Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi .....                     "Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." .....                     Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... .....                     "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." .....                     Bu bir şəhər əfsanəsidir... .....                     Müsəlman Şərqində ilk demokratiya ölkəsi .....                     Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır .....                     AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? .....                     Bir yandan danışıq... bir yandan HƏDƏ.. .....                     Türkiyədə ERMƏNİBAZLIQ... .....                     Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR .....                     Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı .....                     İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib .....                     Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir .....                     Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... .....                     “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” .....                     Təhsil İnstitutunun "MARAQLI " sxemi .....                     KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? .....                     Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir .....                     ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat .....                     "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" .....                     Moskva İrəvanda hərbi çevriliş hazırlayır? .....                     AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı .....                     18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... .....                     Ankara ilə Bakı arasında erməni söhbəti... .....                     Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” .....                     Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib .....                     Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır .....                     Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                 

Oqtay Şirəliyevin açdığı bazar... - VİDEOFAKT
Tarix: 27-04-2018, 09:23 | Çap et
Oqtay Şirəliyevin açdığı bazar...
Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunda təkcə rentgendən keçən vətəndaşlardan ay ərzində 50 min manat yığılır



Bu video bazarda çəkilməyib. Bura M.A.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutudur(xalq arasında bu tibb müəssisəsinə “Eksperimentalnı” deyilir).

Dəfələrlə mətbuatda dövlət xəstəxanalarındakı rüşvətdən yazılsa da, bunun müsbət nəticəsi olmayıb, əksinə ildən-ilə vəziyyət daha da pisləşir. Nazir (?) Oqtay Şirəliyev isə səhiyyədə rüşvət barədə yazılanları “gülməli” adlandırıb. Amma rüşvət giriş qapısından başlayan, açıq bazar şəraitində işləyən əksər paytaxt xəstəxanalarının ön cərgəsində yer alan bu xəstəxanada vəziyyət gülməlidən çox, ağlamalıdır.

Apardığımız araşdırmalara əsasən, əslində bütün müayinə və müalicənin tamamilə ödənişsiz olduğu bu dövlət xəstəxanasındakı müayinə xidmətlərinin qiymətlərini oxucularımıza təqdim edirik.

Rentgen müayinəsinin qiyməti 10 -50 AZN, USM müayinəsi 20-45 AZN, qan analizi 10-50 AZN, əməliyyatlar 600-2000 AZN civarındadır. Teropevtin, cərrahın və digər həkimlərin qəbulu isə pasientlərə 50 AZN-ə başa gəlir.

Ən qəribəsi odur ki, xəstəxanaya həkim müayinəsinə gələn pasientlər, eləcə də xəstələrinə baş çəkmək istəyən ziyarətçilər içəri buraxılmırlar. O üzdən xəstəxana qarşısında böyük növbələr yaranır, səs-küydən ağız deyəni qulaq eşitmir. Bu isə heç kəsi narahat etmir. Vətəndaşlara yüksək səviyyəli xidmət təşkil etmək, onları nizam-intizama riayətə dəvət etmək əvəzinə, süni şəkildə qarışıqlıq yaradırlar. Nəzərə almırlar ki, xəstəxanaya gələn vətəndaşların əksəriyyəti sağlamlığı ilə bağlı problem yaşayan insanlardır, onlara uzun müddət ayaq üstə qalmaq, əsəbləşmək olmaz.

Böyük çək-çevirdən sonra nəhayət xəstəxanaya daxil olan insanlar burda da xoşagəlməz hallarla, böyük növbələrlə qarşılaşır. Ən böyük növbə isə yaxşı mütəxəssis kimi tanınan qocaman rentgenoloq həkim, professor Soltan Manafovun kabineti qarşısında olur.

Adıçəkilən rentgenoloq haqda daha müfəssəl məlumat almaq məqsədi ilə M.A.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutuna zəng vurduq. Dəstəyi bir xanım qaldırdı. Əməkdaşımız rayondan gələn qohumunun həmin məşhur rentgen mütəxəssisinin qəbuluna yazılmaq istədiyini dedi. Dəstəyin o biri tərəfindəki xanım çox həvəslə rentgenoloqun qəbuluna yazılmaq üçün pasientin səhər tezdən xəstəxanaya gəlməli və elə oradaca qəbula yazılmalı olduğunu dedi.

“Səhər tezdən gəlsin ki, növbənin ön sıralarında yer ala bilsin”, - deyə əlavə etdi.

Söhbəti genişləndirmək üçün rentgenoloqun adını və soyadını dəqiqləşdirmək istəyəndə isə, nədənsə, xanımın səsi dəyişdi. “Gələr, burada hər şeyi dəqiqləşdirər”,- dedi.

Əməkdaşımızın bütün cəhdləri boşa çıxdı, xanım əsl çekistlər kimi “sirr” vermədi ki, vermədi. Bu səbəbdən digər əməkdaşımızı işə qoşmalı olduq.

O, daha fərasətli çıxıb həkimin adını və soyadını öyrənə bildi, amma xidmətinə görə nə qədər haqq aldığını öyrənməyi bacarmadı.

“Telefonla qəbula yazmırıq, gəlib özünüz yazılmalısınız, həkim xidmətinin qiyməti də burada deyiləcək sizə”, - zənglərə cavb verən xanımın konkret cavabı belə oldu. Bir sözlə, əsl triller təsiri bağışladı bizim bu kiçik araşdırmamız.

Biz də üz tutduq həmin xəstəxanada rentgen müayinəsindən keçən soydaşlarımıza. Onların söhbətlərindən belə məlum oldu ki, bu həkimin qəbuluna düşmək üçün əvvəlcədən növbəyə yazılan insanlar çox zaman ahıl yaşa çatan professorun qeyri-adekvat davranışı sayəsində həmin gün ümumiyyətlə müayinə olunmadan evlərinə qayıtmalı olurlar.

Soltan Manafovun qəbulunda olan insanlar danışır ki, bu ahıl professor əsl kef əhlidir. İstədiyi vaxt xəstəni qəbul edir, istədiyi vaxt isə vəzifəsini icra etməkdən imtina edir. Çünki yaşı ilə əlaqədar tez-tez əhvalı dəyişir, o da pasientlərlə öz əhvalına uyğun davranır.

Rentgen otağına növbədən kənar keçirilən insanlar az olmur. Bu isə şübhəsiz ki, saatlarla öz sırasını gözləyən xəstələrin haqlı etirazına səbəb olur. Bununla bağlı irad bildirən xəstəni yaşlı professor çox sərt formada kabinetindən çıxarır, qapısını açarla kilidləyib uzun müddət otaqdan çıxmır, heç kəsi də qəbul etmir. Amma nədənsə həkimin bu qəbuledilməz davranışı ilə bağlı xəstəxana müdriyyəti tərəfindən heç bir ölçü götürülmür. Üstəlik, çoxdan təqaüd yaşını aşan həkim hələ də xəstəxanada işləyir.

Əslində müdriyyətin bu məqsədli etinasızlığı səbəbsiz deyil. Dövlət hesabına olan rentgen müayinəsi üçün vətəndaşlardan alınan 10-50 AZN civarında ödənişdən hər halda baş həkim xəbərsiz deyil və təbii ki, bu məbləğin böyük bir hissəsi məhz ona çatır. Nəzərə alsaq ki, gün ərzində ən azı 50-70 adam rentgen müayinəsindən keçir, əgər hər biri orta hesabla 25-30 manat haqq ödəyirsə, bir günə minimum 1500 manat edir. Həmin məbləği 30 günə vuranda orta hesabla aya 50 min manata yaxın pul çıxır. Digər müayinə kabinetlərindən, əməliyyatlardan, həkim qəbullarından toplanan pulu da bu məbləğin üstünə gələndə ağlasığmaz rəqəm alınır. Özü də bu qanunsuz gəlirin böyük hissəsi şübhəsiz ki, xəstəxananın baş həkiminin cibinə gedir.

Xəstəxanada hökm sürən bu özbaşınalıq, hərcmərclik və rüşvətxorluq sayəsində bütün gününü bu səhiyyə müəssisəsində itirən, acından, halsızlıqdan ayaq üstə güclə duran xəstə vətəndaşlar milli səhiyyəmizə güvənini itirir, imkanı çatanlar müalicə olunmaq üçün xarici dövlətlərə üz tutur, imkansızlar isə əlacsızlıqdan bütün bu özbaşınalığa dözməli olur.

Heç kəs üçün sirr deyil ki, bütün bu deyilənlər təkcə adıçəkilən xəstəxanada baş vermir. Paytaxtımızın, eləcə də ölkəmizin əksər dövlət xəstəxanalarında buna bənzər vəziyyətlə qarşılaşmaq olar.

Görəsən, vətəndaşların hər gün qarşılaşdığı, haqqında yazdığımız bu nöqsanları Səhiyyə Naziliyi və şəxsən Oqtay Şirəliyev görmür? Azərbaycan səhiyyəsini nüfuzdan salan, vətəndaşlarımızı məyus edən bu acınacaqlı vəziyyət çoxmu davam edəcək? Axı iqtisadi cəhətdən bizdən qat-qat zəif olan qonşumuz Gürcüstanda rüşvətxorluq, korrupsiya çoxdan keçmişdə qalıb. Paytaxt Tbilisidə, eləcə də Gürcüstanın digər bölgələrində fəaliyyət göstərən dövlət xəstəxanalarında xəstələrə yüksək səviyyəli tibbi xidmət göstərlir, özü də tamamilə təmənnasız, hətta öz istəyi ilə həkimə “hörmət” etmək istəyən vətəndaşdan belə pul alınmır. Bəs bizdə nədən vəziyyət yaxşılığa doğru dəyişmir? Bunun səbəbini kimdə, nədə axtaraq? Suallarımızı Səhiyyə Nazirliyinə və şəxsən hörmətli Oqtay Şirəliyevə ünvanlıyırıq.
Hurriyyet.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi - FOTO
Bu gün, 09:11
"Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." - "AZƏRİQAZ"DA SOS!!!
Bu gün, 09:06
Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03
"300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00
Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58
Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48
AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37
Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25
Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13
Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04
Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40
İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30
Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16
“Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00
Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43
Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41
ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38
"Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36
Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33
AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31
18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29
Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27
Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23
Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20
Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru