BİZİ QƏZƏBLƏNDİRƏN İRANLI KOMİK ÇIXDI
Tarix: 27-05-2012, 12:26 | Çap et
“ƏSGƏRNEJAD” KOD ADLI “AJAN”IN MƏZƏSİ
Norveçdə satirik proqram müəllifi olan Amir Asgharnejadın Eurovision Bakı finalından hazırladığı süjetlər (bax - video yazının altında) son günlər Azərbaycanda çoxlarını qəzəbləndirmişdi. İran mənşəli bu jurnalistin adı Bakıdakı anti-İran ovqatı ilə elə rezonans vermişdi ki, sosial şəbəkələrdən tutmuş telekanallara qədər yerli zəhmətkeşlərin “qəzəb və hiddət” səsi bəzən “Büllur Sarayın” musiqi sədalarını da batırırdı. Hamı birağızdan onu söyür, amma heç kimin ağlına da gəlmirdi ki, bu “İran jurnalistinin” kimi və haranı təmsil etməsini yoxlasın. Yəqin ki, xüsusi xidmətlər, google-lasaydılar, məlum olardı ki, Amir əslində, Norveç mediasında çalışısır. İran televiziyasının jurnasliti Bijan roluna girib Azərbaycanda baş verənləri şərh edir.
Bijan isə, prinsipcə, Eurovision günləri Bakıdan reportajlar hazırlayan BBC, CNN və Al Jazzera reportyorlarının dediklərindən fərqli heç nə söyləmir. Yəni, Bakının heç də hər yeri bulvarın ətrafı kimi gözəl deyil, evlərin heç də hamısı Alov qülləri kimi parıldamır, adamların heç də hamısı gömrük əməkdaşları kimi xoşbəxt deyil və sair demoqoqluq...
Amirin qərbli həmkarlarından fərqi İran soyadında (lap İran prezidentinin familyası kimi səslənir) və əlbəttə sözünü zarafatla deməsində idi. Bakıda isə nə zarafat başa düşürlər, nə də İran hərləyirlər.
Ümumxalq nifrətinin intiqamı... Amiri və onun çəkiliş qrupunun üzvlərini Heydər Əliyev aeroportunda haqlayır və qadasın aldığım mülki geyimli şəxlər bunlara hər şeyi yaxşıca... Camal Əlinin təbirincə desək, “başa salırlar”. İndi bilmirəm, nə dərəcədə döğrudur, amma öz müsahibələrində Amir deyir ki, Baki aeroportunda bizi soyundurublar. Bizə İran (?) bayrağını tapladıblar, hədə-qorxu gəliblər və başqa hansısa oyundan çıxıblar. Tamamilə razıyam. Bəri başdan Azərbaycan rəsmiləri ilə razıyam ki, Norveç mətbuatının yazdıqları böhtandır, gözləri Azərbaycanın uğurlarını götürmür, Əli Kərimli aldığı qrantlardan onların cibinə pul basıb, Ermənistanın, ona dəstək verən İranın dəyirmanına su tökurlər və sair. Amma, o ilahi qüvvələrdən bircə dua edirəm ki, bir vaxtlar Qazaxstanın başına gələnləri Azərbaycan camaatı görməsin. İngilis komiki Sacha Cohen qazaxstanlı jurnalist Borat obrazını yaradandan sonra, Nazarbayev administrasiyasının və ölkə ictimaiyyətinin bütün səyləri Boratın bu ölkəyə aidiyyatının olmaması haqda Qazaxstan həqiqətlərinin dünyaya çatdırilmasına yönəlmişdi.
Və tapın görüm nə baş verdi?
Qazaxstan həqiqətləri Boratı və Coheni daha da məşhur edib, qazaxları daha da gülünc vəziyyətə qoydu. Çünki Boratı başa düşən adam, Qazaxstana yox, Amerikaya gülür. Borat “Yəhudiləri quyuya tulla ki, mənim ölkəm azad olsun” deyə mahnı oxuyanda, və sadə amerikalılar da ona qoşulanda Qazaxstan heç kimin yadına düşmür. Hamı gülməli “qazax” Borata qoşulan, “ciddi” Amerikalılara gülür. Amma Qazaxstanın Amerikadakı səfirliyi mətbuat konfransı keçirib, Boratın uydurma şəxsiyyət olduğu haqda bəyanat verəndə, məcbursan indi də bir yol Qazaxstana güləsən. İndi Bakı aeroportunda mayın 25-də baş verən hadisədən, Agharnejada və daha 3 jurnalistə olan təzyiqlərdən sonra Norveçin NRK - dövlət teleradio şirkətinin rəhbərliyi, bu ölkəni Eurovisionda təmsil edən Toojini yarışdan geri çağırmaq istəyib. NRK-nun proqramlar direktoru Per Arne Kalbakk`ın sözlərinə görə, fikirlərindən ona görə daşınıblar ki, belə bir addım digər ifaçılara və Avropa Yayımçılar Birliyinə böyük problemlər yarada bilərdi. Avropa Yayımçılar Birliyinin və Norveçlilərin problemi.. qalsın bir kənara, mən Azərbaycanı gözləyən təhlükədən yazmaq istəyirəm. Sonra deməyin ki, eşitməmişik...
Deməli, mart ayında Dubayda keçirilən idman yarışmasında Qazaxstan 1-ci yerə çıxdı. Təltif mərasimində, Qazaxtan bayrağı Sacha Cohenin filmində Boratın oxuduğu mahnının sədaları ilə qalxdı. Təşkilatçılar YouTube girib Qazaxtan himni axtarıblar, qarşılarına Borat filmindən saxta Qazaxstan himni cıxıb – çox düşünmədən istifadə ediblər. DİLEMMA Məncə, Amirin videosu gülməlidir. Süjetdə Bakı, Eurovision, onun iştirakçıları ilə yanaşı İran da ələ salınır (İranın Azərbaycana olan saymamazlığına işarə var). Əlbəttə, nə Amir Asgharnejad – Sacha Cohen, nə də Bijan – Borat deyil. Amma, Azərbaycan rəhbərliyi, Nazarbayevin administrasiyasına çox bənzəyir.
Müəllifin fikirləri onun şəxsi mülahizələridir
Dilim-dilimov – “Azadlıq” Radiosu

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib - “Exilenova Plus”
Bu gün, 09:37 |
|
|
|
| • "Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." - ETİRAZ VAR!
Bu gün, 09:31 |
|
|
|
| • Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? - Şəhid anası bütün Bərdəni boğaza yığıb, bu dəfə də…
Bu gün, 09:13 |
|
|
|
| • "Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" - Partiya sədrindən ÇAĞIRIŞ
Bu gün, 09:03 |
|
|
|
| • "Heç kim sizi işdən azad edə bilməz!" - MÜRACİƏT
Bu gün, 08:50 |
|
|
|
| • "Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." - GİLEY
Bu gün, 08:42 |
|
|
|
| • Trampın gerçək Rusiya siyasəti... - AKTUAL
Bu gün, 08:34 |
|
|
|
| • Hər yandan bir təhlükə gəlir... - Beli sınan millət olacaq...
Bu gün, 08:22 |
|
|
|
| • Pentaqon rəhbəri İranı hədələdi
Bu gün, 08:17 |
|
|
|
| • "Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." - deputat
Bu gün, 07:53 |
|
|
|
| • Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi - Pul, qaz və 300 minlik təhlükə
Bu gün, 07:49 |
|
|
|
| • Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub - "Reuters"
Bu gün, 07:45 |
|
|
|
| • “Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” – Zəngəzurun Şıxovuz və Kilsəkənd sakinləri
Bu gün, 07:42 |
|
|
|
| • Universitetlər bu rayonlara köçürülə bilər - AKTUAL
Bu gün, 07:39 |
|
|
|
| • Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü - TƏFƏRRÜAT
Dünən, 16:35 |
|
|
|
| • Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik - Ermənistan Prezidenti
Dünən, 16:33 |
|
|
|
| • "Süni şəkildə düşmənçilik yaradılır" - İlahiyyatçıdan “Çevik” olayına maraqlı ŞƏRH
Dünən, 16:24 |
|
|
|
| • "Edənlər nə qazandı ki, sən də qazanasan..."
Dünən, 16:17 |
|
|
|
| • Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib - AÇIQLAMA
Dünən, 16:13 |
|
|
|
| • Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi - İNCƏLƏMƏ
Dünən, 13:23 |
|
|
|
| • Yenicag.az saytının 19 yaşı tamam olur
Dünən, 13:21 |
|
|
|
| • Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
Dünən, 13:15 |
|
|
|
| • Kredit kartları ilə əməliyyatlar niyə azalıb? - AKTUAL
Dünən, 13:06 |
|
|
|
| • Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... - FOTO
Dünən, 13:03 |
|
|
|
| • Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
Dünən, 13:01 |
|
|
|
| • Ermənistanın “komplementar siyasəti” - “Qafqaz evi” olacaqmı?
Dünən, 12:56 |
|
|
|
| • "Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir – Tanınmış vəkil AÇIQLADI
Dünən, 12:55 |
|
|
|
| • Səbrin də bir həddi var - Daha bəsdir, oyunu dayandırın!
Dünən, 12:52 |
|
|
|
| • Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... - İŞ ALLAHA QALIB...
Dünən, 12:39 |
|
|
|
| • Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir - FOTO
Dünən, 12:33 |
|
|
|
| • Adil Əliyev yaxşı başçı olsaydı... - Sakinlər deyir ki...
Dünən, 12:25 |
|
|
|
| • Anar Bayramovdan yeni təyinat - ƏMR
Dünən, 12:04 |
|
|
|
| • "Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? - AÇIQLAMA
Dünən, 12:02 |
|
|
|
| • Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
Dünən, 11:57 |
|
|
|
| • “Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır - Görün, neçəyə...
Dünən, 11:50 |
|
|
|
| • Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... - "Onlar ölkənizdə...”
Dünən, 11:47 |
|
|
|
| • Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” - “Arvadı deyirdi ki, Rənanı kinoya çəkmə”
Dünən, 11:36 |
|
|
|
| • “Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” - deputat
Dünən, 11:28 |
|
|
|
| • Xark adasında İrana məxsus tanker hədəfə alınıb - “Daneşcu”
Dünən, 11:16 |
|
|
|
| • Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək - Stepan Qriqoryan
Dünən, 10:58 |
|
|
|
| • Rusiya Azərbaycanın tərəfində olacaq - Mehman Əliyevdən PROQNOZ
Dünən, 10:55 |
|
|
|
| • “Köçəri olmayan" qonşularımız indi niyə Dünya Köçəri Oyunlarını bu qədər sevirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:52 |
|
|
|
| • "Ailəli qadınlar məndən açıq geyinirlər" - ETİRAZ
Dünən, 10:40 |
|
|
|
| • Azərbaycanlı uşaq ögey atasını öldürdü - TƏFƏRRÜAT
Dünən, 10:36 |
|
|
|
| • Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər - Yeni rəsmi bəyanat
Dünən, 10:29 |
|
|
|
| • ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər - KİV
Dünən, 08:47 |
|
|
|
| • “Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi - ARAŞDIRMA
Dünən, 08:41 |
|
|
|
| • ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur
Dünən, 08:37 |
|
|
|
| • “Ermənistanda zəhərli ideologiya hələ də qalır” - FAKT BUDUR!
Dünən, 08:32 |
|
|
|
| • Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?
Dünən, 08:28 |
|
|
|
|