Xəstəxanalar boşdur: Həkimlər işə necə götürülür? .....                     "Radikal ideologiyanın təsirindən çıxmaq illər çəkə bilər" .....                     Sərkisyan Azərbaycanı təriflədi .....                     “Facebook”da ən çox “bəyənilən” mətbuat katibləri .....                     Xalq Bankda yeni müşavirlər təyin edildi .....                     Məni təhdid edirlər .....                     Bakıda kişi özünə yeni telefon alan arvadını döydü: Hər mesaja bir SİLLƏ .....                     Rəqsanə həbsdən sonra tanınmaz halda .....                     Kreml İrəvanı “iqtisadi kollaps” ilə hədələyir: .....                     Kəşfiyyat Nazirliyi də anlamırsa... .....                     Qusar yollarında 10 manatlıq "Biznes Klas": 839 min manatlıq tenderin sirli qalibi .....                     İranın KƏŞFİYYATI BUDURSA... .....                     Minlərlə azərbaycanlını narahat edən QƏRAR .....                     Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi .....                     Nanə yeni mövsümdə qayıdır .....                     İran müharibəyə məcbur edilsə, çox yaxşı müdafiə olunacaq .....                     Sazonovun avtomobili partladıldı .....                     Tehranın türk qorxusu: .....                     264 keçmiş millət vəkili CHP-dən istefa verdi .....                     Məmura oğru deyən vətəndaş 1200 manat CƏRİMƏLƏNDİ .....                     “Facebook”da sosial və siyasi məzmunlu paylaşımlara ən çox kim pul xərcləyib? .....                     Fuad İsmayılov işdən çıxarıldı .....                     “Qolum işləmir, stresdən yata bilmirəm” .....                     Anar Bayramov daha bir xəstəxana direktorunu yola salır .....                     Yunan Allahlarını inkar edənləri də cəzalandırmaq lazımdır... .....                     İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır .....                     Abşeronneft NQÇİ-nin vəzifəli şəxsi SOCAR-ın İŞLƏK NEFT BORULARINI KƏSİB SATIR .....                     Zaxarovanın ikibaşlı Qarabağ açıqlaması .....                     "Aqroservis" auditor seçib .....                     Neftin bahalaşması Azərbaycan büdcəsinə necə təsir edib? .....                     Vladimir Putin Prezident İlham Əliyevə zəng edib .....                     Malları əlində qalan ermənilər... .....                     “Boskalis” şirkəti Azərbaycandakı törəmə şirkəti və filialını bağlamaq .....                     Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? .....                     Dövlət Reklam Agentliyi auditor seçir .....                     100-ə yaxın hərbçi Nazirlər Kabinetindən şikayətçidir .....                     Yağışdan sonra çoxalan göbələklər: Rusiyada axmaqların sayı artır .....                     Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir .....                     İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə .....                     Elşad Xose xəstəxanaya yerləşdirildi .....                 

“Qurtuluş-93” şikayətçiləri Məhərrəm Novruzovu ifşa etdi... - sənədlər verilmir, ağaclar kəsilir, itlər…
Tarix: 3-06-2024, 09:33 | Çap et
“Qurtuluş-93” şikayətçiləri Məhərrəm Novruzovu ifşa etdi...
Son zamanlar Həcc ziyarətinə gedib şeytana daş ataraq günahlarını yuyanlar, sonra aramıza qatılıb “Hacı” qiyafəsində şeytanlıq edənlərin sayı durmadan artır. Azərbaycanda çoxlu hacı var. Kimin ki, cibinə pul düşür, dönüb olur “Hacı”. Əvvəl şeytana daş atır, sonra da günahsız insanlara. Doğrudur, aramızda əsl hacılar çoxdur və onlara hörmətimiz sonsuzdur, qarşılarında baş əyirik. Amma məmləkətimizdə alayı hacılar əfsuslar olsun ki, az deyil. Şıxəli Qurbanovun qatili – yəni onu zəhərləyən diş həkimi də hacı idi. Hacılar var ki, bir gözəlçə ilə gecə həyatının 3 saatına 3 min manat verir, amma şəhid ailəsinin haqqını tapdayır. Hacı var ki, vaxtilə vəzifədə idi, elə ki, əsəbləşdi, xoşu gəlməyən adamı böyük soyuducuda saatlarla saxlayırdı. Vallah, belə hacıları görəndə onların Həcc ziyarətində daş atdıqları şeytana adamın yazığı gəlir. Bu gün iş adamlarımız arasında həcc ziyarətinə gedib, nəfsinə sahib olmayanlara, ciblərindəki pulun istisiylə Azərbaycan qanunlarını saymayanlara da çox rast gəlirik. Bu yazıda cumhuriyyet.az olaraq bəhs etdiyimiz hacı titullu Məhərrəm Novruzov da iş adamıdır.
Məlumat üçün bildirək ki, M.Novruzov “Bağçalı Evlər” MTK-nın sahibidir. Bu şirkət Abşeron rayonu Masazır ərazısində “Qurtuluş-93” adı ilə məşhur olan yaşayış kompleksini tikib. Ərazidə yaşayan sakinlərdən cümhuriyyət.az-a daxil olan məlumata görə, son günlər, yeni koronovirusla bağlı ölkə boyunca görülən tədbirlər və qadağalardan sonra “Qurtuluş 93″də işıqlar tez tez sönür, digər kommunal təminatlarda problemlər yaranır. Daxil olan şikayətdə bildirilir ki, hətta Məhərrəm Novruzovun bu ağır günlərdə bəzi ailələrin dolanışığına müdaxilə etməsi halları da baş verib ki, bunun nəticəsində “Hacı”nın evinin qarşısında intihara cəhd də edilib.(bu məsələ ilə bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə ətraflı məlumat verəcəyik)

Hazırda da yeni binaların tikildiyi bu yaşayış kompleksinin tikintisində və sakinlərə istifadəyə verilməsi ilə bağlı bir çox iddialar var. Bu iddialardan bəzilərini cumhuriyyet.az olaraq diqqətə çatdıraraq bildirək ki, ərazidə pulunu tam ödəməsinə baxmayaraq yüzlərlə sakin hələ də tam əmlak sahibliyi hüququna malik deyil. Yəni burda alınan mənzillərin çıxarışı verilmir. Eyni zamanda illərlə söz verilməsinə baxmayaraq heç bir bina qazlaşdırılmayıb. Mətbuatda Ukrayna Respublikasının Lıvov şəhərində yaşayan iş adamı Nazim Qəzənfərovun adından səslənən iddialar da diqqət çəkir. Həmin iddiaların bəzisini cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq:”Qurtuluş-93” Yaşayış Kompleksində yaratdığı “Oğru şəbəkə” vasitəsi ilə gizli su və qaz satışından pullar əldə edilir; Tikdirdiyi binaları kooperativ kimi rəsmiləşdirərək daxil olan vəsaitin 60 faizi tam mənimsənilir”. Onu da bildirək ki, M.Novruzovun biznesi yalnız tikinti işi ilə yekunlaşmır. Bir neçə il öncə “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar qurub. Artıq şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyətə başlayıb. Hazırda şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” şirkətinin rəhbəri Hacı Məhərrəm Novruzova məxsusdur. ölkənin aparıcı KİV-ləri Novxanıda yerləşən My Beach adlı çimərlikdə yaşanan dərəbəylik və soyğunçuluq haqda reportajlar dərc edib. Həmin məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, Qeyd edək ki, həmin komplekse çimərliklə yanaşı həm də restoran aiddir. My Beach-in restoranında olan soyğunçuluq heç də çimərliyindən geri qalmır. iş adamı bəzi tənələr və tənqidlərdən yaxa qurtarmaq üçün My Beach-i türklərə icarə verdiyini desə də, demək olar ki, hər gün kompleksdən onun üçün ayrılan hamamlı, divanlı kotecdə əyləşir.Bu qalmaqallı iş adamı isə yaxında ciddi problemlərlə üzləşə bilər. Belə ki, cumhuriyyet.az-ı bilgiləndirən mənbənin məlumatına görə, “Qurtuluş-93”-də yaşayan sakinlər həm hüquqi baxımdan aldanmaları, həm də qazsızlıqla bağlı problemləri artıq sakit ötürmək fikrində deyillər: “Sakinlər problemlərinin həlli ilə bağlı etiraz aksiyasına hazırlaşır”. Nəzərə alsaq ki, ərazidə minlərlə insan yaşayır onda bu aksiyanın ciddi rezonans doğuracağını və səbəbkarın cəzalanacağını düşünmək olar. Yeri gəlmişkən, cəza qərarından sonra “Qurtuluş-93” aı daşıyan ərazıdə bu adın tək müəllifi ümummilli lider Heydər Əliyevin adını əbədiləşdirən bir plakatın belə olmaması və kompleksin tikilişi zamanı yol verilən maxinasiyalar durumu daha da dramatikləşdirə bilər.

Bir neçə gün əvvəl xəbər verərək nəzərinizə çatdırdıq ki, Abşeron rayonu Masazır qəsəbəsinin “Qurtuluş-93” yaşayış sahəsinin mərkəzində yaşıllıqlar məhv edilərək yerində müxtəlif təyinatlı obyektlər tikilir. Bu barədə yerli sakinlər şikayətçidirlər. Dia-az.İnfo xəbər verir ki, sakinlər KİV vasitəsilə əlaqədar qurum və təşkilatlara müraciət edərək, mövcud özbaşınalığın dərhal dayandırılmasını da xahiş etmişdilər.
Sakinlərin müraciətində deyilir ki, may ayının əvvəlindən başlayaraq “Qurtuluş-93” yaşayış sahəsindəki “Ay Store” marketinin qarşısından “Yeni Bakı” yaşayış kompleksi istiqamətində salınmış yaşıllıq məhv edilir və yerində müxtəlif təyinatlı obyektlər tikilir: “Bu günlərdə səhər yuxudan oyandıq ki, yol kənarındakı yaşıllıq məhv edilib, ağaclar kəsilib. Belə gedişlə tezliklə ərazidə ağac, gül kolları qalmayacaq. Xahiş edirik, bizim səsimizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə çatdırasınız”.
Sakinlərin sözlərinə görə, onlar ağacların məhv edilməsinə etirazlarını bildirsələr də, tikiləcək obyektin ərazisini yaşıl torla örtənlərə nəzarət edən şəxsdən bunun səbəbini soruşsalar da, sualı cavabsız qoyaraq ona “gedin işinlə məşğul olun, özünüzə problem yaratmayın” deyib: “Bizə həm də təsir edən odur ki, bir ağacın ətrafına kölgə salması, yaxud ağac halına gəlməsi üçün 5-10 il zaman lazım olur. Ancaq bunlar bir neçə dəqiqənin içərisində bu qədər ağacları məhv ediblər”.
Dia-az.İnfo bildirir ki, sakinlər yenə də problemin qaldığını və ETSN-nin olaya hər hansı reaksiya vermədiyini iddia edirlər.

“Qurtuluş-93″dən olan sakinlər isə cumhuriyyet.az-a ünvanladıqları yeni şikayətdə durumları haqda ətraflı bəhs ediblər: “neçə illərdir QURTULUŞ 93 yaşayış kompleksində yaşamağımıza baxmayaraq burada sakinlər sanki feodal dövründə olduğu kimi mavi qaz üzünə həsrət qalıblar. Gündəlik tələbatlarımızı ödəmək üçün istifadəsi nə qədər təhlükəli olsa da balon qazlarından istifadə edirik. Hər ay ışıq puluna verdiyimiz məbləğlər, müxtəlif kommunal xərclərə və avtobusun həddən artıq gec gəlməsi səbəbindən məcburiyyət qarşısında işə gecikməmək üçün taksilərə verdiyimiz pullarla şəhərin istənilən yerində kirayə qala bilərik. Biz özümüz öz evimizdə kirayə yaşamağa məhkum edilmişik. Bu günkü dövrdə hətta ucqar kəndlərə qaz çəkildiyi halda bizim düşdüyümüz durum biabırçılıqdır. Evlərdə istifadə edilən qaz balonlarının həddən artıq təhlükəli olduğunu bütün ailələrimizin təhlükədə olduğunu bilə-bilə əksəriyyət sakinlər bu balonlardan istifadə edir. Bu səbədən qaz balonlarının sızması və partlaması səbəbindən bir-neçə mənzil yanıb kül olub. QURTULUŞ 93 yaşayış kompleksinin ətrafında olan digər şirkətlər isə tikdirdikləri binaları qazla təmin ediblər, hətta hər bir sakinin evinə kupça-çıxarış veriblər. Lakin biz dəfələrlə rəhbərliyə müraciət etməyimizə baxmayaraq hər dəfə bu il ”“gələn il deməklə bizi yalançı vədlərlə aldadırlar. Hər dəfə bizə ev satan şəxslər səbəb onu gətirirlər ki, binalara qaz çəkmək üçün əlaqədar təşkilatlar guya onlardan külli miqdarda pul istəyir. Biz həmin əlaqədar təşkilatlardan (şəxslərdən) xahiş edirik bizə qaz çəkilməyinə köməklik edin. İş olanda birdən olur. Kustar üsulla düzlədilmiş heç bir təhlükəsizlik standartlarına cavab verməyən qaz balonlarından istifadə etməklə gələcəyimiz olan övladlarımızı və ailəmizi böyük təhlükə qarşısında qoymuş oluruq. Tikilən binaların dövlət komisiyasına təhvil verilməməsi aldığımız evlərin gələcəkdə kupça-çıxarış məsələsinin necə olacağına böyük sual yaradır. Heç kim fikirləşmir ki, bu qədər bina tikib satmışıq, fantastik pullar qazanmışıq, ancaq bunun qaz çəkilişini, nəqliyyat məsələsini və gələcəkdə hər bir mənzilin kupça-çıxarış məsələsini necə həll edəcəyik…
Hörmətli redaksiya, problemlər bitməklə qurtarmır. Belə ki, “Qurtuluş 93 yaşayış kompleksi”Вќndə camaatın istirahəti üçün nəzərdə tutulan parkın ərazisində restoran, çayxana, “moyka” və s. müxtəlif mağazalar tikməklə camaatın istirahətinə qənim kəsiliblər. Açıq havada fəaliyyət göstərən restoran və çayxanalarda müxtəlif səviyyəli insanlar küçə söyüşlərindən istifadə etməklə ətrafda böyük səs-küy yaradırlar. Utandığımızdan arvad – uşağın parka çıxmasına icazə vermirik. Haqq ədalət naminə qeyd etməliyik ki, Abşeron rayonuna təzə təyin edilən icra başçısı parkın ərazisində tikilən 2-3 dükanı sökdürməklə təqdirə layiq addım atdı, camaatda böyük ümid yarandı ki, parkın qanunsuz zəbt olunmuş ərazisi tamamilə təmizlənəcək, lakin sonradan bu işin davamı gəlmədi. Qarşıdan isti yay günləri gəlir, parkın ətrafında fəaliyyət göstərən kafe və restoranlardakı səs-küy, bişirilən kababın tüstüsü bilavasitə evimizin içərisinə dolmaqla evimizdə normal istirahətimizin pozulmasına gətirib çıxaracaq”.
Masazır qəsəbəsindəki “Qurtuluş-93” yaşayış kompleksinin sakinlərini həmçinin ərazidəki sahibsiz itlər təngə gətirib. Vətəndaşlar sahibsiz itlərin ərazidə yaşayan insanlara göz açmağa imkan vermədiyini deyir: “Səhər binadan çıxanda sakinləri ilk qarşılayan it sürüsü olur. Binaların, əsasən, azyaşlı sakinləri tez-tez itlərin hücumuna məruz qalır.
Dəfələrlə kompleksin komendantına bildirilsə də, sahibsiz itlər ortalıqdan yığışdırılmır. Biri ölməsə, biri dirilməz. Gərək bu itlər bir-iki uşağı qapsın, ölüm-itim baş versin, ondan sonra əl-ayağa düşsünlər”. Sakinlər sahibsiz itlərin artmasını ərazidə zibilliklərin çoxalmasıyla əlaqələndirirlər. İtlər daha çox zibillik ətrafına toplaşır. Zibilliklərin yaxınlığından ötüb keçmək təhlükəli olub.
Onu da bildirək ki, M.Novruzovun biznesi yalnız tikinti işi ilə yekunlaşmır. Bir neçə il öncə “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar qurub. Artıq şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyətə başlayıb. Hazırda şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” şirkətinin rəhbəri Hacı Məhərrəm Novruzova məxsusdur. ölkənin aparıcı KİV-ləri Novxanıda yerləşən My Beach adlı çimərlikdə yaşanan dərəbəylik və soyğunçuluq haqda reportajlar dərc edib. Həmin məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, həmin komplekse çimərliklə yanaşı həm də restoran aiddir.

cumhuriyyet.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xəstəxanalar boşdur: Həkimlər işə necə götürülür? - AÇIQLAMA
Bu gün, 16:49
"Radikal ideologiyanın təsirindən çıxmaq illər çəkə bilər" - Mehriban Zeynalova
Bu gün, 16:44
Sərkisyan Azərbaycanı təriflədi - “Biz də elə etməliyik”
Bu gün, 16:42
“Facebook”da ən çox “bəyənilən” mətbuat katibləri - SİYAHI
Bu gün, 16:38
Xalq Bankda yeni müşavirlər təyin edildi - BUNDAN SONRA...
Bu gün, 16:35
Məni təhdid edirlər - Paşinyanın arvadı
Bu gün, 16:27
Bakıda kişi özünə yeni telefon alan arvadını döydü: Hər mesaja bir SİLLƏ - TƏFƏRRÜAT
Bu gün, 16:23
Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
Bu gün, 16:22
Kreml İrəvanı “iqtisadi kollaps” ilə hədələyir: - Rusiya Ermənistanın “qələmini qırır”, ultimatum verildi
Bu gün, 16:14
Kəşfiyyat Nazirliyi də anlamırsa... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:12
Qusar yollarında 10 manatlıq "Biznes Klas": 839 min manatlıq tenderin sirli qalibi - BU NƏDİ BELƏ?
Bu gün, 16:08
İranın KƏŞFİYYATI BUDURSA... - AKTUAL
Bu gün, 15:50
Minlərlə azərbaycanlını narahat edən QƏRAR - Rusiyadan ölkəmizə pul göndərmək çətinləşəcək?
Bu gün, 15:42
Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 15:38
Nanə yeni mövsümdə qayıdır
Bu gün, 15:30
İran müharibəyə məcbur edilsə, çox yaxşı müdafiə olunacaq - Pezeşkianın müavini
Bu gün, 15:09
Sazonovun avtomobili partladıldı – Rus müxbir sevinir
Bu gün, 15:08
Tehranın türk qorxusu: - “Türkçülük ideyası İranda ön plana keçib”
Bu gün, 15:05
264 keçmiş millət vəkili CHP-dən istefa verdi - “Euronews”
Bu gün, 15:00
Məmura oğru deyən vətəndaş 1200 manat CƏRİMƏLƏNDİ - Göyçayda...
Bu gün, 14:52
“Facebook”da sosial və siyasi məzmunlu paylaşımlara ən çox kim pul xərcləyib? - SİYAHI
Bu gün, 14:45
Fuad İsmayılov işdən çıxarıldı - ƏMR
Bu gün, 14:42
“Qolum işləmir, stresdən yata bilmirəm” - Ölkəyə keyfiyyətsiz botoks gətirilir?
Bu gün, 14:39
Anar Bayramov daha bir xəstəxana direktorunu yola salır - FOTO
Bu gün, 14:36
Yunan Allahlarını inkar edənləri də cəzalandırmaq lazımdır... - REPLİKA
Bu gün, 14:28
İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır - Katz
Bu gün, 14:21
Abşeronneft NQÇİ-nin vəzifəli şəxsi SOCAR-ın İŞLƏK NEFT BORULARINI KƏSİB SATIR - DƏDƏ MALI KİMİ...
Bu gün, 14:11
Zaxarovanın ikibaşlı Qarabağ açıqlaması - Şərh
Bu gün, 14:01
"Aqroservis" auditor seçib
Bu gün, 13:01
Neftin bahalaşması Azərbaycan büdcəsinə necə təsir edib? - AKTUAL
Bu gün, 12:59
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
Bu gün, 12:56
Malları əlində qalan ermənilər... - Bu, Kremlin işinə yarayır...
Bu gün, 12:27
“Boskalis” şirkəti Azərbaycandakı törəmə şirkəti və filialını bağlamaq QƏRARI VERDİ
Bu gün, 12:24
Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
Bu gün, 12:22
Dövlət Reklam Agentliyi auditor seçir
Bu gün, 12:20
100-ə yaxın hərbçi Nazirlər Kabinetindən şikayətçidir - KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİLDİ
Bu gün, 12:19
Yağışdan sonra çoxalan göbələklər: Rusiyada axmaqların sayı artır - FAKT BUDUR!
Bu gün, 12:06
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir - AKTUAL
Bu gün, 12:03
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə CƏRİMƏ OLUNDU
Bu gün, 12:00
Elşad Xose xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
Bu gün, 11:57
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslərin cəzaları ağırlaşdırıldı
Bu gün, 11:45
Tramp onun Bakıya səfərini paylaşdı - Foto
Bu gün, 11:28
Ermənilər Gümrüdən Türkiyəyə dəmir yolu ilə getdilər - YOL AÇIQDIR...
Bu gün, 11:23
SOCAR-a yaxın daha bir şirkət YARADILDI
Bu gün, 11:21
Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir – VİDEO
Bu gün, 11:19
Gəncə Dövlət Universiteti.... ƏSL BAZARDIR! - İTTİHAM VAR...
Bu gün, 11:11
Tiktoker “Çevik” həbs edildi
Bu gün, 11:03
Rəis müavini olmaq istədi, 64 min manat pul verdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Paşinyan iki Nobel mükafatı laureatının müəllifi olduğu "Güc və tərəqqi" kitabını bitirdi...
Bu gün, 10:54
Məhkəmə “Range Rover”lə qəza törədib hadisə yerindən qaçan gənc "makler"lə bağlı QƏRAR VERDİ
Bu gün, 10:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru