MÜXALİFƏT MALİYYƏ BÖHRANININ ASTANASINDA
Tarix: 14-06-2012, 12:56 | Çap et
YAP İQTİDARI 2013-CÜ İLDƏ RƏQİBLƏRİNİ EHTİACLA SINAĞA ÇƏKMƏK İSTƏYİR
DİA.AZ: - Hakimiyyətneçə müddətdir ki, müxalifətə qarşı qeyri-rəsmi olaraq bir maliyyə sanksiyası həyata keçirməkdədir. Uzun müddətdən bəri davam edən proses nəticəsində müxalifətə yaxın, müxalifətlə hər hansı əlaqəsi olan iş adamları ya sıradan çıxarıldı, ya da müxaliflərlə əlaqədən imtinaya məcbur edildi. Buna paralel olaraq müxalifətə yaxın dairələrə xarici qaynaqlardan daxil olan maliyyə vəsaitlərinin qarşısı da müxtəlif yollarla kəsildi.
Bir sözlə, YAP iqtidarı öz rəqiblərini pulsuzluqla sınağa çəkməkdədir ki, sözügedən proses də hələ də davam edir. Son olaraq isə partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ideyasının müzakirələrindən də aydın oldu ki, hakimiyyət tərəfindən В«radikal müxalifətВ» adlanan cinaha dövlət xəttilə hansısa formada pay ötürülməyəcək.
İndi isə yeni bir prosesin başlancığı ərəfəsindəyik. Bu barədə DİA.AZ-a hökumət içindəki məlumatlı dairələr xəbər verib və gələn informasiyalardan belə bir qənaət ortaya çıxır ki, müxalifət düşərgəsini böyük bir maliyyə böhranı gözləməkdədir.
Məlum olduğu kimi, bu günlərdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Azərbaycandan olan emitentlərin qiymətli kağızlarının xaricdə yerləşdirilməsi üzrə yeni qaydaları təsdiqləyib. Sənədə əsasən, QKDK tərəfindən bu və ya digər şirkətin dövriyyədə olan səhmlərinin ən çoxu 40%-i ölkə xaricində yerləşdirilə bilər.
2008-ci ildən qüvvədə olan qanunlara əsasən, səhmdar cəmiyyətlər səhmlərin 70%-ni xaricdə yerləşdirə bilərdi. Azərbaycanın broker şirkətlərindən etdiyimiz məlumatlara görə, səhmlərin yerləşdirilməsinə məhdudiyyətin məntiqi istər antiinhisar siyasəti, istərsə də sahibkaarlıq fəaliyyətinin azadlığı və investisiya cəlb edilməsi cəhətdən aydın deyil. QKDK-da isə bu məhdudiyyət qoyulan zaman beynəlxalq təcrübənin nəzərə alındığı bildirilir. Ancaq xaricdə qiymətli kağızların yerləşdirilməsinə heç bir məhdudiyyət yoxdur.
Əgər emitentin qiymətli kağızları yerli fond birjasının kotirovka vərəqinə düşməyibsə, QKDK onların ölkədən xaricdə yerləşdirilməsindən imtina edə bilər. Maraqlıdır ki, indiyəcən Azərbaycan şirkətlərinin səhmlərinin xaricdə yerləşdirilməsi faktı məlum deyil.
QKDK-nın bu qaydası prosesdə şəffaflığın artırılması kimi təqdim edilə bilər. Lakin Azərbaycan reallığını nəzərə alanda ortaya başqa məqamlar çıxır. Heç kəsə sirr deyil ki, Azərbaycanda böyük şirkətlərin hamısı ya birabaşa hər hansı məmurun nəzarətindədir, ya da onun yaxınlarına məxsusdur. Onlar da öz səhmlərini daha təhlükəsiz bazarlarda yerləşdirməyə can atır. Bu baxımdan belə bir qaydanın tətbiqinin məhz indiyə, dünyada gedən proseslərlə eyni vaxta təsadüf etməsi diqqət çəkməyə bilməz. Belə bir qərar isə daha çox siyasi xarakter daşıyır. Ekspertlər də məhz bu fikirdədir. Belə ki, hakimiyyət dünyada baş verən hadisələrdən çox ciddi nəticələr çıxarıb. Bu səbəbdən də ölkəyə daxil olan və burdan gedən kapitala nəzarət artıb.
Ölkəyə böyük vəsaitlərin daxil olduğundan bu pullara nəzarət çətin və təhlükəlidir. Qiymətli kağızların xaricdə yerləşdirilməsinə məhdudiyyət də məhz onlara nəzarəti artırmaq məqsədi daşıyır. Hakimiyyət bu yolla ölkədən maliyyə axınına nəzarət etməyə çalışır.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl Maliyyə Nazirliyi tərəfindən maliyyə monitorinqi mərkəzi yaradılmışdı, amma bu tip nəzarət mexanizmlərinin fayda vermədi. Görünür indi hakimiyyət yeni alternativlər tapıb.
Redaksiyamıza bu barədə danışan mənbə bildirir ki, əslində bu yolla hakimiyyət siyasi müxalifətin maliyyə əməkdaşlığını kontrolu altına almış olur: В«Son günlər qəbul edilən qanunlar, qanunvericiliyə edilən dəyişikliklər sırf olaraq avtoritar rejimlər üçün xarakterik olsa da, beynəlxalq qurumlar nədənsə bu barədə susurlar. Görünür, onlar da Azərbaycan müxalifətindən əllərini çəkiblər. Elə buna görə də dünənə qədər yerli müxalifətin ümid yeri kimi baxığı beynəlxalq təşkilatlar Leyla Yunus kimi müxalifyönümlü bir QHT-çi tərəfindən korrupsiyada ittiham olunur. Yəni hakimiyyət bütün bu addımlarını ata bilməsi üçün qabaqcadan lazım olan dairələri susdurubВ».
Mənbəmiz bildirir ki, qarşıda müxalifəti böyük bir maliyyə böhranı gözləyir: В«Əgər hansısa məmur və yaxud da keçmiş məmur öz maraqları naminə müxalifəti maliyyələşdirməzsə, 2013-cü ildə hətta İsa Qəmbər və Əli Kərimli kimi partiyə liderləri öz plakatlarını çap etdirmək üçün belə pul tapmaya bilərlərВ».

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
Bu gün, 17:51 |
|
|
|
| • İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Bu gün, 17:32 |
|
|
|
| • İdarə rəisi işdən azad edildi - FOTO
Bu gün, 17:27 |
|
|
|
| • “Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Bu gün, 17:24 |
|
|
|
| • "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Bu gün, 17:16 |
|
|
|
| • Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Bu gün, 17:05 |
|
|
|
| • Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Bu gün, 17:02 |
|
|
|
| • II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Bu gün, 17:01 |
|
|
|
| • Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Bu gün, 16:56 |
|
|
|
| • Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Bu gün, 16:39 |
|
|
|
| • "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Bu gün, 16:27 |
|
|
|
| • “Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Bu gün, 16:24 |
|
|
|
| • Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Bu gün, 16:03 |
|
|
|
| • Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Bu gün, 16:02 |
|
|
|
| • "Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Bu gün, 13:09 |
|
|
|
| • Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Bu gün, 12:53 |
|
|
|
| • Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Bu gün, 12:44 |
|
|
|
| • Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Bu gün, 12:40 |
|
|
|
| • Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Bu gün, 12:37 |
|
|
|
| • Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:29 |
|
|
|
| • Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Bu gün, 12:26 |
|
|
|
| • Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:21 |
|
|
|
| • Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Bu gün, 12:18 |
|
|
|
| • “Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
| • Ermənilərlə... bundan sonra nə edək?
Bu gün, 12:05 |
|
|
|
| • ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Bu gün, 11:56 |
|
|
|
| • Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Bu gün, 11:46 |
|
|
|
| • Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Bu gün, 11:33 |
|
|
|
| • Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Bu gün, 11:18 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Bu gün, 11:11 |
|
|
|
| • "Qarabağ"a... CAN QURBAN!
Bu gün, 11:10 |
|
|
|
| • Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:02 |
|
|
|
| • "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Bu gün, 10:47 |
|
|
|
| • Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 10:36 |
|
|
|
| • “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Bu gün, 10:30 |
|
|
|
| • Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33 |
|
|
|
| • Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28 |
|
|
|
| • Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19 |
|
|
|
| • Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13 |
|
|
|
| • Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07 |
|
|
|
| • “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05 |
|
|
|
| • Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03 |
|
|
|
| • Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01 |
|
|
|
| • Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58 |
|
|
|
| • Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55 |
|
|
|
| • ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50 |
|
|
|
| • Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49 |
|
|
|
| • Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46 |
|
|
|
| • Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44 |
|
|
|
| • Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42 |
|
|
|
|