Nanə yeni mövsümdə qayıdır .....                     İran müharibəyə məcbur edilsə, çox yaxşı müdafiə olunacaq .....                     Sazonovun avtomobili partladıldı .....                     Tehranın türk qorxusu: .....                     264 keçmiş millət vəkili CHP-dən istefa verdi .....                     Məmura oğru deyən vətəndaş 1200 manat CƏRİMƏLƏNDİ .....                     “Facebook”da sosial və siyasi məzmunlu paylaşımlara ən çox kim pul xərcləyib? .....                     Fuad İsmayılov işdən çıxarıldı .....                     “Qolum işləmir, stresdən yata bilmirəm” .....                     Anar Bayramov daha bir xəstəxana direktorunu yola salır .....                     Yunan Allahlarını inkar edənləri də cəzalandırmaq lazımdır... .....                     İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır .....                     Abşeronneft NQÇİ-nin vəzifəli şəxsi SOCAR-ın İŞLƏK NEFT BORULARINI KƏSİB SATIR .....                     Zaxarovanın ikibaşlı Qarabağ açıqlaması .....                     "Aqroservis" auditor seçib .....                     Neftin bahalaşması Azərbaycan büdcəsinə necə təsir edib? .....                     Vladimir Putin Prezident İlham Əliyevə zəng edib .....                     Malları əlində qalan ermənilər... .....                     “Boskalis” şirkəti Azərbaycandakı törəmə şirkəti və filialını bağlamaq .....                     Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? .....                     Dövlət Reklam Agentliyi auditor seçir .....                     100-ə yaxın hərbçi Nazirlər Kabinetindən şikayətçidir .....                     Yağışdan sonra çoxalan göbələklər: Rusiyada axmaqların sayı artır .....                     Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir .....                     İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə .....                     Elşad Xose xəstəxanaya yerləşdirildi .....                     MİDA-dan ev almaq istəyənləri aldadan şəxslərin cəzaları ağırlaşdırıldı .....                     Tramp onun Bakıya səfərini paylaşdı .....                     Ermənilər Gümrüdən Türkiyəyə dəmir yolu ilə getdilər .....                     SOCAR-a yaxın daha bir şirkət .....                     Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir .....                     Gəncə Dövlət Universiteti.... ƏSL BAZARDIR! .....                     Tiktoker “Çevik” həbs edildi .....                     Rəis müavini olmaq istədi, 64 min manat pul verdi .....                     Paşinyan iki Nobel mükafatı laureatının müəllifi olduğu .....                     Məhkəmə “Range Rover”lə qəza törədib hadisə yerindən qaçan gənc "makler"lə bağlı .....                     Əli İnsanovun Azərbaycan vətəndaşlarının işi üzrə müşaviri rusdur .....                     10 dərsə sürücü hazırlayan kurslar: Yol qəzalarının səbəbkarı onlardır? .....                     Putin Ermənistanla bağlı vaxt verdi .....                     Qonşu davası başladı: "Cahan"ın yeni klipi səs salacaq! .....                 

BU NƏDİ BELƏ: AHİK-də 50 milyonluq korrupsiya... - müəllimlərin pulu, “putyovka” biznesi və “domik” satışı…
Tarix: 3-07-2024, 10:44 | Çap et
BU NƏDİ BELƏ: AHİK-də 50 milyonluq korrupsiya...
Son zamanlar Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və onun rəhbəri Səttar Mehbalıyev haqqında mediada çeşidli tənqidi yazılar gedir. Tribunainfo.az media üzərindən monitorinq və müşahidə apararaq xəbər verir ki, bu tənqidlərin böyük əksəriyyəti konfederasiyanın fəaliyyətsizliyi, başının biznesə qarışması və yan şirkətlər vasitəsi ilə mal-mülk toplaması haqdadır. Hələ bir müddət əvvəl Səttar Mehbalıyevin “Kurort” Səhmdar Cəmiyyəti vasitəsi ilə sanatoriyaları ələ keçirməsinə dair məlumatlar yayılmışdı. Həmin məlumatlarda vurğulanırdı ki, bu ASC birbaşa Səttar Mehbalıyevə məxsusdur, sadəcə, onun işlədilməsini başqalarına verib.
Bundan savayı, Səttar Mehbalıyevin 30 illik fəaliyyəti dövründə AHİK-i bazara çevirməsi, onu şəxsi biznes kimi istifadə etməsi, habelə üzvlərinin hüquqlarını qorumaması və “putyovka” alveri etməsində ittiham edənlər də az olmayıb. Bu günlərdə isə məlum olub ki, sanatoriyalarda özbaşınalıq pik həddədir. Bu barədə Tribunainfo.az bildirir ki, Bilgəhdə yerləşən Kardiologiya Sanatoriyasında “putyovka” ilə dincəlmək üçün göndərilən vətəndaşlar qalmağa yer tapa bilmirlər. Daha doğrusu, yer var, lakin pulludur. Redaksiyamıza şikayət edən həmin şəxslərdən biri qeyd edir ki, sözügedən sanatoriyada mövcud olan və Həmkarlar İttifaqı xətti ilə gələn şəxslər üçün evlər var ki, onlar pulsuz verilməli olduğu halda, pulla satılır. Şikayətçi deyir: “Kordiologiya Sanatoriyasında özbaşınalıqdır. Həmkar İttifaqı xətti ilə burada dincəlmək və müalicə üçün gəlmişik. Amma yer tapa bilmirik. Çünki sanatoriyanın həyətindəki “domik”lər pulla satılır”.
Şikayətçi bildirir ki, onlar aylıq üzvlük haqqı verirlər və bunun bəhrəsini görmək istəyirlər. “Əgər biz hər ay pul ödəyib, sonda sanatoriyada qalmaq üçün pul ödəyəcəyiksə, o zaman niyə üzvlük haqqı veririk?”.

Müəllimlərin 10 milyonu hara gedir?

Ümumiyyətlə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini araşdıranda dəhşətli mənzərə ortaya çıxır: Səttar Mehbalıyev 30 ildir sədrlik etdiyi bu təşkilatda üzvlük haqlarının üzərində biznes impersiyası qurub və vətəndaşların aylıq əmək haqlarından ayrılan vəsaiti şəxsi cibinin pulu kimi xərcləməklə məşğuldur. Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına 50 milyon manatdan çox üzvlük haqqı daxil olur.
Misal üçün, ölkədə fəaliyyət göstərən 200 minə yaxın müəllimin aylıq maaşının 2 faizi həmkarlar üçün tutulur. Bu, 10 milyona yaxın vəsait deməkdir. O cümlədən, 85 mindən çox neftçinin də aylıq əmək haqqından 2 faiz həmkarlara ayrılır. Eyni qayda ilə dövlət müəssisələrində çalışan insanlar da həmkarlara aylıq ödənişlər edir. Əvəzində isə nə müəllimlərimiz, nə neftçilərimiz, nə də həmkarlara haqq ödəyən digər çalışanlar AHİK-in sanatoriyalarının üzünü belə görə bilir. Bir müddət öncə vəfat edən xalq artisti Ramiz Novruz ömrü boyu həmkarlara aylıq haqq ödəmişdi, amma nə sağlığında bunun faydasını görmüşdü, nə də xəstəliyində.

Tanışlıq, ya da 500 manata almaq

Həmkarlar İttifaqı rəhbərliyi “putyovka”nı tanışlara, şəxsi əlaqələri olanlara verir, eləcə də digərlərini biznesə çevirərək satır. Hazırda Bilgəh və başqa sanatoriyalarda AHİK tərəfindən göndərişlər şəxsi və maddi maraqları müqabilində olur. Bu da qurum sədri Səttar Mehbalıyevin dövlətin mühüm strukturunu illərdir ki, turizm şirkətinə çevirməsindən qaynaqlanır. Məlumatlara görə, AHİK-dən “putyovka” əldə etmək indi özəl tur paket almağa oxşayır. Dövlət qulluqçularına, müxtəlif büdcə təşkilatlarında işləyənlərə, yaradıcı mühitdə olan insanlara aid putyovkalar əsl, sahiblərinə deyil, başqalarına çatır. Bu da Mehbalıyevin gəlirli yay biznesidir. AHİK açıq şəkildə “putyovka”ları 400-500 AZN civarında satır. Həmkarlara aylıq haqq ödəyənlər kənarda qaldığı halda, kim pulunu verirsə, sanatoriyalardan yararlanır.
Üzvlük haqqı ödədiyi halda “putyovka” əldə edə bilməyənlər bildirir ki, AHİK-in tabeliyində olan “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin tərkibində 5 sanatoriya mövcuddur və bu sanatoriyaların əksəriyyətində “putyovka”lar satılır. “Kurort” QSC-də “putyovka”ları həm nağd şəkildə ödəniş etməklə, həm də cəmiyyətin hesabına müvafiq vəsaiti köçürməklə əldə etmək mümkündür.

“Abşeron”, “Günəşli”, “Bilgəh” bazarı…

Bununla yanaşı, cəmiyyətin tabeçiliyində və dövlətin balansında olan onlarla sanatoriyalar AHİK sədrinin şəxsi biznes obyekti kimi idarə olunur. Uzun illərdir ki, “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Naftalan”, “Qaranquş” kimi sanatoriyalara “putyovka” tapmaq müşküldən də müşkül məsələdir. Məsələnin digər tərəfi isə “putyovka”lardan yararlana bilənlərin narazılığıdır. “Putyovka” əldə edə bilənlər bildirir ki, göndərildikləri yerləri səviyyəsi bərbad, xidmət çox aşağı, şərait isə natəmiz olur. Təkcə bir fakt Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin bütün təbliğat kampaniyasını alt-üst etməyə yetərlidir. 2021-ci ilin noyabrında bir qrup şəhid ailəsi və qazinin mediayada şikayət məktubu yayıldı.
Şikayətdə bildirilirdi ki, “Möcüzəli Naftalan” sanatoriyasına dincəlmək üçün gedən şəhid ailələri və qazilərə nə normal xidmət göstərilib, nə normal qidalanma olub, nə də istirahət. 10 gün nəzərdə tutulan “putyovka” şəhid ailələri və qazilər üçün istirahət yox, əsl cəhənnəm “bileti” olub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəznində olan bu sanatoriyada nə normal xidmət var, nə də fəaliyyət. AHİK yüksək səviyyəli yerləri açıq formada satışa çıxarır, bərbad şəraitli yerləri isə şəhid ailələri və qazilərə layiq görür.
“Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Xəzər Teyyublu mətbuatda yayılmış bu xəbərlərin bütün hallarda yoxlanılmasına və araşdırılmasına zərurət olduğunu düşünür. Onun fikrincə, ümumilikdə “putyovka” ilə bağlı hər il problemlər yaşanır və bəzi informasiyalar yayılır. X.Teyyublu hesab edir ki, bu sahədə yeniliklər olmalı, şəffaflıq təmin edilməli, eləcə də ictimaiyyətə hesabat verilməlidir: “Çünki dövlət qulluqçuları öz maaşından hər il ödəniş edirlər. Eləcə də üzvlük pulu ilə bağlı maliyyə hesabatı olmalıdır. Hər halda, belə xəbərlər varsa, deməli, araşdırıla bilər”.

Tribunainfo.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nanə yeni mövsümdə qayıdır
Bu gün, 15:30
İran müharibəyə məcbur edilsə, çox yaxşı müdafiə olunacaq - Pezeşkianın müavini
Bu gün, 15:09
Sazonovun avtomobili partladıldı – Rus müxbir sevinir
Bu gün, 15:08
Tehranın türk qorxusu: - “Türkçülük ideyası İranda ön plana keçib”
Bu gün, 15:05
264 keçmiş millət vəkili CHP-dən istefa verdi - “Euronews”
Bu gün, 15:00
Məmura oğru deyən vətəndaş 1200 manat CƏRİMƏLƏNDİ - Göyçayda...
Bu gün, 14:52
“Facebook”da sosial və siyasi məzmunlu paylaşımlara ən çox kim pul xərcləyib? - SİYAHI
Bu gün, 14:45
Fuad İsmayılov işdən çıxarıldı - ƏMR
Bu gün, 14:42
“Qolum işləmir, stresdən yata bilmirəm” - Ölkəyə keyfiyyətsiz botoks gətirilir?
Bu gün, 14:39
Anar Bayramov daha bir xəstəxana direktorunu yola salır - FOTO
Bu gün, 14:36
Yunan Allahlarını inkar edənləri də cəzalandırmaq lazımdır... - REPLİKA
Bu gün, 14:28
İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır - Katz
Bu gün, 14:21
Abşeronneft NQÇİ-nin vəzifəli şəxsi SOCAR-ın İŞLƏK NEFT BORULARINI KƏSİB SATIR - DƏDƏ MALI KİMİ...
Bu gün, 14:11
Zaxarovanın ikibaşlı Qarabağ açıqlaması - Şərh
Bu gün, 14:01
"Aqroservis" auditor seçib
Bu gün, 13:01
Neftin bahalaşması Azərbaycan büdcəsinə necə təsir edib? - AKTUAL
Bu gün, 12:59
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
Bu gün, 12:56
Malları əlində qalan ermənilər... - Bu, Kremlin işinə yarayır...
Bu gün, 12:27
“Boskalis” şirkəti Azərbaycandakı törəmə şirkəti və filialını bağlamaq QƏRARI VERDİ
Bu gün, 12:24
Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
Bu gün, 12:22
Dövlət Reklam Agentliyi auditor seçir
Bu gün, 12:20
100-ə yaxın hərbçi Nazirlər Kabinetindən şikayətçidir - KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİLDİ
Bu gün, 12:19
Yağışdan sonra çoxalan göbələklər: Rusiyada axmaqların sayı artır - FAKT BUDUR!
Bu gün, 12:06
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir - AKTUAL
Bu gün, 12:03
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə CƏRİMƏ OLUNDU
Bu gün, 12:00
Elşad Xose xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
Bu gün, 11:57
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslərin cəzaları ağırlaşdırıldı
Bu gün, 11:45
Tramp onun Bakıya səfərini paylaşdı - Foto
Bu gün, 11:28
Ermənilər Gümrüdən Türkiyəyə dəmir yolu ilə getdilər - YOL AÇIQDIR...
Bu gün, 11:23
SOCAR-a yaxın daha bir şirkət YARADILDI
Bu gün, 11:21
Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir – VİDEO
Bu gün, 11:19
Gəncə Dövlət Universiteti.... ƏSL BAZARDIR! - İTTİHAM VAR...
Bu gün, 11:11
Tiktoker “Çevik” həbs edildi
Bu gün, 11:03
Rəis müavini olmaq istədi, 64 min manat pul verdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Paşinyan iki Nobel mükafatı laureatının müəllifi olduğu "Güc və tərəqqi" kitabını bitirdi...
Bu gün, 10:54
Məhkəmə “Range Rover”lə qəza törədib hadisə yerindən qaçan gənc "makler"lə bağlı QƏRAR VERDİ
Bu gün, 10:50
Əli İnsanovun Azərbaycan vətəndaşlarının işi üzrə müşaviri rusdur - BELƏ DƏ OLUR...
Bu gün, 10:45
10 dərsə sürücü hazırlayan kurslar: Yol qəzalarının səbəbkarı onlardır? - Ekspert deyir ki...
Bu gün, 10:41
Putin Ermənistanla bağlı vaxt verdi - KİV
Bu gün, 10:39
Qonşu davası başladı: "Cahan"ın yeni klipi səs salacaq! - VİDEO
Bu gün, 10:35
Şirkətin İdarə Heyətinin sədrinin seçilməsi müzakirəyə çıxarılır
Bu gün, 10:23
Qara dəniz “tələsi” - Qazaxıstan niyə tək bir neft marşrutunun girovuna çevrilib?
Bu gün, 10:20
Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib - QƏRAR
Bu gün, 10:18
DSMF Aydın Abbasovdan yenə ofis icarəyə götürdü: 540 min manata - DETALLAR
Bu gün, 10:16
Azərbaycanlıların apardığı ət və süd məhsulları məhv edildi
Bu gün, 10:12
Təhsildə BAĞIROVŞİNA... - Eşqi müəllimi bir təftiş edən olsa...
Bu gün, 09:59
Təqaüd üstündə başlayan mübahisə qanla bitdi: 86 yaşlı ata oğlunu bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 08:59
Ramiz Mehdiyevin 9 aylıq ev dustaqlığından nə doğuldu?.. - REPLİKA
Bu gün, 08:49
"Rock and Steel Construction" MMC fəaliyyətini DAYANDIRDI: Külli miqdarda borcu qaldı - FOTO
Bu gün, 08:46
Neft qiymətləri 1 həftə əvvəlki səviyyədə: - Nə qədər davam edəcək?
Bu gün, 08:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru