərərin müqabilində 285 min manat kompensasiya ödənilməsinə dair qərar çıxarıb. Ağahüseyn Ağayev deyir ki, bu məbləğ mağazanın 190 kvadratmetrini kompensasiya edir. Sökülən mağazanın sahəsi isə 238 kvadratmetr olub.

Ağahüseyn Ağayev: В«İndi apelyasiya şikayəti vermişik, Biz itirilmiş faydaya görə də kompensasiya tələb edirik. Başçı mağazanı sökdürəndə mənim orada olan 100 min manatlıq malım zay olub. 21 aydan da çoxdur mağaza işləmir və gəlirdən məhrum olmuşuqВ».

Ağahüseyn Ağayev DİA.AZ-a onu da bildirib ki, bundan başqa, oğluna məxsus olan üzlü plitə sexi də icra başçısının göstərişi ilə qanunsuz sökülüb. O, 1 saylı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə ona əldən çıxmış fayda kimi aylıq 1000 manat hesablamaqla 19 min manat, dağıdılmış avadanlığa görə 22 min manat kompensasiya ödənilməsinə və sexin tikilib bərpa edilərək özünə qaytarılmasına dair qərar çıxarıb. Ancaq nə Qaradağ icra hakimiyyəti nə də sahibkar qərardan razı qalmayıb.

Sahibkar icra hakimiyyətinin rəhbərliyinə qarşı cinayət işi başlanmasına görə, xüsusi qərar çıxarılması üçün qərardan apelyasiya şikayəti verib. İcra hakimiyyəti isə söküntünün qanuni olduğunu iddia edərək həmin instansiyaya müraciət edib.

В«Daha bir obyektimiz Bakı-Salyan yolunun 15-ci kilometrliyindədir. Sahəsi 300 kvadratmetr olan ticarət obyekti idi. Onu da sökdürdü. Ona görə məhkəmə bizim xeyrimizə qərar çıxarıb. Bazarın qarşısındakı ticarət cərgəsində isə 11 ticarət mağazasını sökdürüb ki, onlardan biri də mənim ailəmə məxsus olub. Ona görə hələ məhkəməyə müraciət etməmişik, çünki söz verib ki, o mağazanın əvəzinə başqa ərazidən yer ayrılacaq bizəВ».

Sahibkar Mirzəkərim Hüseynov isə bildirib ki, mağazası ondan xəbərsiz keçirilən məhkəmə qətnamələri ilə əlindən alınıb. Yuxarı instansiya məhkəmələri də onun sahibkar kimi pozulmuş hüquqlarını bərpa etməyib:

В«Ailələrimiz 1 il yarımdır ki, ac-susuzdur. Ailədə 9 nəfərik, o mağaza bizim yeganə qazanc yerimiz idi. İndi o boyda ailə 250 manat pensiyanın ümidinə qalıb. Mağazaya mal almaq üçün banklardan götürdüyüm 20 min dolları ödəyə bilmirəm. 2 ildir ordan-burdan borc tapa-tapa ödəyirəm. Pul da getdi, mal da getdi, mağaza da getdiВ».

Digər sahibkar Fuad Məmmədov isə bildirib ki, indi əllərindən çıxmış mağazanı vaxtilə onun ailəsinə elə dövlət özü verib:

В«12 ildir mağazanı işlədirdim, xəbərim olmadan Qaradağ məhkəməsi bazarda olan mağazamın bağlanması barədə qətnamə çıxarıb. Guya bazar sahibinin mənimlə olan icarə müqaviləsinə xitam verilib. Halbuki, mağaza sərəncamla mənə məxsusdur və mənim heç kəslə icarə müqaviləm yoxdur. Kommunal müqaviləni icarə müqaviləsi kimi işə tikib saxta qətnamə çıxarıblarВ».

Onu da bildirək ki, Qaradağ rayonunun В«ÇakırВ» ləqəbli icra başçısı Süleyman Mikayılova qarşı cinayət işinin açılma ehtimalları var və bir neçə gün əvvəl belə bir xəbər yayılmışdı. Birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adamı kimi tanınan Süleyman Mikayılovu mühafizə edən çətirin В«deşiləcəyiВ» isə heç şübhəsizdir. Ən azından Ramiz Mehdiyevin mövqelərinin son günlər zəifləməsi bu təəssüratı yaradır.

Mötəbər mənbələrdən DİA.AZ-a daxil olan son məlumatda isə vurğulanır ki, artıq sahibkarların məsələsi ilə əlaqədar Süleyman Mikayılov PA-ya yağrılıb: В«Maraqlıdır ki, onu PA-da Ramiz Mehdiyevə əks qütbdə dayanan simalar qəbul edərək, baş verənlərlə bağlı izahatını alıblar. Başçının diqqətinə çatdırılıb ki, məsələ birbaşa olaraq prezident İlham Əliyevin diqqətindədir və izahat da prezidentə təqdim olunacaqВ».

Xatırladaq ki, prezident İlham Əliyev Qaradağ rayonundan deputat olub və onun millət vəkilliyi dönəmində və onun rəhbərliyi altında inşa olunan obyektlərin böyük əksəriyyəti Süleyman Mikayılov tərəfindən В«plana salınaraqВ», Qaradağ rayonunun arxitektur quruluşuna zidd obyektlər kimi təqdim olunub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xameneinin müşaviri: - İran ABŞ gəmilərini məhv edə bilər
Dünən, 19:40
Separatçıların ailələri Bakıya gəlmək istəyir - İrəvandan səslənən iddialara sərrast cavablar
Dünən, 19:37
“Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...”
Dünən, 12:23
Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar - KİV
Dünən, 12:20
İran neft hasilatını azaltmağa başlayıb - Anbarlarda yer qalmayıb
Dünən, 12:16
Xamenei “müdafiə xətti”ni yardı – Fantastik rəqəm üzə çıxdı
Dünən, 12:14
SEPAH-dan şübhəli anons - “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Dünən, 10:14
Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib
Dünən, 10:12
Ukraynanın hücumunun üç əsas elementi: - Rusiya gizlədir...
Dünən, 10:10
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Dünən, 10:07
Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Dünən, 08:44
'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... - GİLEY
Dünən, 08:41
27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Dünən, 08:28
SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 08:25
""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" - Ekspert deyir ki...
Dünən, 07:43
Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı - MÜRACİƏT
Dünən, 07:41
Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
Dünən, 07:39
Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 07:26
Nazir buralara mütləq nəzər salmalıdır... - İLGİNC FAKTLAR
Dünən, 07:24
Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:05
“Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub - TASS
Dünən, 07:03
Masallıda icra başçısının TENDER ORTAQLARI - SİYAHI
Dünən, 07:01
"Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası - YÜZLƏRLƏ İNSANIN KARTINDAN 0.60 AZN SİLİNİR
Dünən, 06:56
Sülhü “baltalayan” əl - Görünəni odur ki...
Dünən, 06:48
Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? - İNCƏLƏMƏ
Dünən, 06:47
Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? - GƏLİŞMƏ
Dünən, 06:44
"Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" - deputat
Dünən, 06:43
Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? - AKTUAL
Dünən, 06:39
Deputat oğlunun "iki fərqli həyatı" - Eyni illərdə həm Bakıda sədr müavini, həm də xaricdə diplomat?
Dünən, 06:35
KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı
Dünən, 06:25
Bu saxta xəbərləri kim(lər) və niyə yayır? - ARAŞDIRMA
Dünən, 06:23
İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir - AÇIQLAMA
Dünən, 06:18
Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb - Zelenski
2-05-2026, 12:50
Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
2-05-2026, 12:49
“VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” - Ekspert kredit faizlərinin yüksək olmasını ŞƏRH ETDİ
2-05-2026, 12:43
Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib - Ermənilər xəritə yaydılar
2-05-2026, 12:31
Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?
2-05-2026, 12:24
“Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” - Samirə Yusifqızından ETİRAZ
2-05-2026, 12:19
Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi -SƏBƏB?..
2-05-2026, 12:11
Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi
2-05-2026, 12:03
Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? - NƏ BAŞ VERİR?
2-05-2026, 11:44
AZAL Təl-Əvivə uçuşları bərpa edir - DİQQƏT!
2-05-2026, 11:35
Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət – BİRLƏŞİR
2-05-2026, 11:17
Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR - TƏFƏRRÜAT
2-05-2026, 11:15
Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... - FAKT BUDUR
2-05-2026, 11:08
Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi - TƏFƏRRÜAT
2-05-2026, 11:06
“Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” - Bakıda “xruşşovka” ajiotajı
2-05-2026, 11:02
“Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” - deputat
2-05-2026, 10:55
İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: - “Gözümün içinə baxıb desin ki, Firəngiz Əlizadəyə 5 manat pul vermişəm”
2-05-2026, 10:51
Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır - İNCƏLƏMƏ
2-05-2026, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru