Yanan Moskva... yaman Moskva... .....                     Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                     İrandakı rejim nə qədər ki ayaqdadır... .....                     "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" .....                     Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb .....                     Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir .....                     Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq .....                     Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir .....                     "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı .....                     Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR .....                     “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” .....                     Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... .....                     "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" .....                     "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al" .....                     İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək .....                     Toylarda spirtli içkilər qadağan olunacaq? .....                     Ermənilər artıq barbarlıq edirlər .....                     “Sürücü tüstülənən avtobusu güclə saxladı” .....                     SOCAR-da yeni təyinat .....                     Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı .....                     Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib .....                     “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” .....                     Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə .....                     Həbsdə olan icra başçısının maşını SATILDI .....                     Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən .....                     800 illik Səlcuqlu ayaqqabısı .....                     Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” .....                     Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi .....                     Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu .....                     Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir .....                     “Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” .....                     Xalq artistinə qarşı HAQSIZLIQ .....                     “Halal” sertifikatı kimlər verə bilər? .....                     Azərbaycanda iki şirkət birləşdi: .....                     Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib .....                     İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? .....                     Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. .....                     Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu .....                     Rusiya Ermənistana etiraz notası göndərib .....                     İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumu tarixi sənəddir .....                 

DEPUTATIN ŞİRKƏTİNİ KİMLƏR ÇÖKDÜRÜR?
Tarix: 1-06-2012, 10:32 | Çap et
DEPUTATIN ŞİRKƏTİNİ KİMLƏR ÇÖKDÜRÜR?

В«QASİDВ» MƏTBUAT YAYIMI FIRMASI TƏNƏZZÜLÜN ASTANASINDA

DİA.AZ: - Neçə müddətdir ki, mətbuat yayımı sistemində çox ciddi silkələnmələr müşahidə olunmaqdadır. Bu barədə oxucularımızı dəfələrlə məlumatlandırmışıq və bildirmişik ki, hələ də hansısa dövlət qurumunun sahib çıxmadığı, arxasında kimin dayandığı rəsmən bəlli olmadığı В«Press KöşkВ»lər qəzet yayımı bazarında at oynatmaqdadır. Əslində qəzet yayımı bazarında yox, ərzaq malları bazarında. Sadəcə olaraq, bu köşklərin normal qəzet kökşlərinin yerləşdikləri əraziləri zəbt etməsi qəzet yayımı işini böhranlı həddə çatdırır.

Məlumdur ki, В«Press KöşkВ»lərlə bağlı qalmaqal mətbuatda hələ xeyli müddətdir ki, müzakirə mövzusu olub. Bu köşklərin arxasında birbaşa olaraq Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun dayandığı söylənilsə də, bu barədə mətbuata şəxsən açıqlama verən PA rəsmisi deyilənləri təkzib etməklə yanaşı, bildirdi ki, В«QasidВ», В«QayaВ» və digər mətbuat yayımı firmalarının köşklərinin yerində qoyulan В«Press KöşkВ»lər əslində Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinə aiddir. Biz də inandıq. Amma sonradan baş verən olaylar Əli Həsənovun verdiyi izahatı ciddi şəkildə şübhəyə aldı.

Məlum oldu ki, Əli Həsənovun Bakı meri Hacıbala Abutalıbovun ayağına yazdığı В«Press KöşkВ»lər Sumqayıt şəhərində də qoyulmağa başlayıb. Burdan isə iki nəticə hasil olurdu. Ya Sumqayıtın ayrıca şəhər statusu ləğv olunub və bu ərazilər Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib ki, icra başçısı Hacıbala Abutalıbov da həmin prosesdən sonra əldə etdiyi səlahiyyətlərindən istifadə edərək Sumqayıtda da В«Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinə aid olanВ» (ifadə Əli Həsənova məxsusdur -S.) В«Press KöşkВ»ləri yerləşdirib, ya da ki, sadəcə olaraq Əli Həsənov yalan danışıb. Bu iki versiyadan hansı inandırıcıdır, bunu isə oxucuların öhdəsinə buraxırıq.

İndi isə gələk В«Press KöşkВ»lərin yaradılma məqsədlərinə. Dəfələrlə verdiyimiz məlumatlarda da vurğulamışıq ki, həmin yeni köşklər qoyularkən rəsmi dairələr açıqlama verərək bildirmişdilər ki, bəs onların yerləşdirilməsi zərurəti köhnə köşklərin şəhərin yeniləşən, modernləşən qiyafətinə uyğun gəlməməsi ilə əlaqədardır. Biz buna da inanmaq istərdik. Amma ortada olan dəlillər hətta ən sadəlövh olanımızı belə tərəddüd içinə salır.

Birincisi, ona görə ki, əgər həqiqətən də məsələn, В«QasidВ» mətbuat yayımı firmasının köhnə köşklərinin yerinə daha modern В«Press KöşkВ»lərin yerləşdirilməsində əsas səbəb məhz şəhərin memarlıq imicinin qorunması ilə bağlı idisə, o zaman nədən belə bir tələb köşkləri yığışdırılan firmalar qarşısında qoyulmadan, onların köşklərinin əraziləri tamam başqa və yeni bir firmaya verilir? Yəni ola bilərdi ki, eyni tələbi - yeniləşmə, modernləşmə tələbini В«QasidВ» firmasının rəhbərliyinin qarşısında da səsləndirərdilər və həmin firmanın rəhbərliyi də köşklərini müasir standartlara uyğunlaşdırardı. Deməli, burada məqsəd tamam fərqlidir.

Digər tərəfdən, bu gün adı qəzet yayımı ilə bağlı olan həmin köşklərdə qəzet yerinə meyvə-tərəvəzin satılması faktı da təsdiqləyir ki, məqsəd tamam başqadır. Bu yolla sırf olaraq satış üzərində dayanan qəzetlərin fəaliyyəti məhdudlaşdırılır. Əgər qəzetlərin oxucu ilə təmasda ən böyük vasitə olan yayım siyasəti iflasa uğrayırsa, sadə dillə desək, qəzetlər satışa çıxmırsa, bu aşkar surətdə mətbuatın məhvi anlamını daşıyır.

Bu bir faktdır ki, bu gün В«Press KöşkВ»lərdə qəzetdən daha çox qəzetçiliyə aidiyyatı olmayan mallar müştəriyə təqdim olunur. Qəzetlər mininci dərəcəli mal kimi yeni köşklərin piştaxtalarında yer alıb. Hətta Bakının elə əraziləri var ki, həmin yerlərdə qoyulmuş yeni В«Press KöşkВ»lərdə ümumiyyətlə, qəzetlər satılmır. Konkret olaraq Bakıxanov ərazisini göstərə bilərik. Oxucularımız da dəfələrlə şikayətləniblər ki, əvvəllər həmin ərazidə В«QasidВ» firmasının köşkü yerləşirdi və onlar asanlıqla istədikləri qəzeti əldə edirlər. İndi isə qəzet köşkündən evlərinin ərzaq bazarlıqlarını edirlər. Bu bilirsinizmi nəyə bənzəyir? Elə bil ki, aptekdən maşınlarımız üçün ehtiyat hissələri alırıq…

Beləcə, ortalıqda müxtəlif bəhanələr olsa da, yeni, modern, dəbdəbəli В«Press KöşkВ»lərin tədrici olaraq köhnə yayım firmalarının ərazilərini zəbt etməsinin əslində, mətbuata qarşı aparılan bir kampaniya oluduğu bir faktdır. Yuxarıda da vurğuladıq ki, kimlərinsə В«köhnə köşklər şəhərin görünüşünü pozurduВ» kimi sırf В«obıvatelВ» təfəkkürünə hesablanmış açıqlamaları çox mənasız görünür. Əgər həqiqətən də yeganə səbəb budursa, o zaman bir neçə il əvvəl fəaliyyətinə qadağa qoyulmuş В«ÇaparВ» mətbuat yayımı firmasının günahı nə idi? Hər kəs xatırlayır ki, həmin firmanın köşkləri hətta indiki tələblər çərçivəsində də kifayət qədər modern hesab olunurdu. Halbuki üzərindən illər keçib. Amma В«ÇaparВ» firması fəaliyyətini dayandırdı. Və burada əsas üzərində dayanılası məqam isə odur ki, modernləşmə tələbi əraziləri yeni köşklər tərəfindən zəbt olunan firmaların rəhbərliyi qarşısında da qoyula bilərdi. Daha onların köşklərinin yeri yeni firmaya verilməzdi.

Təbii ki, burada digər vacib məqamlardan biri də pul qazanma ehtirasıdır. Bu bir faktdır ki, əslndə minimarket kimi (bəziləri hətta В«ovoşnoyВ»u xatırladır -S.) fəaliyyət göstərən yeni В«Press KöşkВ»lərin biri Bakı ərazisində 10 min manata satılır. Yəni ilk başdan 10 min manat pul verməlisən ki, belə bir dükan əldə edə biləsən. Bu da son deyil. Bundan əlavə, köşkü alan şəxs yerinə görə aylıq olaraq 1000-2000 manat haqq ödəməlidirlər. Həmin pulların isə Əli Həsənovun adamları tərəfindən yığıldığı bildirilir. Elə bunun özü də bir səbəb də ki, Əli Həsənovun Hacıbala Abutalıbova В«perevodВ» etməyə cəhd etdiyi yeni köşklərin arxasında dayanan qüvvə barədə təsəvvür yaradasan.

Daha bərbad durum isə Sumqayıt şəhərində cərəyan edir. Elə bir neçə gün əvvəl də bu barədə oxucularımızı məlumatlandırmışdıq. Belə ki, Sumqayıtdan redaksiyamıza edilən müraciətlərdə bildirilirdi ki, yerli şəhər icra hakimiyyətinin rəhbərliyi В«QasidВ» firmasının köşklərini yığışdıraraq onların yerinə В«Press KöşkВ»ləri yerləşdirir. Və hər bir yeni köşk də 17 min manata satışa çıxarılır. Diqqət yetirin, Bakıda 10 min manata olan köşklər, daha dəqiqi, minimarketlər Sumqayıtda 17 min manatadır. Bildirilir ki, burada alınan 17 min manatın təmiz 10 min manatı Bakıdakı adama - yəni Əli Həsənovun adamına ötürülür. 5 min manat isə Sumqayıtın icra başçısı Eldar Əzizova çatır. Yerdə qalan 2 min manat isə aradakı xırda məmurlar tərəfindən bölüşdürülür. Amma aylıq haqq məsələsində Sumqayıtda durum bir az ürəkaçandır. Bakıdan fərqli olaraq yeni minimarketləri işlədən şəxslər obyektlərinin ərazisinə uyğun olaraq 700-1000 manat arası aylıq haqq ödəyirlər.

İndi isə gələk əsas məqama. Yeni köşklərin qoyulması ilə köhnədən fəaliyyətdə olan mətbuat yayımı firmalarının çökdürülməsi siyasətinə. Bu barədə DİA.AZ-ın əldə etdiyi məlumatlardan aydın olur ki, В«Press KöşkВ»lərin bir nömrəli hədəfi olan В«QasidВ» mətbuat yayımı firması artıq can üstündədir və firma hətta belə davam edərsə, fəaliyyətini durdura bilər. Bu barədə danışan mənbəmiz bildirir ki, mərhum prezident Heydər Əliyevin zamanında sayğı ilə yanaşdığı böyük ocağın nümayəndəsi, millət vəkili Mirkazım Kazımovun rəhbərlik etdiyi В«QasidВ» firması əslində qəzet bazarında mətbuatın bir nömrəli dayağı hesab olunurdu.

Amma təkcə son iki ayda В«QasidВ» firmasının onlarla köşkü ləğv edilərək, onların yerində yeni В«Press KöşkВ»lər yerləşdirilib. Təbii ki, bu həm firmanın maliyyə siyasətinə vurulan zərbədir və həm də onlarla ailənin ac qalması deməkdir. Sürətlə davam etdirilən bu proses isə bütünlükdə olaraq В«QasidВ» firmasının işçilərinin işsiz qalması ilə nəticələnə bilər. Bu isə təxminən 400 ailənin yeganə dolanışıq yerindən məhrm edilməsi anlamına gəlir. Əgər bu gün hakimiyyət yeni iş yerlərinin açılması siyasətini yürüdürsə və bununla öyünürsə, artıq bəzi dairələr əslində bununla həm də hakimiyyətin sözügedən siyasətinə qarşı da çıxmış olurlar.

В«QasidВ» firmasının çökdürülməsinin digər aşkar sübutlarından biri də sözügedən yayım şirkətinin əlindəki abunə sahəsinin də iflasa uğradılmasıdır. Belə ki, artıq В«QasidВ» firması abunələrini də əlindən verir. Və həmin abunə işi Əli Həsənova yaxın firmalara ötürülməkdədir.

Bunun da nəticəsində В«QasidВ» firmasında ciddi maliyyə böhranının yarandığını bildirən məlumatlı mənbə redaksiyamıza onu da açıqladı ki, В«QasidВ» firması bu şəkilda proseslərin cərəyan edəcəyi təqdirdə özünü iflas elan edə bilər: В«Təbii ki, arada ən böyük zərər qəzet redaksiyalarına dəyəcək. Bu gün normal qəzetlərin ən zəif olanının В«QasidВ» firmasından bir aylıq üçün 1000-1500 manat alacağı var. İflas olacaqsa, artıq bir neçə aydır qəzetlərə pul ödəməyən firmanın qəzet redaksiyalarının hər birinə ən azı 6-7 min manat borcu yaranacaq. Hətta elə qəzet var ki, bu məbləğ 10 min manata qədər yüksəlirВ».

Təbii ki, qəzet redaksiyaları pullarını ala bilməyəcəkləri təqdirdə onlar da eyni qaydada mətbəələr qarşısında borclanırlar ki, artıq bu proses də sürətlə inkişaf etməkdə, qəzetlərin nəşriyyatlara olan borcları şişməkdədir. Bu isə birbaşa olaraq qəzetlərin çöküşü ilə nəticələnən bir mərhələni diqtə edir.

Onu da bildirək ki, В«QasidВ» firmsının rəhbərliyi şəxsi nüfuzundan istifadə edib bu problemi yoluna qoya bilər. Yuxarıda da vurğuladıq ki, firmanın rəhbəri prezident ailəsi tərəfindən hörmətğlə qarşılanan bir seyid ocağının nümayəndəsidir. Amma bu gün qəzet köşklərindən minimarket kimi istifadə edərək eyni zamanda böyük pullara ümidli olan dairələr hətta Mirkazım Kazımovun bu statusunu belə sayğısız etdikləri bir şəraitdə başqa bir sözə lüzum qalmır.

Araşdırmalarımız davam edir. Mövzuya qayıdacağıq…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Bu gün, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Bu gün, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Bu gün, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Bu gün, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Bu gün, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Bu gün, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Bu gün, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Bu gün, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Bu gün, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Bu gün, 02:39
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Bu gün, 02:31
"Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Bu gün, 02:26
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Bu gün, 02:22
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Dünən, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Dünən, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Dünən, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
Dünən, 17:34
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Dünən, 17:31
Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Dünən, 17:29
“XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Dünən, 17:25
Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Dünən, 17:22
Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Dünən, 17:19
Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Dünən, 17:15
800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Dünən, 17:12
Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:05
Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Dünən, 16:53
Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:50
Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Dünən, 16:45
“Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Dünən, 16:42
Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Dünən, 16:38
“Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Dünən, 16:33
Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Dünən, 16:30
Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Dünən, 16:28
İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Dünən, 16:22
Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Dünən, 16:21
Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:19
Rusiya Ermənistana etiraz notası göndərib
Dünən, 16:18
İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumu tarixi sənəddir - Pezeşkian
Dünən, 16:17
Azərbaycanda boşanma çətinləşdirilə bilər - ŞƏRH
Dünən, 16:15
Sülh sazişinə ən böyük maneə... - Konstitusiyanı dəyişməmək müharibə anonsudur
Dünən, 16:11
Neft Fondunun 22 ton qızılı hara və... neçəyə satdığı məlum oldu
Dünən, 16:08
Ermənistan 3 ildir üzvlük haqqı ödəmir - Masadıkov
Dünən, 16:06
Quzularını qurda tapşırsa, heç belə olmazdı: 700 minlik yeyinti... - TƏFƏRRÜAT
Dünən, 16:03
Paşinyan son qərarını açıqladı: Ermənistanda yeni seçkilər keçiriləcəkmi? - GƏLİŞMƏ
Dünən, 15:50
Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu - BUNDAN SONRA...
Dünən, 15:48
Belarus Ukraynaya nota verib
Dünən, 15:45
Mirzoyan Avropa İttifaqından yardım istədi - “Azatutyun”
Dünən, 14:40
Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib
Dünən, 14:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru