“365 tourism” şirkəti 50 nəfərin 132 min 700 manat pulunu mənimsəyib... - DƏLƏDUZLUQ...
Tarix: 31-08-2024, 12:47 | Çap et
 “365 tourism” şirkəti mən də daxil, ümumilikdə 50 nəfərin 132 min 700 manat pulunu mənimsəyib”.
Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Əbilhəsən Babayev müraciət edib.
Onun sözlərinə görə, şirkət vətəndaşlara müəyyən məbləğ qarşılığında Serbiyada işlə təminata dair vəd verib: “Mən pulları yığıb şirkətin işçisi Mehrab Xələfov adlı şəxsə verdim. Məni aldadaraq 2500 manatlıq müqavilə imzalatdılar. “Tempo trips” və “365 tourism” şirkətləri hər ikisi eyni adama məxsusdur. Müqaviləni də digər şirkətin adı ilə həyata keçirdilər. Daha sonra bizə məlum oldu ki, bunlar dələduzdur. 30-dan çox adam xaricə yollansa da, mənimlə birlikdə 15 nəfər getmədi. Lakin nə mənim, nə də digər vətəndaşların pulu qaytarılır”.
Ə.Babayev deyir ki, şirkət tərəfindən göndərilən şəxslər də digər ölkədə küçədə qalıb: “Gedənlər Serbiyada küçələrdə qalıb, heç bir işlə təmin olunmayıb. Bəziləri evlərindən bilet aldıraraq geri qayıdıb, qalanı isə hələ də orada müəyyən tikinti işlərində məcburiyyətdən işləyirlər. Lakin həmin insanlara heç bir əməkhaqqı verilmir, geri qayıtmağa da pulları yoxdur. Mehrab Xələfov isə yalandan deyir ki, pulları Əbilhəsənə, yəni mənə veriblər. Lakin mən pulları yığıb şirkətə vermişəm, elə mənə də 3 min manat ziyan dəyib”.
Şikayətçi sözügedən şirkətin Ağsu rayonundan deputatlıga namizəd olan Nəcəfov Ruslan İlyas oğluna məxsus olduğunu iddia edir: “Şirkətin baş direktoru, Nəcəfov Ruslandır, biz pulları Mehraba vermişik. İndi isə Sədaqət adlı bir qadın özünü direktor olaraq təqdim edir və deyir ki, pullarınız qayıtmayacaq. Ruslan Nəcəfov isə mənə xarici bir nömrəylə zəng vuraraq bildirdi ki, hara şikayət etsəniz də, nəticəsiz qalacaq. Buna görə də biz iyulun 18-də Şamaxı Rayon Polis Şöbəsinə müraciət etdik”.
50 vətəndaşın pulunun mənimsənilməsi iddiaları ilə bağlı şirkətin işçisi Mehrab Xələfovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında iddiaların əsassız olduğunu bildirib: “Biz heç kəsi aldatmamışıq. 50 nəfər şəxs olmayıb. Xaricə göndərdiklərimiz hər biri işlə təmin olunub. Sözügedən 50 nəfər bizim şirkətlə müqavilə imzalamayıb. Onlar başqa şirkətlə müqavilə imzalayıb. Şirkətin direktoru isə Ruslan Nəcəfov deyil, Sədaqət xanımdır”.
Məsələni aydınlaşdırmaq üçün baş direktor olduğu deyilən Ruslan Nəcəfovla da əlaqə saxlamağa çalışdıq. Lakin iddialara R. Nəcəfov yox, onun işçisi cavab verdi: “Ruslan bəy “365 tourism” şirkətinin rəhbəridir. Hazırda da bu vəzifəni icra edir. İddialar absurddur. Bu məsələnin bizim şirkətə aidiyyəti yoxdur”.
Vətəndaşlara qarşı edilmiş dələduzluq iddiaları ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov sorğuya cavab olaraq bildirib ki, iyulun 18-də Şamaxı Rayon Polis Şöbəsinə bu barədə müraciət daxil olub: “Bir qrup şəxs turizm şirkətlərindən birinin əməkdaşının onları xarici ölkəyə apararaq orada işlə təmin edəcəyi adı ilə 132 700 manat pulu ələ keçirdiyini bildirib. Araşdırma zamanı tərəflərin bir neçə dəfə görüşdükləri və şirkət tərəfindən həmin şəxslərin xarici ölkəyə göndərilərək orada işlə təmin ediləcəkləri barədə aralarında razılaşdıqları məlum olub.
Avqustun ayının əvvəllərində isə şirkət tərəfindən verilən vəd yerinə yetirilərək vətəndaşların 34 nəfəri işləmək üçün həmin ölkəyə göndərilib. Ancaq bəziləri getməkdən imtina edərək şirkətdən ödənilən maddi vəsaitin geri qaytarılmasını tələb ediblər. İstintaq araşdırmaları zamanı əməldə dələduzluq faktı aşkarlanmadığından həmin şəxslərə qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmələri izah olunub”.
Məlumat üçün bildirək ki, Mehrab Xələfov Ruslan Nəcəfovun şirkətin rəhbəri olduğunu təkzib etsə də, Mərkəzi Seçki Komissiyasının rəsmi saytında da namizədin iş yeri kimi “365 tourism” MMC-nin direktoru olduğu qeyd edilib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Boskalis” şirkəti Azərbaycandakı törəmə şirkəti və filialını bağlamaq QƏRARI VERDİ
Bu gün, 12:24 |
|
|
|
| • Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
Bu gün, 12:22 |
|
|
|
| • Dövlət Reklam Agentliyi auditor seçir
Bu gün, 12:20 |
|
|
|
| • 100-ə yaxın hərbçi Nazirlər Kabinetindən şikayətçidir - KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİLDİ
Bu gün, 12:19 |
|
|
|
| • Yağışdan sonra çoxalan göbələklər: Rusiyada axmaqların sayı artır - FAKT BUDUR!
Bu gün, 12:06 |
|
|
|
| • Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir - AKTUAL
Bu gün, 12:03 |
|
|
|
| • İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə CƏRİMƏ OLUNDU
Bu gün, 12:00 |
|
|
|
| • Elşad Xose xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
Bu gün, 11:57 |
|
|
|
| • MİDA-dan ev almaq istəyənləri aldadan şəxslərin cəzaları ağırlaşdırıldı
Bu gün, 11:45 |
|
|
|
| • Tramp onun Bakıya səfərini paylaşdı - Foto
Bu gün, 11:28 |
|
|
|
| • Ermənilər Gümrüdən Türkiyəyə dəmir yolu ilə getdilər - YOL AÇIQDIR...
Bu gün, 11:23 |
|
|
|
| • SOCAR-a yaxın daha bir şirkət YARADILDI
Bu gün, 11:21 |
|
|
|
| • Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir – VİDEO
Bu gün, 11:19 |
|
|
|
| • Gəncə Dövlət Universiteti.... ƏSL BAZARDIR! - İTTİHAM VAR...
Bu gün, 11:11 |
|
|
|
| • Tiktoker “Çevik” həbs edildi
Bu gün, 11:03 |
|
|
|
| • Rəis müavini olmaq istədi, 64 min manat pul verdi - TƏFƏRRÜAT
Bu gün, 10:56 |
|
|
|
| • Paşinyan iki Nobel mükafatı laureatının müəllifi olduğu "Güc və tərəqqi" kitabını bitirdi...
Bu gün, 10:54 |
|
|
|
| • Məhkəmə “Range Rover”lə qəza törədib hadisə yerindən qaçan gənc "makler"lə bağlı QƏRAR VERDİ
Bu gün, 10:50 |
|
|
|
| • Əli İnsanovun Azərbaycan vətəndaşlarının işi üzrə müşaviri rusdur - BELƏ DƏ OLUR...
Bu gün, 10:45 |
|
|
|
| • 10 dərsə sürücü hazırlayan kurslar: Yol qəzalarının səbəbkarı onlardır? - Ekspert deyir ki...
Bu gün, 10:41 |
|
|
|
| • Putin Ermənistanla bağlı vaxt verdi - KİV
Bu gün, 10:39 |
|
|
|
| • Qonşu davası başladı: "Cahan"ın yeni klipi səs salacaq! - VİDEO
Bu gün, 10:35 |
|
|
|
| • Şirkətin İdarə Heyətinin sədrinin seçilməsi müzakirəyə çıxarılır
Bu gün, 10:23 |
|
|
|
| • Qara dəniz “tələsi” - Qazaxıstan niyə tək bir neft marşrutunun girovuna çevrilib?
Bu gün, 10:20 |
|
|
|
| • Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib - QƏRAR
Bu gün, 10:18 |
|
|
|
| • DSMF Aydın Abbasovdan yenə ofis icarəyə götürdü: 540 min manata - DETALLAR
Bu gün, 10:16 |
|
|
|
| • Azərbaycanlıların apardığı ət və süd məhsulları məhv edildi
Bu gün, 10:12 |
|
|
|
| • Təhsildə BAĞIROVŞİNA... - Eşqi müəllimi bir təftiş edən olsa...
Bu gün, 09:59 |
|
|
|
| • Təqaüd üstündə başlayan mübahisə qanla bitdi: 86 yaşlı ata oğlunu bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
| • Ramiz Mehdiyevin 9 aylıq ev dustaqlığından nə doğuldu?.. - REPLİKA
Bu gün, 08:49 |
|
|
|
| • "Rock and Steel Construction" MMC fəaliyyətini DAYANDIRDI: Külli miqdarda borcu qaldı - FOTO
Bu gün, 08:46 |
|
|
|
| • Neft qiymətləri 1 həftə əvvəlki səviyyədə: - Nə qədər davam edəcək?
Bu gün, 08:44 |
|
|
|
| • Moskva yaxınlığında Su-57-ni Ukrayna vurub?
Bu gün, 08:42 |
|
|
|
| • Xəzərdən bu qiymətli məhsul oğurlanıb, hara daşınır? - AXI NİYƏ?..
Bu gün, 08:07 |
|
|
|
| • Nazirlikdəki əmilər bu məktəb direktoru ilə bacara bilmirlər? - İTTİHAM VAR...
Bu gün, 08:04 |
|
|
|
| • Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
Bu gün, 07:55 |
|
|
|
| • Yardım üçün açılan bank hesabları niyə bloklanır? – Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:50 |
|
|
|
| • Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27 |
|
|
|
| • Təcili yardım cavab vermədi, xəstəyə “Baralgin”i aptekdən almağı tapşırdılar – TƏBİB-dən şikayət
Bu gün, 07:21 |
|
|
|
| • Bilik artıq defisit deyil: bəs təhsilin məqsədi nədir? - AKTUAL
Bu gün, 07:15 |
|
|
|
| • "Həkim Baba Sağlamlıq Mərkəzi" fəaliyyətini DAYANDIRDI: Borcla... - TƏFƏRRÜAT
Bu gün, 07:13 |
|
|
|
| • Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal
Bu gün, 07:10 |
|
|
|
| • Pentaqon pilotsuz aparat istehsalını artırmaqda çətinlik yaşadığını etiraf edib - "Reuters"
Bu gün, 07:07 |
|
|
|
| • Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir? - Görünəni odur ki...
Bu gün, 07:05 |
|
|
|
| • Kəndləri boşaldan səbəb: Məktəblərin bağlanması doğru qərardır? - AKTUAL
Bu gün, 07:04 |
|
|
|
| • Fermerlər geri çəkilir, heyvan sayı azalır: Ət yenə bahalaşacaq? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02 |
|
|
|
| • Bu şirkət ancaq Elm və Təhsil Nazirliyindən tender udur... - HOQQABAZLIQ!
Bu gün, 06:43 |
|
|
|
| • Bölgələrdə xəstəxanalar boşdur: Pul yoxdur, yoxsa həkim? - AÇIQLAMA
Bu gün, 06:37 |
|
|
|
| • ""Xalq Sığorta"dan CANINIZI QURTARIN!" - MÜRACİƏT
Bu gün, 06:24 |
|
|
|
| • Kapital Bank müştərisinə ÇİLƏ YAŞADIR - GİLEY
Bu gün, 06:19 |
|
|
|
|